Şirvan şəhəri Elçin İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbi

Şirvan şəhəri Elçin İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Şirvan şəhəri Elçin İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbi, Government Organization, S. Vurğun küç 11, Ali Bairamly.

02/06/2026
Uşaqların sevincinə həsr olunan bayram tədbiri.1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şirvan Şəhər İc...
02/06/2026

Uşaqların sevincinə həsr olunan bayram tədbiri.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbimizin müəllim və şagird kollektivi fəal iştirak edib.

01/06/2026

Sevincin, Gülüşün və Uşaqlığın Bayramı

Uşaqların gülüşü ilə gözəlləşən bayram günü.🎈 “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə məktəbimizdə t...
01/06/2026

Uşaqların gülüşü ilə gözəlləşən bayram günü.

🎈 “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə məktəbimizdə tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin bədii hissəsində şagirdlər bir-birindən maraqlı rəqs nömrələri, mahnılar və şeirlərlə çıxış edərək öz bacarıqlarını nümayiş etdirdilər. Uşaqların sevinc dolu anları, səmimi çıxışları və rəngarəng təqdimatları tədbirə xüsusi gözəllik qatdı.
Tədbirin əsas məqsədi uşaqların hüquqlarının qorunmasının vacibliyini diqqətə çatdırmaq, onların xoşbəxt, sağlam və firavan gələcəyinə olan qayğını bir daha vurğulamaq idi.
💐 Bütün uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq!

Məktəbimizin daha bir uğuru 🏆 Məktəbimizin şagirdi  Nəzirova Şəms  “ART OLİMPİA 2026” müsabiqəsində fortepiano üzrə trio...
26/05/2026

Məktəbimizin daha bir uğuru 🏆

Məktəbimizin şagirdi Nəzirova Şəms “ART OLİMPİA 2026” müsabiqəsində fortepiano üzrə trio nominasiyasında uğurla çıxış edərək III dərəcəli laureat adına layiq görülüb.
Şagirdlərimizi ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq!

🏆 Məktəbimizin daha bir möhtəşəm uğuru!25-26 may 2026-cı il tarixlərdə Şirvan Olimpiya İdman Kompleksində  Şirvan-Salyan...
26/05/2026

🏆 Məktəbimizin daha bir möhtəşəm uğuru!

25-26 may 2026-cı il tarixlərdə Şirvan Olimpiya İdman Kompleksində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Şirvan-Salyan Regional Təhsil İdarəsinin dəstəyi ilə 28 May “Müstəqillik Günü” həsr olunmuş orta ümumtəhsil məktəblərinin oğlanlardan ibarət komandaları arasında minifutbol üzrə şəhər turniri keçirildi.
Turnirdə 15 komanda üzrə 150 nəfər şagird iştirak etdi.
🏆Sonda gərgin idman mübarizəsi şəraitində keçən oyunlardan sonra məktəbimizin komandası I yerin🥇qalibi olub. Qalib komandamızı və onların məşqçi müəllimlərini təbrik edirik


25/05/2026
25/05/2026

🇦🇿 28 May – Müstəqillik Günü münasibətilə İngilis dili sevərlər dərnəyinin rəhbəri Nigar Cəlalbəyli rəhbərlik etdiyi qrupla birlikdə tədbir keçirib. Tədbirdə şagirdlər vətənpərvərlik ruhunda çıxışlar edərək şeirlər səsləndirib, müstəqilliyimizin tarixi və əhəmiyyəti haqqında məlumatlar təqdim ediblər. Tədbirin əsas məqsədi şagirdlərdə milli dəyərlərə, dövlətçilik ənənələrinə və müstəqillik tariximizə hörmət hissinin aşılanması olub.

📚 Dərsdinləmələr davam edir...Məktəbdə aparılan dərsdinləmələr çərçivəsində biologiya müəllimi Qətibə Məmmədovanın 7 “D”...
25/05/2026

📚 Dərsdinləmələr davam edir...

Məktəbdə aparılan dərsdinləmələr çərçivəsində biologiya müəllimi Qətibə Məmmədovanın 7 “D” sinfində “Zərərli vərdişlər və sağlamlıq” mövzusunda dərsi dinlənildi. Dərs zamanı şagirdlərə zərərli vərdişlərin insan sağlamlığına mənfi təsirləri haqqında ətraflı məlumat verildi, sağlam həyat tərzinin əhəmiyyəti vurğulandı.

🇦🇿 28 May – Müstəqillik Günü münasibətilə müəllim Sevinc Quliyevanın rəhbərliyi ilə 2 “Q” sinif şagirdləri təsviri incəs...
25/05/2026

🇦🇿 28 May – Müstəqillik Günü münasibətilə müəllim Sevinc Quliyevanın rəhbərliyi ilə 2 “Q” sinif şagirdləri təsviri incəsənət dərsində bu əlamətdar günə həsr olunmuş rəsmlər çəkərək rəngli karandaşlarla boyadılar. Şagirdlər öz əl işlərində vətən sevgisini, dövlət rəmzlərimizi və müstəqilliyimizin sevincini böyük həvəslə əks etdirdilər. Dərs uşaqlarda milli dəyərlərə bağlılığın və vətənpərvərlik ruhunun formalaşdırılmasına xidmət etdi.

Address

S. Vurğun Küç 11
Ali Bairamly
AZE18

Website

Alerts

Be the first to know and let us send you an email when Şirvan şəhəri Elçin İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share