Ağdam rayonu Birinci Dördyol qəsəbə tam orta ümumtəhsil məktəbi

  • Home
  • Azerbaijan
  • Agdam
  • Ağdam rayonu Birinci Dördyol qəsəbə tam orta ümumtəhsil məktəbi

Ağdam rayonu Birinci Dördyol qəsəbə tam orta ümumtəhsil məktəbi Ağdam rayonu Birinci Dördyol qəsəbə tam orta ümumtəhsil məktəbi Azərbaycan Respublikasının Ağdam rayonunda ümumi təhsil müəssisəsi

https://www.facebook.com/share/p/188h9C39F5/
31/03/2026

https://www.facebook.com/share/p/188h9C39F5/

31 mart - Azərbaycanlıların soyqırımı günüdür

Birinci Dünya müharibəsinin sonlarına yaxın, 1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri birlikdə azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırımına məruz qoydular. Şərqi Anadoluda mülki türk, müsəlman əhaliyə qarşı törətdikləri qırğınlar üçün cəzasız qalmayacaqlarından qorxan erməni-daşnak dəstələri rus Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri ilə birlikdə Cənubi Qafqaza gəldilər. Bu zaman anarxiyanın hökm sürdüyü regionda müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər. Qafqaz cəbhəsindən qayıdaraq Bakıdan keçib Rusiyaya getməli olan rus əsgərləri yolboyu Azərbaycan kəndlərini talan edir, aclıq və səfalət içərisində olduqlarından Bakı Sovetinin xidmətində qalmağı vətənə dönməkdən üstün tuturdular. Ordu silah və sursatını ermənilərə və Bakı bolşeviklərinə vermişdi. Kütləvi qırğınların, soyqırımlarının coğrafiyası geniş olub, 1917-ci ilin payızından etibarən Cənubi Qafqazda tarixi Azərbaycan torpağı olan İrəvan quberniyasını - indiki Ermənistan Respublikası ərazisini, Cənubi Azərbaycanı, Tiflis quberniyasının Borçalı qəzasını və indiki Azərbaycan Respublikası ərazisini əhatə edirdi. Erməni silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu. Martın 30-da axşamüstü S.Şaumyan başda olmaqla Bakı Soveti və erməni-daşnak dəstələri tərəfindən dinc türk və müsəlman əhaliyə qarşı soyqırımına başlanıldı.
Soyqırımının törədilməsinin bir sıra səbəbləri var idi. Hər şeydən əvvəl, hələ I Pyotr zamanından başlayaraq çarizm Xəzər dənizinin şimal sahillərini, həmçinin Bakını işğal edib öz tərkibinə daxil etmək üçün guya Bakıda Azərbaycanın digər yerlərindən fərqli mədəniyyət olduğunu bildirirdi. Hətta “Bakı və Azərbaycan” ifadələri də məqsədli şəkildə dövriyyəyə buraxılmışdı. İsti dənizlərə çıxmaq üçün apardığı işğalçı müharibələr nəticəsində Azərbaycanı bölüşdürdükdən sonra Cənubi Qafqaza erməniləri yerləşdirməklə çarizm təkcə demoqrafik vəziyyəti dəyişdirmədi, eyni zamanda, onları Şərq siyasətində bir vasitəyə çevirdi. Bu siyasəti çarizm devrildikdən sonra qurulan Müvəqqəti hökumət, ondan sonra hakimiyyətə gələn bolşeviklər də davam etdirdilər. 1917-ci ilin noyabrında Bakıda S.Şaumyan başda olmaqla azərbaycanlıların əleyhinə olan sovet hakimiyyəti quruldu. V.İ.Lenin həmin ilin dekabrında S.Şaumyanı Qafqazda xüsusi səlahiyyətli komissar təyin etdi.
İqtisadi baxımdan Bakı bolşevik Rusiyası üçün böyük əhəmiyyət kəsb edirdi. Dünya müharibəsinin son mərhələsində Yaxın, Orta Şərq və Cənubi Qafqazda iki əsas neft mənbəyi uğrunda hərbi əməliyyatlar aparılırdı. Bunlardan biri Mosul, digəri isə Bakı neft mənbəyi idi. Təsadüfi deyil ki, 1918-ci il mart ayının ikinci yarısında V.İ.Lenin ABŞ-ın Qırmızı Xaç nümayəndəliyinin rəhbəri polkovnik R.Robinsonun “Rusiya Sovet Respublikası üçün Bakının iqtisadi əhəmiyyəti nədədir” sualına “Bu – neft, işıq və enerjidir”, – deyə cavab vermişdi.
