Ceyhun Məmmədov

Ceyhun Məmmədov Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru
(1)

Sentyabrın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının 10-cu konfransında iştirak etdik.Tədbirdən ...
19/09/2026

Sentyabrın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının 10-cu konfransında iştirak etdik.

Tədbirdən öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilərək, önünə gül dəstələri düzüldü.

Daha sonra Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyası ötən dövr ərzində xalqımızın etimadını qazanaraq Azərbaycanın ictimai-siyasi həyatında mühüm və aparıcı mövqeyə sahib olmuşdur. Bu gün Ulu Öndərin siyasi irsini və müəyyən etdiyi inkişaf strategiyasını möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir.

Ardıcıl həyata keçirilən dövlət siyasəti nəticəsində ölkəmizin iqtisadi və siyasi gücü artmış, Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənmiş, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilmişdir. Cəbrayılın işğaldan azad olunması isə xalqımızın Zəfər salnaməsində xüsusi yer tutur.

Çıxış edərək qeyd etdim ki, Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas vəzifələrdən biri Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsiplərinin və ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin qorunması və Azərbaycanın gələcək inkişafına xidmət edən fəaliyyətin ardıcıl şəkildə davam etdirilməsidir.Bu istiqamətdə Yeni Azərbaycan Partiyasının Cəbrayıl rayon təşkilatının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

Əminəm ki, Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatı qarşıdakı dövrdə də partiyanın müəyyən etdiyi hədəflərin reallaşdırılmasına öz layiqli töhfəsini verəcək, həmrəylik və fəallıq nümayiş etdirərək fəaliyyətini daha da genişləndirəcək.

18/09/2026

Gənclərlə “Gənclər gələcəyə necə hazırlaşmalıdırlar?” mövzusunda müzakirə.

Əziz seçicilər! Fərdi və ümumi problemlərinizi diqqətlə dinləyib,sizi narahat edən məsələlərlə yaxından tanış olmaq üçün...
18/09/2026

Əziz seçicilər! Fərdi və ümumi problemlərinizi diqqətlə dinləyib,sizi narahat edən məsələlərlə yaxından tanış olmaq üçün görüşünüzə gəlirik.

Növbəti vətəndaş qəbulumuz, 19 sentyabr saat 11:00 - da Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbin binasında, 15:00 - da Cəbrayıl rayonu Şükürbəyli kənd klub icma mərkəzində keçiriləcəkdir.

“İSLAM DİNİNƏ ZƏRBƏ VURMAQ İSTƏYƏN ÜNSÜRLƏR DƏ ÖZ YERLƏRİNƏ OTURSUNLAR.”İslam dini Azərbaycan xalqının tarixində, milli-...
18/09/2026

“İSLAM DİNİNƏ ZƏRBƏ VURMAQ İSTƏYƏN ÜNSÜRLƏR DƏ ÖZ YERLƏRİNƏ OTURSUNLAR.”

İslam dini Azərbaycan xalqının tarixində, milli-mənəvi dəyərlərinin formalaşmasında və ictimai düşüncəsində xüsusi yer tutur. Əsrlər boyu İslam yalnız dini etiqad kimi deyil, həm də mərhəmət, ədalət, xeyirxahlıq, dürüstlük, insan ləyaqətinə hörmət və həmrəylik kimi dəyərlərin yaşadılmasında mühüm mənəvi dayaq olub.

Azərbaycanın İslamla bağlılığı yalnız məscidlərin və dini abidələrin mövcudluğu ilə ölçülmür. İslamın təsiri xalqımızın mədəniyyətində, ədəbiyyatında, memarlığında, elmində, fəlsəfəsində, adət-ənənələrində və gündəlik həyatında özünü göstərir. Nizami Gəncəvi, Xaqani, Nəsimi, Füzuli kimi böyük söz ustadlarının yaradıcılığında da İslam dünyagörüşünün və Şərq mədəniyyətinin izlərini görmək mümkündür.

Bu gün də İslam Azərbaycan cəmiyyətinin mənəvi həyatının ayrılmaz hissəsidir. Azərbaycanın İslam dünyasındakı mövqeyi də bu tarixi və mənəvi bağlılığın müasir ifadəsidir. Ölkəmiz İslam həmrəyliyinə, dinlərarası və mədəniyyətlərarası dialoqa xüsusi əhəmiyyət verir.

Lakin Azərbaycanın dini modelindən danışarkən mühüm bir məqamı xüsusi vurğulamaq lazımdır: Azərbaycan dünyəvi dövlətdir. Dünyəvilik dinin və dini dəyərlərin inkarı demək deyil. Əksinə, dünyəvi dövlət müxtəlif dini inanclara mənsub insanların öz etiqadlarını sərbəst şəkildə yaşamasına, ibadət etməsinə və dini ənənələrini qorumasına bərabər imkan yaradır.

