Bakı Kommersiya Məhkəməsi

Bakı Kommersiya Məhkəməsi Bakı Kommersiya Məhkəməsi

12/03/2026
12 fevral 2026-cı il tarixdə Bakı Kommersiya Məhkəməsi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Biznes Hüququ ...
13/02/2026

12 fevral 2026-cı il tarixdə Bakı Kommersiya Məhkəməsi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının və Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərinin və biznes strukturlarının nümayəndələrinin iştirakı ilə kommersiya mübahisələrinin xüsusiyyətlərinə və aktual məsələlərinə həsr olunmuş seminar – dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Bakı Kommersiya Məhkəməsinin sədri İlham Əhmədov kommersiya mübahisələri ilə bağlı praktiki və nəzəri hüquqi məsələlərin ətraflı müzakirəsi və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd etmişdir. Daha sonra o, çirkli pulların yuyulmasının qarşısının alınması məqsədilə diqqət yetirilməli olan maddi hüquq məsələlərinə, o cümlədən hüquqi şəxslərin yenidən təşkili zamanı hüquqi varisliyin xüsusiyyətləri, universal və xüsusi hüquq qabiliyyətinin fərqləndirilməsinin zəruriliyi, sübutetmə vəzifəsinin yerinə yetirilməsi üçün tələb olunan addımlar, korporativ mübahisələr zamanı məhkəmə baxışının hədləri, sadələşdirilmiş icraat və bir sıra digər məsələlər barədə Məhkəmənin formalaşmış praktikası barədə geniş məlumat vermis və diqqət yetirilməli olan məqamları vurğulamışdır.

Daha sonra Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva qeyd edilən məsələlərlə bağlı Ali Məhkəmənin məhkəmə təcrübəsinin ümumiləşdirilməsi istiqamətində apardığı işlər, habelə məhkəmə aidiyyəti, müvəqqəti təminat tədbirləri, sübutların qiymətləndirilməsi və bir sıra digər maddi və prosessual hüquq məsələlərinin xüsusiyyətləri ilə bağlı Ali Məhkəmənin formalaşmış mövqeyi barədə ətraflı məlumat vermişdir.

Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədova tədbirə ev sahibliyi edən Bakı Kommersiya Məhkəməsinə və tədbiri dəstəkləmiş Ali Məhkəmənin Kommersiya Kollegiyasına və Bakı Apellyasiya Məhkəməsinə Vəkillər Kollegiyası adından minnətdarlığını bildirərək, bu cür dialoqun vəkillər tərəfindən yüksək qiymətləndirildiyini və ədalət mühakiməsinin inkişafı və səmərəli təcrübə mübadiləsinin genişləndirilməsi üçün daimi platformaya çevriləcəyinə ümidini ifadə etmişdir.

Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi Bəhman Qəribov və Apellyasiya Məhkəməsinin hakimi Leyla Əliyeva mövzu ilə bağlı məhəkəmə təcrübəsi barədə məlumat vermişlər. Vəkillər Kollegiyasının üzvləri Əkrəm Həsənov, Cavid Alıyev, Dünyamin Novruzov, Sevda Məhərrəmova, Şaiq Mirzəyev, Rüfət Bədirli və Əlibaba Əliyevin qeyd etdikləri praktiki məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılmışdır.

Yekunda xatirə fotosu çəkilmişdir.

26/01/2026

Bakı Kommersiya Məhkəməsi
Seminarın keçirilməsi haqqında ELAN

1. Təşkilatçı:
Bakı Kommersiya Məhkəməsi və AR Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsi
Ali Məhkəmənin Kommersiya Kollegiyasının və Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərinin,
habelə kommersiya strukturlarının və biznes nümayəndələrinin iştirakı ilə.

2. Seminarın mövzusu: Çirkli pulların yuyulmasının qarşısının alınması, hüquqi şəxsin yenidən təşkili zamanı hüquqi varislik və digər mübahisələrin xüsusiyyətləri, eləcə də prosessual məsələlər üzrə məhkəmənin formalaşmış mövqeləri (estoppel prinsipi, müvəqqəti təminat tədbiri).
Bakı Kommersiya Məhkəməsinin sədrinin məruzəsi

3. Seminarın məqsəd və vəzifələri:
• Məhkəmə təcrübəsində rast gəlinən mürəkkəb məsələlərin müzakirəsi
• Təcrübə mübadiləsinin aparılması

4. Tarix, vaxt və yer:
Tarix: 12 fevral 2026-cı il
Vaxt: 10:15 – 13:00
Yer: Bakı Kommersiya Məhkəməsinin konfrans zalı

5. Hədəf auditoriya:
Hakimlər, hüquqşünaslar, vəkillər, kommersiya hüquqi şəxslərinin nümayəndələri

Qeyd: Seminarda iştirakla bağlı məsələlər AR Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsi tərəfindən tənzimlənəcəkdir.