Əlverişli coğrafi-siyasi mövqedə yerləşən Bakıda bütün Cənubi Qafqazın taleyi həll olunurdu. Artıq qeyd edildiyi kimi, bu zaman Cənubi Qafqazda bir-birinə əks olan müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər.
Bakıya hakim olmaq bütün Cənubi Qafqaza nəzarət etmək imkanı yaradar, Tiflisdə fəaliyyət göstərən antibolşevik Transqafqaz Seyminin süqutuna kömək edərdi. Digər tərəfdən, Bakıya yiyələnmək Xəzər dənizinə, Şimali Qafqaza və “dünyanın ürəyi” olan Avrasiyaya gedən yola nəzarət etmək imkanı verərdi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi.
Bakıda soyqırımının törədilməsinin başlıca səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Bu zaman azərbaycanlılar əvvəlcə muxtariyyət, sonda isə müstəqillik uğrunda mübarizə aparırdılar. Soyqırımının törədilməsinin digər bir səbəbi əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya Osmanlı ordusunun buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyon nəfər əhalinin, demək olar, 3 milyonu türk, müsəlman idi. Azərbaycan əhalisi silahlı düşmən qarşısında əliyalın qalmışdı. Bakıda və onun ətrafında azərbaycanlıların silahlı qüvvəsi demək olar ki, mövcud deyildi. Bunun da başlıca səbəbi çarizmin müsəlman olduqları üçün azərbaycanlıları hərbi xidmətə çağırmaması ilə bağlı idi.
Stepan Şaumyan erməniləri və bolşevikləri, xüsusən Xəzər hərbi dəniz donanmasının matroslarını müsəlmanlara qarşı soyqırımına təhrik edirdi. Hücum üçün bəhanə lazım idi. Belə bir bəhanə müsəlman diviziyasının Lənkəranda həlak olan silah yoldaşları, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsini “Evelina” gəmisi ilə Bakıya gətirən bir qrup zabit və əsgərin Bakı Sovetinin hərbçiləri tərəfindən tərksilah edilməsi oldu. Müsəlman diviziyasının əsgər və zabitləri silahların geri qaytarılmasını tələb etsə də, nəticəsi olmadı. S.Şaumyanla aparılan danışıqlar da uğursuz olduqdan sonra xalq küçələrə çıxıb silahların qaytarılmasını tələb etdi. Sosial dayağı olmayan bolşevik hökumətinin rəhbəri S.Şaumyan azərbaycanlılara divan tutmaq haqqında əmr verdi.
Martın 30-da axşam saat 5-də Bakıda ilk atəş açıldı. Qırğın başlananadək özlərinin bitərəfliyini elan etmiş Daşnaksütyun və Erməni Milli Şurası, o cümlədən erməni kilsəsi Bakı Sovetini müdafiə etdi. Nəinki silahlı erməni əsgərləri, həmçinin erməni ziyalıları Bakı Soveti tərəfindən döyüşə qatıldılar. S.Şaumyan bu hadisə ilə bağlı olaraq yazırdı: “Bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhəboyu hücuma keçdik. Bizim artıq 6 min nəfərə qədər silahlı qüvvəmiz var idi. Həmçinin Daşnaksütyunun 3-4 minə qədər milli hissələri var idi. Onlar da bizim sərəncamımızda idi. Daşnaksütyunun iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi və bundan yayınmaq mümkün deyildi. Biz buna şüurlu olaraq getdik, çünki əgər onlar Bakıda qələbə qazansaydılar, şəhər Azərbaycanın paytaxtı elan ediləcəkdi”.
Soyqırımı xüsusi qəddarlıqla həyata keçirildi. Şəhər yerdən və havadan bombardman edildi. Dinc azərbaycanlı əhali diri-diri su və neft quyularına, yanar təndirlərə atılır, hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörüklərilə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün “türk, müsəlman” olmaq kifayət edirdi. Mart soyqırımının şahidi olan Azərbaycan tarixçisi Rəşid bəy İsmayılov yazırdı: “İş o yerə çatmışdı ki, daşnaklar “biz, bolşevik, sosialist bilmərik, müsəlmansan, kifayətdir”, – deyə hətta müsəlman sosialistlərini belə qırdılar...”.
