Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

WUF13-də iş prosesindən maraqlı anlar fotolarda
26/05/2026

WUF13-də iş prosesindən maraqlı anlar fotolarda

26/05/2026

Azərbaycan QHT-ləri WUF13 çərçivəsində 4 “Partner-Led Event” təşkil edibWUF13 çərçivəsində “UN-Habitat” tərəfindən tərəf...
25/05/2026

Azərbaycan QHT-ləri WUF13 çərçivəsində 4 “Partner-Led Event” təşkil edib

WUF13 çərçivəsində “UN-Habitat” tərəfindən tərəfdaşlara “Partner-Led Events” imkanı yaradılıb. Bu tədbirlərin əsas mahiyyəti budur ki, onlar WUF proqramının bir hissəsi olur, BMT platformasında görünürlük qazanır, amma məzmununu tərəfdaş qurumlar hazırlayır. Azərbaycan QHT-ləri prosesdə yüksək fəallıq nümayiş etdirib. Azərbaycan üzrə 12 “Partner-Led Events”dən 4-ü yerli QHT-lər tərəfindən təşkil edilib.
WUF13 çərçivəsində 2026-cı il mayın 19-da “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyi “Əlilliyi olan şəxslər üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda “Partner-Led Event” təşkil edib. Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva, QHT Agentliyinin Müşahidə Şurasının üzvü, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, QHT Agentliyinin İdarı Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva, İordaniyanın “I am Human” Əlilliyi olan Şəxslərin Hüquqları Cəmiyyətinin rəhbəri Asia Abdel Mutaleb Yaghi və digər qonaqlar iştirak ediblər.
2026-cı il mayın 20-də “Media İnkişaf Mərkəzi” İctimai Birliyi "Media mənzil təminatı və şəhər dayanıqlığı ilə bağlı ictimai diskursun hərəkətverici qüvvəsi kimi" “Partner-Led Event” təşkil edib. Konfransda Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, QHT Agentliyinin Müşahidə Şurasının üzvü, deputat Rizvan Nəbiyev, QHT Agentliyinin İdarı Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının direktoru Şəfəq Mehrəliyeva və digər qonaqlar iştirak edib.
2026-cı il mayın 21-də “EkoSfera” İctimai Birliyin sədri Firuzə Sultanzadə Azərbaycanın “İlk Milli Dayanıqlılıq Standartı” layihəsini “Partner-Led Event”də beynəlxalq auditoriyaya təqdim edib. Tədbirdə Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevin videomüraciəti nümayiş olunub, QHT Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva vətəndaş cəmiyyəti təsisatlarının dayanıqlılıq standartlarının formalaşdırılmasındakı rolundan bəhs edib.
2026-cı il mayın 21-də Azərbaycan Milli QHT Forumu “Davamlı və inklüziv şəhərlərin inkişafında gənclərin və vətəndaş cəmiyyətinin liderliyi” mövzusunda “Partner-Led Event” keçirib. Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli şəhər inkişafında gənclərin rolu, inklüziv idarəetmə barədə təqdimatla çıxış edib. Toplantıda Azərbaycanın gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Keniyanın “Kounkuey Design Initiative” təşkilatının icraçı direktoru Vera Bukachi, Liberiyanın “Liberian Youth for Climate Actions (LYCA)” təşkilatının təsisçisi və icraçı direktoru Ezekiel Nyanfor və digər spikerlər mövzu barədə fikirlərini bölüşüblər.

Mədəni irsin qorunması şəhərsalma siyasətinin əsas istiqamətlərindən biri kimi təqdim olunub2026-cı il mayın 20-də “WUF1...
24/05/2026

Mədəni irsin qorunması şəhərsalma siyasətinin əsas istiqamətlərindən biri kimi təqdim olunub

2026-cı il mayın 20-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin “Şəhərsalma siyasətində mədəni irs nümunələrinin qorunması” adlı sərgi açılıb.
Sərgidə Azərbaycanın tarixi-mədəni irs nümunələrinin qorunması, onların müasir şəhərsalma siyasətində yeri və davamlı inkişaf konsepsiyası çərçivəsində gələcək nəsillərə ötürülməsi məsələləri diqqət mərkəzində olub. Tədbirdə qədim memarlıq abidələri, tarixi yaşayış məkanları, milli-mədəni dəyərləri əks etdirən foto və vizual materiallar nümayiş etdirilib.

