Məhəbbət Vəliyeva - Mahabbat Valiyeva

Məhəbbət Vəliyeva - Mahabbat Valiyeva təhsil, xidmət, öyrənmə, innovasiya, İKT, psixoloq, təlim-tərbiyə

28/02/2022

Cənab Prezident İlham Əliyevin 28 fevral 2022-ci il tarixli Sərəncamına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı çərçivəsində 2022–2026-cı illərdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşı xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində əsasən magistratura səviyyəsi üzrə təhsil alacaq. Gənclərin müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etmək məqsədilə verilmiş Sərəncama görə cənab Prezidentə təşəkkür edirik.

Ətraflı: https://president.az/az/articles/view/55540

Sonsuz ehtiram və dərin hüznlə anırıq…Allah rəhmət eləsin!
28/02/2022

Sonsuz ehtiram və dərin hüznlə anırıq…
Allah rəhmət eləsin!

Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub
28/01/2021

Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub

27/01/2021
Təhsil naziri Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb
27/01/2021

Təhsil naziri Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb

27/01/2021

Təhsil Nazirliyi olaraq kadr potensialımızın dünyada gedən sənayeləşmə prosesinə hazırlıqlı olması üçün müxtəlif təhsil pillələri üzrə fəaliyyəti stimullaşdırmağa çalışırıq. Hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən komputer-texniki ixtisaslar daxil olmaqla 120 ixtisas üzrə mütəxəssislər hazırlanır. Təlim-tədris prosesi gələcək istiqamətlərin mütəmadi təhlilinə uyğun olaraq formalaşdırılır. Bu il sənayenin iştirakı ilə hazırlanan yüksək texniki peşə pilləsi üzrə yeni ixtisaslara qəbul aparılacaq. “WorldSkills” təşkilatı ilə əməkdaşlıq çərçivəsində gələcəyin peşələrinə dair beynəlxalq standartların tədris resurslarımıza inteqrasiyasını və tələbələrimizin beynəlxalq peşə olimpiadalarında iştirakını təmin edəcəyik. Eyni zamanda, Peşə təhsili infrastrukturunun müasirləşdirilməsi istiqamətində də fəaliyyətimiz davam edir. 2019-cu ildə Prezident İlham Əliyevin açılışını etdiyi Koreya standartları əsasında qurulmuş Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 11 ixtisas üzrə kadrlar hazırlayır. Bərdə, Cəlilabad, Lənkəran və Mingəçevirdə müasir peşə təhsil mərkəzlərinin açılışı planlaşdırılır.

Biz ümumi təhsil sahəsində də şagirdlərimizin bu dəyişikliklərə hazırlıqlı olması üçün müxtəlif layihələr çərçivəsində Robototexnika, 3D CAD Modelləşdirmə və Çap, Proqramlaşdırma, Nano və Neyro texnologiyalar, Mühəndislik modulları əsasında öyrətməni həyata keçiririk. Eyni zamanda təhsilalanlara müasir peşələr üzrə ilkin bilik və bacarıqları aşılamaq üçün peşə təmayüllü sinifləri təşkil edərək prosesin sürətləndirilməsində maraqlıyıq.

Ali təhsil sahəsində davamlı, uzunmüddətli və hərtərəfli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün savadlı və hazırlıqlı mütəxəssislər yetişdirilməsini təşviq edirik. Ölkə iqtisadiyyatının mövcud potensialını tam şəkildə qavramaq, qlobal iqtisadi rəqabətdə Azərbaycanın rolunu düzgün qiymətləndirmək kadr hazırlığı ilə vəhdət təşkil etməlidir. Dördüncü sənaye inqilabının gətirdiyi reallıqları, rəqəmsallaşmanı, texnologiyaların birləşməsini nəzərə alaraq innovasiyalar və informasiya texnologiyaları, kiber təhlükəsizlik, rəqəmsal marketinq və data analitika kimi ixtisaslar üzrə yeni müasir məzmunlu magistr proqramları hazırlamışıq.

Türkiyənin Milli Təhsil nazirindən azərbaycanlı həmkarının tvit paylaşımına dəstək
25/01/2021

Türkiyənin Milli Təhsil nazirindən azərbaycanlı həmkarının tvit paylaşımına dəstək

Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk həmkarı Emin Əmrullayevin "Twitter"dəki paylaşımına münasibət bildirib

- - -

Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçuk Azərbaycanın təhsil naziri Emin Əmrullayevin Beynəlxalq Təhsil Günü münasibətilə şəxsi "Twitter" hesabındakı paylaşımına dəstək nümayiş etdirib.

Ziya Selçuk həmkarının sözügedən tvitini şəxsi hesabında paylaşaraq bu sözləri qeyd edib: "Hər hansı bir uşağın təhsildən geri qalmaması və Davamlı İnkişaf Məqsədlərinin əldə edilməsi axtarışında olan qlobal təhsil hədəflərinə çatmaq üçün pandemiyaya, müharibələrə və qarşıdurmalara qarşı kollektiv məsuliyyət və həmrəylik nümayiş etdirməliyik". - https://bit.ly/2MgKba1

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev paylaşımında, “Davamlı İnkişaf Məqsədlərinin əldə olunması axtarışında olan qlobal təhsil yalnız COVID-19 pandemiyasından əziyyət çəkdiyi halda, Ermənistanın hücumları nəticəsində Azərbaycanda 20 müəllim, 10 şagird dünyasını dəyişib, 16 şagird yaralanıb və 60 təhsil müəssisəsi dağıdılıb”, - deyə bildirib.

Nazir tvit paylaşımına dövrünün nümunəvi maarif ocağı sayılan Şuşa Realnı Məktəbinin erməni işğalından əvvəl və sonrakı vəziyyətinə dair foto da əlavə edib.

Təhsil naziri Emin Əmrullayev 24 yanvar- Beynəlxalq Təhsil Günü münasibətilə şəxsi "Twitter" hesabında paylaşım edib.
24/01/2021

Təhsil naziri Emin Əmrullayev 24 yanvar- Beynəlxalq Təhsil Günü münasibətilə şəxsi "Twitter" hesabında paylaşım edib.

Address

LUXEN Plaza
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Məhəbbət Vəliyeva - Mahabbat Valiyeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share