Təhsil Məsələləri - Azərbaycanın Türkiyədəki Səfirliyi

  • Home
  • Turkey
  • Ankara
  • Təhsil Məsələləri - Azərbaycanın Türkiyədəki Səfirliyi

Təhsil Məsələləri - Azərbaycanın Türkiyədəki Səfirliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Təhsil Məsələləri - Azərbaycanın Türkiyədəki Səfirliyi, Consulate & Embassy, Oran, Diplomatik site, Bakü Sokak No. 1, Turkey, Ankara.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri ilə bağlı rəsmi səhifəsi

Azerbaycan Cumhuriyeti Türkiye Büyükelçiliğinin Eğitim meseleleri ile ilgili resmi hesabı

04/09/2026

🎓 Əziz tələbələr!

Türkiyənin müxtəlif universitetlərində təhsil almaq üçün yeni bir yola qədəm qoyan bütün Azərbaycan Respublikası vətəndaşlarını təbrik edirik!

Yeni tədris ili ilə birlikdə Türkiyədə təhsil həyatına başlayan Azərbaycan Respublikası vətəndaşlarını gözləyən bir sıra vacib inzibati məsələlər var. Bunlardan biri oturum izni (ikamet izni) prosesini vaxtında və düzgün şəkildə tamamlamaqdır.

Proses qısa və aydın şəkildə izah edilir: 👇

Türkiyədə tələbə oturum izni üçün nə etməlisiniz?

Pasportunuzu yoxlayın - Türkiyəyə daxil olarkən istifadə etdiyiniz pasportun bitmə tarixinin təhsil müddətinizi əhatə etməsinə diqqət edin. Müraciət zamanı Türkiyəyə giriş etdiyiniz pasport məlumatlarınız tələb olunur.

Onlayn müraciətinizi tamamlayın – Tələbənin universitetə təqdim edəcəyi sənədlər arasında e-İkamet sistemi (https://e-ikamet.goc.gov.tr/) üzərindən doldurulmuş müraciət forması da olmalıdır.

Lazım olan sənədləri əvvəlcədən hazırlayın – Müraciət zamanı tələb olunan sənədlərin siyahısını rəsmi e-İkamet sistemi üzərindən (https://e-ikamet.goc.gov.tr/Ikamet/BasvuruFormuOrnegi) əldə edə bilərsiniz.

Randevu tarixini gözləməyə ehtiyac yoxdur – Müraciətinizi tamamladıqdan sonra sizə randevu tarixinin bildirilməsini gözləmədən sənədlərinizi təhsil almaq hüququ qazandığınız universitetə müvafiq qaydalar çərçivəsində təqdim edin.

Təhsil aldığınız universitetin aidiyyəti ofisinə müraciət edin – Türkiyənin dövlət qurumları arasında mövcud olan müvafiq protokola əsasən, xüsusi hal olmadığı müddətdə tələbənin Göç İdarəsinə şəxsən getməsinə ehtiyac yoxdur. Oturum izni üçün tələb olunan sənədlər universitetdə bu məqsədlə yaradılmış aidiyyəti ofisə təqdim edilir.

⚠️ Vacib!

Dərslərin başlanması ilə birlikdə artan müraciətləri nəzərə alaraq müraciətinizi son günə saxlamamanızı, sənədlərin mümkün qısa müddətdə hazırlanmanızı və universitetin beynəlxalq tələbə ofisi ilə dəqiqləşdirmənizi tövsiyə edirik.

Yeni tədris ilində hər birinizə uğurlar arzulayırıq!

Send a message to learn more

🎓🇦🇿🇹🇷 Uğurlu Gənclərin Hekayəsi | Türkiyə məzunu🎓 Böyük arzular kiçik addımlardan başlayır!Fəzilə Əliyevanın uğur yolu A...
04/09/2026

🎓🇦🇿🇹🇷 Uğurlu Gənclərin Hekayəsi | Türkiyə məzunu

🎓 Böyük arzular kiçik addımlardan başlayır!
Fəzilə Əliyevanın uğur yolu Azərbaycandan Türkiyəyə, Türkiyədən isə dünyanın ən nüfuzlu universitetlərindən birinə uzanır.
📚 Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsilini fərqlənmə diplomu ilə başa vuran Fəzilə Əliyeva 2024-cü ildə “Türkiyə Bursları” proqramının qalibi olaraq Hacettepe Universitetində Xüsusi hüquq üzrə magistratura təhsili alıb və 2026-cı ildə 96,26 ÜOMG ilə məzun olub.
🌍 Türkiyədə qazandığı beynəlxalq təcrübə, yüksək akademik göstəriciləri və peşəkar fəaliyyəti onun qarşısında yeni imkanlar açıb.
🎓 Növbəti dayanacaq isə Kembric Universitetidir. Fəzilə Əliyeva “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın 2026-cı il üzrə qalibi olaraq hüquq təhsilini Kembric Universitetində davam etdirəcək.
✨ Onun hekayəsi göstərir ki, məqsədyönlü addımlar, beynəlxalq təcrübə və davamlı inkişaf böyük hədəflərə aparan yolun əsasını təşkil edir.
Fəziləyə qarşıdakı akademik yolunda uğurlar arzulayırıq!

https://muallim.edu.az/boyuk-arzular-kicik-addimlardan-baslayir-dovlet-proqrami-teqaudcusu

🎓🇦🇿🇹🇷 Uğurlu Gənclərin HekayəsiTürkiyədə təhsil alan və uğurları ilə seçilən azərbaycanlı gənclərin təcrübəsini, əldə et...
02/09/2026

🎓🇦🇿🇹🇷 Uğurlu Gənclərin Hekayəsi

Türkiyədə təhsil alan və uğurları ilə seçilən azərbaycanlı gənclərin təcrübəsini, əldə etdikləri imkanları və uğura aparan yollarını daha geniş auditoriyaya çatdırmaq məqsədilə başladığımız layihənin ilk müsahibəsi “Azərbaycan müəllimi” qəzetində yayımlanıb.