Bu gün Azərbaycanda insanın hansı dinə mənsub olması onun cəmiyyətdəki hüquq və mövqeyini müəyyən etmir. Müsəlman məsciddə, xristian kilsədə, yəhudi sinaqoqda öz dini ibadətini həyata keçirə bilir. İnsanların dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmaması, müxtəlif dini icmaların öz ibadət məkanlarına və dini ənənələrinə sahib olması ölkəmizdə formalaşmış birgəyaşayış mədəniyyətinin mühüm göstəricisidir.

Azərbaycanın dini tolerantlığından danışarkən daha bir mühüm məqamı da unutmaq olmaz. Tarixin müxtəlif dövrlərində bizim müqəddəs yerlərimizə və dini abidələrimizə münasibətdə fərqli yanaşmaların şahidi olmuşuq. Lakin Azərbaycan xalqı başqa dinlərin müqəddəs məkanlarına yalnız “başqasının dini” kimi baxmayıb. Biz kilsəyə, sinaqoqa və digər ibadət yerlərinə həmin dinin nümayəndələrinin müqəddəs məkanı kimi yanaşmaqla yanaşı, onları Allahın evi, insanın Yaradanına üz tutduğu və ibadət etdiyi müqəddəs məkan kimi qəbul etmişik.

Bu gün Azərbaycanda olan kilsələrə, sinaqoqlara və digər dini icmalara məxsus ibadət məkanlarına baxmaq kifayətdir. Onların qorunmasına, bərpasına və fəaliyyət göstərməsinə dövlət səviyyəsində diqqət göstərilir. Bu məkanların mövcudluğu Azərbaycanın dini müxtəlifliyə münasibətinin yalnız sözlə deyil, real münasibətlə də ifadə olunduğunu göstərir.

Məhz buna görə Azərbaycanda dini abidələrin qorunması yalnız həmin dinin nümayəndələri üçün deyil, bütövlükdə ölkənin tarixi və mədəni irsinin qorunması kimi qəbul edilir. Biz öz məscidlərimizə necə ehtiram göstəririksə, kilsəyə və sinaqoqa da həmin ibadət məkanında dua edən insanların müqəddəs yeri kimi hörmətlə yanaşırıq.

Başqa sözlə, Azərbaycanda insan öz inancını seçmək, onu yaşamaq və dini mərasimlərini həyata keçirmək hüququna malikdir. Dövlətin dünyəvi xarakteri məhz bu müxtəlifliyin qorunması üçün hüquqi əsas yaradır. Bizim üçün əsas olan insanın hansı dinə inanması deyil, onun cəmiyyətin bərabərhüquqlu üzvü olmasıdır.

Bu münasibət dini bayramlara da özünü göstərir. Ramazan və Qurban bayramları Azərbaycanda geniş qeyd olunur. Prezident İlham Əliyev bu bayramlar münasibətilə Azərbaycan xalqını təbrik edir, onların mərhəmət, yardımlaşma, həmrəylik və xeyirxahlıq kimi mənəvi dəyərlərini xüsusi vurğulayır. Eyni zamanda Milad bayramı münasibətilə ölkənin xristian icmasına təbriklər ünvanlanır. Bu yanaşma müxtəlif dini icmalara hörmətin dövlət səviyyəsində ifadəsidir.

Əslində, insan sevgisi, mərhəmət və ədalət kimi dəyərlər yalnız İslamın deyil, səmavi dinlərin də ortaq mənəvi xəttini təşkil edir. Tövratın “Levililər” kitabında insanın öz yaxınını özü kimi sevməsi ilə bağlı çağırış yer alır. Bu yanaşma müxtəlif dini ənənələr arasında insanı birləşdirən ortaq dəyərlərin mövcudluğunu göstərir.

Dini dəyərlərə hörmət yalnız ibadət və dini mərasimlərlə məhdudlaşmamalıdır. Əsas məsələ həmin dəyərlərin insan davranışında özünü göstərməsidir. Mərhəmət, ədalət, dürüstlük, insan ləyaqətinə hörmət, ehtiyacı olana yardım və sülh kimi prinsiplər dinin cəmiyyətə verdiyi ən mühüm mənəvi töhfələrdəndir.

15 sentyabr 2026-cı ildə Bakıda beynəlxalq konfransların iştirakçılarını qəbul edən Prezident İlham Əliyevin səsləndirdiyi fikir də bu baxımdan diqqət çəkib:

“İSLAM DİNİNƏ ZƏRBƏ VURMAQ İSTƏYƏN ÜNSÜRLƏR DƏ ÖZ YERLƏRİNƏ OTURSUNLAR.”

Bu fikir İslam dünyasında həmrəyliyin və birliyin əhəmiyyətinə diqqət çəkir. Dini dəyərləri zəiflətmək, insanları dini inancı üzərindən qarşı-qarşıya qoymaq və İslamı qarşıdurma predmetinə çevirmək cəhdlərinə qarşı mənəvi dəyərlərin qorunması vacibdir.

