JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyi

  • Home
  • Azerbaijan
  • Baku
  • JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyi

JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyi Birliyin əsas məqsədi jurnalistikanın inkişafına dəstək olmaqdır. Birliyin əsas məqsədi jurnalistikanın inkişafına dəstək olmaqdır!

JSİD məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri icra edir:

-jurnalistikanın inkişafı sahəsində dövlət tərəfindən keçirilən tədbirləri təbliğ etmək;
-jurnalistlərin biliklərinin və peşə bacarıqlarının artırılmasına dəstək olmaq;
-bu istiqamətdə maarifləndirmə işləri aparmaq və müvafiq sahədə xarici ölkələrin müsbət təcrübəsini öyrənmək. JSİD-in əsas prioritetləri:

-elmi araşdırmalar aparır, mü

xtəlif kurslar, seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmək,
-ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif QHT-ləri, regional və beynəlxalq qurumlarla əlaqələr qurmaq, eləcə də onlarla birgə layihələr icra etmək,
-məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayaraq, qanunvericiliyə müvafiq qaydada çap mediası təsis etmək,
-Azərbaycan Respublikasının aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq.

JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyinin Sədri, məşhur teleaparıcı-jurnalist Günel Gözəlova...
02/03/2026

JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyinin Sədri, məşhur teleaparıcı-jurnalist Günel Gözəlova Bakı Dövlət Universiteti Jurnalistika Fakültəsinin tələbələri ilə "Danışır təcrübə" layihəsi çərçivəsində görüşüb, təlim keçib📚📝📰

Bakı Dövlət Universitetinin   Jurnalistika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin   təşkilatçılığı ilə   lay...
27/02/2026

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə layihəsinə start verilir.

Layihənin ilk qonağı tanınmış telejurnalist-aparıcı, "Jurnalist Sənətkarlığının İnkişafına Dəstək" İctimai Birliyinin Sədri Günel Gözəlova olacaq.

Layihənin keçirilməsində məqsəd gənc jurnalistlərin peşəkarların praktik fəaliyyəti ilə yaxından tanış ola biləcəyi vahid platformanı formalaşdırmaq və onların karyeralarında düzgün seçim etməsinə dəstək olmaqdır.

🗓️🕛Tarix və saat: 2 mart 2026-cı il, saat 12:00
📍Məkan: BDU-nun 2 saylı tədris binası, 511-ci auditoriya

Zəfərin mübarək, əziz Vətənimiz! Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə uzun ömür diləyirik!
26/09/2025

Zəfərin mübarək, əziz Vətənimiz! Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə uzun ömür diləyirik!

JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyinin Sədri, tanınmış jurnalist, telesima Gunel Gozelova
09/08/2025

JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyinin Sədri, tanınmış jurnalist, telesima Gunel Gozelova

Qürurluyam, cənab Prezident! Dünyanın heç bir lideri bəlkə də bu günü xəyal belə etməmişdi, Siz real etdiniz! Sevgim, sayğım və etibarım zatən ilk gündən daim Siz idiz.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan "Jurnalist Sənətkarlığının İnki...
29/07/2025

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan "Jurnalist Sənətkarlığının İnkişafına Dəstək" İctimai Birliyinin “Yaşatmaq uğrunda” layihəsi çərçivəsində 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin yeniyetmə qızları AZTV-də qonaq olublar. Görüşdə layihənin rəhbəri, müvafiq QHT-nin sədri, tanınmış jurnalist-telesima Günel Gözəlova da iştirak edib.

Mediaturda "Xəbərlər" proqramının gənc siması Cavid Sadıqov Azərbaycan televiziyasının məktəbi sayılan teleməkanla qızları yaxından tanış edib. Onlar öncə Televiziyanın həyətində Qarabağ savaşında şəhid olan jurnalistlərin adlarının əbədiləşdirildiyi abidəni ziyarət ediblər.

Studiyalar, pərdəarxası baş verənlər, məşhur və gənc xəbər aparıcısı ilə maraqlı ünsiyyət bu dəfə də uşaq evi sakinlərini sevindirib. "Xəbərlər" və "Vətən" studiyalarının bütün məkanlarını diqqətlə nəzərdən keçirən qızlar maraqlı suallar verərək, televiziyanı bir daha kəşf ediblər.

