Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti / State Border Service of the Republic of Azerbaijan

Konkur üzrə “Omar” Kuboku keçirilmişdir30 may 2026-cı il tarixində “Omar” Atçılıq Klubunun təşkilatçılığı, Azərbaycan Re...
01/06/2026

Konkur üzrə “Omar” Kuboku keçirilmişdir

30 may 2026-cı il tarixində “Omar” Atçılıq Klubunun təşkilatçılığı, Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi ilə “Omar” kuboku uğrunda konkur yarışları keçirilmişdir.

“Omar” Atçılıq Klubunun ərazisində keçirilən yarışlarda “A” kateqoriyası üzrə 90-100 sm, “M*” kateqoriyası üzrə 115-130 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından 21 yaşadək idmançılar 6 yaşadək olan atlarla, 21 yaşdan yuxarı idmançılar isə yaş məhdudiyyəti qoyulmayan atlarla iştirak etmişlər.

“A” kateqoriyasında 24 idmançının iştirakı ilə baş tutan mübarizədə “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin təmsilçisi Amena Gonizzi “Pur-Pur” ləqəbli atla birinci, “Omar” Atçılıq Klubunun təmsilçisi Məryəm Həbibova “Kasparina” ləqəbli atla ikinci, “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin təmsilçisi Ayan Fərəcova “Tibet” ləqəbli atla üçüncü, “Elite” Atçılıq Klubunun təmsilçisi Mədinə Məmmədova “Ayla” ləqəbli atla dördüncü, “Omar” Atçılıq Klubunun təmsilçisi Nazkumsal Butayeva isə “Tutu MNM” ləqəbli atla beşinci yerin sahibi olmuşdur.

“M*” kateqoriyasında yaş məhdudiyyəti olmadan 13 idmançının mübarizə apardığı yarışda “Elite” Atçılıq Klubunun təmsilçisi Seyid Musayev “Zidan D” ləqəbli atla birinci, “Omar” Atçılıq Klubunun təmsilçisi Kənan Novruzov “Tutu MNM” ləqəbli atla ikinci, “Sərhədçi” Atçılıq Mərkəzinin təmsilçisi Ramil İbrahimov “Şirin” ləqəbli atla üçüncü, “Omar” Atçılıq Klubunun təmsilçisi Kənan Novruzov bu dəfə “Miss Baloubet MNM” ləqəbli atla dördüncü və “Elite” Atçılıq Klubunun təmsilçisi Anar Hümbətov “Zirvə” ləqəbli atla beşinci yerin sahibi olmuşdur.

Sonda birinci yerin sahiblərinə “Omar” Kuboku, medal, fəxri diplom, ikinci və üçüncü yerin sahiblərinə medal, fəxri diplom, dördüncü və beşinci yerin sahiblərinə isə fəxri diplom təqdim edilmişdir.

Azərbaycan və İran sərhəd mühafizə qurumlarının nümayəndə heyətləri arasında görüş keçirilmişdirİyun ayının 1-də  “Astar...
01/06/2026

Azərbaycan və İran sərhəd mühafizə qurumlarının nümayəndə heyətləri arasında görüş keçirilmişdir

İyun ayının 1-də “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin İran İslam Respublikası ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İran İslam Respublikasının Nizam-İntizam Qüvvələrinin Baş Komandanının müavini general-mayor Qasım Rzainin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilmişdir.

Görüşdə Azərbaycan–İran dövlət sərhədində və dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyət, sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər, Azərbaycan–İran dövlət sərhədinin işğaldan azad edilmiş hissəsində dövlət sərhədinin mühafizəsinin təşkili, eləcə də Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması istiqamətində görülən işlər müzakirə olunmuşdur.

Müzakirələr zamanı iki ölkənin sərhəd mühafizə qurumları arasında əməkdaşlığın inkişaf dinamikası yüksək qiymətləndirilmiş, dövlət sərhədindən qaçaqmalçılıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, eləcə də transsərhəd cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi vurğulanmışdır.

Tərəflər bu cür görüşlərin keçirilməsinin sərhəd mühafizə qurumları arasında əlaqələrin inkişafına, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd etmişlər.

Görüş dostluq, qarşılıqlı etimad və anlaşma şəraitində keçmişdir.

Hərbi hissələrdə “Açıq qapı günü” keçirilmişdirDövlət Sərhəd Xidmətinin sərhəd mühafizə bölmələrində ictimaiyyətlə əlaqə...
01/06/2026

Hərbi hissələrdə “Açıq qapı günü” keçirilmişdir

Dövlət Sərhəd Xidmətinin sərhəd mühafizə bölmələrində ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə “Açıq qapı günü” keçirilmişdir.

Dövlət Himninin ifa olunması ilə başlanan tədbirdə xalqımızın Dahi Öndəri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbir çərçivəsində hərbi qulluqçuların valideynləri və yaxınları yaradılan şəraitlə yaxından tanış olmuş, sərhədçilərin xidməti və sosial-məişət şəraiti barədə ətraflı məlumat almışlar.

Tədbir zamanı qonaqlar sərhədçilərin vətənə, xalqa və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə sədaqətindən, eləcə də yüksək peşəkarlıq səviyyəsindən məmnunluqlarını bildirmiş, yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

Qonaqlara sərhədçilərin peşə hazırlığı, fiziki və taktiki hazırlıq səviyyələri, həmçinin xidmət zamanı göstərdikləri yüksək nizam-intizam barədə məlumat verilmiş, xidməti, inzibati binalara, əsgər yataqxanasına və yeməkxanaya baxış keçirilmişdir.

01/06/2026

Məktəblilərin DSX Akademiyasına ekskursiyası təşkil olunmuşdur.

