Isveçdə Azərbaycan Birliyi

Isveçdə Azərbaycan Birliyi Gücümüz birliyimizdədir ! Gəlin unutmayaq ki, gücümüz birliyimizdədir!!!

Azərbaycanlıları bir araya toplamaq, maraqlı mövzular ətrafında bir-birimizlə fikirlərimizi bölüşmək və ən əsası birliyimizi qorumaq məqsədi ilə yaratdığımiz bu qrupa, İsveçdə yaşayan hər bir azərbaycanlını dəvət edirik.

08/11/2025

Zəfər günümüz ❤️

Hamı dəvətlidir …
04/11/2025

Hamı dəvətlidir …

15/10/2025

🎉 Əziz dostlar! 🎉

Sizi 19 dekabr tarixində, saat 19:00-da keçiriləcək Yeni 2026 İl şənliyimizə dəvət edirik! 🌟
Ünvan: Finlandsgatan 28, Akalla

🎟️ Bilet qiymətləri:
• Ön masalar – 750 kr
• Orta masalar – 700 kr
• Arxa masalar – 650 kr

Biletə daxildir: müxtəlif qəlyanaltılar, isti yeməklər (lülə və toyuq kababı), salatlar, meyvələr, alkoqolsuz içkilər, kofe və çay. ☕🍇🍗
Restoran alkoqol gətirməyə icazə verir, istəsəniz öz içkinizi gətirə bilərsiniz. 🍾

🎤 Gecənin bəzəyi olacaq xüsusi qonaqlarımız:
🇹🇷 Türkiyədən gələn istedadlı sənətçimiz Cavid Tabrizli
🎶 Stokholmda yaşayan gənc musiqiçimiz Günel Həmidli

👨‍👩‍👧 Maksimum iştirakçı sayı: 200 nəfərdir, buna görə biletləri əvvəlcədən almağınız xahiş olunur.
Qeydiyyat və ödəniş Swish vasitəsilə: 123 020 45 29 📲

Biletlər həm böyüklər, həm də uşaqlar üçün eynidir, amma valideyninin qucağında oturan körpələr üçün 50% endirim tətbiq olunur. 👶💖

✨ Gəlin, dostlar, bu Yeni İli birlikdə, sevinc və xoş xatirələrlə qarşılayaq!
Unudulmaz bir gecə bizi gözləyir! 💫💃🕺

📢 Əziz dostlar!*TRAKTOR* futbol komandamınızın çempionluq öncəsi oynu və kupanı almasını gəlin *birlikdə* böyük ekrandan...
11/05/2025

📢 Əziz dostlar!
*TRAKTOR* futbol komandamınızın çempionluq öncəsi oynu və kupanı almasını gəlin *birlikdə* böyük ekrandan izləyək! Qeyd edək! 🚩⚽️❤️

15 may, saat 18.00, Stokholm

Gələcək dostların sayına əsəsən, yer tutulacaq. Gəlmək istəyinizi birbaşa 0707120117 nömrəsinə Səttar bəyə yazmağınızı xahiş edirəm!

Bayramınız mübarək əziz həmvətənlərim.
21/03/2025

Bayramınız mübarək əziz həmvətənlərim.

Yeni qanun-Spårbyte !Yeni Qanunun Mahiyyəti1. 1 aprel 2025-ci ildən etibarən bu imkan ləğv olunur və artıq spårbyte vasi...
14/03/2025

Yeni qanun-Spårbyte !

Yeni Qanunun Mahiyyəti

1. 1 aprel 2025-ci ildən etibarən bu imkan ləğv olunur və artıq spårbyte vasitəsilə işləmə əsaslı yaşayış icazəsi almaq mümkün olmayacaq.

2. Yeni qaydalara keçid müddəti (övergångsbestämmelser) olmadığı üçün bu dəyişiklik mövcud iş və yaşayış icazəsi olan şəxslərə də təsir edəcək.Yəni:

- Əgər kimsə əvvəllər sığınacaq üçün müraciət edib rədd alıbsa, amma spårbyte vasitəsilə iş icazəsi alaraq İsveçdə qalıbsa, onun mövcud icazəsi bitdikdə yeniləyə bilməyəcək.

