Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək İctimai Birliyi

Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək  İctimai Birliyi Support Youth Development and Progress Public Union

10/04/2026
“Ulu Öndərin irsi – Vətənə və xalqa xidmət nümunəsi” layihəsi çərçivəsində Hacıqabul və Şirvanda tədbirlər keçirilib
12/03/2026

“Ulu Öndərin irsi – Vətənə və xalqa xidmət nümunəsi” layihəsi çərçivəsində Hacıqabul və Şirvanda tədbirlər keçirilib

“Ulu Öndərin irsi – Vətənə və xalqa xidmət nümunəsi” layihəsi çərçivəsində Hacıqabul və Şirvanda tədbirlər keçirilib

“Ulu Öndərin irsi – Vətənə və xalqa xidmət nümunəsi” layihəsi çərçivəsində Hacıqabulda seminar keçirilibAzərbaycan Respu...
05/03/2026

“Ulu Öndərin irsi – Vətənə və xalqa xidmət nümunəsi” layihəsi çərçivəsində Hacıqabulda seminar keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının tərəfdaşlığı ilə “Ulu Öndərin irsi – Vətənə və xalqa xidmət nümunəsi” adlı layihə çərçivəsində Hacıqabul rayonunda seminar keçirilib.

Seminarın əsas məqsədi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsinin gənclər arasında təbliği, onun Vətənə və xalqa xidmət prinsiplərinin gənc nəslə çatdırılması, həmçinin gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsidir.

Layihə çərçivəsində təşkil olunan seminarda 50 nəfərdən çox gənc iştirak edib. Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin qorunması və ölkənin inkişafı istiqamətində həyata keçirdiyi siyasətdən və onun zəngin siyasi irsindən bəhs ediblər.

Seminar zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb və layihənin məqsəd və vəzifələri haqqında geniş məlumat verilib. Qeyd olunub ki, bu cür maarifləndirici tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə və onların ictimai fəallığının artırılmasına mühüm töhfə verir.

Tədbirin sonunda iştirakçılar üçün çay-kofe fasiləsi təşkil olunub, qeyri-rəsmi mühitdə müzakirələr davam etdirilib və xatirə şəkilləri çəkdirilib.

Əziz Gənclərimiz!Bayramlarınız qutlu, canınız sağlam, ömrünüz uzun, ruziniz bol, birliyimiz, həmrəyliyiniz möhkəm  olsun...
31/12/2024

Əziz Gənclərimiz!
Bayramlarınız qutlu, canınız sağlam, ömrünüz uzun, ruziniz bol, birliyimiz, həmrəyliyiniz möhkəm olsun.
2025-ci il arzu-niyyətlərinizin gerçəkləşdiyi, ümidlərinizin doğrulduğu il olsun.
2025-ci iliniz mübarək olsun!

🎉 İntellektual turnir yekunlaşıb.✅"Qarabağ Azərbaycandır" mövzusunda  5 oktyabr- "Müəllimlər Günü"nə həsr olunan "Müəlli...
14/10/2024

🎉 İntellektual turnir yekunlaşıb.

✅"Qarabağ Azərbaycandır" mövzusunda 5 oktyabr- "Müəllimlər Günü"nə həsr olunan "Müəllimlər Kuboku" turnirinin final mərhələsinin oyunu keçirilib.
İntellektual turnirin keçirilməsində əsas məqsəd
gənclərin intellektual bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyətlərin həyata keçirilməsidir.Üç mərhələdən ibarət olan oyunda 100 gənc müəllim iştirak edib.

🤩Turnir Nə? Harada? Nə Zaman? formatında keçirilib və komandalara ümumilikdə 36 sual səsləndirilib. Gərgin və maraqlı keçən oyunun nəticələrinə əsasən:
🥇Hacıqabul şəhər 6 nömrəli tam orta məktəb- I Yer;
🥈Hacıqabul rayon Meynəman kənd tam orta məktəb- II Yer;
🥉Hacıqabul şəhər 2 saylı tam orta məktəb- III Yer-də qərarlaşıblar.
Qeyd edək ki, intellektual turnir Hacıqabul Rayonu Üzrə Gənclər və İdman Sektoru , Hacıqabul rayonu üzrə Təhsil Sektoru, Hacıqabul rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Hacıqabul nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Yarışın qalibləri təşkilatçılar tərəfindən Diplom, Medal və Kubokla təltif olunublar.

13/03/2024

“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyi “Gənclərə Doğru Təşəbbüslər” adlı layihə çərçivəsində Hacıqabulda təlimlər həyata keçirib. Layihəni Azərbaycan Respublikasının Gənclə…

"Gənclərə Doğru Təşəbbüslər" adlı layihə çərçivəsində növbəti təlimlər keçirilib.“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstə...
13/03/2024

"Gənclərə Doğru Təşəbbüslər" adlı layihə çərçivəsində növbəti təlimlər keçirilib.
“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək" İctimai Birliyi “Gənclərə Doğru Təşəbbüslər ” adlı layihə çərçivəsində Hacıqabul rayon 5 nömrəli tam orta məktəbində gənclərə peşə təhsili ilə bağlı təlim keçirilib.
Layihəni Azərbaycan Respublikasının Gənclər Fondunu maliyyələşdirir.
Layihənin həyata keçirilməsində əsas məqsəd regionlarda yaşayan gəncləri peşə təhsili təliminə cəlb etmək yolu ilə bərabər imkanlar təmin etmək , gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclər arasında peşə təhsilinin təbliği və və maarifləndirmə işinin aparılmasıdır.
Təlimin sonunda iştirakçı gənclərə sertifikatlar təqdim olunub.

"Gənclərə Doğru Təşəbbüslər" adlı layihə çərçivəsində Qarasu kəndində təlim keçirilib.“Gənclərin İnkişaf və Tərəqqisinə ...
11/03/2024

"Gənclərə Doğru Təşəbbüslər" adlı layihə çərçivəsində Qarasu kəndində təlim keçirilib.
“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək" İctimai Birliyi “Gənclərə Doğru Təşəbbüslər ” adlı layihə çərçivəsində Hacıqabul rayon Qarasu kənd tam orta məktəbində gənclərə peşə təhsili ilə bağlı təlim keçirilib.
Layihəni Azərbaycan Respublikasının Gənclər Fondunu maliyyələşdirir.
Layihənin həyata keçirilməsində əsas məqsəd regionlarda yaşayan gəncləri peşə təhsili təliminə cəlb etmək yolu ilə bərabər imkanlar təmin etmək , gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclər arasında peşə təhsilinin təbliği və və maarifləndirmə işinin aparılmasıdır.
Təlimin sonunda iştirakçı gənclərə sertifikatlar təqdim olunub.

Address

Adshikabul

Alerts

Be the first to know and let us send you an email when Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək İctimai Birliyi:

Share