Yeni Azərbaycan Partiyası Ağsu Rayon Təşkilatı

Yeni Azərbaycan Partiyası Ağsu Rayon Təşkilatı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yeni Azərbaycan Partiyası Ağsu Rayon Təşkilatı, Political Party, Ağsu şəhəri M. Ə. Rəsulzadə küçəsi 88A, Akhsu.

Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoyduAzərbaycan artıq, sadəcə, xammal ixrac...
02/06/2026

Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu
Azərbaycan artıq, sadəcə, xammal ixrac edən ölkə statusundan çıxaraq, planetar miqyasda enerji siyasətinin istiqamətini təyin edən qlobal bir aktora çevrilib. Bu reallıq Bakı Enerji Həftəsində bir daha öz təsdiqini tapdı. Dünyada ekoloji təmiz texnologiyalara keçidin sürətləndiyi bir vaxtda, Bakının bu qlobal dialoqa ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenadakı siyasi və iqtisadi nüfuzunun birbaşa göstəricisidir.
Əldə olunan nailiyyətlərin kökündə ölkə rəhbərliyinin uzaqgörən və çoxşaxəli inkişaf strategiyası dayanır. Azərbaycan karbohidrogen ehtiyatlarını səmərəli idarə etməklə bərabər, gələcəyə hesablanmış addımlar atır. Məsələn, "Şahdəniz" layihəsinin 30 illik təkamülü və yataqdan kommersiya qazının çıxarılmasının 20 illiyi ölkəmizin qlobal bazarda nə dərəcədə güvənilən bir tərəfdaş olduğunu sübut edir.
Müasir dünyamızda enerji təhlükəsizliyi artıq təkcə resurs bolluğu demək deyil. Bu anlayış həm də alternativ marşrutların mövcudluğunu, ekoloji öhdəlikləri və fasiləsiz təchizatı özündə birləşdirir. Azərbaycan məhz bu prinsiplərlə hərəkət edərək Avropanın enerji şaxələndirilməsinə unikal töhfələr verir və regional əməkdaşlıq mühitini gücləndirir.
Son illərdə alternativ enerji sektoruna yönələn irihəcmli investisiyalar ölkəmizin energetika tarixində yeni səhifə açır. Beynəlxalq tərəfdaşlarla birgə icra edilən külək və günəş elektrik stansiyaları layihələri, habelə azad edilmiş torpaqlarımızda tətbiq olunan "yaşıl enerji zonası" modeli ölkəmizin gələcək iqtisadi vizyonunu əks etdirir. Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşən bu proqramlar yalnız yaşıl enerji istehsalını hədəfləmir, həm də ekoloji cəhətdən təmiz, müasir ekosistemin qurulmasına xidmət edir.
Ölkəmizin strategiyasının ən güclü tərəfi isə ənənəvi resurslarla (neft, təbii qaz) alternativ enerji mənbələri arasında mükəmməl bir balansın qurulmasıdır. Mavi yanacaq ixracını artırmaqla bərabər, yaşıl layihələri paralel şəkildə sürətləndirmək Azərbaycanın qlobal iqlim hədəflərinə sadiqliyini nümayiş etdirir. Bu yanaşma həm daxili iqtisadi dayanıqlığı qoruyur, həm də beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərin icrasını təmin edir.
Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın enerji sahəsində qət etdiyi tarixi yolu yüksək qiymətləndirib. Dövlətimizin başçısı ölkəmizin enerji strategiyasının bu gün özünün ən p*k nöqtəsinə çatdığını vurğulayaraq, atılan addımların dünya miqyaslı əhəmiyyətinə diqqət çəkib.
Müasir dünyada hər bir dövlət üçün enerji resurslarına çıxış və onların təhlükəsizliyi həyatı əhəmiyyət kəsb edir. Qazıntı yanacağı olmadan sənayenin fəaliyyəti, infrastrukturun qorunması və əhalinin normal yaşayış ritmini təmin etmək qeyri-mümkündür. Bununla paralel olaraq, ekoloji fəlakətlərin qarşısını almaq və iqlim böhranını həll etmək üçün bərpa olunan enerjiyə keçid qaçılmazdır. Prezidentin çıxışından da göründüyü kimi, Azərbaycan bu iki istiqamət arasında optimal keçid strategiyası formalaşdırıb.
Ölkəmizin vizyonu, sadəcə, enerji sektoru ilə məhdudlaşmır. Burada nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi də xüsusi yer tutur. Yeni dəmir və avtomobil yollarının inşasına, logistik infrastruktura böyük sərmayələr qoyulur. Uğurla işləyən Şərq-Qərb dəhlizinin mühüm seqmenti olacaq Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra ölkəmizin tranzit imkanlarını daha da artıracaq və regiona böyük dividend gətirəcək.
Bununla yanaşı, elektroenergetika sahəsində də regional şəbəkələşmə prosesi sürətlənir. Azərbaycandan Gürcüstana, oradan isə Qara dənizin dibi ilə Rumıniya və Macarıstana qədər uzanacaq "Qara Dəniz Yaşıl Enerji" kabel layihəsi qitələrarası inteqrasiyanı gücləndirir. Bu nəhəng infrastruktur layihəsi həm ölkələr arası münasibətləri dərinləşdirir, həm də Avropanın enerji təhlükəsizliyinə yeni nəfəs verir.
Azərbaycan bu gün artıq qlobal layihələrin investora çevrilib. Ölkəmiz sərmayə coğrafiyasını genişləndirməklə yanaşı, beynəlxalq enerji arxitekturasının təhlükəsizliyinə birbaşa zəmanət verir. Bakı Enerji Həftəsi də göstərir ki, Azərbaycan yaxın gələcəkdə də dayanıqlı inkişaf və qlobal tərəfdaşlıq platformalarında yeni təşəbbüslərin müəllifi olaraq qalacaq.
Baxış Baxışov
YAP Ağsu rayon təşkilatının mühasibi

