Ramin Məmmədov

Ramin Məmmədov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri TƏLTİFLƏR
1.

Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin 2017-ci il 18 noyabr tarixli Sərəncamı ilə “TƏRƏQQİ” medalı
2. Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin 2012-ci il 06 iyul tarixli Sərəncamı ilə "DÖVLƏT QULLUĞUNDA FƏRQLƏNMƏYƏ GÖRƏ" medalı

TƏHSİL
*İnkişafda olan Liderlər (xüsusi proqram)
Harvard Universiteti Kennedi Dövlət İdarəetmə Məktəbi
*Beynəlxalq münasibətlər üz

rə magistr dərəcəsi (fərqlənmə diplomu)
Bakı Dövlət Universiteti
*Beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsi (fərqlənmə diplomu)
Bakı Dövlət Universiteti

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2026-cı il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda f...
23/06/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2026-cı il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilənlər sırasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları – Əliyev Aqşin Qabil oğlu, Hüseynova Vüsalə Cabbar qızı və Xudayev Ramin Əmrah oğlu da var.
Bu yüksək dövlət təltifi ali dərəcədə əməkdaşlarımızın fəaliyyətinə verilən yüksək qiymət olmaqla yanaşı, ölkəmizdə dövlət qulluğunun inkişafına və insan kapitalına göstərilən diqqət və qayğının növbəti təzahürüdür.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi adından dövlət qulluqçularına verilən dəyərə, daim diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Təltif olunan əməkdaşlarımızı səmimi-qəlbdən təbrik edir, onlara işlərində yeni uğurlar arzulayırıq.

https://president.az/az/articles/view/72810

İyun ayının 25-də Azərbaycan İlahiyyat İnstitutunda (ünvan: Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi, 29) qanvermə aksi...
23/06/2026

İyun ayının 25-də Azərbaycan İlahiyyat İnstitutunda (ünvan: Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi, 29) qanvermə aksiyası keçiriləcək.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Milli QHT Forumu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Aşura günündə keçiriləcək aksiyaya könüllü şəxslər və ictimaiyyət nümayəndələri qatılacaqlar.
Vətəndaşları aksiyaya qoşulmağa dəvət edirik!

Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/azerbaycanda-asura-gunu-qanverme-aksiyasi-kecirilecek-1

23/06/2026

İyunun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Lerik şəhərində keçirilən “Müasir dövrdə dini təhlükəsizlik və ideoloji təhdidlər” mövzusunda regional konfransdan

Bu əlamətdar gün münasibətilə bütün dövlət qulluqçularını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq! ̇şüzrədövlə...
23/06/2026

Bu əlamətdar gün münasibətilə bütün dövlət qulluqçularını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

̇şüzrədövlətkomitəsi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyy...
22/06/2026

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin tələbələrinin “Məzun andı”


İyunun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və...
22/06/2026

İyunun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin Məzun Günü keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycan Respublikası Milli Majlisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış ediblər.

Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/azerbaycan-ilahiyyat-institutu-ve-baki-ilahiyyat-kollecinde-mezun-gunu-kecirilib





İyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 25 ili tamam olur. Bu münasibətlə Komitə, tabeliy...
22/06/2026

İyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 25 ili tamam olur.
Bu münasibətlə Komitə, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu, Bakı İlahiyyat Kollecinin rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.

Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/dini-qurumlarla-is-uzre-dovlet-komitesinin-tabeliyindeki-qurumlarin-kollektivi-fexri-xiyabani-ve-sehidler-xiyabanini-ziyaret-edib

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür.Dini Qurumlarla İş üzrə...
21/06/2026

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ümummilli Lider Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə yaradılıb.

20/06/2026

İyunun 18-də Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib.
Mərasimdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu / Azerbaijan Institute of Theology ikinci kurs tələbəsi Cəlal Cəfərli "Qurani-Kərim"dən ayələr oxuyub.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Ramin Məmmədov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ramin Məmmədov:

Share