Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı

Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı "Dayaq" Vətən Müharibəsi Əlillərinə Kömək və Şəhid Ailərinə Dəstək Təşkilatı

“Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatı adından şəhid anaları və xanımları başda olmaqla ...
08/03/2026

“Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatı adından şəhid anaları və xanımları başda olmaqla bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirik.

Onlara möhkəm cansağlığı, səbir, xoşbəxtlik və firavan həyat arzulayırıq.

“Dayaq” – Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev, sədr müavini Məcid Məmmə...
22/02/2026

“Dayaq” – Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev, sədr müavini Məcid Məmmədov və təşkilatın üzvləri tədbirdə iştirak etdi.

Azərbaycan Kikboksinq Federasiyası və Xocalı İdman Klubunun təşəbbüsü ilə təşkil olunan “Xocalıya Ədalət – Xocalı Kuboku VII” turnirinin açılış mərasimi Sərhədçi Olimpiya İdman Mərkəzində baş tutdu.

Tədbir 21 fevral 2026-cı il tarixində keçirildi və müxtəlif qurumların nümayəndələri, idman ictimaiyyəti, həmçinin şəhid ailələri və qazilər bu mərasimdə bir araya gəldilər. Rəsmi hissədə Dövlət Himni səsləndirildi, Vətən uğrunda canını fəda edənlərin xatirəsi dərin ehtiramla yad edildi.

Yarışın keçirilməsi Xocalı faciəsi qurbanlarının unudulmamasına xidmət etməklə yanaşı, gənclər arasında vətənpərvərlik və sağlam həyat tərzinin təbliğinə də töhfə verdi.

Bu gün ictimai-siyasi xadim Zərifə xanım Quliyevanın doğum günüdür. Zərifə xanım cəmiyyətimiz üçün dəyərli xidmətlər gös...
13/02/2026

Bu gün ictimai-siyasi xadim Zərifə xanım Quliyevanın doğum günüdür. Zərifə xanım cəmiyyətimiz üçün dəyərli xidmətlər göstərən, xüsusilə gənclərə daim dəstək olan, maarifləndirici kitabların müəllifi, peşəkar həkim və xeyirxah insan kimi tanınır. Onun fədakarlığı, xeyirxah əməlləri və insanlara olan səmimi münasibəti çoxları üçün nümunədir.
Bu əlamətdar gün münasibətilə Zərifə xanımı ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və nəcib fəaliyyətində davamlı uğurlar arzulayırıq. Xoş günləriniz bol olsun!

"Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri, "Modern inkişaf və ailə" ictimai birl...
11/02/2026

"Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri, "Modern inkişaf və ailə" ictimai birliyinin sədr müavini hörmərli Qalib müəllim, sizi doğum gününüz münasibətilə kallektivimiz adından səmimi- qəlbdən təbrik edirik. Sizə möhkəm can sağlığı, fəaliyyətinizdə və işlərinizdə müvəffəqiyətlər arzulayırıq.

Ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycan gənclərinə inandığını, dövlətimizin gələcək inkişafında onların üzəri...
02/02/2026

Ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycan gənclərinə inandığını, dövlətimizin gələcək inkişafında onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edirdi. Bu gün gənclərimizin ölkənin siyasi, sosial-iqtisadi sahələrində mühüm vəzifələrə təyin olunması, onlara böyük etimad göstərilməsi ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin davamıdır.

30/12/2025

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə, başda şəhid ailələri və qazilərimiz olmaqla, bütün xalqımızı ürəkdən təbrik edir, birlik, əmin-amanlıq və firavanlıq arzulayırıq.

Modern İnkişaf və Ailə İB və “Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçıl...
27/12/2025

Modern İnkişaf və Ailə İB və “Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı ilə şəhid və qazi övladları üçün Yeni il şənliyi keçirildi.

Tədbirdə iştirak edərək çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin müavini İradə Muradova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi xüsusi diqqət və qayğını vurğuladı. O qeyd etdi ki, dövlət başçısının tapşırıq və təşəbbüsləri əsasında şəhid ailələrinin və qazilərin sosial rifahının yaxşılaşdırılması, onların övladlarının daim diqqət mərkəzində saxlanılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. İradə Muradova uşaqları Yeni il münasibətilə təbrik edərək onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzuladı.

Daha sonra Modern İnkişaf və Ailə İB-nin sədri Zərifə Quliyeva çıxış edərək bu cür tədbirlərin şəhid və qazi ailələri üçün böyük mənəvi əhəmiyyət daşıdığını qeyd etdi. O, uşaqların sevincinin hər kəs üçün dəyərli olduğunu bildirərək təşkilat adından onlara xoş arzularını çatdırdı.

Tədbirdə çıxış edən “Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə təşəkkürünü ifadə etdi, bu kimi sosial yönümlü layihələrin davamlı olmasının vacibliyini vurğuladı.

Sonda uşaqlar üçün maraqlı əyləncə proqramı təşkil olundu, Yeni il hədiyyələri təqdim edildi və tədbir xoş ovqatla yekunlaşdı.

“Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatının kollektivi adındanHörmətli Prezident cənab İlh...
24/12/2025

“Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatının kollektivi adından
Hörmətli Prezident cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Şəhidlərimizin əziz xatirəsinin uca tutulduğu, qazilərimizin layiqli qayğı ilə əhatə olunduğu, sülhə, sabitliyə və müharibəsiz gələcəyə doğru inamla irəliləyən Azərbaycan naminə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, uzun ömür və yeni uğurlar arzulayırıq. 🇦🇿

Ankara, 19 dekabrAnkara Universitetində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyas...
23/12/2025

Ankara, 19 dekabr

Ankara Universitetində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasətinə həsr olunmuş iki kitabın təqdimat mərasimində "Dayaq"Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev iştirak etdi.
Tədbir Azərbaycanın Ankaradakı səfirliyi, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Ankara Universitetinin rektorluğunun təşkilati dəstəyi ilə keçirilib.
Azərbaycanın “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın “Xarüqələr Yaradan Qətiyyətli Lider” və Aygül Bağırovanın “Qalib sərkərdənin Böyük Qayıdışı” adlı kitablarının təqdimatında Türkiyə parlamentinin və Xarici İşlər Nazirliyinin nümayəndələri, azərbaycanlı diplomatlar, alimlər, tələbələr, eləcə də hər iki qardaş ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.
TADİV-in sədri, professor Aygün Attar çıxış edərək Azərbaycan reallıqlarının təbliğinin əhəmiyyətini vurğulayıb, gəncləri türk dövlətlərinin döyüş və qəhrəmanlıq tarixini unutmamağa çağırıb.
“Qalib sərkərdənin Böyük Qayıdışı” kitabının müəllifi Aygül Bağırova isə çıxışında kitabını Vətən müharibəsinin ilk günlərindən yazmağa başladığını və oxuculara qəhrəmanlıq salnaməsini dolğun şəkildə çatdırmağı qarşısına məqsəd qoyduğunu bildirib.

Ankara Jurnalistlər Birliyində Azərbaycanın “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın “Xarüqə...
23/12/2025

Ankara Jurnalistlər Birliyində Azərbaycanın “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın “Xarüqələr Yaradan Qətiyyətli Lider” adlı kitabının təqdimat mərasimi baş tutub.Təqdimat mərasimində "Dayaq"Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev də iştirak edib.

Tədbirin əvvəlində Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, İstanbul millət vəkili Şamil Ayrım və digər millət vəkilləri ön çıxış edərək Azərbaycan–Türkiyə münasibətlərinin tarixi qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslandığını vurğulayıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət Azərbaycanın regionda güclü dövlət kimi mövqeyini möhkəmləndirib. Bildirilib ki, Prezident İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbə milli birliyin və güclü dövlət idarəçiliyinin bariz nümunəsidir.

17 dekabr tarixində Ankara Kent Konseyində, TURKKON – Turan Dövlətləri Birləşik Konfederasiyasının təşkilatçılığı ilə ke...
23/12/2025

17 dekabr tarixində Ankara Kent Konseyində, TURKKON – Turan Dövlətləri Birləşik Konfederasiyasının təşkilatçılığı ilə keçirilən **“Dünya Türk Dili Ailəsi Günü”**nə həsr olunmuş panel türk dünyasının ortaq dəyərlərinə, dil birliyinə və milli yaddaşa xidmət edən mühüm bir elmi-mədəni platforma kimi yadda qaldı.
Bu tədbirdə "Dayaq"Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev də iştirak etdi.
Tədbir çərçivəsində Zərifə xanım Quliyevaya fəxri ad və plaket təqdim olunması Azərbaycan ziyalısına, sözə və intellektual məsuliyyətə göstərilən yüksək ehtiramın bariz ifadəsi oldu. Bu dəyərləndirmə onun milli düşüncəyə, dilə və ortaq türk kimliyinə verdiyi uzunmüddətli töhfələrin layiqli təqdiridir.

Belə mötəbər platformalarda Azərbaycan söz adamının və ziyalısının layiqincə təmsil olunması türk dilinin birləşdirici gücünü bir daha önə çıxarır, ortaq mənəvi mirasın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutlarının dövlət orqanları ilə birgə fəaliyyəti gücləndir...
17/12/2025

Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutlarının dövlət orqanları ilə birgə fəaliyyəti gücləndirilir

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Nərimanov rayonunda dövlət qurumları və qeyri-hökumət təşkilatlarının iştirakı ilə korrupsiyaya qarşı birgə fəaliyyət həyata keçirilir.

Dayaq Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək təşkilatı olaraq, bu cür təşəbbüslərin korrupsiyaya qarşı mübarizədə mühüm əhəmiyyət daşıdığını, ictimai nəzarətin gücləndirilməsi və şəffaf idarəetmənin təmin olunması baxımından zəruri və faydalı olduğunu dəstəkləyirik.

Bu fəaliyyətlərin nəticəsində ictimai iştirakçılığın artacağına və vətəndaşların dövlət institutlarına etimadının daha da möhkəmlənəcəyinə inanırıq.

Address

Əhməd Rəcəbli 3
Bakıxanov
AZ1033

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125251816

Alerts

Be the first to know and let us send you an email when Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı:

Share