Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu

Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun rəsmi səhifəsi.

Qoruq ərazisi 2023-cü ilin sentyabrında UNESCO-nun Dünya İrs Siyahısında daxil edilib.

25/02/2026
Xınalıq kəndi Ümumdünya Turizm Təşkilatının “Ən yaxşı turizm kənd”i elan edildiÇinin Hujou şəhərində BMT Turizm Təşkilat...
17/10/2025

Xınalıq kəndi Ümumdünya Turizm Təşkilatının “Ən yaxşı turizm kənd”i elan edildi

Çinin Hujou şəhərində BMT Turizm Təşkilatının (UN Tourism) təşkilatçılığı ilə “Ən Yaxşı Turizm Kəndləri 2025” mərasimi və Üçüncü İllik Şəbəkə Görüşü keçirilib.

Tədbirin məqsədi kənd turizminin inkişafına mühüm töhfə verən, davamlılıq və mədəni irsin qorunması sahəsində nümunə göstərən kəndlərin adlarını elan etmək, həmçinin bu proqram çərçivəsində tanınmış kəndlərin nümayəndələrini bir araya gətirərək təcrübə mübadiləsi aparmaq və gələcək istiqamətləri müzakirə etmək olub.

Ümumdünya Turizm Təşkilatının elan etdiyi “Ən yaxşı turizm kəndi” müsabiqəsinə Azərbaycandan Xınalıq kəndinin namizədliyi irəli sürülüb. Bu layihənin əsas məqsədi kənd ərazilərində turizmin inkişafı üzrə ən yaxşı nümunələri üzə çıxarmaq, həm də uzun illər boyunca öz unikallığını, mədəni-tarixi irsini qoruyan, bununla yanaşı, həm də müasir turizmin tələblərinə cavab verən kəndləri aşkarlamaqdır.

Müsabiqənin yekununda Xınalıq kəndi BMT-nin Turizm Təşkilatının “Best Tourism Villages” siyahısına daxil edilib. Bu, Xınalığın yalnız milli deyil, həm də beynəlxalq miqyasda turizm və mədəni irs destinasiyası kimi qəbul edilməsinin bariz göstəricisidir. Eyni zamanda bu uğur Xınalığın tanıdılmasına, turizm axınının artmasına və yerli icmanın rifahına mühüm töhfə verəcəkdir.

Mərasimdə BMT-nin UN Tourism təşkilatının Baş katibi Zurab Pololikaşvili mükafatı Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyliyə təqdim edib.

Qeyd edək ki, BMT-nin UN Tourism təşkilatının həyata keçirdiyi nüfuzlu “Best Tourism Villages” (Ən Yaxşı Turizm Kəndləri) proqramı kənd turizminin inkişafında mədəni, təbii və sosial dəyərləri qoruyaraq dayanıqlı turizmə töhfə verən kəndlərə “Ən Yaxşı Turizm Kəndi” statusu verir. Bu günə qədər dünyanın 60-a qədər ölkəsində 180 müxtəlif kənd bu statusu qazanmağa nail olub. Sevindirici və qürurverici haldır ki, artıq bu siyahıda ilk dəfə olaraq Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Xınalıq kəndinin də adı var.

Beş min ildən çox tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyər

17/10/2025
AMEA-nın arxeoloji ekspedisiyası Qoruğumuzda növbəti tədqiqatlara başlamışdır
18/09/2025

AMEA-nın arxeoloji ekspedisiyası Qoruğumuzda növbəti tədqiqatlara başlamışdır

🌿 Su, Xınalığın yaddaşıdır… 💧Burada, Böyük Qafqazın qoynunda yerləşən Xınalıqda su sadəcə bir təbii ehtiyat deyil — o, t...
18/06/2025

🌿 Su, Xınalığın yaddaşıdır… 💧
Burada, Böyük Qafqazın qoynunda yerləşən Xınalıqda su sadəcə bir təbii ehtiyat deyil — o, tarixdir, yaddaşdır, həyatın özüdür.

Qədim dövrlərdə bu dağ kəndinin insanları suyu “Qırxabdal” mağarasından saxsı borularla evlərinə gətirərdi. Bir damla suya göstərilən ehtiram min illərin mədəniyyətindən süzülüb gəlmişdi.

Bugünkü çağırışımız: O keçmişi yaşat, o dəyəri unutma.
💧 Kranı boş yerə axıtma.
💧 Su içərkən israf etmə.
💧 Təmiz dağ bulaqlarını qorumağa sən də qoşul.

🌱 Xınalıqda yaşanan təbiətə sevgi, hər birimizin davranışında canlanmalıdır.
Unutma: “Bir damla suya sayğı, min illik tarixə ehtiramdır.”

Bu gün R. Kəlbiyev adına  Xınalıq kənd internat tam orta məktəbində "Xınalıq və Köç Yolu" Dövlət Tarix - mədəniyyət və E...
29/04/2025

Bu gün R. Kəlbiyev adına Xınalıq kənd internat tam orta məktəbində "Xınalıq və Köç Yolu" Dövlət Tarix - mədəniyyət və Etnoqrafiya Qoruğunun bələdçiləri və məktəb rəhbərliyi turistlik yerlər və turistlik yerlərin məlumat lövhələri, hikinq marşurutunda yerləşən ərazi işarələri və xəritələri ilə davranış qaydaları və qorunması ilə bağlı məlumatlandırıcı tədbir keçirmişdir. Tədbirdə qoruq bələdçiləri və məktəb rəhbərliyi, iştirakçılara turistlik yerlərdəki məlumat lövhələrinin, həmçinin yürüyüş marşrutlarında yerləşən xəritələrin və ərazi işarələrinin qorunmasının vacibliyini vurğuladılar. Xüsusilə, uşaqların xəritələrə zərər verməməsi, üzərindəki yazıların silinməməsi və işarələrin korlanmaması üçün davranış qaydaları izah edildi. Məqsəd, bu məlumat mənbələrinin uzunömürlü olmasını və hər kəs üçün faydalı qalmasını təmin etməkdir.
Tədbirin baş tutması üçün göstərilən köməyə görə məktəb rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.

Address

Xınalıq
AZ4018

Alerts

Be the first to know and let us send you an email when Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu:

Share