Yardımlı Rayon Heydər Əliyev Mərkəzi

Yardımlı Rayon Heydər Əliyev Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yardımlı Rayon Heydər Əliyev Mərkəzi, Government Organization, Yardımlı Heydər Əliyev Mərkəzi, Yardımlı.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Köryədi kənd ümumi orta məktəbinin III sinif şagirdləri Yardım...
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Köryədi kənd ümumi orta məktəbinin III sinif şagirdləri Yardımlı rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Ekskursiya zamanı şagirdlər Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti ilə tanış olub, onun uşaqlara göstərdiyi diqqət və qayğı haqqında məlumat əldə ediblər. Mərkəzdə nümayiş olunan eksponatlar uşaqların böyük marağına səbəb olub.

Səfər şagirdlər üçün həm maraqlı, həm də maarifləndirici keçib. Uşaqlar bayram gününü xoş əhval-ruhiyyə ilə keçirərək yeni biliklər qazanıb və yaddaqalan anlar yaşayıblar.

01/06/2026

1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

28/05/2026

28 May–Müstəqillik Günüdür

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

27/05/2026

Qurban bayramınız mübarək!

“Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilibMayın 26-da Yardımlı rayon İcra Hakimiyyətinin və Yardımlı rayon Heydər ...
27/05/2026

“Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib

Mayın 26-da Yardımlı rayon İcra Hakimiyyətinin və Yardımlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə mərkəzdə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib.

Tədbirdə Yardımlı RİH Başçısı aparatının böyük məsləhətçisi Şakir Kərimov, idarə və müəssisələrin əməkdaşları, gənclər və mədəniyyət işçiləri iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və xalqımızın azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, xalqımızın müstəqillik uğrunda apardığı mübarizədən və dövlətçilik ənənələrindən bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi qorunub möhkəmləndirilmiş, bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda iştirakçılar üçün Yardımlı rayon Heydər Əliyev Mərkəzində ekskursiya təşkil olunub, mərkəzdə mövcud olan eksponatlar barədə ətraflı məlumat verilib.

“Müstəqilliyin balaca fidanları” adlı tədbir keçirilibMayın 25-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstə...
26/05/2026

“Müstəqilliyin balaca fidanları” adlı tədbir keçirilib

Mayın 25-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyin balaca fidanları” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Zərifə Əliyeva adına Yardımlı şəhər 1 saylı Uşaq bağçasının balaca fidanları iştirak ediblər.

Tədbir zamanı uşaqlara Azərbaycan dövlət müstəqilliyinin tarixi, dövlət rəmzlərimizin əhəmiyyəti və vətənpərvərlik dəyərləri haqqında ümumi məlumat verilib. Daha sonra vətənpərvərlik mövzusunda videoçarxlar nümayiş olunub.

Görüş çərçivəsində ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığından bəhs edilib, onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.

Tədbirin keçirilməsində məqsəd uşaqlarda vətənə sevgi, dövlətçilik ənənələrinə bağlılıq və milli-mənəvi dəyərlərə hörmət hissinin formalaşdırılması olub.

“Müstəqilliyin, azadlığın daim olsun Vətən!” adlı mühazirə keçirilibMayın 25-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin ...
26/05/2026

“Müstəqilliyin, azadlığın daim olsun Vətən!” adlı mühazirə keçirilib

Mayın 25-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 28 May – Müstəqillik Günü münasibətilə Yardımlı şəhər 1 saylı orta məktəbdə “Müstəqilliyin, azadlığın daim olsun Vətən!” adlı mühazirə ilə çıxış ediblər.

Mühazirədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, xalqımızın müstəqillik uğrunda apardığı mübarizə və 28 May tarixinin əhəmiyyəti haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb və 1918-ci ildə Şərqdə ilk demokratik respublikanı qurmağa nail olub.
Çıxış zamanı ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü mühüm işlərdən bəhs olunub. Qeyd edilib ki, Ulu Öndərin siyasi kursu bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb, onlara vətənpərvərlik, dövlətçilik və milli dəyərlərin qorunmasının vacibliyi aşılanıb.