Son günlər “Çevik” ləqəbi ilə tanınan Məqsəd Bağırov və Kamran Bilalovla bağlı yayılan xəbərlər də dini mövzular ətrafında müzakirələri yenidən gündəmə gətirib. Bu hadisə sosial mediada söz və davranış məsuliyyətinin əhəmiyyətini bir daha göstərib.

Bu gün sosial şəbəkələrdə yayılan bir fikir qısa müddətdə minlərlə insana çatır. Xüsusilə din, milli-mənəvi dəyərlər və insanların müqəddəs hesab etdiyi anlayışlarla bağlı fikirlər ifadə edilərkən daha böyük məsuliyyət tələb olunur. Fikir azadlığı ilə yanaşı, qarşılıqlı hörmət də qorunmalıdır.

İslam dininə zərbə vurmaq, onun müqəddəs dəyərlərini gözdən salmaq və insanları dini inancı üzərindən qarşı-qarşıya qoymaq cəhdlərinə ən doğru cavab İslamın öz mahiyyətindəki dəyərləri yaşatmaqdır. Çünki İslamın əsas çağırışları nifrətə deyil, mərhəmətə, ədalətə, sülhə, qardaşlığa və insan ləyaqətinə hörmətə əsaslanır.

Azərbaycan üçün İslam həm tarixdir, həm mədəniyyətdir, həm də mənəvi yaddaşdır. Eyni zamanda Azərbaycan dünyəvi dövlətdir. Bu iki məqam bir-birinə zidd deyil. Əksinə, öz dini və milli dəyərlərinə sahib çıxan Azərbaycan digər dinlərə və inanclara da hörmət göstərməklə dünyəvi dövlət modelinin mahiyyətini ortaya qoyur.

Bizim gücümüz də məhz bu tarazlıqdadır: öz inancımıza sahib çıxmaq, lakin başqasının inancına hörmətsizlik etməmək. Öz dinimizi sevmək, digər dinləri təhqir etməmək. Öz müqəddəslərimizə hörmət göstərmək, başqasının müqəddəs hesab etdiyi dəyərlərə də ehtiramla yanaşmaq.

Çünki bizim üçün müqəddəs olanı qorumaqla yanaşı, başqasının müqəddəs hesab etdiyinə hörmət etmək də mənəvi yetkinliyin göstəricisidir. Məscidin, kilsənin və sinaqoqun eyni ölkədə öz dini icmaları üçün fəaliyyət göstərməsi Azərbaycanın birgəyaşayış mədəniyyətinin real nümunəsidir.

Azərbaycanın dini müxtəlifliyi parçalanma səbəbi deyil, qarşılıqlı hörmət və birgəyaşayış üçün imkan olmalıdır. İslamın Azərbaycandakı mövqeyi də məhz bu zəngin tarixi, mənəvi və ictimai reallıq fonunda dəyərləndirilməlidir.

Bu irsi qorumaq, dini həmrəyliyi gücləndirmək, müxtəlif inanclara hörmətlə yanaşmaq və gələcək nəsillərə mənəvi dəyərləri ötürmək bizim ümumi məsuliyyətimizdir. Öz dinimizə bağlılığımız başqasının dininə hörmətsizlik etməyimizə səbəb olmamalıdır. Əksinə, həqiqi mənəvi dəyər öz müqəddəsinə hörmət etdiyi qədər başqasının müqəddəsinə də hörmət etməyi bacarmaqdır.


Dəyərli Həmvətənlər!Yeni Azərbaycan Partiyasının Qubadlı rayon təşkilatının 10-cu Konfransında iştirak etdik.Ulu Öndər H...
17/09/2026

Dəyərli Həmvətənlər!

Yeni Azərbaycan Partiyasının Qubadlı rayon təşkilatının 10-cu Konfransında iştirak etdik.

Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası xalqımızın böyük dəstəyi ilə qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrilmişdir. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir.

Məhz bu siyasi kursun nəticəsində Azərbaycan güclənib, dövlətimizin beynəlxalq nüfuzu daha da yüksəlib və ərazi bütövlüyümüz bərpa olunub. Qubadlı rayonunun işğaldan azad edilməsi də bu Zəfər tariximizin mühüm səhifələrindən biridir.

Çıxışımda qeyd etdim ki, bu gün qarşımızda duran əsas vəzifələrdən biri əldə olunan tarixi nailiyyətləri qorumaq, dövlətimizin inkişafına və cəmiyyətimizin tərəqqisinə öz fəaliyyətimizlə töhfə verməkdir. Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatı da hər zaman bu istiqamətdə fəaliyyətini davam etdirir.

Əminəm ki, Yeni Azərbaycan Partiyasının Qubadlı rayon təşkilatı bundan sonra da partiyanın qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsində fəal iştirak edəcək, birlik və həmrəylik nümayiş etdirərək öz fəaliyyətini daha da gücləndirəcək.

MƏLUM TƏLƏBƏNİN UNİVERSİTETDƏN XARİC EDİLMƏSİ ÇIXIŞ YOLUDURMU?Birinci kurs tələbələrinin hədələnməsi ilə bağlı yayılan g...
16/09/2026

MƏLUM TƏLƏBƏNİN UNİVERSİTETDƏN XARİC EDİLMƏSİ ÇIXIŞ YOLUDURMU?