Daha sonra uzun illərin peşəkar jurnalisti, müxtəlif illərdə bir çox məsul vəzifələrdə çalışan, hazırda isə AZTV-də İnformasiya Proqramları Studiyasının direktoru Vəli Əkbər Uşaq evi sakinləri ilə görüşüb. Səmimi söhbət mühitində Vəli müəllim qızlara həm rəhbər işçi, həm də bir böyük kimi qayğı dolu məsləhətlərini də verib: "Oxuyacaqsız, əzizlərim, kitabla dost olacaqsız! O gedəcəyiniz istənilən yolda sizə işıq olacaq. Jurnalist olmaq istəyənlərsə mütləq yazsın, hər gün yazsın. Siz yazmalısız ki, müasir rəqəmsal dünyada texnika sizin yaradıcılığınızın önünə keçə bilməsin. Daim yanınızdayıq, inanırıq ki, bu qapını bir də döyəcəksiz". Söhbət zamanı Televiziyanın Sədri Rövşən Məmmədovun də daim onlara dəstək üçün hazır olduğunu bildirən Vəli Əkbər gündəlik gərgin günlərinə qızların ayrıca enerji qatdığını deyib və layihə müəllifi Günel Gözəlovaya buna görə təşəkkürünü bildirib.

Görüşdə hazırda 10-cu sinfi bitirib jurnalist olmaq uğrunda kitaba sarılan Aysu Namazova Vəli Əkbərlə bir xatirəsini bölüşüb: "Biz daim müxtəlif təlimlərə, tədbirlərə qatılırıq. Bir gün mən öz əllərimlə vəsiqə hazırladım. Üzərində AZTV yazılan və guya mənim buranın jurnalisti olduğumu təsdiq edən. Heç vaxt inanmazdım ki, mən bir gün burada olacam".

AZTV-nin qədimliyi və müasirliyi özündə əks etdirən binasında maraqla ekskursiya edən qonaqlar hər yerdə bu fürsəti fotolarla tarixə köçürüblər.

Televiziyanın Sədr müavini, məşhur telesima, uzun illər Azərbaycanda televiziyanın Xəbər üzü, səsi, nitqi ilə tamaşaçılar və dinləyicilərin əvəzolunmaz sevgisini qazanan Rafiq Həşimovla görüşdən isə Uşaq evi sakinləri ayrılmaq istəmirdi. Rafiq müəllim o ürək oxşayan səsi ilə onlara qısa nitqi zamanı bir ömürlük dərs keçdi: "Siz mütləq uğur qazanacaqsız, mükəmməl işlər görəcəksiz, harda olursanızsa olun, amma bir şeyi unutmayın. Bağışlamağı bacarın və inanın!" Daha sonra o, dəyərli kitabxasından sevgisini qataraq verdiyi hədiyyələrlə Uşaq evi sakinlərini sevindirib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Sosial Xidmətlər Agentliyi

29/07/2025

"Yaşatmaq uğrunda!" layihəsi həmkarlığın da nümunəsi oldu.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Sosial Xidmətlər Agentliyi

Rövşən Abdullaoğlunun “Hər insan bir hökmdardır” kitabını oxuyanda mənim yüksəlişim hansı dövrü əhatə edər deyə həmişə f...
28/07/2025

Rövşən Abdullaoğlunun “Hər insan bir hökmdardır” kitabını oxuyanda mənim yüksəlişim hansı dövrü əhatə edər deyə həmişə fikirləşərdim. Cavabı nə qədər sadədirsə, gedəcəyim yol bir o qədər qəlizdir.

1 iyul 2025-ci il. Yeni layihə, yeni həyat, yeni yol və yeni uğurlar. “Yaşatmaq uğrunda”. Bu layihə jurnalistika sənətini yaşatmaq və inkişaf etdirmək üçün təşkil olunub. Mənimçünsə qəlbimdəki arzuları, həvəsləri, gedəcəyim yollarda ruhumu yaşatmaq üçün bir fürsətdir. Hər birimiz yaşayırıq. Amma belə bir sual var: Necə?

Sevmədiyimiz bir sənətin arxasınca gedib ruhumuzu öldürürükmü? Yoxsa sevdiyimiz işlərə addım atıb ruhumuzu yaşadırıqmı?
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi olmaq jurnalistika sənətini seçməyim üçün stimul oldu.

Təlimin 8-ci günü olmasına baxmayaraq, mənim 1-ci günümdü. İlk günüm maraqlı idi.Çox gözəl məlumatlar əldə etdim. Sevdiyim sənət çox çətindi, amma mən çətinlikərin öhdəsindən gəlməyi sevirəm və sıradan biri olmaq istəmirəm. Bu layihəni təşkil edən hər kəs çox dəyərlidir. Çünki bizi öyrədirlər, bizə dəyər verirlər, irəli addım atmağımız üçün stimul olurlar. Mən də bu dəyəri yüksək dəyərləndirib onların istədiklərini onlara verəcəm.