Layihənin ilk qonağı Aytən İsayevadır. Türkiyənin Səlcuq Universitetində bakalavr və magistratura təhsili alan Aytən iki dəfə YTB Üstün Başarı Bursuna layiq görülüb, yüksək akademik nəticələr əldə edib, elmi və ictimai fəaliyyətlərdə fəal iştirak edib.
Onun təcrübəsi göstərir ki, xaricdə təhsil yalnız yeni bir universitetdə oxumaq deyil, qarşıya məqsəd qoymaq, mövcud imkanlardan yararlanmaq və öz üzərində davamlı çalışmaqdır.

📖 Aytən İsayeva ilə müsahibəni "Azərbaycan müəllimi”nin internet səhifəsində (https://shorturl.at/YKNoY) oxuya bilərsiniz: “Məqsədimiz yoxdursa, xaricdə oxumağın nəticəsi olmayacaq” – Türkiyədə təhsil alan azərbaycanlı

Layihə çərçivəsində Türkiyədə təhsil alan və uğurları ilə seçilən digər azərbaycanlı gənclərin də hekayələrini təqdim edəcəyik. Bu xüsusda aşağıdakı link üzərindən qeydiyyat keçə bilərsiniz.
https://shorturl.at/2JHlp

🇦🇿 Bir uğur hekayəsi - bir gəncə yeni ilham.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Müjdat Həsənov Türkiyə...
01/09/2026

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Müjdat Həsənov Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin "Yükseköğretim ve Yurt Dışı Eğitim Genel Müdürü" Dr. Faruk Berat Akçeşme ilə görüşüb.
Görüş zamanı Türkiyəli gənclər arasında Azərbaycanda ali təhsil imkanlarının təşviqi, Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı və Azərbaycan ali təhsil müəssisələrinin təqaüd proqramları barədə məlumatlılığın artırılması kimi məsələlər müzakirə olunub.
Tərəflər Azərbaycan–Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı təşəbbüslərin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

31/08/2026

🇦🇿🇹🇷 Azərbaycan – Türkiyə ali təhsil əməkdaşlığında yeni mərhələ

Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında mühəndislik istiqamətində əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm qərar imzalanıb.

Qərara əsasən, Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti (İTU) arasında mühəndislik istiqaməti üzrə əməkdaşlıq çərçivəsində ikili diplom proqramlarının yaradılması, tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası və mühəndislik istiqamətində infrastrukturun yaradılması nəzərdə tutulub.

📌 Qeyd edək ki, bu təşəbbüs Azərbaycan-Türkiyə qardaşlığının elm və ali təhsil sahəsində institusional əməkdaşlıqla daha da möhkəmləndirilməsinin, iki ölkənin akademik və elmi potensialının Qarabağın bərpası və gələcək inkişafına yönəldilməsinin növbəti mühüm nümunəsidir.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23284-1

30/08/2026

Kardeş Türkiye Cumhuriyeti’ni 30 Ağustos vesilesiyle içtenlikle tebrik ediyoruz! Gazi Mustafa Kemal Atatürk başta olmak üzere, vatan uğruna canlarını feda eden tüm şehitleri rahmetle yad ediyor, gazileri minnet ve şükranla anıyoruz.

🇦🇿🇹🇷

28/08/2026

Ali təhsil pilləsində məzunlara elektron diplomların verilməsinə başlanılıb

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi "Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydaları"na əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) başa vuran şəxslərə müvafiq təhsil haqqında dövlət sənədi "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə (TMİS) elektron sənəd formasında yaradılaraq təqdim edilir.

Qaydaların tələblərinə uyğun olaraq artıq Bakı Dövlət Universitetinin məzunlarına elektron diplomların verilməsinə başlanılıb.

Elektron diplomlar növbəti günlərdə "mygov" rəqəmsal hökumət platformasında və Elm və Təhsil Nazirliyinin rəsmi edu.gov.az internet səhifəsində məzunlar üçün əlçatan olacaq.

Hazırda digər ali təhsil müəssisələrində də elektron diplomların verilməsi prosesi davam etdirilir.

27/08/2026

Study at Qarabağ University!🎓 🇦🇿

Imagine building your academic future in one of the most beautiful and historically significant regions of Azerbaijan. 🌿

Located in the heart of Qarabağ, Qarabağ University offers international students the opportunity to study in a unique environment where education, nature, history, and a new generation of innovation come together.

✨ What awaits you?
* Fully covered tuition fees
* Free accommodation
* English-taught programs
* Diverse academic programs
* The opportunity to study in one of Azerbaijan’s most remarkable universities

📚 Available programs include: Computer Engineering, Information Security, Data Analytics, Chemistry, Biology, Finance, Accounting, Economics, Business Administration, International Relations, Public Administration & Public Relations, and more.

Your university journey can be more than a degree — it can be an experience of discovering Azerbaijan. 🇦🇿

🌐 studyinazerbaijan.edu.az
📲 +994 10 228 00 94

27/08/2026

Fenerbahçe Spor Kulübümüzü, UEFA Şampiyonlar Ligi lig aşamasına katılma hakkı kazanması dolayısıyla içtenlikle tebrik ediyor, Şampiyonlar Ligi’nde başarılarının devamını diliyoruz! 🇹🇷⚽️

Fenerbahçe

Address

Oran, Diplomatik Site, Bakü Sokak No. 1, Turkey
Ankara
06450

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Təhsil Məsələləri - Azərbaycanın Türkiyədəki Səfirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share