Birinci kurs tələbələrinin hədələnməsi ilə bağlı yayılan görüntülər ciddi narahatlıq doğurur. Tələbələrin təhlükəsizliyinin təmin edilməsi və universitet daxilində sağlam təhsil mühitinin qorunması, şübhəsiz ki, vacib məsələdir.

Lakin belə hallarda yalnız tələbənin universitetdən xaric edilməsi ilə kifayətlənmək doğru yanaşma olmaya bilər. Çünki bir universitetdə tətbiq olunan bu cür sərt qərar digər ali təhsil müəssisələri üçün də presedent yarada və gələcəkdə oxşar hallarda eyni üsula müraciət edilməsinə səbəb ola bilər.

Xarici ölkələrin bir sıra universitetlərinin intizam qaydalarında da hədə-qorxu və fiziki təhlükə ilə bağlı davranışlar ciddi pozuntu hesab olunur. Bununla yanaşı, cəza tədbirləri adətən hadisənin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq mərhələli şəkildə müəyyən edilir. Xəbərdarlıq, intizam tədbiri, müəyyən müddətə təhsildən və ya kampusdan uzaqlaşdırma kimi tədbirlərdən sonra, daha ağır hallarda universitetdən xaricetmə tətbiq oluna bilər.

Bu baxımdan, intizam tədbiri görülərkən hadisənin bütün halları, şəxsin davranışının xarakteri, real təhlükənin olub-olmaması və digər mühüm məqamlar hərtərəfli araşdırılmalıdır. Məqsəd yalnız cəzalandırmaq deyil, həm də tələbənin səhvini anlamasına, davranışını düzəltməsinə və təhsilini davam etdirməsinə imkan verən mexanizmləri nəzərə almaq olmalıdır.

Universitetlər tələbələrin təhlükəsizliyini qorumalı, hədə-qorxu və zorakı davranışlara qarşı prinsipial mövqe nümayiş etdirməlidirlər. Eyni zamanda, intizam qərarları ədalətli, ölçülü və fərdi yanaşma əsasında qəbul edilməlidir. Universitetdən xaricetmə isə hər bir halda avtomatik tətbiq olunan deyil, ən ağır intizam tədbirlərindən biri kimi nəzərdən keçirilməlidir.

Əziz seçicilər! Fərdi və ümumi problemlərinizi diqqətlə dinləyib,sizi narahat edən məsələlərlə yaxından tanış olmaq üçün...
16/09/2026

Əziz seçicilər! Fərdi və ümumi problemlərinizi diqqətlə dinləyib,sizi narahat edən məsələlərlə yaxından tanış olmaq üçün görüşünüzə gəlirik.

Növbəti vətəndaş qəbulumuz, 18 sentyabr saat 16:00 - da Biləsuvar rayonu ərazisində yerləşən 11 saylı Cəbrayıl qəsəbəsində, Vahid İsmayılov adına Çərəkən tam orta məktəbində keçiriləcəkdir.


BU GÜN MÜSƏLMAN DÜNYASININ ÜRƏYİ AZƏRBAYCANLA DÖYÜNÜRTürk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri ...
16/09/2026

BU GÜN MÜSƏLMAN DÜNYASININ ÜRƏYİ AZƏRBAYCANLA DÖYÜNÜR

Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının növbəti iclasının Azərbaycanda keçirilməsi Azərbaycanın dini-mənəvi dəyərlərə, Türk dünyası ilə əməkdaşlığa və həmrəyliyə verdiyi önəmin göstəricisidir.

Bu gün müsəlman dünyasının ürəyi Azərbaycanla döyünür. Bir neçə gündür ölkəmizdə çox mühüm görüşlər keçirilir. Eyni zamanda, cənab Prezident davamlı olaraq ölkəmizdə olan ayrı-ayrı qonaqlarla görüşlər keçirərək müxtəlif fikir mübadiləsi aparır. Və bugünkü görüş də çox önəmli bir görüş idi, çünki bu görüşdə dünyanın bir çox ölkələrindən, xüsusilə də türk dövlətlərindən olan çoxlu sayda din xadimi var idi. Və cənab Prezidentin verdiyi bu məlumatlar çox önəmli idi. Bu gün bir sıra hallarda biz reallıqların müxtəlif media orqanları tərəfindən təhrif edildiyini görürük. Amma bu gün cənab Prezident bu qələbənin necə əldə edildiyini və Azərbaycanın hansı ağır, çətin bir mərhələdən keçdiyini növbəti dəfə açıqladı və burada çox mühüm mesajlar verdi.

Mesajların mahiyyəti ondan ibarət idi ki, əslində, bizə bu 30 il ərzində deyirdilər ki, siz işğalla barışmalısınız, siz torpaqlarınızı azad edə bilməzsiniz. Davamlı olaraq Azərbaycana təzyiqlər və eyni zamanda, çox təəssüf ki, cənab Prezidentin qeyd etdiyi kimi, davamlı olaraq ölkəmizin əleyhinə qəbul edilən qətnamələr, müxtəlif dövlətlər tərəfindən verilən bəyanatlar...