- Bu insanlar işlərini və dolanışıqlarını təmin etsələr belə, mövcud iş icazələri müddəti bitdikdən sonra İsveçi tərk etməli olacaqlar.

3. İsveçdə işləyərək dolanan və bu sistemdən faydalanan insanlar mövcud icazələri bitdikdə İsveçi tərk etməli olacaqlar.

4. Təxminən 4,700 nəfər və onların ailə üzvləri bu dəyişiklikdən təsirlənəcək.

Miqrasiya Agentliyi (Migrationsverket) bu insanlardan bəzilərinin başqa əsaslarla icazə almaq hüququ olub-olmadığını araşdıracaq.

https://www.migrationsverket.se/nyheter/nyhetsarkiv/2025-03-13-mojligheten-till-sparbyte-forsvinner.html

Salam dəyərli həmvətənlər!15 mart saat 18:00 hər kəsi Novruz-2025 şənliyinə dəvət edirik! Şənlik “Cello Slottet” restora...
25/01/2025

Salam dəyərli həmvətənlər!
15 mart saat 18:00 hər kəsi Novruz-2025 şənliyinə dəvət edirik!
Şənlik “Cello Slottet” restoranında keciriləcək (Segersbyvägen 7, Alby).
Konsertimiz qonaqları doğma diyar Azərbaycandan gələn Xalq artistlərimiz Gülyanaq və Gülyaz Məmmədova bacıları olacaq.
Giriş saat 17:00-dan başlayacaq.
Oruc tutan dostların nəzərinə saat 17:51- də iftarınız acmaq üçün masada su və xurma olacaq.
Biletlərin qiyməti: ön masalar 600 kr, orta masalar 550 kr, arxa masalar 500 kr.
Biletə daxildir: soyuq meze, isti meze, isti yemək (toyuq, kartof, göbələk sous), meyvə, alkogolsuz ickilər, kofe, cay.
Aıkogollu ickiləri ayrıca restoranın özündən ala bilərsiz, özünüzlə gətirməyə gəti qadaqandır.
Öz masanıza səməni və xonca gətirə bilərsiz.
Uşaq və böyüklər üçün biletlərin qiyməti eynidir (yemək və yer hər kəs üçün eynidir), 3 yaşına gədər qiriş azaddır (ayrıca yer daxil deyil).
Sürücülərin nəzərinə, lütfən sahib oldugunuz maşının önünə mobil nömrənizi yazın ki bir birinizlə əlaqəniz olsun, tədbir zamanı səhnədən aparıcılar və müqənnilər tərəfindən maşınlarla əlaqəli elanlar edilməyəcək, çünki gələn qonaqların tərəfindən rəqslərin dayandırmaqı narazıcılıq yaradır.
Biletlərin satışı 1 fevraldan başlıyır, ödənişi swish- 123 020 45 29 edə bilərsiz, yerlər məhduddur, swish edən qonaqlar biletləri konsert günü qapıda əldə bilərsiz. Nəqd ödəniş edənlər üçün biletləri “Zara” salonunda əldə edə bilərsiz (Bredängstorget 32, Bredäng, 070 070 36 56).
Əlavə məlumat: 073 663 97 17 (Whats app ilə).
Novruz şənliyinə xoş gəlirsiz!

05/12/2024
Dostlar, komandamıza dəstək olaq. Kimin vaxtı varsa mütləq gəlməyə çalşsın.
12/11/2024

Dostlar, komandamıza dəstək olaq. Kimin vaxtı varsa mütləq gəlməyə çalşsın.

Adress

Stockholm

Telefon

+46766514343

Webbplats

Aviseringar

Var den första att veta och låt oss skicka ett mail när Isveçdə Azərbaycan Birliyi postar nyheter och kampanjer. Din e-postadress kommer inte att användas för något annat ändamål, och du kan när som helst avbryta prenumerationen.

Kontakta Organisationen

Skicka ett meddelande till Isveçdə Azərbaycan Birliyi:

Dela