Ağdaş Rayon Mərkəzi Xəstəxanası

Ağdaş Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

🩸 8 May – Ümumdünya Talassemiya GünüdürÜmumdünya Talassemiya Günü talassemiya xəstəliyi ilə mübarizə aparan şəxslərə diq...
08/05/2026

🩸 8 May – Ümumdünya Talassemiya Günüdür

Ümumdünya Talassemiya Günü talassemiya xəstəliyi ilə mübarizə aparan şəxslərə diqqətin artırılması, cəmiyyətin maarifləndirilməsi və erkən diaqnostikanın əhəmiyyətinin vurğulanması məqsədilə qeyd olunur.

Talassemiya irsi qan xəstəliyi olub, vaxtında aparılan müayinələr və düzgün tibbi nəzarət xəstələrin həyat keyfiyyətinin qorunmasında mühüm rol oynayır.

Sağlam gələcək naminə maariflənək, müayinələrdən vaxtında keçək və qan donorluğuna dəstək olaq.

💉Hamiləlik dövründə peyvəndlərHamiləlik dövründə bəzi peyvəndlər ana və dölün sağlamlığını qorumaq məqsədilə tövsiyə olu...
07/05/2026

💉Hamiləlik dövründə peyvəndlər

Hamiləlik dövründə bəzi peyvəndlər ana və dölün sağlamlığını qorumaq məqsədilə tövsiyə olunur.

Bu peyvəndlər ananın immunitetini gücləndirir, eyni zamanda həm ananın, həm də doğulacaq körpənin infeksiyalardan qorunmasına kömək edir.

Xüsusilə qrip və digər xəstəliklərə qarşı peyvəndlər hamiləlikdə xəstəliyin daha yüngül keçməsi üçün önəmlidir.

Hamiləlik dövründə istifadə edilən peyvəndlər və dərman vasitələri mütləq şəkildə həkim-ginekoloqun təyinatı əsasında istifadə edilməlidir.

Autizm spektr pozuntusu… Bu xəstəlik daha çox hansı formalarda özünü büruzə verir?Autizm spektr pozuntusunun simptomları...
07/05/2026

Autizm spektr pozuntusu…

Bu xəstəlik daha çox hansı formalarda özünü büruzə verir?

Autizm spektr pozuntusunun simptomları həyatın ilk 3 ilində başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Xəstəliyin adı rəsmi “Autizm spektr pozuntusu” qəbul edilib.

Autizm spektr pozuntusunu yalnız ixtisaslı tibb mütəxəssisi təyin edə bilər. Autizm diaqnozunu təsdiq etmək üçün uşağın yaş dövrünü izləmək, xüsusi dəyərləndirmə şkalaları ilə qiymətləndirmək, ailənin müşahidəsi, terapiyalardan sonra əldə olunan nəticələrin tibbi tarixçə və anketlərdə təqibi vacibdir.
Autizm spektr pozuntusunun əsas əlamətləri:

• Sosial ünsiyyət problemi;
• Göz təmasını qura bilməməsi;
• Diqqət dağınıqlığı;
• Empati hissinin zəif olması;
• Xəyali, yaradıcı oyunlarda iştirak etməməsi;
• Üz ifadələrinin olmaması;
• Nitq inkişafında gecikmə;
• Məhdud, təkrarlanan davranış, maraq və ya fəaliyyətlər;
• Başqalarını təqlid etməkdə çətinliklər;
• Təkrarlanan səslər, hərəkətlər və s.

Valideynlər evdə uşaqlarının ilkin reaksiyalarına mütləq fikir verməlidir. 6 aydan yuxarı körpələr valideyni ilə göz təması qurmursa, 1 yaşdan yuxarı uşaqlarda isə nitqin gecikməsi, təkrarlanan səslər və ya hərəkətlər, cisimlərin parçalarına davamlı maraq, bəzi uşaqlarda isə aqressivlik, davranış pozuntusu kimi hallar müşahidə edilərsə, mütləq həkim-pediatra və digər mütəxəssis həkimlərə müraciət edilməlidir.

Autizm spektr pozuntusu olan uşaqlarda müalicənin necə aparılmasına gəldikdə isə, həkim qeyd edir ki, autizm spektrinin radikal müalicəsi yoxdur. Lakin erkən müdaxilə bir çox müsbət nəticələr əldə etməyə imkan verir.

05/05/2026

TƏBİB rəhbərliyi və kollektivi həkim-radioloq Asif Nəsirlinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

A.Nəsirlinin vaxtsız və faciəvi vəfatı tibb ictimaiyyəti üçün böyük itkidir.

O, 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. A.Nəsirli 2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006-2008-ci illərdə isə kliniki ordinatura pilləsini keçib.

Həkim-radioloq A.Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışıb.

Onun xatirəsi daim ehtiramla yad ediləcək!

Allah rəhmət eləsin!

05/05/2026
5 May – Ümumdünya Əl Gigiyenası Günü ilə əlaqədar Ağdaş Rayon Mərkəzi Xəstəxanasında maarifləndirici təlim təşkil olunub...
05/05/2026

5 May – Ümumdünya Əl Gigiyenası Günü ilə əlaqədar Ağdaş Rayon Mərkəzi Xəstəxanasında maarifləndirici təlim təşkil olunub

Təlimin praktik hissəsində infeksiyaların profilaktikası və infeksion nəzarət (İPİN) üzrə mütəxəssis Anar Xəlilov tərəfindən düzgün əl yuma qaydaları əyani şəkildə nümayiş etdirilib.

Tibb işçilərinin iştirak etdiyi təlim çərçivəsində A.Xəlilov əl gigiyenasının yoluxucu xəstəliklərin profilaktikasında əhəmiyyəti, tibb müəssisələrində gigiyenik davranış qaydaları, həmçinin bu sahədə davamlı maarifləndirmənin vacibliyi barədə geniş məlumat verib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı praktiki tövsiyələr təqdim olunub.

Bu gün Beynəlxalq Astma Günü qeyd olunur. Bu günün əsas məqsədi astma xəstəliyi barədə məlumatlılığı artırmaq və bu xəst...
05/05/2026

Bu gün Beynəlxalq Astma Günü qeyd olunur. Bu günün əsas məqsədi astma xəstəliyi barədə məlumatlılığı artırmaq və bu xəstəliklə yaşayan insanlara dəstək göstərməkdir.

Astma tənəffüs yollarının xroniki xəstəliyidir və onun yaranmasında ən çox allergenlər rol oynayır. Eyni zamanda soyuq hava, stress və güclü emosiyalar, eləcə də bəzi ətraf mühit faktorları xəstəliyin yaranmasına və ya şiddətlənməsinə səbəb ola bilər.

Əgər sizdə və ya yaxınlarınızda nəfəs darlığı, davamlı öskürək və ya sinədə sıxılma hissi müşahidə olunursa, vaxt itirmədən həkimə müraciət etməyiniz tövsiyə olunur.

Rahat nəfəs almaq hər kəsin haqqıdır! 🫁

04/05/2026

04/05/2026

Address

Ağdaş şəhəri, H. Əliyev Prospekti 184
Aghdash

Alerts

Be the first to know and let us send you an email when Ağdaş Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ağdaş Rayon Mərkəzi Xəstəxanası:

Share