Həmçinin azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı. “Açıq söz”, “Kaspi” qəzetlərinin redaksiyaları, fəaliyyətini bütün Cənubi Qafqaza yayan və müharibə zamanı Qafqaz cəbhəsində hərbi əməliyyatlar meydanında böyük iş aparan, azərbaycanlıların ictimai hərəkatında mühüm rol oynayan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası yandırıldı. Təzəpir məscidinin minarələri zədə aldı. Qüvvələr bərabər olmadığı üçün martın 31-də azərbaycanlılar döyüşü dayandırmağa məcbur oldular. Buna baxmayaraq, azərbaycanlıların öldürülməsi davam etdirildi. Qırğınlar yalnız aprelin 2-də dayandırıldı.
Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki, Bakıda ermənilər mart hadisələri zamanı dinc müsəlman əhalini siyasi mənsubiyyətə fərq qoymadan kütləvi qırmışlar. Digər mənbələrə əsasən, martda yalnız Bakıda 10, 12 və 15 mindən artıq azərbaycanlı öldürülmüşdü.
Kütləvi qırğınlar yalnız Bakı ilə məhdudlaşmadı. Azərbaycanın və Cənubi Qafqazın digər yerlərində də azərbaycanlılara qarşı qırğınlar törədildi. ABŞ kəşfiyyat mənbələrinə görə, Cənubi Qafqazda qırğınlar zamanı 60 min Azərbaycan türkü qaçqına çevrilib və 420 müsəlman kəndi dağıdılıb.
Erməni-daşnakların və bolşeviklərin soyqırımı törətməkdə başlıca məqsədi Azərbaycanın muxtariyyətinin və müstəqilliyinin elan edilməsinə yol verməmək, Bakı neftinə, Xəzər dənizinə yiyələnmək, Orta Asiyaya gedən yola nəzarət etmək, Cənubi Qafqazı əldən buraxmamaq idi. Lakin onlar istəklərinə nail ola, Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Bu hadisələr Azərbaycan xalqının müstəqilliyinin elan edilməsini ləngitsə də, istiqlal mübarizəsini dayandıra bilmədi. Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika idarə üsulunu qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu, nümunəsini göstərdi, onların yoluna çıraq tutdu. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti tarixi şəhərimiz olan Bakıya köçdü. Azərbaycan nefti yadelli qüvvələrin əlindən alındı. Azərbaycan xalqı taleyinin və torpağının sahibi oldu.
Cümhuriyyət hökuməti bu hadisələrin təhqiqi məqsədilə 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiyada çalışanlar əsasən ruslar, yəhudilər və digər millətlərin nümayəndələri mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı və vəsait ayrıldı.
31 mart tarixi iki dəfə - 1919 və 1920-ci illərdə Cümhuriyyət hökuməti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Cümhuriyyətin süqutu bu işin başa çatdırılmasına imkan vermədi. Azərbaycan xalqının ümummilli lideri, Prezident Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Cümhuriyyət hökuməti soyqırımı qurbanlarının dəfn edildiyi Çəmbərəkənd qəbiristanlığında onların xatirəsinə abidə qoymağı planlaşdırsa da, bolşevik işğalı bu niyyətin gerçəkləşdirilməsinə mane oldu.
Ulu öndər Heydər Əliyevin Bakı şəhərində Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksinin ucaldılması haqqında 1998-ci il 5 avqust tarixli Sərəncamına uyğun olaraq həmin ilin oktyabrın 9-da kompleks açıldı. 2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən Şəhidlər xiyabanı yenidən qurularkən “Əbədi məşəl” abidəsinin sütunları hündürləşdirildi və digər işlər görüldü. Azərbaycanlılara qarşı törədilmiş soyqırımları haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər Prezident İlham Əliyevin hücum diplomatiyası xəttini elan etməsindən sonra görüldü. Bununla yanaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyəti müstəsna əhəmiyyət daşıyır. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır.

