Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi Gəncə şəhər Mərkəzi Kitabxanası 1934-cü ildən şəhər maarif şöbəsi tərəfindən təşkil edilib.

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sis...
02/06/2026

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialı tərəfindən 02 iyun 2026-cı il tarixində Gəncə şəhəri İmadəddin Nəsimi adına 44 nömrəli tam orta məktəbdə “Qərbi Azərbaycan tarixi torpağımızdır” mövzusunda tədbir təşkil olunub.

Tədbir Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən 2 saylı kitabxana filialının müdiri Qərbi Azərbaycanın tarixi Azərbaycan torpaqları olduğunu vurğulayaraq bildirib ki, Qərbi Azərbaycan deyildikdə İrəvan və Gümrü şəhərləri, Vedibasar, Zəngibasar, Göyçə, Dərələyəz, Dərəçiçək, Zəngəzurun Meğri, Gorus, Sisyan, Qafan bölgələri və Ağbaba mahalı göz önündə canlanır. O qeyd edib ki, bu torpaqlar Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti və mənəvi irsi ilə sıx bağlıdır.

Çıxış zamanı Dədə Qorqudun bu ellərdə qopuz çalması, igidlərə ad verməsi, Koroğlu dastanının qəhrəmanlıq ənənələri, eləcə də böyük söz ustadı Aşıq Ələsgərin dağlarımızı, bulaqlarımızı və doğma yurd yerlərimizi vəsf etməsi barədə məlumat verilib.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və onlarda xoş təəssürat yaradıb.

[email protected]
📍Nizami 81

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə Şəhər Mərkəzi Kitabxanasının Xidmət ş...
02/06/2026

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə Şəhər Mərkəzi Kitabxanasının Xidmət şöbəsində Türkiyəli şair, yazıçı, mentor və Türkiyə Yazarlar Birliyinin üzvü Əli Yurtsevərlə görüş keçirilib.

Tədbir Azərbaycan şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra qonağın həyat və yaradıcılığından bəhs edən qısa videoçarx nümayiş olunub.

İlk olaraq çıxış edən Əli Yurtsevər Azərbaycan–Türkiyə dostluq əlaqələrindən, dahi Azərbaycan şairi Nizami Gəncəviyə və onun yaradıcılığına olan böyük sevgisindən danışıb. O, həmçinin yerli və dünya ədəbiyyatından mütaliə etdiyi əsərlər, yazıçılığa başlama səbəbi, ədəbiyyata və poeziyaya marağı, eləcə də müəllifi olduğu kitablar haqqında fikirlərini bölüşüb.

Tədbirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin üzvləri, şair və yazıçılar, qiraətçilər, Gəncə Dövlət Universitetinin müəllim və tələbələri qonağı səmimi salamlayaraq onunla maraqlı dialoq qurublar. Tədbir iştirakçıları şairin yaradıcılığından nümunələr səsləndirib, onun şeirlərindən parçalar ifa ediblər.

Əli Yurtsevər iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırıb, yeni nəşr olunmuş kitablarından şeirlər səsləndirib.
Tədbirin sonunda isə müəllif yeni kitablarını oxuculara və qonaqlara imzalı şəkildə təqdim edib.

[email protected]
📍Nizami 81

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanın Uşaq şö...
01/06/2026

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanın Uşaq şöbəsi 01.06. 2026-cı il tarixində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqlığın rəngli səhifəsi” adlı kitab sərgisi təşkil edib.
İlk öncə uşaqlar 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edildi və onlara gələcək təhsildə müvəffəqiyyətlər diləndi.
Sərgidə “Fonda daxil olan yeni ədəbiyyat”, “Dünya ədəbiyyatı inciləri”, Qəhrəmanlar unudulmur” “Nağıllar aləminə səyahət”, eləcədə Qarabağın tarixini və mədəniyyətini əks etdirən ”Könlüm keçir Qarabağdan” başlığı altında müxtəlif mövzularda kitablar nümayiş olundu.
Sərgidə Azərbaycanın tanınmış şair və yazıçılarının əsərləri ilə yanaşı rus, ingilis və türk ədəbiyyatından seçmələrdə yer almışdır. Ümumiyyətlə sərgidə uşaqların yaş həddinə və maraq dairəsinə uyğun olaraq 200 nüsxədən çox kitab nümayiş olundu.
Tədbiri keçirtməkdə əsas məqsəd uşaqların kitaba olan marağını artırmaq və mütaliəyə həvəs yaratmaqdır.

[email protected]
📍Nizami 81

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı...
01/06/2026

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Uşaqlar gülərsə, Dünya gülər” başlığı altında ədəbi-bədii gecə keçirib. Tədbir Azərbaycanın suverenliyi, ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirdə qeyd edildi ki, bu gün 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi doğma yurdumuz
Azərbaycanda da bu gün qeyd olunur. Çıxışçılar bu gün münasibətilə uşaqları təbrik edib, bütün yer üzündə uşaqların xoşbəxt, bütün insani ehtiyaclarla təmin olunmuş halda və ən başlıcası aydın səma altında yaşamalarını arzu etdilər. Sonra məktəblilər 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə, Vətənə, Sülhə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxudular. “Sevgi, Həyat, Dostluq, Ədalət kimi ali hisslər olmayınca” başlıqlı ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. Müxtəlif ölkələrin bayraqları ilə, sülhün rəmzi sayılan göyərçinlərlə bütün dünya uşaqlarına xoş arzularını ifadə etdilər.