Bu zamana qədər çox sənət seçdim, amma bu son qərarımdır. Jurnalist olmaq xəyalım idisə, indi hədəfim, məqsədimdir. Mən xəyallarımı gerçəkləşdirmirdim, çünki onlar məni ayaqda saxlayırlar. Amma xəyallarımı gerçəkləşdirib gələcəyə düzgün addım ata bilərəm. Yaşatmaq uğrunda! Qəlbimi, hislərimi, ruhumu və sevdiyim sənəti!
****
21.07.2025.
Aysu Namazova-1 Saylı Uşaq Evinin sakini


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Sosial Xidmətlər Agentliyi

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan "Jurnalist Sənətkarlığının İnki...
26/07/2025

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan "Jurnalist Sənətkarlığının İnkişafına Dəstək" İctimai Birliyinin “Yaşatmaq uğrunda” layihəsi çərçivəsində 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin yeniyetmə qızları Xəzər Media Mərkəzinin qonağı olublar. Görüşdə layihənin rəhbəri, müvafiq QHT-nin sədri, tanınmış jurnalist-telesima Günel Gözəlova da iştirak edib.

Mediaturda Uşaq evi sakinlərini televiziya ilə yaxından tanış edən Sosial Media İdarəetmə və Təhlil şobəsinin rəhbəri Həmidi Xədicə onlara "Xəzər TV"də gələcəyin jurnalisti, aparıcısı, fotoqrafı, operatoru, eksperti kimi bütün imkanları yaradıb.

Studiyalar, pərdəarxası baş verənlər, rejissor masasının sirləri, xəbər otağının həyəcanı qızlarımız üçün həm növbəti dəfə canlı təcrübə, həm də gələcəklə bağlı yeni ümid və ilham mənbəyinə çevrilib. "Xəbər ertəsi"nin məşhur simasi Aytən Səfərova ilə görüşdə onlar dəyərli media ekspertindən də qısaca dərs alıblar: "Daim özünüzə güvənin və oxuyun, mütaliə edin. Siz tək deyilsiz, arxanızda böyük bir dövlət dayanıb. O dövlət ki, sizdən əsirgənən qayğı və sevgini sizə verir".

Mediatur zamanı "Təsir dairəsinin" aparıcısı, illərlə müxtəlif televiziyaların siması olan, imzası ilə tanınan Lalə Azərtaş qızlarla görüşüb. Onlara Televiziyanın rəhbəri, çoxumuzun sevimlisi Murad Dadaşovun salamını çatdırıb. Onun görüşə qatıla bilməməsinin səbəblərini izah edərkən məhz televiziya, media mənsubunun iş yükündən söz açıb. Bu sahəni gözəlləşdirən məqamlardan birinin məhz gərgin, ancaq gözəl nəticələlərlə dolu, tarixdə qalan layihələr, reportajlar, proqramlar olduğunu bildirib: "Bizim sahə özəldir, çünki biz cəmiyyətin bütün üzvləri ilə çalışırıq. Onların üzü, sözü oluruq. Sizsə unutmayın, nə qədər çox üzərinizdə çalışsaz, bir o qədər irəlidə olacaqsız! Mənim üçün dəyərlisiz, çünki uşaq evləri mənim daim baş çəkdiyim məkanlar olub. Sizi sevirik!".

Daha sonra elə görüş günü doğum gününə təsadüf edən Əliyeva Aydanı Xəzər Media Mərkəzi təbrik edib. Məşhur telesima uşaqlarla birgə tort kəsiblər, Uşaq evi sakini Aydanın 17 yaşını birgə qeyd ediblər.

Qeyd edək ki, "Yaşatmaq uğrunda!" layihəsi çərçivəsində növbəti görüşün AZTV-də keçirilməsi planlaşdırılıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Sosial Xidmətlər Agentliyi

"Jurnalist Sənətkarlığının İnkişafına Dəstək" İctimai Birliyinin “Baku TV” MMC ilə birgə icra etdiyi "Yaşatmaq uğrunda!"...
25/07/2025

"Jurnalist Sənətkarlığının İnkişafına Dəstək" İctimai Birliyinin “Baku TV” MMC ilə birgə icra etdiyi "Yaşatmaq uğrunda!" layihəsi çərçivəsində Baku TV Rəqəmsal Media Məktəbinin təlimçiləri Azər Cabbarov və Zarina İsmayılovanın ənənəvi və müasir media sahəsində 18 mövzu üzrə maarifləndirmə təlimlərində iştirakına görə 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri sertifikatla mükafatlandırılıblar. Televiziyanın rəhbəri Ramin Cəfərovun şəxsi təşəbbüsü ilə hazırlanıb təqdim olunan sertifikatlar yeniyetmələrin sevincinə səbəb olub.

