03/06/2026
Mədəniyyət naziri Adil Kərimli Şuşada vətəndaşları qəbul edəcək.
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il iyunun 19-da Şuşa şəhərindən olan vətəndaşların qəbulu keçiriləcəkdir. Qəbulun keçirilmə saatı və məkan barədə əlavə məlumat veriləcəkdir.
📍Vətəndaşlar 2026-cı il iyunun 15-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.