"Region bələdiyyələrinin Urban Forumu" keçirilib2026-cı il mayın 18-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonu...
24/05/2026

"Region bələdiyyələrinin Urban Forumu" keçirilib

2026-cı il mayın 18-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda "Bələdiyyə Resurs və Təlim Mərkəzi" İctimai Birliyi "Region bələdiyyələrinin Urban Forumu"nu keçirib.
Forumda regionlarda dayanıqlı şəhərsalma, bələdiyyələrin urban inkişaf prosesində rolunun artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

“Qarabağ 360” layihəsi və VR/Sİ əsaslı şəhərsalma modeli təqdim olunub2026-cı il mayın 22-də “WUF13 Urban Expo”da QHT Ag...
23/05/2026

“Qarabağ 360” layihəsi və VR/Sİ əsaslı şəhərsalma modeli təqdim olunub

2026-cı il mayın 22-də “WUF13 Urban Expo”da QHT Agentliyinin pavilyonunda “Gələcək Naminə” İctimai Birliyi tərəfindən “Qarabağ 360” layihəsi təqdim olunub.
VR eynəklərdən istifadə etməklə iştirakçılar Qarabağın tarixi, mədəni və təbii məkanlarını 360 dərəcə formatında izləyərək bölgənin turizm, mədəni irs və rəqəmsal təqdimat imkanları ilə yaxından tanış olublar.
Forum çərçivəsində, həmçinin VR və süni intellekt əsaslı şəhərsalma modeli ilə bağlı layihə təklifi təqdim edilib. Layihə təklifində şəhər mühitinin planlaşdırılması, dayanıqlı urban inkişaf, rəqəmsal texnologiyaların şəhər idarəçiliyində tətbiqi və gələcəyin ağıllı şəhər modelləri ilə bağlı yanaşmalar iştirakçıların diqqətinə çatdırılıb.

“Uşaqların şəhəri” sərgisi açılıb2026-cı il mayın 22-də “WUF13 Urban Expo” çərçivəsində QHT Agentliyinin pavilyonunda Az...
23/05/2026

“Uşaqların şəhəri” sərgisi açılıb

2026-cı il mayın 22-də “WUF13 Urban Expo” çərçivəsində QHT Agentliyinin pavilyonunda Azərbaycan Uşaq Fondu “Uşaqların şəhəri” adlı sərgi keçirilib.
Sərgidə uşaqların şəhər mühitinə baxışı, onların təhlükəsiz, inklüziv və yaşıl şəhər modeli ilə bağlı düşüncələri müxtəlif yaradıcı işlər və təqdimatlar vasitəsilə nümayiş olunub.
Forum çərçivəsində iştirakçılar uşaqların arzularındakı şəhər modeli, ekoloji mühit, ictimai məkanlar və təhlükəsiz urban infrastruktur mövzularında hazırlanan sərgi nümunələri ilə tanış olublar.

"Arzuların şəhəri" təqdim olunub2026-cı il mayın 22-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda "İstedadları...
23/05/2026

"Arzuların şəhəri" təqdim olunub

2026-cı il mayın 22-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda "İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyi "Arzuların şəhəri" adlı tədbir keçirilib. Vurğulanıb ki, şəhər təkcə müasir memarlığı ilə deyil, həm də uşaqlara və istedadların inkişafına verilən dəyərlə diqqət çəkir. Tədbirdə istedadlı gənclərin ifaları maraqla qarşılanıb.

Address

Yasamal Rayonu, Hüseyn Cavid Prospekti, 520ci Məhəllə, Ev 20
Baku
AZ1029

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124931581

Alerts

Be the first to know and let us send you an email when Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi:

Share