Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu

Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu, Government Organization, Ağstafa rayonu H. Əliyev pr. 10, Akstafa.

02/06/2026

🇦🇿 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisinə təşkil olunmuş ekskursiyadan videogörüntüləri təqdim edirik.
Ekskursiya çərçivəsində iştirakçılar qoruğun ərazisində yerləşən tarixi, arxeoloji və mədəni irs nümunələri ilə yaxından tanış olmuş, bölgənin zəngin tarixi keçmişi, qədim yaşayış məskənləri, mağara kompleksləri və digər abidələr haqqında ətraflı məlumat əldə etmişlər.
Tədbirin əsas məqsədi uşaqlarda milli-mədəni irsə marağın artırılması, tariximizin və mədəni dəyərlərimizin təbliği, onların tarixi abidələr haqqında biliklərinin zənginləşdirilməsi, eləcə də vətənpərvərlik hisslərinin gücləndirilməsi olmuşdur. Belə maarifləndirici ekskursiyalar gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının formalaşdırılmasına, mədəni irsimizin qorunmasının vacibliyinin aşılanmasına və onların asudə vaxtlarının səmərəli təşkilinə mühüm töhfə verir.

02/06/2026

🇦🇿 Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti "Qoruqlar rubrikasını təqdim edir.

Rubrikanın ilk buraxılışı Milli Tarix-Bədii Qoruğuna həsr olunub.

Dünyanın ən qədim qayaüstü təsvirlərinin yer aldığı tarixi məkanlardan biri olan bu ərazi -nun Ümumdünya İrs Siyahısına daxil olan Azərbaycan mədəni irs xəzinəsinin nadir incilərindəndir.

🇦🇿  30.05.2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və ...
01/06/2026

🇦🇿 30.05.2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğuna ziyarətçilər üçün elmi ekskursiya təşkil edilmişdir.
Ekskursiya çərçivəsində iştirakçılar ilk olaraq Ceyrançöl ərazisində yerləşən Keşikçidağ Kurqanlar Vadisini ziyarət etmiş, həmin abidələrin tarixi, arxeoloji xüsusiyyətləri və regionun qədim məskunlaşma tarixinin öyrənilməsində oynadığı rol barədə ətraflı məlumatlandırılmışlar.
Daha sonra ekskursiya iştirakçıları qoruq ərazisində yerləşən "İlham Əliyev adına Zirvə"ni, bu istiqamətdə yerləşən mağaraları, onların divar və tavanlarında qorunub saxlanılmış freska nümunələrini, həmçinin su quyuları və ərzaq anbarlarını yaxından müşahidə etmişlər. Ekskursiya zamanı iştirakçılara Keşikçidağ mağaralar kompleksinin yaranma və inkişaf tarixi, memarlıq xüsusiyyətləri, dini-mədəni əhəmiyyəti, eləcə də burada mövcud olan maddi-mədəni irs nümunələrinin elmi və tarixi dəyəri haqqında geniş məlumat verilmişdir.

🇦🇿15 may 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsində “Azərbaycan şəhərsalma və m...
25/05/2026

🇦🇿15 may 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsində “Azərbaycan şəhərsalma və memarlıq irsinin Gəncə nümunəsində tarixi inkişaf mərhələləri” mövzusunda respublika elmi konfransı keçirilmişdir.
Konfransda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Mursaquliyev Musa “Azərbaycanın qərb bölgəsində memarlıq nümunələri – orta əsrlərin müdafiə qurğuları” mövzusunda elmi məruzə ilə çıxış etmişdir. Məruzədə Azərbaycanın qərb bölgəsində yerləşən orta əsr müdafiə tikililərinin memarlıq xüsusiyyətləri, tarixi əhəmiyyəti, strateji funksiyaları və mədəni irs nümunəsi kimi qorunmasının vacibliyi haqqında ətraflı məlumat verilmişdir.
Konfrans elmi müzakirələrin aparılması, memarlıq irsinin tədqiqi və tarixi-mədəni abidələrin təbliği baxımından mühüm əhəmiyyət kəsb etmişdir.Konfransın sonunda təşkilatçılar tərəfindən qoruq rəhbərliyinə sertifikat verilmişdir.