Dövlət Sərhəd Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə tədbiriDövlət Sərhəd Xidməti ...
01/06/2026

Dövlət Sərhəd Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə tədbiri

Dövlət Sərhəd Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Bakı şəhərində yerləşən müxtəlif ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin DSX Akademiyasına ekskursiyası təşkil olunmuşdur.

Tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin Akademiyasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidələri ziyarət etmiş, güllər düzmüşlər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edənlər gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda formalaşdırılmasının vacibliyini vurğulamış, dövlətçilik ənənələrinin qorunması, Vətənə xidmətin şərəfli missiya olması və gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətindən bəhs etmişlər.

Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclərin milli ruhda, dövlətə və xalqa bağlı, yüksək mənəvi keyfiyyətlərə malik vətəndaşlar kimi yetişdirilməsidir.

Daha sonra Akademiyanın kursantları tərəfindən milli musiqi alətlərinin müşayiəti ilə özfəaliyyət proqramı nümayiş etdirilmişdir. Kursantların ifasında səsləndirilən vətənpərvərlik ruhlu musiqilər qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.

Tədbir çərçivəsində Vətən Müharibəsi Qəhrəmanları Elvin Səfərov və Anar Məmmədov məktəblilərlə görüşərək tarixi Zəfərin qazanılmasında döyüş meydanında Azərbaycan sərhədçilərinin nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq nümunələrindən və keçdikləri şərəfli döyüş yolundan ətraflı bəhs etmiş, gənclərə dövlətçilik ənənələrinə bağlılıq və milli ruhun qorunmasının əhəmiyyətinə dair tövsiyələr vermişlər.

Tədbirin rəsmi hissəsindən sonra məktəblilər Dövlət Sərhəd Xidmətinin Akademiyasında kursantların təlim-tədris prosesi, yaşayış şəraiti və asudə vaxtlarının təşkili ilə yaxından tanış olmuş, onlarla birgə nahar etmişlər.

Görüş zamanı şagirdlərə hərbi təhsil sistemi, sərhədçi peşəsinin məsuliyyəti və Akademiyada yaradılmış müasir şərait barədə ətraflı məlumat verilmişdir.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkdirilmişdir.

01/06/2026
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdırDövlət sərhədinin etibarlı mühafizəsin...
30/05/2026

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 20 kiloqram 615 qram narkotik vasitə marixuana və 470 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dövlət qurumlarının rəhbərləri dəmiryolu və sərhəd-keçid məntəqələrində xidmətin təşkili ilə tanış olmuşlarMay ayının 28...
29/05/2026

Dövlət qurumlarının rəhbərləri dəmiryolu və sərhəd-keçid məntəqələrində xidmətin təşkili ilə tanış olmuşlar

May ayının 28-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərləri dəmiryolu nəqliyyatı vasitəsilə Azərbaycan–Gürcüstan marşrutu üzrə hərəkət edən yük və sərnişin qatarlarında sərhəd və gömrük nəzarətinin təşkili, rəsmiləşdirmə proseslərinin həyata keçirilməsi, vətəndaş məmnuniyyətinin təmin olunması, habelə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik dəmiryolu stansiyalarına baxış keçirmişlər.

Səfər çərçivəsində qeyd olunan stansiyalarda mövcud infrastruktur, sərhəd və gömrük nəzarətinin təşkili vəziyyəti, sərnişin və yük daşımalarının operativ və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün yaradılmış şərait, eləcə də xidmətin təşkili ilə bağlı mövcud mexanizmlər yerində yoxlanılmışdır.

Baxış zamanı sərhəd-keçid prosedurlarının təkmilləşdirilməsi, rəsmiləşdirmə proseslərinin sürətləndirilməsi, vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, həmçinin nəqliyyat təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində müvafiq tapşırıqlar verilmiş, aidiyyəti üzrə qarşıda duran vəzifələr müəyyən edilmişdir.

Qeyd olunmuşdur ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, beynəlxalq nəqliyyat dəhlizləri üzrə təhlükəsiz və fasiləsiz daşımaların həyata keçirilməsi, eləcə də vətəndaş məmnuniyyətinin artırılması məqsədilə aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyət bundan sonra da davam etdiriləcəkdir.

Dövlət Sərhəd Xidmətinin aparatında, struktur qurumlarında və hərbi hissələrində 28 May - Müstəqillik Günü münasibətilə ...
28/05/2026

Dövlət Sərhəd Xidmətinin aparatında, struktur qurumlarında və hərbi hissələrində 28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Bildirilmişdir ki, İstiqlal Bəyannaməsinin imzalanması ilə müstəqilliyini dünyaya bəyan etmiş cümhuriyyətimiz cəmi 23 ay mövcud olmasına baxmayaraq, müsəlman şərqində ilk parlamentli respublika kimi demokratik idarəetmə quruluşuna malik olmuş, qadınlara seçki hüququ verilmiş, milli ordu, təhsil və məhkəmə sistemi yaradılmış, dövlət atributları formalaşdırılmış, Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olmaqla bərabər, xalqımızın azadlıq iradəsinin parlaq təcəssümünə çevrilmişdir.

Tədbirlərdə 1991-ci ildə müstəqilliyinə yenidən qovuşmuş dövlətimizin ötən dövr ərzində mürəkkəb inkişaf yoluna nəzər salınmış, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qorunub saxlanmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışılmışdır.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, sərhədlərimizin etibarlı mühafizəsi və müdafiəsi istiqamətində əldə edilmiş mühüm nailiyyətlərdən bəhs olunmuş, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasının tarixi əhəmiyyəti şəxsi heyətin diqqətinə çatdırılmışdır.

Tədbirlərin sonunda Müstəqillik Gününə həsr edilmiş sənədli filmlər nümayiş etdirilmişdir.

Address

Zarifa Aliyeva 76, Azerbaijan
Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti:

Share