Təəssüflə onu da qeyd etmək lazımdır ki, hətta bu proses Azərbaycan torpaqlarını işğal etdikdən də sonra davam etdi və bu gün də bir sıra hallarda biz bunun bizə qarşı yenə də ayrı-ayrı beynəlxalq təşkilatlar, təsisatlar tərəfindən edildiyinin şahidi oluruq. Amma Azərbaycan cənab Prezidentin bu prinsipial, qətiyyətli mövqeyi nəticəsində bu ağır mərhələdə qələbəsini də möhkəmləndirdi.

Bir reallıq var ki, Azərbaycan xalqı bu ədalətsizliyi, bu qərəzi, bu ikili standartı heç zaman unutmayacaq və heç zaman da bağışlamayacaq. Çünki bu dövrdə bu qələbənin müəllifi məhz cənab Prezident və Azərbaycan xalqıdır. Bizim qəhrəman Vətən övladlarının şücaəti nəticəsində, xalqımızın birliyi və cənab Prezidentin siyasəti nəticəsində biz bu torpaqları azad etdik.

Amma biz onu da gördük ki, bu torpaqların azad olunmaması üçün həmin o ölkələr, həmin o təşkilatlar bütün səyləri ilə çalışırdılar. Bunu hamı bilməlidir və cənab Prezidentin dediyində də əsas hədəf və məqsəd ondan ibarət idi ki, bəli, biz müharibə etdik, torpaqlarımızı qazandıq, amma bu xalqlar da, bu ölkələr də bilməlidir ki, bu gün dünyada islamofobiya var, bu gün dünyada türkofobiya var, bu gün müsəlman ölkələrinə, müsəlman dövlətlərinə qarşı ikili standart var. Və o mənada, bu məsələdən hamının agah olması və eyni zamanda, bugünkü gərgin bir dövrdə bu proseslərin hansı formada cərəyan etdiyini bilməsi və gələcəkdə öz ölkələrində nəzərə almaları olduqca önəmlidir.

Bu cür tədbirlərin ölkəmizdə keçirilməsində cənab Prezidentin müstəsna rolu və dəstəyi var. Davamlı olaraq ölkəmiz müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir və eyni zamanda, mən onu xüsusi qeyd etmək istəyirəm ki, bu tədbirlərin keçirilməsində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin də böyük bir rolu var.

Söhbət ondan gedir ki, Azərbaycan bu gün Qafqazda, ümumiyyətlə, bu bölgədə özünün liderliyini qoruyur. Bu gün Qafqazın dini liderləri, din xadimləri Azərbaycanda görüşürlər və Azərbaycanda çox mühüm məsələləri müzakirə edirlər.

Azərbaycan növbəti dəfə mühüm bir beynəlxalq platformada özünün potensialını ortaya qoydu. Azərbaycan dünyada bu ağır proseslərin fonunda üzərinə götürdüyü şərəfli, ağır missiyanı uğurla yerinə yetirir. Əminliklə deyə bilərik ki, bugünkü tədbir həm də Türk dövlətləri ilə Qafqaz xalqları arasında bir körpü idi, əlaqələrin daha da möhkəmləndirilməsi idi. Bir sözlə desək, bu, bir qardaşlıq nümunəsidir və bu qardaşlığın qorunması bizim üçün çox önəmlidir.

Hesab edirəm ki, bu insanlar da Azərbaycanı özlərinin doğma yurdu, doğma məkanı, öz evləri hesab edirlər. Bu da asan bir məsələ deyil. Ulu Öndər tərəfindən əsası qoyulan siyasət, cənab Prezidentin davam etdirdiyi bu siyasət nəticəsində Azərbaycan bu gün müxtəlif dinlərin, ayrı-ayrı məzhəblərin, ayrı-ayrı dini təlimlərin bir araya gəldiyi, qlobal problemləri müzakirə etdiyi bir məkana çevrilib. Azərbaycan eyni zamanda mənəvi sahədə də töhfəsini verir, dünyamızın mənəvi baxımdan inkişafına da öz səylərini əsirgəmir.

Azərbaycanın üstünlüyü ondadır ki, Azərbaycan qlobal çağırışları davamlı olaraq müxtəlif tribunalarda səsləndirir. Bu tədbirdə səsləndirilən fikirlər də olduqca önəmli idi və bu, bir daha Azərbaycanın gücünü, Azərbaycanın qüdrətini, Azərbaycanın qardaşlığını, Azərbaycanın dostluğunu növbəti dəfə bütün dünyaya çatdırır.

Bu cür səfərlər olduqca vacibdir. Bir neçə gün bundan əvvəl də cənab Prezidentin köməkçisi, hörmətli Hikmət müəllim, diplomatik korpusun nümayəndələrini işğaldan azad olunmuş ərazilərə aparmışdı və indi isə din xadimləri işğaldan azad olunmuş ərazilərə səfər edirlər.