Hörmətlə,
Bakı Kommersiya Məhkəməsinin Mətbuat Xidməti

Bakı Kommersiya Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində çalışan Süleymanov Namiq Əsgər oğlu bütün mərhələlər üzrə ...
12/01/2026

Bakı Kommersiya Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində çalışan Süleymanov Namiq Əsgər oğlu bütün mərhələlər üzrə uğur qazanaraq Azərbaycan Respublikasının Prokurorluq orqanlarında qulluğa qəbul olmuşdur. Bu məqsədlə 12.01.2026-cı il tarixdə Bakı Kommersiya Məhkəməsinin sədri İlham Əhmədov Namiq Süleymanov ilə görüş keçirmiş, ilkin olaraq qulluğa qəbulun şəffaflığının təmin edilməsinə görə prokurorluq orqanlarının Rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir və bunun çox təqdirəlayiq hal olmasını vurğulamışdır.
Daha sonra sədr öz və məhkəmənin kollektivi adından N.Süleymanovu təbrik edərək ona bundan sonrakı fəaliyyəti dövründə bu çətin və şərəfli işin öhdəsindən layiqincə və vicdanla gələcəyinə inandığını bildirmişdir. Tədbirdə məhkəmənin hakimləri və məhkəmə aparatının işçiləri də iştirak etmişdir.
Sədr əlavə olaraq qeyd etmişdir ki, Namiq Süleymanovun qardaşı Süleymanzadə Faiq Əsgər oğlu da Vətən müharibəsi iştirakçısı olmuş və Azərbaycan Respublikasının Baş naziri tərəfindən müvafiq medalla təltif olunmuşdur.
Sonda məhkəmə kollektivi yeni təyin olunmuş işçiyə gələcək fəaliyyətində uğurlar arzu etdiklərini bildirmişlər və xatirə fotoları çəkilmişdir.

Anar Baghirov
15/08/2025

Anar Baghirov

Azərbaycanda uğurla həyata keçirilən məhkəmə islahatlarının ən mühüm elementlərindən biri də hakim kadrların təyinatıdır...
06/06/2025

Azərbaycanda uğurla həyata keçirilən məhkəmə islahatlarının ən mühüm elementlərindən biri də hakim kadrların təyinatıdır.
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 iyun 2025-ci il tarixli Sərəncamına əsasən Bakı Kommersiya Məhkəməsində böyük məsləhətçi vəzifəsində çalışan Kamilli Günel Hakim qızı Quba Rayon Məhkəməsinin hakimi təyin edilmişdir. Bu məqsədlə 04.06.2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin sədri İlham Əhmədov G.Kamilli ilə görüş keçirmiş, ilkin olaraq bildirmişdir ki,
Dövlət başçısının kadr islahatlarına əsasən, hazırda məhkəmə sisteminin böyük bir qisminin yeni təyin olunmuş gənc hakimlərdən təşkil olunması çox təqdirəlayiqdir.
Daha sonra öz və məhkəmənin kollektivi adından Günel Kamillini təbrik edərək onun hakimlik fəaliyyəti müddətində ədalət mühakiməsinin səmərəliliyinin yüksəlməsi üçün hakim andına sadiq qalacağına, bu çətin və şərəfli işin öhdəsindən layiqincə və vicdanla gələcəyinə inandığını bildirmişdir. Tədbirdə məhkəmənin hakimləri və məhkəmə aparatının işçiləri də iştirak etmişdir.
Sonda məhkəmə kollektivi yeni təyin olunmuş hakimə gələcək fəaliyyətində uğurlar arzu etdiklərini bildirmişlər.

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin ...
05/06/2025

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03.06.2025-ci il tarixli Sərəncamına əsasən, Pərviz Mirsiyaf oğlu Zamanlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi, Bakı Kommersiya Məhkəməsində böyük məsləhətçi vəzifəsində çalışan Kamilli Günel Hakim qızı isə Quba Rayon Məhkəməsinin hakimi təyin edilmişdir.

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin, apellyasiya məhkəmələri...
07/05/2025

“Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin və bəzi birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06.05.2025-ci il tarixli Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Yazılı və şifahi imtahanlardan uğurla keçmiş hakimliyə namizədlər 23.12.2024-29.12.2024-cü il tarixlərdə Bakı Kommersiya...
29/12/2024

Yazılı və şifahi imtahanlardan uğurla keçmiş hakimliyə namizədlər 23.12.2024-29.12.2024-cü il tarixlərdə Bakı Kommersiya Məhkəməsində olmuşlar. Məhkəmə sədri Əhmədov İlham Bayram oğlu namizədləri qarşılayaraq hazırkı mərhələyədək keçirilən imtahanlarda uğur qazandıqlarına görə onları təbrik etmiş və növbəti mərhələlərdə onlara uğurlar arzuladığını bildirmişdir.
Bu müddət ərzində namizədlər məhkəmənin fəaliyyəti ilə yaxından tanış olmuş, məhkəmə iclaslarında iştirak etmiş və kommersiya mübahisələrinin xüsusiyyətlərini öyrənmişlər.

