Ağsu Rayon Mərkəzi Xəstəxanası

Ağsu Rayon Mərkəzi Xəstəxanası Ağsu şəhər M.Ə.Rəsulzadə küçəsi 172

15/02/2026

Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilk dəfə 2001-ci ildə Uşaq Valideynlərinin Ümumdünya Konfederasiyasının təşəbbüsü ilə təsis olunaraq təqvimə salınıb.

Bu günün ilk qeyd olunması yanvarın 15-də Lüksemburqda baş tutub. Daha sonra isə tarix bir ay irəli çəkilərək dəyişdirilib.

Hazırda onkoloji xəstəliklərə tutulmuş uşaqlar günü Uşaq Onkoloqlarının Beynəlxalq Cəmiyyətinin himayəsi ilə dünyanın 90-dan çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd olunur və cəmiyyətin diqqətini uşaqlarda onkoloji xəstəliklərlə mübarizəyə yönəltməyi hədəfləyir.

15/02/2026

Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyətinin 10-cu ildönümünü qeyd edir.

Bu əlamətdar gün münasibətilə Agentliyin bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edirik!

Ölkəmizdə səhiyyə sisteminin inkişafı, əhalinin keyfiyyətli və əlçatan tibbi xidmətlərlə təmin olunması istiqamətində gördüyünüz işlərdə sizə davamlı uğurlar arzulayırıq.

Sağlam və güclü gələcək naminə birlikdə!

13/02/2026

“815” Çağrı Mərkəzinə yanvar ayı ərzində 13 mindən çox zəng daxil olub

Yanvar ayı ərzində TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 13 114 zəng daxil olub. Müraciətlərdən 12 960 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 154 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 70 müraciət ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 44 müraciət ilə bağlı məsələ həll edilib, 40 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.

Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.

Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.

Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi, eləcə də elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.

11/02/2026
11/02/2026

Sağlam mühit – sağlam məktəbli deməkdir!

Məktəb uşaqların gününün böyük hissəsini keçirdiyi məkandır və burada mövcud olan bəzi amillər allergik reaksiyaları gücləndirə bilər. Toz, güclü qoxular və zəif havalandırma allergiyası olan məktəblilər üçün dərs prosesini çətinləşdirir.

Məktəb mühitində allergiyanı artıran əsas faktorlar:

• Sinif otaqlarında toz və kifin yığılması;
• Yetərsiz havalandırma və təmiz hava çatışmazlığı;
• Güclü qoxulu təmizləyici vasitələr;
• Bitki, polen və digər ətraf mühit allergenləri.

Bu amillər uşaqlarda asqırma, burun tutulması, göz qaşınması, diqqət dağınıqlığı və tez yorulma ilə özünü göstərə bilər.

Sağlam məktəb mühiti allergiyaların nəzarətdə saxlanılmasında mühüm rol oynayır. Təmiz, yaxşı havalandırılan sinif otaqları və valideyn–məktəb əməkdaşlığı məktəblilərin həm sağlamlığını, həm də dərsə diqqətini qorumağa kömək edir.

Sağlam mühit – sağlam məktəbli deməkdir.

09/02/2026

Diabetik neyropatiya uzun müddət yüksək qan şəkəri nəticəsində sinirlərin zədələnməsi ilə yaranan ağırlaşmadır. Ən çox əl və ayaqlarda hissiyatın azalması, keyimə, yanma və ağrı ilə özünü göstərir.

Bu, hissiyatın azalması xırda yaraların vaxtında hiss edilməməsinə, infeksiyalara və ağır hallarda amputasiya riskinə səbəb ola bilər. Həmçinin həzm sistemi, ürək ritmi və sidik yolları kimi daxili orqanların fəaliyyəti də pozula bilər.

Qan şəkərinə nəzarət, sağlam həyat tərzi və mütəmadi həkim müayinəsi diabetik neyropatiyanın qarşısını almaqda və ya irəliləməməsində önəmli rol oynayır.

Sinirlərinizin sağlamlığı diabet nəzarətinin ən vacib hissələrindən biridir.

Şəkərsiz həyat daha şirindir!

06/02/2026
05/02/2026

Soyuq havalarda immuniteti necə gücləndirək?