31 Mart – Azərbaycanlıların Soyqırımı GünüBu gün tariximizin ən faciəli və unudulmamalı səhifələrindən biridir. 1918-ci ...
31/03/2026

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü
Bu gün tariximizin ən faciəli və unudulmamalı səhifələrindən biridir. 1918-ci ilin mart-aprel aylarında minlərlə günahsız azərbaycanlı yalnız milli mənsubiyyətinə görə qətlə yetirildi, kəndlər dağıdıldı, ailələr məhv edildi.
Bu faciə təkcə keçmişin acısı deyil, həm də gələcək nəsillər üçün bir dərsdir. Tariximizi unutmaq, onu təkrar yaşamaq riskini artırır. Ona görə də biz bu günü yad edir, şəhidlərimizin xatirəsini dərin hörmət və ehtiramla anırıq.
🖤 Unutmadıq. Unutmayacağıq. Unutdurmayacağıq.

Novruz ruhu ilə bir araya gəldik! 🌿✨18.03.2026-cı il tarixində məktəbimizdə təşkil olunan bayram tədbiri yüksək əhval-ru...
20/03/2026

Novruz ruhu ilə bir araya gəldik! 🌿✨

18.03.2026-cı il tarixində məktəbimizdə təşkil olunan bayram tədbiri yüksək əhval-ruhiyyə və böyük coşqu ilə keçirildi. Şagirdlərimizin hazırladıqları rəngarəng çıxışlar, milli adət-ənənələrimizi əks etdirən səhnəciklər və musiqilər tədbirə xüsusi rəng qatdı.

🌸 Baharın müjdəçisi olan Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, evlərinizə ruzi-bərəkət, sevinc və firavanlıq arzulayırıq!

Bayramlarınız mübarək! 🎉

06.03.2026-cı il tarixində məktəbimizdə Fiziki tərbiyə müəllimi Mehdiyev Cəmaləddin İrdis oğlu tərəfindən idman həftəsi ...
06/03/2026

06.03.2026-cı il tarixində məktəbimizdə Fiziki tərbiyə müəllimi Mehdiyev Cəmaləddin İrdis oğlu tərəfindən idman həftəsi çərçivəsində proqrama uyğun olaraq fəaliyyətlər icra oçunmuşdur.

Məktəbimizdə idman həftəsi çərçivəsində proqrama uyğun olaraq tədbirlər davam edir.
05/03/2026

Məktəbimizdə idman həftəsi çərçivəsində proqrama uyğun olaraq tədbirlər davam edir.

