İsmayıllı rayonu Əhən kəndi
- Home
- Azerbaijan
- Agan
- İsmayıllı rayonu Əhən kəndi
Əhən kəndi rayon mərkəzindən 39 km şərqdə,Girdiman çayının sol sahilindən 3 km aralı,Niyaldağ silsiləsinin şimal ətəyində yerləşir. Kəndin əhalisi 519 nəfərdir.
Address
Agan
Website
Alerts
Be the first to know and let us send you an email when İsmayıllı rayonu Əhən kəndi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Contact The Organization
Send a message to İsmayıllı rayonu Əhən kəndi:
Kəndimiz haqqında qısa məlumat.
Əhən kənd İƏD üzrə nümayəndəlik 4 kənddən Əhən, Qoydan, Ximran və Dvoryan kəndlərindən ibarətdir.Ümumi ərazisi 3661.86 ha təşkil edir. 134.70 ha dövlət mülkiyyətində saxlanılan torpaqlar, 273.77 ha xüsusi mülkiyyətə verilmiş torpaqlar,3253.39 ha isə bələdiyyə mükiyyətinə verilmş torpaqlardır. Nümayəndəlikdə olan əhalinin ümumi sayı 690 nəfərdir ki, cins tərkibi etibarı ilə 328 nəfər kişilər,362 nəfər qadınlardan ibarətdir. Nümayəndəliyin mərkəzi Əhən kəndi, rayon mərkəzindən 39 km şərqdə, Girdiman çayının sol sahilindən 3 km aralı, Niyaldağ silsiləsinin (Böyük Qafqaz) şimal ətəyində, Lahıc çökəkliyində, dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə, Böyük Qafqaz dağlarının Qovdağ silsiləsinin qərb yamaclarında yerləşir. İqlimi mülayim, olsada,qışda sərt soyuqlarla (-25〗^0C ,〖-30〗^0 C) müşahidə olunur.
Relyefi dağlıq, dağ-çəmən, girintili-çıxıntılı dərə-təpə və sərt qayalıqlardan ibarətdir. Dağlar tektonik mənşəlli olduğundan, dağəmələgəlmə davam etdiyinə görə, torpaqəmələgəlmə prosesi zəifdir.Maillik yüksək olduğundan və II Dünya Müharibəsi zamanı əkinçilikdə istifadə olunduğundan, torpaqların münbit qatının erroziyaya uğraması sürətlənmişdir.
Kəndin tarxi haqqında dəqiq məlumatlar olmasa da deyilənə görə burada məskunlaşma Lahıc qəsəbəsi ilə eyni vaxtda olmuş yaxudda Lahıcın bir hissəsi olmuşdur. Əhən sözünün etimalogiyasına nəzər yetirdikdə görərik ki, fars dilində olan اهن (Ahən) - dəmir mənasını verir.Bu əsasən sakinlərin ilkin məşğuliyyətləri ilə əlaqədar olmuşdur. Çünki Əhən kəndində sakinlərin əsas məşğuliyyət növü dəmirçilik olmuşdur. Lahıc qəsəbəsi yol üstündə yerləşdiyinə görə Əhən kəndində olan dəmirçilər ora köçmüş, kənd təsərüffatı ilə məşğul olan əhali isə Əhən kəndində qalmışlar. Zaman –zaman baş verən iqtisadi çətinliklərə görə kənd əhalisi respublikanın müxtəlif ərazilərinə köçənlərdən savayı,Şamaxının Dəmirçi kəndinin, Axsunun Ülgüc kəndinin əhalisi əslən Əhən kəndindən köçənlərdir.
Hətta Gürcüstan Respublikasının Qumburi kəndinin əhalisi əslən Əhənlilərdən ibarətdir.Kənddə bir kökdən olan beş nəslin məhəllələri mövcuddur. Məhəllələrə Rzaxanlılar, Salahlılar, Hacıqayıblılar, Fərzililər və Nabatlılar daxildir. Kənddə 145 təsərrüfat, 190 ailə, 113 yaşayış evi (2017-ci ilin yanvar ayına qədər olan məlumat) mövcuddur.Əhən kəndində 275 nəfəri kişi, 297 nəfəri isə qadın olmaqla 572 nəfər əhali qeydiyyatdadır.Kənddə məskunlaşan əhali, əsasən azərbaycan və tat dillərində danışırlar.Əhali milliyətcə azərbaycanlıdırlar.