Qeyd edək ki, "Yaşatmaq uşğunda!" layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Sosial Xidmətlər Agentliyi

Əziz Azərbaycan mediasının şərəfli sənət sahibləri, söz, qələm ustadları peşə bayramınız mübarək!
22/07/2025

Əziz Azərbaycan mediasının şərəfli sənət sahibləri, söz, qələm ustadları peşə bayramınız mübarək!

19/07/2025

"Jurnalist Sənətkarlığının İnkişafına Dəstək" İctimai Birliyinin "Yaşatmaq uğrunda!" layihəsi çərçivəsində ənənəvi və müasir media sahəsində 18 mövzu üzrə maarifləndirmə təlimlərində iştirak edən 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri Sasani Aişə, Əliyeva Aydan, Zeynalova Maral, Piroğlanova Aysun, Namazova Aysu və Rəsulzadə Şərəfxanım biz daim sizinləyik!

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Sosial Xidmətlər Agentliyi

"Yaşatmaq uğrunda" layihəsində təlimlər bitti Baku.tv Rəqəmsal Media Məktəbində 1 saylı Uşaq evi sosial xidmət müəssisəs...
12/07/2025

"Yaşatmaq uğrunda" layihəsində təlimlər bitti

Baku.tv Rəqəmsal Media Məktəbində 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin yeniyetmə sakinlərinə "Yaşatmaq uğrunda!" layihəsi çərçivəsində sonuncu təlim keçilib. “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin sədri, layihənin müəllifi, tanınmış telejurnalist-aparıcı Günel Gözəlovanın da qatıldığı 18-ci təlimdə media eksperti Azər Cabbarovun bugünkü mövzusu "Televiziya real həyatda: montajçı, video redaktor kimdir?" olub.

Montajçı kimdir, nə iş görür istiqamətində qoyulan suallara təlimçi bu sahədə televiziya tarixindən müasir dövrə qədər olan texniki inkişaf yolunu danışmaqla izah verib. Video redaktorun müasir dövrdə istifadə etdiyi texniki terminlər, montaj prosesinin incəliklərindən danışıb.

Daha sonra Baku.tvnin montaj komandasının rəhbəri 11 ildir müxtəlif televiziyalarda montaj redaktoru kimi fəaliyyət göstərən Vilayət Babayev əvvəlcə bir montaj mütəxəssisi kimdir, bu sahədə çalışanlar xüsusən necə ixtisaslaşıb mövzusunda yeniyetmə qızları maarifləndirib. Daha sonra televiziyanın montaj redaktorlarının iş prosesi ilə onları tanış edib. Təlim iştirakçıları fərdi şəkildə montaj prosesini izləməklə yanaşı, eyni zamanda özləri də montaj redaktoru olaraq təcrübə keçiblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilən 2025-ci il kiçik qrant müsabiqəsinin qalibi olan “Yaşatmaq uğrunda!” layihəsi üzrə uşaq evi sakinlərinə 18 təlim keçilib. 1 iyun-31 avqust 2025-ci il tarixlərində icrası nəzərdə tutulan layihədə Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 1 saylı Uşaq evi sosial xidmət müəssisəsindən 15-17 yaş arası 6 qız iştirak edib.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş qızların azad və sağlam ruhlu yaşaması uğrunda icra olunan “Yaşatmaq uğrunda!” layihəsinin əsas məqsədi gender quruculuğu, qızların əlavə təhsilinə, eləcə də yeni bacarıqların - gələcəyə yönəlik məşğulluğun öyrədilməsi, 15-17 yaş arası təkbaşına həyatla mübarizəyə qoşulacaq qızların uğurlu gələcəyə inamını təmin etməkdir.

Qarşıda Uşaq evi sakinlərinin özgüvənləri və onların həyatda özlərini sübut edə bilmələrinə dəstək, eyni zamanda gələcəkdə iş imkanlarının açılması, əlaqələrinin qurulması məqsədilə onların tanınmış şəxslər, media mənsubları ilə 2 görüşünün təşkil olunması planlaşdırılıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Sosial Xidmətlər Agentliyi

Address

Üzeyir Hacıbəyli Küç, 72
Baku
AZ1000

Telephone

+994502540294

Website

Alerts

Be the first to know and let us send you an email when JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyi:

Share