04/03/2026

Azərbaycan Cənub Qaz Dəhlizi və “yaşıl enerji” layihələri ilə Avropanın enerji təhlükəsizliyində strateji mövqeyini daha da möhkəmləndirir

Martın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclası Azərbaycanın enerji siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirib. Tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan strateji əhəmiyyət daşıyan layihə kimi səciyyələndirib. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi Xəzər hövzəsindən hasil edilən qazı Avropaya nəql edən inteqrasiya olunmuş boru kəməri sistemidir. Dövlət başçısının sözlərinə görə, bu layihə Avrasiyanın ən böyük infrastruktur təşəbbüslərindən biri olmaqla yanaşı, həm də enerji təhlükəsizliyi və regional əməkdaşlıq platformasıdır. Layihənin keçdiyi bütün ölkələr arasında siyasi dialoq və qarşılıqlı etimad olmasaydı, belə genişmiqyaslı təşəbbüsün reallaşması mümkün olmazdı. Hazırda Azərbaycan boru kəmərləri vasitəsilə 16 ölkəyə təbii qaz ixrac edir. Avropada İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Almaniya və Avstriya Azərbaycan qazı ilə təmin olunur. Türkiyə, Gürcüstan, Ukrayna və Suriya da bu siyahıya daxildir. Prezident İlham Əliyev vurğulayıb ki, boru kəmərləri ilə qaz ixrac edilən ölkələrin sayına görə Azərbaycan dünyada birinci yerdədir. Xüsusilə qeyd olunub ki, ilk dəfə olaraq Suriyaya qaz tədarükünə başlanılması bu ölkədə mövcud olan ciddi elektrik enerjisi çatışmazlığının aradan qaldırılmasına dəstək məqsədi daşıyır. Bu addım Azərbaycanın enerji siyasətinin humanitar ölçüsünü də ön plana çıxarır. Artan tələbat və mövcud geosiyasi reallıqlar fonunda Azərbaycanın qaz istehsalını artırmaq planları diqqət mərkəzindədir. Dövlət başçısı bildirib ki, yaxın illərdə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilata başlanacaq. Bundan əlavə, “Ümid” yatağının ikinci mərhələsi, “Şahdəniz” yatağının yeni mərhələsi və “Abşeron” yatağının tammiqyaslı işlənməsi nəzərdə tutulur. Bu layihələr hesabına 10–15 milyard kubmetr əlavə qaz hasilatı gözlənilir. Bununla əlaqədar olaraq mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi, yeni interkonnektorların qurulması və ixrac marşrutlarının şaxələndirilməsi əsas prioritet kimi müəyyən edilib. Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir və əlavə genişləndirmə tədbirləri qaçılmazdır. Toplantıda ən çox diqqət çəkən məqamlardan biri də Azərbaycanın “yaşıl enerji” gündəliyinə sadiqliyi olub. Son illər dünyada bərpaolunan enerji mənbələrinə keçid prioritet elan olunsa da, təbii qazın yaxın perspektivdə enerji balansında mühüm rol oynayacağı vurğulanıb. Bununla yanaşı, Azərbaycan paralel şəkildə alternativ enerji potensialını da sürətlə inkişaf etdirir. 2023-cü ildə BƏƏ-nin Masdar şirkəti tərəfindən inşa edilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası ölkənin ilk böyük xarici investisiyalı günəş layihəsi kimi tarixə düşüb. 2024-cü ilin yanvarında isə Səudiyyə Ərəbistanının ACWA Power şirkətinin maliyyəsi ilə 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyası istifadəyə verilib. Bu layihələr Azərbaycanın karbon emissiyalarının azaldılması və ixrac üçün əlavə qaz həcmlərinin sərbəstləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev həmçinin Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana planlaşdırılan enerji kabeli layihələrinə toxunaraq bildirib ki, bu təşəbbüslər regionun enerji xəritəsini yenidən formalaşdıracaq və bir çox ölkələr üçün strateji əhəmiyyət kəsb edəcək. Bakıda keçirilən Məşvərət Şurasının iclasları göstərdi ki, Azərbaycan həm ənənəvi enerji resurslarının etibarlı təchizatçısı, həm də “yaşıl enerji” keçidinin fəal iştirakçısı kimi mövqeyini möhkəmləndirir. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, yeni yataqların istismarı və alternativ enerji layihələrinin icrası ölkənin enerji strategiyasının əsas istiqamətlərini təşkil edir. Beləliklə, Azərbaycan qlobal enerji bazarında həm geosiyasi, həm də iqtisadi baxımdan təsir imkanlarını artıraraq Avropa və region ölkələri üçün strateji tərəfdaş statusunu daha da gücləndirir.

