Baş Narkotiklərlə Mübarizə İdarəsi

Baş Narkotiklərlə Mübarizə İdarəsi Narkotikə yox deyirik!

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində idarəçiliyi, əməliyyat-axtarış fəaliyyətini və təhqiqatı həyata keçirən, bu istiqamətdə kriminogen durumun təhlilinə əsasən müvafiq regional qurumların, ərazi və nəqliyyatda polis orqanlarındakı aidiyyəti strukturların fəaliyyətini təşkil edən və əlaqələndirən struktur qurumdur.

“Ağ ölümə” qarşı birlikdə mübarizə aparmalıyıqHacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 9 saylı tam orta məktəb...
01/06/2026

“Ağ ölümə” qarşı birlikdə mübarizə aparmalıyıq

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 9 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Görüşdə çıxış edən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Anar Xəlilov narkotik maddələrin insan sağlamlığı və gələcəyi üçün ciddi təhlükə yaratdığını, bu bəlanın aludəçisinə çevrilən hər bir gəncin cəmiyyətdən uzaqlaşaraq həyatını məhv etdiyini bildirib.
Erkən nikahların fəsadları mövzusunda da çıxış edən şöbə rəisi, yeniyetmə vaxtlarında gənclərin ailə qurmasının qanunla qadağan olunduğunu, bu cür halların gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkotiklərin insan sağlamlığına vurduğu zərərləri əks etdirən videoçarx nümayiş etdirilib.

29/05/2026

Qobustanda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş 55 yaşlı Əsəd Musazadə saxlanılıb. Ondan narkotik vasitə olan he**in, eləcə də qanunsuz olaraq əldə edib saxladığı “Makarov” markalı tapança və patronlar aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, Ə.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

29/05/2026
27/05/2026

Polis Astarada əməliyyat keçirib, 45 kq narkotik vasitə dövriyyədən çıxarılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində keçirilən növbəti əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik vasitə gətirməyə cəhd edən şəxslər ifşa olunublar.

Tədbirlərlə əvvəllər məhkum olunmuş 38 yaşlı Tural Bəkirov və 53 yaşlı Mehman Abdurahmanov saxlanılıblar. Onlardan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 45 kiloqram marixuana, eləcə də 650 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

27/05/2026

Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kq narkotik vasitə gətirən şəxslər saxlanılıblar.

Biləsuvar rayonunda paraplan uçuş aparatı vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilən
ümumilikdə 47 kiloqram marixuana və tiryək, eləcə də 10104 ədəd psixotrop tərkibli həb polis əməkdaşları tərəfindən aşkarlanıb. Əvvəlcədən ötürülən lokasiyası vasitəsi ilə narkotik vasitələri əldə edən əvvəllər məhkum olunan 62 yaşlı Calal Qəhrəmanov və 35 yaşlı Rəşid Məmmədəliyev saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla müəyyən edilib ki, C.Qəhrəmanov və R.Məmmədəliyev narkotik vasitələrin paytaxt ərazisində satışını həyata keçirməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Nərimanov Rayon Polis İdarəsinin təşkilatçılığı ilə T.Həsənov adına 57 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!...
27/05/2026

Nərimanov Rayon Polis İdarəsinin təşkilatçılığı ilə T.Həsənov adına 57 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici təbirlər keçirilib.
Görüşdə çıxış edən Nərimamov Rayon Polis İdarəsinin rəisi polis polkovniki Arzu Heydərov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı ciddi fəsadlardan danışıb. Həmçinin iştirakçılara əsrin bəlası hesab olunan narkomaniyaya qarşı mübarizənin effektiv təşkili məqsədilə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti, gənc nəslin sağlam ruhda va düşüncədə formalaşmasının, valideyn etimadını doğrultmasının, Vətənə layiqli vətəndaş kimi yetişməsinin vacibliyi barədə məlumat verilib. Görüşlərin sonunda şagirdləri va digər iştirakçıları maraqlandıran suallar cavablandırılıb, narkotik vasitələrin insan sağlamlığına va cəmiyyətə vurduğu zərərləri əks etdirən videoçarxlar nümayiş etdirilib.

