Pirəyir kənd kitabxana filialı

Pirəyir kənd kitabxana filialı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pirəyir kənd kitabxana filialı, Agdash.

12/09/2024
12/09/2024
12/09/2024

Bəstəkarlarımızın yeni əsərləri musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək

2024/2025-ci dərs ilindən başlayaraq yerli bəstəkarların son dövrlərdə yazdığı əsərlər musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək.

Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndələri arasında keçirilmiş görüşdə bununla bağlı müzakirə aparılıb. Bu prosesin vaxtaşırı davam etdirilməsi, yeni bəstələrin müvafiq təhlillər aparıldıqdan sonra proqramlara əlavə edilməsi ilə əlaqədar razılığa gəlinib.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən hazırlanacaq not nümunələri sistemli şəkildə həm elektron daşıyıcılarda, həm də kağız formatında sözügedən məktəblərə təqdim olunacaq.

Proqrama salınacaq nümunələr arasında Firəngiz Əlizadənin "Zəfər marşı", Elnarə Dadaşovanın fortepiano üçün pyesləri, Adilə Yusifovanın fortepiano üçün pyesləri və "Yaz nağılı" kantatası, həmçinin Sərdar Fərəcov, Faiq Nağıyev, Mehriban Əhmədova, Zabitə Məmmədova, Cahangir Zülfüqarov, Pikə Axundova, İlahə Qismət və digər bəstəkarların uşaqlar üçün əsərləri yer alır.
Bu təşəbbüsün əsas məqsədi yeni nəsil musiqiçilərin milli və müasir musiqi üslublarını mənimsəməsini təmin etmək, eyni zamanda müasir dövr bəstəkarların yaradıcılığının təbliğinə dəstək olmaqdır.

Yenilənmiş tədris proqramı sayəsində musiqi və incəsənət məktəblərinin şagirdləri rəngarəng repertuarla tanış olaraq bu sahədə bilik və bacarıqlarını daha da inkişaf etdirəcəklər.

12/09/2024
12/09/2024
12/09/2024

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

18 sentyabr Azərbaycanın dahi bəstəkarı, peşəkar musiqi sənətimizin banisi, musiqişünas-alim, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin (1885-1948) anadan olduğu gündür. Ümummilli lider Heydər Əliyevin Üzeyir bəyin 110 illiyi münasibətilə 1995-ci ildə imzaladığı fərmana əsasən, böyük bəstəkarın doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Hər il bu münasibətlə silsilə tədbirlər keçirilir. Bu tədbirlərin ən yaddaqalanı isə, sözsüz ki, 2009-cu ildən ənənəvi təşkil olunan, Üzeyir bəyin adını daşıyan beynəlxalq musiqi festivalıdır.
18-28 sentyabr tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Almaniya, İspaniya, Avstriya, Koreya, Türkiyə, Braziliya, Hindistan və digər ölkələrdən tanınmış ifaçı və kollektivlər iştirak edəcəklər.
Festival çərçivəsində Bakı ilə yanaşı, Şuşa, Gəncə və bir sıra şəhərlərdə açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans və ustad dərsləri təqdim ediləcək.

Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təqdimatında “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi keçiriləcək.

Sentyabrın 18-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq. Tədbirdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor: Əməkdar artist Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor: Xalq artisti Gülbacı İmanova) çıxış edəcək. Solistlər Xalq artisti Ülviyyə Hacıbəyova (piano), Əməkdar artistlər Ramil Qasımov (tenor) İnarə Babayeva (soprano) və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə (bariton) ifalarını təqdim edəcəklər.

Rəngarəng proqramı olan festivalın, demək olar ki, hər günü maraqlı tədbirlərlə yadda qalacaq. Festival çərçivəsində həmçinin bütün ölkə üzrə Heydər Əliyev mərkəzləri və kinoteatrlarda Üzeyir bəyin əsərləri əsasında lentə alınmış bədii filmlərin nümayişi, xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərində müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.

20/04/2024

Mədəniyyət Nazirliyi tabeliyindəki kitabxanaların kitabxana fondlarını yeni nəşrlərlə zənginləşdirmək məqsədilə “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir.

Müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni Nazirlik tərəfindən yaradılan Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satın Alınması üzrə Komissiya həyata keçirəcəkdir.

Ətraflı: t.ly/KoVnD

20/04/2024

Bu gün Xalq artisti Əfrasiyab Bədəlbəylinin anadan olmasının 117 ili tamam olur.

Əfrasiyab Bədəlbəyli 1907-ci il aprelin 19-da anadan olub. O, ADU-nun şərqşünaslıq fakültəsinin dilçilik şöbəsində, “Leninqrad Konservatoriyası” nəzdindəki musiqi məktəbində təhsil alıb. Azərbaycan Dövlət Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. O, “Qız qalası” baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoyub. “Nizami”, “Soyüdlər ağlamır” operalarının müəllifidir. “Hacı Qara”, “Fərhad və Şirin” əsərlərinə musiqi bəstələyib. “Bahadır və Sona”, “Söyüdlər ağlamır”, “Qaraca qız”, “Qızıl açar” baletlərinə libretto yazıb. Musiqi və teatr incəsənəti ilə bağlı onlarla məqalənin müəllifidir. C.Rossinin “Sevilya bərbəri” və bir sıra operaların mətnlərini Azərbaycan dilinə tərcümə edib.

Xalq artisti Əfrasiyab Bədəlbəyli 1976-cı ildə vəfat edib.

Address

Agdash

Website

Alerts

Be the first to know and let us send you an email when Pirəyir kənd kitabxana filialı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share