Hamımızın yaddaşımızdadır, cənab Prezident Zəngilana səfər edərkən, onların məscidlərimizdə donuz saxladıqlarının şahidi olmuş və çox qəti şəkildə, sərt şəkildə bu məsələyə özünün reaksiyasını vermişdi ki, baxın, bu, məqsədli bir siyasət idi.

Bu gün Ermənistanı bir mələk kimi (dırnaqarası), çox təəssüf ki, dünyaya təqdim etməyə çalışan bəzi onların himayədarları var. Amma Ermənistan bu siyasəti məqsədli həyata keçirmişdi. Ermənistan Azərbaycan xalqını alçaltmaq üçün bunu etmişdi, Müsəlman dünyasını aşağılamaq üçün bunu etmişdi.

Necə olur ki, Zəngilanda müxtəlif yerlər var, o yerlərdə heyvan saxlanılmır, amma məhz qədim məscid heyvan saxlanılması üçün yer kimi seçilib? Bu, təkcə Zəngilanda deyildi, yəni bu, eyni zamanda, həyata keçirilmişdi Ağdamda — biz unutmamışıq Ağdamın içərisində inəklərin gəzməsini və heç zaman unutmayacağıq. Füzulidə və digər ərazilərimizdə bunu etmişdilər.

Hətta bunu kilsələrə qarşı etmişdilər, yəni Qarabağda mövcud olan yeganə pravoslav kilsəsinə qarşı etmişdilər, bunu Alban kilsələrinə qarşı etmişdilər. Cənab Prezident eyni zamanda Hadruta gedərkən və digər ərazilərə gedərkən bu kilsələrə baş çəkərkən bu məsələyə öz mövqeyini, münasibətini bildirmişdi. Yəni bu, məqsədli şəkildə Ermənistan dövləti tərəfindən həyata keçirilən bir siyasət idi, bu, təsadüf deyildi.

Ona görə burada belə bir maraqlı məqam var ki, bu insanlar əvvəl də bəziləri bu ərazilərə getmişdilər, bu vəhşilikləri görmüşdülər. Hazırda cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə çox möhtəşəm işlər görülüb, məscidlərimiz bərpa olunub.

Misal üçün, Zəngilan məscidinin köhnə qalıqları qorunmaqla orada möhtəşəm, gözəl bir məscid tikilibdir. Ağdam məscidi ən yüksək səviyyədə bərpa olunubdur, yenidən qurulubdur. Şuşada gözəl bir məscid tikilir, Şuşada bəzi məscidlərimiz bərpa olunub.

Ermənilər 100-ə yaxın bizim bu cür tarixi abidələrimizi, məscidlərimizi dağıtmışdılar. Amma bu gün yenə də cənab Prezidentin bizim mənəvi dəyərlərə verdiyi qiymətin təzahürüdür ki, bu ərazilərdə yeni məscidlər tikilir. Yəni bu gün bir neçə rayonumuzda, misal üçün, Cəbrayılda yeni məscid tikilməkdədir, Daşaltıda məscid tikilməkdədir, digər ərazilərimizdə tikilməkdədir.

Hətta Şuşanın mərkəzində xristian abidəsi, kilsəsi dövlətimiz tərəfindən bərpa olunmaqdadır, ən yüksək səviyyədə qurulmaqdadır. Qonaqlar gedib yerində bunu gözləri ilə görəcəklər ki, Azərbaycan necə bir ölkədir ki, qısa vaxtda özünün mənəviyyatına sahib çıxdı, dəyərlərinə sahib çıxdı, tarixinə sahib çıxdı.

Bax, bu dediyimiz 65-dən artıq məscid çox sürətli bir formada bərpa olundu. Bu gün Gövhər Ağa məscidində insanlar namaz qılırlar, bizim üçün çox müqəddəs olan Ağdam məscidi artıq insanların növbəti dəfə bir pənah yeri olubdur. O mənada, o anlamda biz deyə bilərik ki, bu yerlərin görülməsi, bu təəssüratların olması çox önəmlidir.

O insanlar gedib orada həm vəhşiliyin izlərini görəcəklər, həm də orada Azərbaycan dövlətinin özünün milli-mənəvi dəyərlərinə necə yüksək dəyər və qiymət verdiyinin şahidi olacaqlar.

Bu səfərlər çox önəmlidir və çox vacibdir ki, bu tədbirlərin davamı olaraq Qarabağda bu ziyarət təşkil olunur, orada fikir mübadiləsi aparılır, görüşlər keçirilir. Birmənalı, bilirik ki, bu tarixi abidələr yalnız Azərbaycanın deyil. Şuşada, digər ərazilərdə məscidləri dağıdanlar dünya mədəniyyətini dağıdırlar, dünya mənəviyyatına ziyan vururlar.