04.03.2026-cı il tarixində idman həftəsinə uyğun olaraq Biologiya müəllimi,təşkilatçı müavin,fiziki tərbiyə müəlliminin ...
04/03/2026

04.03.2026-cı il tarixində idman həftəsinə uyğun olaraq Biologiya müəllimi,təşkilatçı müavin,fiziki tərbiyə müəlliminin iştirakı ilə "Sağlam qidalanma" və "sağlam həyat" mövzusu ilə bağlı marifləndirici tədbir keçrilmişdir.

02-07 Mart tarixlərində 5Mart Bədən tərbiyəsi və İdman Günü ilə əlaqədar Məkyəbəqədər vəÜmumitəhsil Üzrə Dövlət Agentliy...
03/03/2026

02-07 Mart tarixlərində 5Mart Bədən tərbiyəsi və İdman Günü ilə əlaqədar Məkyəbəqədər vəÜmumitəhsil Üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən ümumtəhsil müəssələrində "İdman həftəsi"nin start verilmişdir.
Bununla bağlı 02.03.2026-ci il tarixində məktəbimizin I-XI siniflərində fiziki tərbiyə müəllimi Mehdiyev Cəmaləddin İdris oğlu tərəfindən proqrama uyğun olaraq şagirdlərlə iş aparılmışdır.

26 Fevral – Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar olaraq məktəbimizdə anım tədbiri təşkil olundu. Tədbirdə faciə...
26/02/2026

26 Fevral – Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar olaraq məktəbimizdə anım tədbiri təşkil olundu. Tədbirdə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar təqdim olundu.
Xocalı şəhidlərini dərin ehtiramla anırıq. Unutmadıq, unutmayacağıq.

https://www.facebook.com/share/p/1AfPFjohso/
25/02/2026

https://www.facebook.com/share/p/1AfPFjohso/

““Microsoft” və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə müəllimlərə dəstək üçün hazırlanmış "Copilot" tətbiqi təhsil mühitinin tələblərinə uyğunlaşdırılmış süni intellekt alətidir”.

Bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib.

Ətraflı: https://muallim.edu.az/muellimler-ucun-hazirlanmis-copilot-nedir

21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə məktəbimizdə tədbir keçirilmişdir.Tədbirdə şagirdlər tərəfindən ana di...
22/02/2026

21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə məktəbimizdə tədbir keçirilmişdir.
Tədbirdə şagirdlər tərəfindən ana dilimizin zənginliyini əks etdirən şeirlər və ədəbi kompozisiyalar təqdim olunmuş, Azərbaycan dilinin milli kimliyimizin əsas göstəricisi olduğu vurğulanmışdır. Dövlət dilimizin qorunması və inkişafı istiqamətində əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilmişdir.
Ana dilimizi qoruyaq və yaşadaq!

Müəllimlər üçün faydalıdır.
22/01/2026

Müəllimlər üçün faydalıdır.

🔊Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişafı üçün yeni metodik vəsaitlər istifadəyə verildi!

Müvafiq keçidlərə daxil olmaqla metodik vəsaitlər ilə tanış ola bilərsiniz:

📗Şagirdlərdə oxuyub-anlama bacarıqlarının formalaşdırılması:
🌐https://online.flippingbook.com/view/679148917/

📘Şagirdlərdə rəqəmsal mətnləri oxuyub-anlama bacarığının formalaşdırılması:
🌐https://online.flippingbook.com/view/679264506/

🔗Ətraflı: https://shorturl.at/hzwy7

Address

Dörd Yol-1 Qəsəbəsi
Agdam

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ağdam rayonu Birinci Dördyol qəsəbə tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share