[email protected]
📍Nizami 81

Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli kitabxana fili...
01/06/2026

Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli kitabxana filialı 01.06.2026-cı il tarixdə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar "Kiçik qəhrəmanlarımızın ən böyük bayramı" adlı sərgi nümayiş olunub.
Sərgini keçirtməkdə məqsəd uşaqları ilk növbədə fondumuzun uşaq kitabları ilə tanış etmək və onların mütaliəyə olan marağını artırmaqdır.
Tədbirdə ilk öncə aparıcı bu günün yaranma tarixi haqqında məlumat verib.Qeyd olunub ki, ilk dəfə bu gün 1925 - ci ildə Cenevrədə keçirilən konfransda elan olunub, rəsmi olaraq 1950 - ci ildən qeyd olunur. Bildirilib ki, ölkəmizdə bu bayram dövlət səviyyəsində qeyd olunur.Sonra kitabxananın əməkdaşları oxucuları mövzu ilə əlaqədar düzənlənmiş sərgi ilə tanış edib.Sərgidə uşaq ədəbiyyatı, nağıllar, uşaq ensiklopediyaları,uşaq hüquqları haqqında kitablar,dastanlar və s.mövzuları əhatə edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar müxtəlif başlıqlar altında sərgilənmişdi. Kitabxanaçı qeyd edib ki, tədbirin keçirilməsində məqsəd uşaq hüquqlarının qorunması, sağlam böyümək və rifahının təmin olunmasıdır.

01.06.2026-cı il tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin...
01/06/2026

01.06.2026-cı il tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 №-li kitabxana filialı və Gəncə Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə "Dünya Uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi və kitab sərgisi keçirilib.
Daha sonra Gəncə Rəssamlar İttifaqının sədri Natiq Əhmədzadə, və Gəncə Rəssamları, Uşaq İncəsənət Məktəbinin direktoru və orta məktəb müəllimləri uşaqları bayram münasibətilə təbrik etdi.
Daha sonra rəsm müsabiqəsinin gedişatına uyğun olaraq, uşaqlar öz rəsmlərini çəkərək, dünyanı necə görmək istədiklərini ifadə etdilər.
Uşaqlara sonda təşəkkürnamə və hədiyyələr təqdim olundu.
Tədbirin sonunda tədbir iştirakçıları kitab sərgisi ilə daha yaxından tanış oldular.

[email protected]
📍Nizami 81

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filial...
26/05/2026

Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında 23-30 May tarixlərində Respublikamızda keçirilən Füzuli poeziya günləri ilə əlaqədar dahi şairin “Meyvələrin söhbəti” alleqorik poemasının əsasında hazırlanmış nağıl-tamaşa nümayiş olundu. Tədbirdə Azərbaycan şairi Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” alleqorik poemasının əsas ideyası haqqında ümumi məlumat verildikdən sonra kitabxananın fəalları M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin 4-cü sinif şagirdlərinin təqdimatında tamaşa nümayiş olundu. Çox uğurlu alınan tamaşadan sonra
onun müzakirəsi təşkil edildi. Qeyd edildi ki, əsərdə hər bir meyvə özünün xüsusiyyətindən, faydasından danışaraq öyünür. Əslində dahi şair meyvələrin dili ilə nəsihətamiz sözlər deyir.
Nəticə etibarı ilə məlum olur ki, hər bir meyvə faydalıdır, əvəzsizdir. Tədbirin sonunda filialın müdiri nağıl-tamaşanın ərsəyə gəlməsində əməyi keçən hər bir kəsə öz minnətdarlığını bildirərək tədbiri yekunlaşdırdı.

[email protected]
📍Nizami 81

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq ...
26/05/2026

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 26.05.2026-cı il tarixində “Ad günün mübarək Azərbaycan” başlığı altında şeir gecəsi keçirtdi.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edilərək başladı.
Tədbir açıq elan edilərək qeyd olundu ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə müsəlman dünyasında ilk parlament demokratiyası - Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyuldu. . Əsası Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulmuş və cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq demokratik dövlət olan yeni Cümhuriyyət beynəlxalq əlaqələr qurdu və beynəlxalq ictimaiyyət tərəfindən tanındı. Xalq Cümhuriyyəti dövründə ilk dəfə qadınlara seçki hüququ verildi və qadın-kişi bərabərliyi təmin olundu, milli ordu yaradıldı, milli valyuta dövriyyəyə buraxıldı, milli bank təsis edildi. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Tədbirdə məktəblilərin ifasında şeir və musiqi nömrələri ifa olundu, video-çarx nümayiş edildi. Şeir gecəsi 37№-li məktəbin müəllim və şagirdləri iştirak etdilər.

[email protected]
📍Nizami 81

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı ...
25/05/2026

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 25.05.2026-cı il tarixində 28 may Müstəqillik Günü münasibəti ilə Gəncə şəhər Mehdi Mehdizadə adına 4 nömrəli tam orta məktəblə birlikdə“Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir”mövzusunda tədbir keçirib.
Tədbirdə qeyd edildi ki, 28 May Müstəqillik Günü-Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı XX - əsrin əvvəllərində öz arzusuna qovuşdu. Şərqdə ilk dəfə olaraq, demokratik, dünyəvi dəyərlərə əsaslanan müstəqil respublikanın yarandığı bütün dünyaya bəyan etdi. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirərək yeni bir dövlət və cəmiyyət nümunəsi oldu.
Tədbirdə 6 saylı məktəbin şagirdləri 28 May Müstəqillik Gününün yaranması ilə əlaqədar bədii kompozisiya və şeirlər ilə çıxış etdilər.

Address

Nizami 81
Nizami
2000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+994222563201

Website

Alerts

Be the first to know and let us send you an email when Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi:

Share

Category