O baxımdan, həm də dərs götürməlidirlər ki, bu cür hallarda susqunluq nümayiş etdirmək olmaz. Çünki susmaq həm də tarixə qarşı çıxmaq deməkdir, dini-mədəni dəyərləri tapdalamaq deməkdir. Qurani-Kərimin Həcc surəsinin 40-cı ayəsində buyurulur: “Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr edilən monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi...” Bu ayə müxtəlif dinlərin ibadət məkanlarına hörmətin və onların qorunmasının əhəmiyyətini açıq şəkildə göstərir. Və əgər bizim məscidlərimizdə donuz saxlayırdılarsa, bunu o zaman UNESCO, İSESKO kimi təşkilatlar sakit formada müşahidə etməli deyildilər.

Çünki bu gün əgər bu vandalizm əməllərini, vandalizm aktlarını həyata keçirənlər sabah bunu digər dövlətlərdə də tətbiq eləyəcəklər, digər dövlətlərin də tarixi, dini, mədəni abidələrinə qarşı bu cür laqeyd yanaşacaqlar. Məhz bu cür məqamlarda ona görə də birlik çox vacibdir.

Tamamilə doğrudur, əslində, bu gün dünyamızda baş verənlərin əsası məhz Azərbaycanda qoyuldu. Əslində, dünya laqeyd olmasaydı, biganə olmasaydı, qərəzinə, ədalətsizliyinə son qoysaydı, bu gün bu hadisələr başqa ölkələrdə təkrarlanmazdı.

UNESCO ilə bağlı mövqeyimizi biz açıq-aydın gördük. İşğal vaxtı gəlmədilər, sonra isə başladılar bizi ittiham etməyə və digər beynəlxalq təşkilatlar da bunu etməyə çalışdılar. Mesaj isə ondan ibarətdir ki, bu siyasətə son qoymaq lazımdır.

İndi, təəssüf ki, üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, bu ədalətsizlik, bu qərəz zaman-zaman özünü müxtəlif qurumların timsalında və nümunəsində göstərir. Amma Azərbaycan öz sözünü dedi, Azərbaycan nümunə göstərdi. Biz heç kimin kilsəsini dağıtmadıq, biz heç kimin ibadət yerinə hücum etmədik, bizim mülki əhali ilə işimiz olmadı. Əslində, bütün bunlar Azərbaycan xalqının böyüklüyünü, mərhəmətini, yüksək mənəviyyatını və insani dəyərlərə bağlılığını açıq şəkildə nümayiş etdirirdi.

TARİXİ ŞƏXSİYYƏTLƏRİ KİMLƏR HƏDƏFƏ ALIR?Bir xalqın qəhrəmanları onun sadəcə keçmişi deyil. Onlar həmin xalqın yaddaşı, q...
16/09/2026

TARİXİ ŞƏXSİYYƏTLƏRİ KİMLƏR HƏDƏFƏ ALIR?

Bir xalqın qəhrəmanları onun sadəcə keçmişi deyil. Onlar həmin xalqın yaddaşı, qüruru və özünüifadəsidir. Koroğlu, Qaçaq Nəbi, Həcər kimi adlar əsrlər boyu xalqımızın dilində yaşayıbsa, bunun səbəbi təsadüfi deyil. Bu adlar artıq xalqın yaratdığı mənəvi yaddaşın bir hissəsinə çevrilib.

Bəs tarixi şəxsiyyət niyə toxunulmaz sayılır? Bu o deməkdirmi ki, onun haqqında heç kim danışa, araşdıra və fərqli fikir söyləyə bilməz? Əlbəttə, yox.

Tarix araşdırılmalıdır. Həm də ciddi və vicdanlı şəkildə. Arxiv sənədləri açılmalı, məktublar, xatirələr, salnamələr, dövrün mətbuatı və digər mənbələr araşdırılmalıdır. Müxtəlif məlumatlar bir-biri ilə müqayisə edilməli, ziddiyyətlər ortaya qoyulmalı, yeni faktlar üzə çıxarılmalıdır.

Amma bir sərhəd var: şəxsi mülahizə tarixi fakt deyil.

Hər əsrdə, hər dövrdə kimsə ortaya çıxıb “mən belə düşünürəm” deyə tarixi şəxsiyyət haqqında hökm verə bilər. Bu, həmin fikri avtomatik olaraq həqiqətə çevirmir. Bir insanın emosional münasibəti, subyektiv yanaşması və ya şəxsi qənaəti arxiv sənədini əvəz edə bilməz.

Bəlkə kimsə həqiqətən arxiv idarəsindəki hansısa gizli sənədi tapıb, yeni fakt ortaya çıxarıb və buna əsaslanaraq fərqli fikirlər yazır? Buyursun, desin. Sənədi ortaya qoysun, mənbəni göstərsin, araşdırmasını təqdim etsin. Cəmiyyət də baxsın, müzakirə etsin, tarixçilər qiymətləndirsin.

Amma ortada sənəd, mənbə, arxiv materialı və ciddi araşdırma yoxdursa, sadəcə şəxsi mülahizəni tarixi həqiqət kimi təqdim etmək olmaz.

