21/02/2025
Əziz şagirdlər,
Sizə bayram sevincinizi daha da artıracaq xəbərimiz var!
Beləki, Novruz bayramı ilə əlaqədar Qarabağ Regional Təhsil İdarəsi tərəfindən # adlı müsabiqə keçiriləcək. Müsabiqənin ümumilikdə 4 qalibi olacaq.
İlk müsabiqə Su Çərşənbəsi münasibətilə elan olunur. Şagirdlərimizdən Su çərşənbəsinin motivlərini, tarixini və əhəmiyyətini özündə cəmləşdirən əl işlərinin fotoları (yaxşı keyfiyyətdə, jpg formatında) [email protected] ünvanına göndərmələrini xahiş edirik. Göndərən zaman ad soyad və hansı məktəbi təmsil etdiyinizi mütləq qeyd etməlisiniz.
Şagirdlər su çərşənbəsi ilə bağlı əl işlərinin fotolarını 24.02.2025 18:00-dək qeyd edilən elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd edək ki, şərtlərə uyğun gələn fotolar Qarabağ Regional Təhsil İdarəsinin facebook sosial şəbəkə hesabında paylaşılacaq. Paylaşılan əl işlərindən ən çox bəyənmə toplayan şagirdin əl işi qalib elan ediləcək. 4 çərşənbənin sonunda hər çərşənbənin qalibi elan edilərək, Qarabağ Regional Təhsil İdarəsi tərəfindən mükafatlandırılacaq.
Əziz şagirdlər,
Sizə bayram sevincinizi daha da artıracaq xəbərimiz var!
Belə ki, Novruz bayramı ilə əlaqədar Qarabağ Regional Təhsil İdarəsi tərəfindən # adlı müsabiqə keçiriləcək. Müsabiqənin ümumilikdə 4 qalibi olacaq.