Sonda xatirə fotoşəkilləri çəkdirilmişdir.

Azərbaycan Respublikası ərazisində ədalət mühakiməsinin səmərəliliyinin artırılması, bu sahədə vahid məhkəmə təcrübəsini...
06/12/2024

Azərbaycan Respublikası ərazisində ədalət mühakiməsinin səmərəliliyinin artırılması, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə 04.12.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bakı Kommersiya Məhkəməsi sədrinin məlumatlarının dinlənilməsi həyata keçirilmişdir. İlk növbədə Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov bildirib ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədi ilə bir çox tədbirlərlə barabər həm də vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyinin təmin edilməsi məqsədi ilə tədbirlər görülür, bu baxımdan sədr sözügedən dinlənilmənin vacibliyini qeyd edib.
İclasda çıxış edən Bakı Kommersiya Məhkəməsinin sədri İlham Əhmədov 2023-cü ilin birinci yarımilində məhkəmənin icraatına daxil olan işlərə dair statistik məlumatları təqdim edib, həmçinin işlərə apellyasiya qaydasında baxılmasına dair əldə olunan statistik məlumatları diqqətə çatdıraraq qeyd edib ki, Bakı Kommersiya Məhkəməsinin məhkəmə aktlarının apellyasiya qaydasında ləğv edilməsinin və dəyişdirilməsinin səbəbləri məhkəmənin hakimləri ilə birlikdə mütəmadi olaraq öyrənilərək müzakirə olunur və işlərə baxılarkən vahid məhkəmə təcrübəsini təmin etmək məqsədilə Bakı Apellyasiya Məhkəməsinin tövsiyələrinin daim diqqətdə saxlanılaraq onlara əməl edilməsi təmin edilir. İclasda Bakı Kommersiya Məhkəməsinin hakimləri də iştirak etmişlər.
Daha sonra sözügedən dinlənilmənin keçirilməsi üzrə məsul şəxs Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri vəzifəsini icra edən hakim Elnur Həsənov çıxış edərək Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmış işlər üzrə qanunvericiliyin tələblərinə əsasən riayət edildiyini, bununla belə məhkəmə aktlarının apellyasiya qaydasında dəyişdirilməsi və ləğv olunmasına əsas verən xarakterik pozuntulara da rast gəlindiyini diqqətə çatdırmışdır. Mülki Kollegiyanın sədri Rafael Eyvazov isə mülki –prosessual qanunvericiliyin tətbiqi ilə bağlı bəzi məqamları qeyd etmişdir.
Sonda sədr Mübariz Əkbərov iclası yekunlaşdıraraq keçirilmiş dinləmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından əhəmiyyətini bir daha qeyd edib və ədalət mühakiməsinin həyata keçirilməsində səslənən tövsiyələrin nəzərə alınmasını xahiş edərək, hakimlərə fəaliyyətlərində uğurlar arzulayıb.

Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızı Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilmişdir. Bu mə...
08/10/2024

Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızı Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilmişdir. Bu məqsədlə 08.10.2024-cü il tarixdə məhkəmənin sədri İlham Əhmədov , hakimləri və məhkəmə kollektivi L.Əliyeva ilə görüş keçirmişlər, sədr öz və məhkəmənin kollektivi adından L.Əliyevanı təbrik edərək hakimlik fəaliyyətini həyata keçirərkən hakim adını hər zaman uca tutmağı tövsiyə etmiş, bilik və bacarıqlarının ədalət mühakiməsinə olan etimadın daha da yüksəlməsi üçün istifadə edəcəyinə inandığını bildirmişdir.
Sonda məhkəmə kollektivi Leyla Əliyevaya gələcək fəaliyyətində uğurlar arzu etdiklərini bildirmişlər.

Address

Bakıxanov Qəsəbəsi, Oskar Əfəndiyev Küçəsi 8
Baku
AZ1040

Opening Hours

Monday 09:00 - 13:00
14:00 - 18:00
Tuesday 09:00 - 13:00
14:00 - 18:00
Wednesday 09:00 - 13:00
14:00 - 18:00
Thursday 09:00 - 13:00
14:00 - 18:00
Friday 09:00 - 13:00
14:00 - 18:00

Telephone

+994125252074

Alerts

Be the first to know and let us send you an email when Bakı Kommersiya Məhkəməsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bakı Kommersiya Məhkəməsi:

Share

Category