Həyatı:
Jalə Əhmədova 1981-ci ildə aprel ayının 23-də Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhərində 158 saylı orta məktəbi bitirib. Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini bakalavr dərəcəsi ilə bitirib. 2012-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirərək, magistr ali təhsilini alıb. Üçüncü ali təhsilini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Fəaliyyəti:
Jalə Əhmədova "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya məhkəməsində hakim köməkçisi, baş məsləhətçi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Milli Qvardiyanın kadrlar şöbəsində baş zabit, Prezidentin Təhlükəsizlik Xidmətində baş zabit- hüquqşünas vəzifələrində çalışıb. Ehtiyatda olan zabitdir.
2020-ci - 2024-cü il Milli Məclis Vl çağırış deputatı.
2018-ci - 2022-ci il Vinq Çun döyüş sənəti federasiyasının təsisçisi və I Vitse-Prezidenti.
2022-ci il Dünya Alpaqut (Turan döyüş sənəti) Federasiyasının Prezidenti.
2023-cü il Azərbaycan Autizm Assosiasiyasının Prezidenti.
2024-cü il İDDO Psixi Sağlamlıq Proqramının rəhbəridir.