Sonda Müstəqillik Gününün xalqımız üçün tarixi və qürurverici gün olduğu vurğulanıb.

17-24 may tarixlərində Yardımlı rayon Heydər Əliyev Mərkəzində təşkil olunan ekskursiyalarda Bozayran və Bürzünbül kənd ...
26/05/2026

17-24 may tarixlərində Yardımlı rayon Heydər Əliyev Mərkəzində təşkil olunan ekskursiyalarda Bozayran və Bürzünbül kənd orta məktəblərinin müəllim və şagird kollektivi, mədəniyyət işçiləri, eləcə də Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak ediblər.

Ekskursiya iştirakçılarına ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən ekspozisiyalar haqqında ətraflı məlumat verilib, mərkəzdə mövcud olan eksponatlar və həyata keçirilən maarifləndirici layihələr təqdim olunub. Qonaqlar ekskursiya zamanı nümayiş etdirilən fotoşəkillər və sənədlərlə yaxından tanış olub, ulu öndərin zəngin dövlətçilik irsi və Azərbaycançılıq ideyaları barədə geniş məlumat əldə ediblər.

Sonda iştirakçılar ekskursiyanın maraqlı və yaddaqalan olduğunu bildirərək təşkilatçılara təşəkkür ediblər.

“İstedadın rəngləri, gələcəyin işığı” adlı sərgi təşkil olunubMayın 22-də Yardımlı rayon Heydər Əliyev Mərkəzi tərəfində...
22/05/2026

“İstedadın rəngləri, gələcəyin işığı” adlı sərgi təşkil olunub

Mayın 22-də Yardımlı rayon Heydər Əliyev Mərkəzi tərəfindən istedadlı uşaqların üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və qızların təhsilə daha fəal şəkildə cəlb olunması məqsədilə “İstedadın rəngləri, gələcəyin işığı” adlı əl işləri sərgisi təşkil olunub.

Sərgidə Yardımlı rayon İcra Hakimiyyətinin uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Şakir Kərimov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı rayon üzrə Təhsil sektorunun müdiri Kamal Təhməzov, Yardımlı rayon mədəniyyət müəssisələrinin əməkdaşları, Yardımlı rayon Gənclər İdman İdarəsinin kollektivi, Bürzünbül və Bozayran kənd orta məktəblərinin müəllim və şagird kollektivi iştirak edib.

Sərgidə Anzov kənd orta məktəbinin şagirdləri Fətullazadə Fidan və Abdulzadə Nəzrinin hazırladıqları bir-birindən maraqlı və zövqlə ərsəyə gətirilmiş əl işləri nümayiş etdirilib. Tədbirdə çıxış edənlər uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsinin, onların asudə vaxtlarının səmərəli təşkili və təhsilə həvəsləndirilməsinin vacibliyindən bəhs ediblər. Bildirilib ki, bu cür tədbirlər gənc nəslin dünyagörüşünün formalaşmasına, milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsinə və gələcək uğurlarına mühüm töhfə verir.
Daha sonra iştirakçılar sərgiyə baxış keçirərək nümayiş olunan əl işləri ilə yaxından tanış olublar. Sərgi iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Tədbirin sonunda Fətullazadə Fidan və Abdulzadə Nəzrin yaradıcılıq fəaliyyətlərinə və sərgidə fəal iştiraklarına görə Yardımlı rayon Heydər Əliyev Mərkəzi tərəfindən “Təşəkkürnamə” ilə təltif olunublar.

Sonda xatirə şəkli çəkdirilib.

Address

Yardımlı Heydər Əliyev Mərkəzi
Yardımlı

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Yardımlı Rayon Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yardımlı Rayon Heydər Əliyev Mərkəzi:

Share