Payız-qış mövsümündə havanın soyuq keçməsi immunitetin zəifləməsinə, nəticədə müxtəlif virus və bakteriya mənşəli xəstəliklərin daha çox yayılmasına səbəb olur.

Tibbi məsləhətləri bu dəfə bölgə xəstəxanalarında çalışan həkim-mütəxəssislər verir. Onlar hesab edir ki, fiziki aktivliyin azalması, stress, yuxu və qidalanma rejiminə düzgün əməl olunmaması kimi faktorlar payız-qış aylarında immunitetin zəifləməsinə səbəb olur.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Nərmin Qurbanova:

“İmmunitetin gücləndirilməsi məqsədilə payız-qış mövsümündə həkim təyinatı ilə D vitamini qəbul edilə bilər, həmçinin yuxu və qidalanma rejiminə ciddi nəzarət etmək, stres yaradan faktorlardan mümkün qədər uzaq durmaq immunitetin gücləndirilməsində önəmli rol oynayır. Ümumiyyətlə, payız-qış mövsümündə fəsil dəyişkənliyi səbəbilə günəş şüalarının azalması D vitaminin əskikliyinə səbəb olur. Belə olduqda orqanizmdə müəyyən dəyişikliklər və bunun fonunda isə immunitetin zəifləməsinə gətirib çıxarır”.

Gündəlik rasionda zülal, vitamin və mineralların kifayət qədər olmasının vacibliyinə diqqət çəkən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Məhbubə Zahirova isə bildirir ki, vitamin qəbulu mütləq həkim məsləhəti əsasında olmalıdır, çünki əks təqdirdə ciddi yan təsirlər ola bilər:

“Özbaşına, həkim təyinatı olmadan istifadə edilən antibiotik orqanizmdə həssaslıq yaradır və həqiqətən antibiotik müalicəsinə ehtiyac yarandıqda artıq orqanizm həmin antibiotiki düzgün qəbul edə bilmir və müalicə effektiv olmur.

Onu da qeyd etmək lazımdır ki, bu məsələdə təkcə dərmanlar deyil, insanların həyat tərzi də rol oynayır. Məsələn, kifayət qədər yuxu və müntəzəm fiziki aktivlik orqanizmin müdafiə qabiliyyətini artırır. Şəxsi gigiyena qaydalarına düzgün riayət olunması infeksiyaların qarşısının alınmasında mühüm rol oynayır”.

N.Qurbanova qeyd edir ki, mövsüm dəyişikliyi ilə əlaqədar olaraq kəskin respitator virus infeksiyaları, adenovirus, rotavirus, bronxit, pnevmoniya kimi virus və bakterial mənşəli xəstəliklər sürətlə yayılır:

“Bu qəbildən olan xəstəliklər böyüklərlə yanaşı, uşaqların immunitetinin xeyli zəifləməsinə, düzgün müalicə olunmadıqda isə müxtəlif formalarda ağırlaşmalara gətirib çıxara bilir. Bu səbəbdən də vaxtında həkimə müraciət edilməlidir”.

Unutmayın ki, sağlam həyat tərzi və düzgün profilaktika xəstəliklərdən qorunmanın əsas yoludur.

Çalışın sağlam olun!

05/02/2026

Rəqəmsal cihazlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, onların həddindən artıq istifadəsi ailə münasibətlərinə mənfi təsir göstərə bilər.

Ailəyə təsir edən əsas məqamlar:
• Ailədaxili canlı ünsiyyətin azalması
• Valideyn–uşaq münasibətlərinin zəifləməsi
• Birlikdə keyfiyyətli vaxtın azalması
• Ailə daxilində gərginlik və anlaşılmazlıqlar
• Yuxu və gündəlik rejimin pozulması
• Uşaqlarda rəqəmsal asılılıq riskinin artması

Texnologiyadan düzgün və ölçülü istifadə ailə bağlarına mütləq təsir edir. Çalışın bu təsir sizin və ailənizin xeyirinə olsun!

Address

Azerbaydjan
Agsu
0600

Telephone

+994202262357

Website

Alerts

Be the first to know and let us send you an email when Ağsu Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ağsu Rayon Mərkəzi Xəstəxanası:

Share