26/05/2026
✨️“Şahin” hərbi-idman oyununun Şərqi Zəngəzur regionu üzrə zona birinciliyinə yekun vurulub.
🖇Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiqlədiyi Əsasnaməyə uyğun olaraq, mayın 26-da Sumqayıt Olimpiya İdman Kompleksində "Şahin" hərbi-idman oyunu üzrə zona mərhələsi təşkil olunub.
Açılış mərasimində Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin əməkdaşı Şahin Məmmədov iştirakçıları salamlayıb və uğurlar arzu ediblər.
🔹️Yarışdan öncə Dövlət in əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışın yekununa əsasən:
🥇I yer - Qubadlı rayon komandası (Aşağı Mollu kənd tam orta məktəb)
🥈II yer - Laçın rayon komandası (Çıraqlı kənd tam orta məktəb)
🥉III yer - Cəbrayıl rayon komandası (V.İsmayılov adına Çərəkən kənd tam orta məktəb)
👏I yeri qazanan komanda final mərhələsinə vəsiqəni təmin edib.