05/06/2026
📢 «Kəskin zəhərlənmələrin təcili idarə olunması və müasir müalicə yanaşmaları” mövzusunda intensiv təlim kursu keçiriləcək.
📅 22–23 iyun 2026
🕘 09:00 – 18:00
🎓 18 DTT balı
📍 İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Simulyasiya Mərkəzi
👨🏼⚕️ Təlimçi: dosent, t.ü.f.d. İsmayıl Əfəndiyev – klinik toksikologiya sahəsində uzunillik təcrübəyə malik mütəxəssis, Mərkəzi Gömrük Hospitalının həkim-toksikoloqu və Azərbaycan Tibb Universitetinin dosenti.
👥 Təlim aşağıdakı ixtisaslar üzrə həkimlər və rezidentlər üçün nəzərdə tutulub:
• Anesteziologiya-reanimatologiya
• Təcili tibbi yardım
• Acıl / qəbul şəbələrin həkimləri
• Toksikologiya
Təlim proqramında:
✅ Kəskin dərman və kimyəvi maddələrlə zəhərlənmələr
✅ Narkotiklər, alkoqol və yeni psixoaktiv maddələr
✅ Dəm qazı ilə zəhərlənmələr
✅ Zəhərli heyvan sancmaları və bitki-göbələk intoksikasiyaları
✅ Antidotlar və onların tətbiqi
✅ Detoksikasiya üsulları (aktiv kömür, hemodializ, plazmaferez və s.)
✅ Kütləvi toksikoloji hadisələrin idarə olunması
✅ ABCDE yanaşması və əsas toksidromlar
✅ Praktik bacarıq stansiyaları və yüksək reallıqlı simulyasiya ssenariləri
🔬 Təlim iştirakçılara yalnız nəzəri bilik deyil, həm də real klinik vəziyyətlərin idarə olunması üzrə praktik bacarıqlar qazandıracaq.
📞 Əlaqə: +994 51 225 31 18