18/03/2024
Məktəbimizdə, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatı Amsar Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş bayram tədbir təşkil olundu. Çıxış edənlər Novruz bayramının tarixi, qədim adət-ənənələrimiz haqqında bəhs edərək, bayram münasibətilə gəncləri, xalqımızı təbrik etdilər onlara can sağlığı, ailə səadəti arzuladılar.Daha sonra şənlikdə bayram tonqalı yandırılıb.
Bayramsayağı bəzədilmiş masalara Novruzun əsas atributları olan səməni və ənənəvi şirniyyat növləri - paxlava, şəkərbura, şorqoğalı düzülmüşdü.
Bayram şənliyində şagirdlərin milli geyimlərdə nümayiş etdirdikləri müxtəlif səhnəciklər, milli rəqslərimiz, Novruz bayramına aid şən mahnılar, şeirlər tədbirə daha da rəngarənglik qatıb
Tədbirin sonunda, təşkilatçılığı ilə fərqlənən, əməyi keçən müəllim və şagirdlər tərifnamələr ilə təltif olundu.