01/06/2026
28 May – Müstəqillik Günü
27/05/2026

28 May – Müstəqillik Günü

Qurban bayramınız mübarək!
27/05/2026

Qurban bayramınız mübarək!

Bu gün torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən Vətən Müharibəsi döyüşlərində qəhramancasına  Şəhidlik zirvə...
27/05/2026

Bu gün torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən Vətən Müharibəsi döyüşlərində qəhramancasına Şəhidlik zirvəsinə ucalan Dadaşzadə Hüseyin Zülfüqar oğlunun doğum günüdür.
Şəhidimizi hörmət və ehtiramla anırıq.
Allah şəhidlərimizə rəhmət eləsin.

Məhsuldarlığa gəldikdə, son illər ərzində burada artım varvə biz bunu yüksək qiymətləndiririkMisal üçün taxılçılıqda, bi...
26/05/2026

Məhsuldarlığa gəldikdə, son illər ərzində burada artım var
və biz bunu yüksək qiymətləndiririk

Misal üçün taxılçılıqda, bizdə bu gün hər hektardan 3,2 ton məhsul yığılır. Əvvəlki illərdə bu, təqribən 2 ton, bəlkə də bir qədər çox idi. Məqsəd bunu 5 tona çatdırmaqdır.
Qeyd etdiyim kimi, pambıqçılıqda hektardan məhsuldarlıq cəmi 1 ton idi, görülmüş işlər nəticəsində 3,6 tona çatıb. Bu da bütün dövrləri, hətta sovet dövrünü götürsək, ən yüksək nəticədir. Amma məqsəd hər hektardan ən azı 5 ton götürməkdir. Belə olan halda bizdə 100 min hektarda ki, pambıq əkilir, 500 min ton pambıq istehsal olunacaq. Əlbəttə ki, bunun ondan sonrakı emalı məsələlərinə də biz baxırıq. İplik, ondan sonra hazır məhsul - qarşıya məqsəd qoyulmalıdır ki, biz mahlıc ixrac etməyək, hazır məhsul istehsal edək, ixrac edək. Bu istiqamətdə artıq işlər görülür. Yeni fabriklər qurulmalıdır və mən investorları buna dəvət edirəm.
Bu gün bizim 1500 hektarı əhatə edən istixanalarımız var, 500 hektar əlavə olunmalıdır. Əlbəttə ki, biz burada da ilk növbədə, özəl sektorun fəaliyyətinə arxalanırıq.
Hökumətə tapşırıram ki, vəsait tapılsın və özəl sektorla da müxtəlif qurumlar, təbii ki, Kənd Təsərrüfatı Nazirliyi, Hökumət, ondan sonra Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, digər qurumlar fəal işləməlidirlər. Təxmini hesablamalar aparılıb. Əlbəttə ki, indidən bunu demək çox çətindir. Amma təxmini hesablamalar göstərir ki, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait lazım olacaq, özəl sektorun payı isə təqribən 3 milyard manatdan çox olacaq. Çox böyük rəqəmdir. Xüsusilə nəzərə alsaq ki, cəmi dörd il yarım ərzində bunu biz həyata keçirməliyik, ona görə proqram qəbul ediləndən dərhal sonra biz işlərə başlamalıyıq.
Baxış Baxışov
YAP Ağsu rayon təşkilatının mühasibi

Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası1918-ci il mayın 28-də Azərbaycan xalqı öz tarixinin ən şər...
25/05/2026

Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası
1918-ci il mayın 28-də Azərbaycan xalqı öz tarixinin ən şərəfli səhifələrindən birini yazdı. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və xalqımız öz müstəqilliyini bütün dünyaya elan etdi. Bu dövlət təkcə Azərbaycanın deyil, bütün Şərq və müsəlman aləminin ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası idi.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın əsrlər boyu davam edən azadlıq arzularının nəticəsi idi. Məhəmməd Əmin Rəsulzadə və digər görkəmli dövlət xadimləri xalqı bir amal ətrafında birləşdirərək milli dövlət quruculuğuna nail oldular. Cümhuriyyətin əsas məqsədi xalqın hüquq və azadlıqlarını qoruyan müasir dövlət yaratmaq idi.Yeni qurulan dövlət demokratik prinsiplərə əsaslanırdı. Parlament üsul-idarəsi tətbiq olunmuş, müxtəlif millətlərin nümayəndələri parlamentdə təmsil edilmişdir. Dinindən, milliyyətindən və sosial vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilmişdir. Qadınlara seçki hüququnun verilməsi isə həmin dövr üçün böyük tarixi hadisə idi. Bu addım Azərbaycanı bir çox inkişaf etmiş dövlətlərdən belə qabağa çıxarmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti təhsilin və mədəniyyətin inkişafına xüsusi önəm verirdi. Yeni məktəblər açılmış, milli dərsliklər hazırlanmış, gənclərin xaricdə təhsil almasına şərait yaradılmışdır. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması elm və təhsil tariximizin ən mühüm hadisələrindən biri olmuşdur. Dövlət quruculuğu ilə yanaşı iqtisadiyyatın inkişafı və ordunun yaradılması istiqamətində də mühüm addımlar atılmışdır. Milli ordu formalaşdırılmış, dövlət atributları qəbul edilmişdir. Üçrəngli bayrağımız xalqın azadlıq, müasirlik və milli birlik rəmzinə çevrilmişdir.Azərbaycan Xalq Cümhuriyyəti dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqələr qurmuş, Paris Sülh Konfransında iştirak etmişdir. Bu, Azərbaycanın beynəlxalq aləmdə tanınması istiqamətində mühüm uğur idi. 1920-ci ilin aprelində Cümhuriyyət fəaliyyətini dayandırsa da, onun ideyaları xalqın yaddaşından silinmədi. Azərbaycan xalqı müstəqillik ruhunu qoruyaraq 1991-ci ildə yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi hesab olunur.Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli qürur mənbəyidir. Bu dövlət sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, demokratik dövlət qurmağa və öz taleyini müəyyən etməyə qadirdir.
“Bir kərə yüksələn bayraq bir daha enməz!”
Bu sözlər Azərbaycan xalqının azadlıq ruhunun və müstəqillik əzminin əbədi simvoluna çevrilmişdir.
Baxış Baxışov
YAP Ağsu rayon təşkilatının mühasibi

Address

Ağsu şəhəri M. Ə. Rəsulzadə Küçəsi 88A
Akhsu

Website

Alerts

Be the first to know and let us send you an email when Yeni Azərbaycan Partiyası Ağsu Rayon Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yeni Azərbaycan Partiyası Ağsu Rayon Təşkilatı:

Share