🇦🇿  Keşikçidağ tələbələrin   praktika məkanına çevrilibBakı     Qazax filialının Tarix ixtisası üzrə təhsil alan IV kurs...
22/05/2026

🇦🇿 Keşikçidağ tələbələrin praktika məkanına çevrilib

Bakı Qazax filialının Tarix ixtisası üzrə təhsil alan IV kurs tələbələri elmi-praktiki təcrübə proqramı çərçivəsində Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət idarəetməsinə verilmiş " " Dövlət tarix-mədəniyyət ərazisində olublar. Gənc diplom işləri və gələcək elmi araşdırmaları üçün böyük dəyər daşıyan bu proqram çərçivəsində, onlar qoruğun zəngin və tarixi ilə yaxından tanış olublar.
Təşəkkürlər Mədəniyyət qəzeti

Bakı Dövlət Universitetinin Qazax Filialının tarix ixtisası üzrə təhsil alan IV kurs tələbələri elmi təcrübə proqramı çərç

🇦🇿 Keşikçidağ tələbələrin elmi praktika məkanına çevrilibBakı Dövlət Universitetinin Qazax filialının Tarix ixtisası üzr...
22/05/2026

🇦🇿 Keşikçidağ tələbələrin elmi praktika məkanına çevrilib

Bakı Dövlət Universitetinin Qazax filialının Tarix ixtisası üzrə təhsil alan IV kurs tələbələri elmi-praktiki təcrübə proqramı çərçivəsində Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində olublar. Gənc tədqiqatçıların diplom işləri və gələcək elmi araşdırmaları üçün böyük dəyər daşıyan bu proqram çərçivəsində, onlar qoruğun zəngin arxeoloji və tarixi irsi ilə yaxından tanış olublar.
Tələbələrin ilk dayanacağı regionun ən mühüm arxeoloji məkanlarından biri olan "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən “Kurqanlar Vadisi”nə səfər olub. Burada onlar minilliklərin şahidi olan qədim kurqanları yerindəcə müşahidə edib, qazıntılar zamanı üzə çıxarılan maddi-mədəniyyət nümunələri barədə geniş məlumat alıblar. Qoruq əməkdaşları bildiriblər ki, bu kurqanlar qədim insanların həyat tərzi, dəfn ayinləri, inancları və sosial münasibətlərini öyrənmək üçün əvəzsiz bir elmi mənbədir.
Ziyarət zamanı tələbələrə arxeoloji qazıntıların metodikası, tapıntıların qeydiyyatı, bərpası və qorunması istiqamətində görülən işlər ətraflı şəkildə izah olunub. Vurğulanıb ki, bu cür sahə tədqiqatları auditoriyada qazanılan nəzəri biliklərin real tarixi mühitdə tətbiqinə və tələbələrin elmi vərdişlərinin formalaşmasına birbaşa töhfə verir.
Elmi səfərin növbəti mərhələsində tələbələr “İlham Əliyev adına zirvə” istiqamətində yerləşən qədim mağara komplekslərini ziyarət ediblər. Qayalıqlarda qorunan freskalar (divar rəsmləri), qədim su quyuları, ərzaq anbarları və yaşayış izləri gənclərin böyük marağına səbəb olub. Əsrlər boyu həm sığınacaq, həm də ibadətgah rolunu oynamış bu mağaraların regionun qədim mədəniyyət tarixini əks etdirən unikal abidələrdən olduğu diqqətə çatdırılıb.
Praktika müddətində tələbələr diplom işləri üçün vacib qeydlər aparıb, abidələr üzərində vizual müşahidələr keçirib və ilkin tədqiqat materialları toplayıblar. Sonda qeyd olunub ki, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu sadəcə bir ekskursiya məkanı deyil, həm də açıq səma altında fəaliyyət göstərən canlı elmi-tədris platformasıdır. Bu cür praktiki məşğələlər gənclərin tarixə, arxeologiyaya və milli-mədəni irsimizə olan bağlılığını daha da gücləndirir.

🇦🇿  Azərbaycan   Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,İnkişafı və   üzrə Dövlət   idarəetməsinə verilmiş ...
21/05/2026

🇦🇿 Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,İnkişafı və üzrə Dövlət idarəetməsinə verilmiş " "Dövlət tarix-mədəniyyət qoruğunun ilə Qazaxıstan Respublikası Mədəniyyət və Nazirliyi Mədəniyyət Komitəsinin "Saraishyq" Tarix-Mədəniyyət -Qoruğu ilə bağlanmış əsasən 18 May "Beynəlxalq Muzeylər Günü" nə həsr olunmuş "Orta türk dövlətləri və onların mədəni əlaqələri" mövzusunda təşkil olunmuş onlayn tədbir Mədəniyyət təqdimatında
Təşəkkürlər qəzeti.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyindəki

🇦🇿 Bakı şəhərində keçirilən Dünya Şəhərsalma Forumu – World Urban Forum 13 (WUF 13) çərçivəsində bir qrup ziyarətçi Azər...
21/05/2026