Məsələn, Koroğlu haqqında araşdırma aparmaq olar. Onun obrazının formalaşmasına təsir edən tarixi və folklor mənbələrini öyrənmək, müxtəlif dövrlərdə necə təqdim edildiyini araşdırmaq mümkündür. Qaçaq Nəbi haqqında arxiv materiallarına, dövrün mətbuatına və digər sənədlərə müraciət etmək olar. Həcərin obrazını da folklor, ədəbiyyat və tarixi məlumatlar əsasında təhlil etmək mümkündür.

Bütün bunlar normaldır. Hətta vacibdir.

Amma ortaya çıxıb “mənim fikrim budur, deməli həqiqət də budur” yanaşması tamam başqa məsələdir.

Fakt varsa, göstər. Mənbə varsa, ortaya qoy. Arxiv sənədi varsa, paylaş. Elmi araşdırma varsa, ona istinad et. Qarşı tərəfin fikri ilə razı deyilsənsə, arqumentlə cavab ver.

Amma şəxsi düşüncəni fakt kimi təqdim edib cəmiyyətə “tarix budur” deyə qəbul etdirməyə çalışmaq qəbuledilməzdir.

Tarix heç kimin şəxsi mülkiyyəti deyil. Lakin heç kimin şəxsi mülahizəsi də tarix adı altında cəmiyyətə sırınmamalıdır.

Koroğlu deyəndə xalqın yaddaşında mərdlik, cəsarət və haqsızlığa qarşı mübarizə obrazı canlanır. Qaçaq Nəbi adı xalq yaddaşında mübarizlik və igidliklə bağlıdır. Həcər isə cəsarəti və iradəsi ilə Azərbaycan qadınının yaddaşda yaşayan qəhrəmanlıq obrazlarından biridir.

Bu obrazların hər biri əsrlər boyu xalqın yaddaşında yaşayıb. Deməli, məsələ yalnız ayrı-ayrı tarixi şəxslərin adından getmir. Məsələ onların ətrafında formalaşmış milli yaddaşdan gedir.

Əlbəttə, tarixdə heç bir şəxsiyyət tənqiddən kənarda deyil. Tarixi şəxsiyyətin fəaliyyətində mübahisəli məqam varsa, onu araşdırmaq olar. Səhv hesab edilən qərar varsa, elmi əsaslarla müzakirə etmək olar. Yeni sənədlər ortaya çıxarsa, əvvəlki təsəvvürlərə yenidən baxmaq da mümkündür.

Amma bunun bir yolu var: sənəd, mənbə, araşdırma və sübut.

Hər gələn öz mülahizəsini ortaya qoyub onu real fakt kimi təqdim edərsə, sabah biri Koroğlu haqqında başqa, digəri Qaçaq Nəbi haqqında tamam fərqli “tarix” yazacaq. Bir müddət sonra isə ortada tarix yox, ayrı-ayrı insanların şəxsi versiyaları qalacaq.

Məhz buna görə tarixə sual vermək başqa şeydir, tarixə hökm oxumaq başqa.

Biz uşaqlarımıza Koroğlunu, Qaçaq Nəbini, Həcəri və digər qəhrəmanlarımızı tanıdanda onlara yalnız keçmişdən danışmırıq. Biz onlara mərdlik, cəsarət, mübarizə və milli yaddaş haqqında təsəvvür veririk.

Ona görə də tarixi qəhrəmanlarımız haqqında danışarkən sözümüzün məsuliyyətini bilməliyik. Tənqid etmək haqqımızdır. Araşdırmaq haqqımızdır. Yeni faktlar ortaya qoymaq haqqımızdır. Amma şəxsi mülahizəni həqiqət adı ilə cəmiyyətə qəbul etdirmək haqqı heç kimə verilməyib.

Tarix araşdırmaya açıqdır. Qəhrəmanlarımızın fəaliyyəti müzakirə oluna bilər. Amma milli yaddaş şəxsi ambisiyaların oyuncağı deyil.

Çünki öz tarixini hər gələnin şəxsi baxışına görə dəyişən xalq bir müddət sonra nəyi həqiqətən yaşadığını, nəyi isə sonradan ona qəbul etdirdiklərini ayırd etməkdə çətinlik çəkər.

Tarix bizim keçmişimizdir. Qəhrəmanlarımız isə həmin keçmişin yaddaşımıza həkk olunmuş simalarıdır. Onlara sahib çıxmaq keçmişdə ilişib qalmaq deyil. Əksinə, gələcək nəsillərə “Biz kimik?” sualının cavabını doğru şəkildə çatdırmaqdır.

Və bu cavabı heç kim öz şəxsi mülahizəsi ilə bizim əlimizdən almamalıdır.

Address

Bakı Şəhəri, Parlament Prospekti, 1
Baku
AZ1152

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994502779614

Alerts

Be the first to know and let us send you an email when Ceyhun Məmmədov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ceyhun Məmmədov:

Shortcuts

Share