Daşkəsəndə maarifləndirici tədbir keçirilibDaşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə A.Mürsəlov adına 2 nömrəli ...
26/05/2026

Daşkəsəndə maarifləndirici tədbir keçirilib

Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbdə “Narkotikə yox deyək” və “Erkən nikahın fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin şagird, müəllim və valideyn kollektivləri iştirak ediblər.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi polis polkovniki Məhəmməd Əhmədbəyli narkomaniyanın cəmiyyətə və insan sağlamlığına vurduğu zərərlərdən danışıb, xüsusilə gənc nəslin bu kimi mənfi vərdişlərdən uzaq olmasının vacibliyini vurğulayıb. Həmçinin erkən nikahların yaratdığı sosial və psixoloji problemlər barədə iştirakçılara ətraflı məlumat verilib.

Görüş zamanı məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzularla bağlı maarifləndirici söhbətlər aparılıb. Tədbirin sonunda narkomaniyanın fəsadlarından bəhs edən videoçarx nümayiş etdirilib.

Gənclər arasında narkomaniyaya və erkən nikaha qarşı təbliğat işləri davam etdirilirPolis əməkdaşları tərəfindən Şirvan ...
26/05/2026

Gənclər arasında narkomaniyaya və erkən nikaha qarşı təbliğat işləri davam etdirilir

Polis əməkdaşları tərəfindən Şirvan şəhərində və Ucar rayonunda yerləşən məktəblərdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

Görüşlərdə çıxış edən polis əməkdaşları narkomaniyanın insan sağlamlığına, ailəyə və cəmiyyətə vurduğu zərərlərdən, həmçinin erkən nikahın yaratdığı sosial və psixoloji problemlərdən danışıblar.

Tədbir iştirakçılarına sağlam həyat tərzi, təhsil və düzgün seçimlərin əhəmiyyəti barədə məlumat verilib, onları gələcəklərinə məsuliyyətlə yanaşmağa çağırıblar.

Görüşlərin sonunda narkotiklərin insan sağlamlığına vurduğu zərərləri əks etdirən videoçarxlar nümayiş etdirilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Sağlam gələcək naminə narkotikə yox deyək!📍Antinarkotik təbliğatı çərçivəsində polis əməkdaşları tərəfindən Astara rayon...
26/05/2026

Sağlam gələcək naminə narkotikə yox deyək!

📍Antinarkotik təbliğatı çərçivəsində polis əməkdaşları tərəfindən Astara rayon Kakalos kənd tam orta ümumtəhsil məktəbi, Yardımlı şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbi və Cəlilabad rayon Göytəpə şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində növbəti maarifləndirici görüşlər keçirilib.

🔹 Çıxışlarda narkotik vasitələrin insan sağlamlığına, cəmiyyətin təhlükəsizliyinə və gənclərin gələcəyinə vurduğu ciddi zərərlər barədə ətraflı məlumat verilib, zərərli vərdişlərdən uzaq durmağın vacibliyi vurğulanıb.

🔹 Şagird və tələbələrə hüquqazidd əməllərin məsuliyyəti izah olunub, sağlam həyat tərzi seçiminin uğura aparan əsas yol olduğu diqqətə çatdırılıb.

Beyləqanda maarifləndirmə tədbirləri davam etdirilirBeyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Gənclər Ev...
26/05/2026

Beyləqanda maarifləndirmə tədbirləri davam etdirilir

Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Gənclər Evində şagirdlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi polis polkovniki Ceyhun Qurbanov narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu ağır fəsadlardan danışaraq məktəbliləri bu kimi təhlükəli hallardan uzaq olmağa çağırıb. Bildirilib ki, sağlam düşüncə və düzgün seçim hər bir gəncin həyatında mühüm rol oynayır.

Görüş zamanı iştirakçılara digər zərərli vərdişlərin yaratdığı mənfi nəticələr, təhlükəli mühitlərdən qorunma yolları və sağlam həyat tərzinin üstünlükləri barədə məlumatlar verilib. Eyni zamanda internetdə törədilən dələduzluq halları, saxta linklər və şəxsi məlumatların qorunması ilə bağlı vacib tövsiyələr diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzuya dair maarifləndirici videoçarx nümayiş etdirilib.

Address

Abbasqulu Abbaszadə Küçəsi 17
Baku
AZ-1073

Telephone

+994125902111

Alerts

Be the first to know and let us send you an email when Baş Narkotiklərlə Mübarizə İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Baş Narkotiklərlə Mübarizə İdarəsi:

Share