🇦🇿 Bakı şəhərində keçirilən Dünya Şəhərsalma Forumu – World Urban Forum 13 (WUF 13) çərçivəsində bir qrup ziyarətçi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunu ziyarət etmişdir.
🇦🇿 Bakı şəhərində keçirilən Dünya Şəhərsalma Forumu – World Urban Forum 13 (WUF 13) çərçivəsində bir qrup ziyarətçi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunu ziyarət etmişdir.
Səfər çərçivəsində iştirakçılar ilk olaraq Ceyrançöldə, Keşikçidağ Kurqanlar Vadisində yerləşən arxeoloji abidələri, qədim yaşayış məskənləri və regionun erkən məskunlaşma tarixini əks etdirən maddi-mədəniyyət nümunələri ilə yaxından tanış olmuşlar. Daha sonra qonaqlar “İlham Əliyev adına zirvə”, bu istiqamətdə yerləşən mağaralar, onların divar və tavanlarında qorunub saxlanılmış freskalar, su quyuları, ərzaq anbarlarına baxış keçirmişlər.
Qoruq ərazisində mövcud olan bu tarixi-memarlıq nümunələri qədim insanların yaşayış tərzini, təsərrüfat fəaliyyətini və təbii landşaftla uyğun şəkildə formalaşdırılmış ilkin şəhərsalma ənənələrini əks etdirən mühüm elmi mənbələrdən hesab olunur. Qaya massivləri üzərində qurulmuş yaşayış kompleksləri, su təminatı sistemi və təsərrüfat infrastrukturu Keşikçidağın qədim dövrlərdə mühüm yaşayış, dini və mədəniyyət mərkəzlərindən biri olduğunu təsdiqləyir.
Səfər iştirakçılarına qoruğun arxeoloji potensialı, memarlıq xüsusiyyətləri, qədim yaşayış məkanlarının urbanizasiya tarixinin öyrənilməsində rolu, eləcə də Qafqaz regionunun maddi-mədəni irs sistemində tutduğu əhəmiyyət barədə ətraflı məlumat verilm

🇦🇿 17–22 may 2026-cı il tarixlərində ölkəmizdə keçirilən və beynəlxalq səviyyədə böyük əhəmiyyət daşıyan Dünya Şəhərsalm...
20/05/2026

🇦🇿 17–22 may 2026-cı il tarixlərində ölkəmizdə keçirilən və beynəlxalq səviyyədə böyük əhəmiyyət daşıyan Dünya Şəhərsalma Forumu – World Urban Forum 13 (WUF 13) çərçivəsində Azərbaycanın tarixi-mədəni irsinin, eləcə də davamlı inkişaf və mədəni turizm potensialının beynəlxalq auditoriyaya təqdim olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Şəhərsalma, mədəni irsin qorunması, dayanıqlı inkişaf və humanitar əməkdaşlıq məsələlərinin müzakirə olunduğu forum çərçivəsində ölkəmizə səfər edən xarici nümayəndə heyətlərinin tarixi məkanlara təşkil olunan səfərləri xüsusi əhəmiyyət kəsb edir.

WUF 13 proqramı çərçivəsində Rusiya Federasiyasından olan bir qrup ziyarətçi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu ərazisində olmuşdur. Ekskursiya zamanı qonaqlara qoruğun zəngin tarixi, arxeoloji və mənəvi irsi haqqında ətraflı məlumat verilmiş, regionun qədim yaşayış və ibadət ənənələrini əks etdirən maddi-mədəniyyət nümunələri nümayiş etdirilmişdir.

Səfər çərçivəsində ziyarətçilər “İlham Əliyev adına zirvə”, bu istiqamətdə yerləşən mağaralar, onların divar və tavanlarında qorunub saxlanılmış qədim freskalar, su quyuları, ərzaq anbarları və digər tarixi obyektlərlə yaxından tanış olmuşlar. Qonaqlarda xüsusi maraq doğuran bu abidələr Keşikçidağın yalnız regional deyil, bütövlükdə Qafqazın mühüm qədim mədəni irs məkanlarından biri olduğunu bir daha nümayiş etdirmişdir.

Beynəlxalq səviyyəli WUF 13 forumu çərçivəsində belə ekskursiyaların təşkili Azərbaycanın zəngin mədəni irsinin qlobal miqyasda tanıdılması, tarix və şəhərsalma arasında qarşılıqlı əlaqələrin nümayiş etdirilməsi, həmçinin mədəni turizmin inkişafının təşviq olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Address

Ağstafa Rayonu H. Əliyev Pr. 10
Akstafa
0500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

0503547170

Alerts

Be the first to know and let us send you an email when Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share