Şirvan şəhəri üzrə təhsil sektoru

Şirvan şəhəri üzrə təhsil sektoru Təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi metodiki Lakin rayon kimi 1942-1943-cü dərs ilində 4 məktəb var idi.

Şirvan şəhərində ilk məktəb Kür sahilində 1920-1921-ci dərs ilində ibtidai məktəb kimi açılmış, natamam 1 nömrəli məktəb isə 1926-cı ildə tikilmişdir. 1957-ci ilə kimi Şirvan şəhərinin özündə cəmi 1 məktəb fəaliyyət göztərmişdir. Onlardan biri şəhərin özündə, digərləri indiki Salyan rayonunun Yuxarı Xalac, Sabirabad rayonunun Muğangəncəli və Şəhriyar kəndlərində yerləşirdi. Həmin dərs ilində ray

onun bütün məktəblərində cəmi 3 ali təhsilli müəllimi vardı. Onlardan Yaqub Məhərrəmov və Niyaz Həşimov ədəbiyyat, Baloğlan Ələsgərov isə tarix müəllimi idi. Sonra 1952-ci ildə 3 nömrəli 8 illik məktəb kimi fəaliyyətə başlamış, 1976-cı ildə orta məktəbə çevrilmişdir.Şəhər 4 nömrəli 1950-ci ildə ibtidai, 1951-ci ildə 7 illik olmuşdur.1958-ci ildə 2 nömrəli məktəb tikilmişdir. 1960-cı illərin əvvəlində respublikada internat məktəbləri fəaliyyətə başladıqda artıq 1961-ci ilin sentyabr ayında şəhərdə bir internat məktəbi tikilib istifadəyə verildi.
Ümumiyyətlə rayonda neft istehsalının və yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda da 1963-cü ildə Əli Bayramlı rayonunun ləğv edilərək rspublika tabeçiliyində şəhər statusu alması təhsilin inkişafına böyük təkan vermişdir. Belə ki, 1963-cü ildə 9 nömrəli, 1965-ci ildə 10 nömrəli, 1967-ci ildə 14 nömrəli, 1974-cü ildə 16 nömrəli, 1978-ci ildə 13 nömrəli, 1981-ci ildə 18 nömrəli, 1984-cü ildə 11 nömrəli, 1987-ci ildə 20 nömrəli məktəblər tikilib istifadəyə verilmişdir. Hələ 1960-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNA) Şirvan şəhərində hazırlıq şöbəsi fəaliyyət göstərmişdir.
Şəhər təhsil şöbəsində və ümumtəhsil məktəblərində uzun zaman gərgin əmək sərf edərək böyük hörmət qazanmış müəllimlərdən, o cümlədən Yaqub Məhərrəmov, Gülbala Əliyev ( 2 nömrəli məktəbin ilk direktoru), Sona Babayeva (Təhsil şöbəsinin müdiri), Sara Fərzəliyeva respublikanın “Əməkdar müəllim” fəxri adına, Gülverdi Babayev isə SSRİ Maarif əlaçısı döş nişanına layiq görülmüşlər. Müstəqillik əldə etdikdən sonra şəhərdə 1992-ci ildə 12 nömrəli, 2003-cü ildən başlayaraq isə 4 yeni məktəb binası tikilmiş, iki əlavə korpus inşa edilmişdir.
1941-ci ilə qədər Təhsil Şöbəsi barədə səhih məlumat yoxdur. Lakin 1941-ci ildən sonra Əli Bayramlı, indiki Şirvan Təhsil Şöbəsinə rəhbərlik edənlər məlumdur. Onlardan Yusifov (adı bəlli deyil), Əvəz İbrahimov (əməkdar müəllim), Xasməmməd Babayev, Nəcəfqulu Əlizadə, Mehdi Qəniyev (əməkdar müəllim), Ərzuman Gülmalıyev, Sona Babayeva (əməkdar müəllim), Vəli Ələkbərov, Gülara Əzizova, Seymur Bağırzadə, Nazim Ələkbərov, Pirəməmməd Eyvazov, Şükür Qəribov və Paşa Nəbiyev (əməkdar müəllim).
2005-ci ildən şəhər Şirvan Təhsil Şöbəsinə Nəbiyev Paşa Sədi oğlu rəhbərlik edir. O, 1949-cu ilin 28 sentyabr tarixində indiki Şirvan şəhərində anadan olmuşdur. 1971-ci ildə N.Tusi adına ADPU-nun tarix fakultəsini bitirmişdir. Əmək fəaliyyətinə 1971-1972-ci illərdə Hacıqabul rayonunun 5 və 6 nömrəli məktəblərində başlamışdır. 1972-1973-cü illərdə isə hərbi xidmətdə olmuş və leytenant rütbəsində hərbi xidməti başa vurmuşdur.
1973-1977-ci illərdə o vaxtkı Əli Bayramlı Pedaqoji Məktəbində, 1977-1987-ci illərdə isə 2 nömrəli tam orta məktəbdə tarix müəllimi işləmişdir. P.Nəbiyevin müsbət keyfiyyətləri, pedaqoji işə münasibəti nəzərə alınaraq 1987-ci ildə o, 2 nömrəli tam orta məktəbə direktor təyin olunmuşdur. 2005-ci ilin may ayında isə Təhsil Şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 oktyabr 2011-ci il tarixli 1753 nömrəli sərəncamı ilə Paşa Nəbiyevə “Əməkdar müəllim” fəxri ada layiq görülmüşdür. Ailəlidir. 2 övladı var. Təhsil Şöbəsinin facebook səhifəsindən istifadə qaydaları:


-Səhifədə şöbənin səlahiyyətlərinə daxil olmayan suallar cavablandırılmır;
-Səhifədə reklam yerləşdirmək qadağandır;
-BÖYÜK HƏRFLƏRLƏ yazılacaq sual, müraciət və şərh pozulacaqdır;
-Böhtan,təhqir ifadələrindən istifadə edən istifadəçillər dərhal səhifədən kənarlaşdırılacaqdır;
-Səhifədə paylaşılan məlumatların (foto, video, yazı və s.) digər səhifədə əsas mənbəyini işarələməmiş paylaşması qəti qadağandır.

Address

M. Ə. Rəsulzadə Pr. 10
Ali Bairamly
AZ1800

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

021-215-03-68

Alerts

Be the first to know and let us send you an email when Şirvan şəhəri üzrə təhsil sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şirvan şəhəri üzrə təhsil sektoru:

Share