Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook hesabı.

Şəmkirdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş təntənəli tədbir keçirilibŞəmkir şəhərində yerləşən tarixi A...
31/05/2026

Şəmkirdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Şəmkir şəhərində yerləşən tarixi Alman Lüteran Kilsəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə möhtəşəm tədbir təşkil olunub. Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının Teatr şöbəsi tərəfindən rəngarəng ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Tədbirdə şəhid və qazi övladları, Şəmkir Uşaq Reabilitasiya Mərkəzinin uşaqları və kollektivi, həmçinin Şəmkir şəhər Uşaq Musiqi Məktəbinin şagird və müəllim heyəti iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının Teatr şöbəsinin müdiri, Əməkdar müəllim, kulturologiya üzrə fəlsəfə doktoru Hicran Sadıqzadə əlamətdar günün tarixi əhəmiyyətindən bəhs edib. Hicran xanım öz çıxışında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününün 1950-ci ildə BMT tərəfindən təsis olunduğunu vurğuladı. Eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu bayrama xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğuladı. Azərbaycanda əksər hallarda məktəbəqədər və ümumtəhsil məktəblərinin açılışlarının məhz həmin günə salındığını bir daha qeyd etdi.
Tədbirin bədii hissəsində İncəsənət Gimnaziyasının Teatr şöbəsinin istedadlı kollektivi tərəfindən hazırlanan maraqlı rəqs nömrələri, musiqili ifaları və teatr səhnəcikləri nümayiş olunub. Uşaqların böyük maraq və coşqu ilə qarşıladığı çıxışlar tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb.

🌟 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş ədəbi-bədii kompozisiyaya hər kəsi dəvət edirik!Milli musi...
29/05/2026

🌟 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş ədəbi-bədii kompozisiyaya hər kəsi dəvət edirik!
Milli musiqimiz, teatr ruhu və uşaqların istedadı ilə dolu unudulmaz proqram sizi gözləyir.
📍 Şəmkir Lüteran Alman Kilsəsi
📅 30 may 2026
🕚 Saat 11:00

28 May - Müstəqillik Günüdür
28/05/2026

28 May - Müstəqillik Günüdür

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Qurban bayramınız mübarək!
27/05/2026

Qurban bayramınız mübarək!

26/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib Mayın 25-də Şəmkir Rayon Mədəniyyət Mərkəzində geniş konsert pro...
26/05/2026

28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib

Mayın 25-də Şəmkir Rayon Mədəniyyət Mərkəzində geniş konsert proqramı təşkil olunub.
Tədbirdə mədəniyyət mərkəzinin musiqi və rəqs ansamblının birgə hazırladığı kompozisiyalar təqdim edilib, solistlərin ifasında vətənpərvərlik ruhunda musiqilər səsləndirilib. Həmçinin Şəmkir şəhər Uşaq Musiqi Məktəbinin müəllimlərinin çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir çərçivəsində Şəmkir Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitab sərgisi də təşkil edilib. Sərgidə Azərbaycanın müstəqillik tarixini və milli-mənəvi dəyərlərimizi əks etdirən nəşrlər nümayiş olunub.

25/05/2026
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə 2026/2027-ci tədris ili üzrə I s...
22/05/2026

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə 2026/2027-ci tədris ili üzrə I sinfə qəbul müsabiqəsinin əyani imtahan mərhələsinin nəticələri elan olunub.
Nəticələr namizədlərin qeydiyyatdan keçdikləri “MyCulture” vahid şəxsi kabinetlərinə, elektron poçt ünvanlarına və SMS bildiriş vasitəsilə təqdim edilmişdir. Həmçinin namizədlər nəticələrlə “exam.culture.az” portalı vasitəsilə də tanış ola bilərlər.
Qəbul müsabiqəsinin əyani imtahan mərhələsində topladıqları ballardan narazı qalan namizədlər 3 iş günü ərzində qeydiyyatdan keçdikləri “MyCulture” vahid şəxsi kabineti üzərindən apellyasiya müraciəti edə bilərlər. Apellyasiya müraciətlərinə 10 iş günü ərzində baxılacaq.
Qeyd edək ki, apellyasiya müraciətlərinin baxılması yekunlaşdıqdan sonra növbəti mərhələ — ixtisas və məktəb seçiminin aparılmasına başlanılacaq.

Mədəniyyət naziri Adil Kərimli Beyləqanda vətəndaşları qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ta...
22/05/2026

Mədəniyyət naziri Adil Kərimli Beyləqanda vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş qəbulu keçirilir. Görüşlərdə sakinlərin müraciətləri yerində dinlənilir, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılır.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli mayın 22-də Beyləqan şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Ümummilli Lider Heydər Əliyevin Beyləqan şəhərində ucaldılmış abidəsi önünə çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Beyləqan rayon Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak ediblər. Sakinlərin müraciətləri əsasən məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq addımlar atılacağını diqqətə çatdırıb.
Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.

Address

Hüseyn Arif
Agstafa
022

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994222253927

Alerts

Be the first to know and let us send you an email when Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi:

Share