Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Oğuz rayonunda 2026-cı ilin Şəhərsalma və Memarlıq İli elan olunması ilə bağlı tədbir keçirilib 3 iyunda Oğuz rayon MKS-...
03/06/2026

Oğuz rayonunda 2026-cı ilin Şəhərsalma və Memarlıq İli elan olunması ilə bağlı tədbir keçirilib

3 iyunda Oğuz rayon MKS-nin 3 nömrəli Muxas kənd kitabxana filialının əməkdaşı tərəfindən Ağasəf Əhmədov adına Muxas kənd tam orta məktəbində bir qrup məktəbli ilə Azərbaycanda 2026-cı ilin Şəhərsalma və Memarlıq İli elan olunması ilə əlaqədar “Azərbaycanda memarlığın tarixi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə kitabxana əməkdaşı Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin tarixə malik olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan memarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri memar Əcəmi Naxçıvanidir. Vurğulanıb ki, Azərbaycan tarixi özünəməxsus memarlıq ənənələri və nadir abidələri ilə seçilir.
Çıxış zamanı İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi və Şəki Xan Sarayı kimi tarixi-memarlıq abidələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin ölkəmizin zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanınmasının göstəricisi olduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, “Şəhərsalma və Memarlıq İli” zəngin memarlıq irsimizin cəmiyyətə daha geniş şəkildə təqdim olunması, gənc nəsildə milli memarlıq məktəbinə marağın artırılması və bu sahədə yeni ideyaların təşviqi üçün geniş imkanlar yaradır.
Tədbirin sonunda məktəblilərin hazırladıqları əl işləri nümayiş etdirilib və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Oğuzda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib1 iyun – Uşaqların Beynəlxalq Müdafi...
01/06/2026

Oğuzda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Böyük Söyüdlü, Sincan, Tayıflı, Kərimli, Dəymədərə, Xalxal, Çaldaş, Xaçmaz Qışlaq, Xaçmaz 23 kənd kitabxana filiallarında "Rəngli dünyamızın qəhrəmanları", "Xoşbəxt olsun uşaqlar", "Hər birimiz bir çiçək" və Mərkəzi Kitabxananın uşaq şöbəsi tərəfindən " Uşaqlar dünyanın səadətidir" adlı müxtəlif tədbirlər, səhərciklər, nağıl saatı və əyləncəli proqramlar təşkil olunub.
Keçirilən tədbirlərdə kitabxana əməkdaşları, müəllimlər, valideynlər və uşaqlar iştirak ediblər. Balacalar bayrama həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, rəqslər edib, maraqlı oyunlarda iştirak edərək xoş anlar yaşayıblar. Tədbirlər uşaqların sevincinə, onların asudə vaxtının səmərəli təşkilinə və bayram əhval-ruhiyyəsinin yüksəlməsinə xidmət edib.
Sonda iştirakçılar Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik olunub, uşaqlara sağlam, firavan və xoşbəxt gələcək arzulanıb.

Oğuz rayonunda 28 may Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib 28 May Müstəqillik Günü ilə əlaqədar Oğu...
26/05/2026

Oğuz rayonunda 28 may Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

28 May Müstəqillik Günü ilə əlaqədar Oğuz rayon MKS-nin rayon Mərkəzi Kitabxanasında və Padar, Kərimli, Tayıflı, Çaldaş, Xaçmaz 23 kənd kitabxana filiallarında "Müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir", "Müstəqilliyimiz dönməz və əbədidir"adlı dəyirmi masa, "Azadlığın ilk nəfəsi" adlı məlumat saatı, "Mənim Azərbaycanım" başlıqlı rəsm müsabiqəsi keçirilib.
Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda öz canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabxanaçılar tədbir haqqında məlumat verib, məruzə və çıxışlar ediblər. Çıxışlarda qeyd edilib ki, bu gün hər bir kəs şərəflə deyə bilər ki, mənim çox zəngin keçmişim var. Bu gün də həmin keçmişin əsasları üzərində Azərbaycan xalqının layiq olduğu bir dövlət qurulub. Eyni zamanda vurğulanıb ki, Azərbaycan xalqı əsrlər boyu azadlıq və müstəqillik uğrunda mübarizə aparıb, bu müqəddəs amal uğrunda minlərlə oğul və qızımız canından keçib. Bu gün isə müstəqil Azərbaycan dövləti uğurla inkişaf edir, öz suverenliyini və dövlətçilik ənənələrini daha da möhkəmləndirir. Keçirilən tədbirlər milli birliyimizin, dövlətimizə və xalqımıza bağlılığın nümayişi olmaqla yanaşı, gənclərdə tariximizə hörmət hissinin formalaşmasına da xidmət edir.

Bu cür tədbirlərin keçirilməsi gənc nəslin vətənpərvərlik hissini gücləndirir, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixinin mahiyyətini daha dərindən aşılamağa xidmət edir.

Oğuz rayonunda memar Əcəmi Naxçıvaninin 900 illik yubileyi münasibətilə rəsm müsabiqəsi keçirilibMayın 26- da Oğuz rayon...
26/05/2026

Oğuz rayonunda memar Əcəmi Naxçıvaninin 900 illik yubileyi münasibətilə rəsm müsabiqəsi keçirilib

Mayın 26- da Oğuz rayon MKS-nin 7 nömrəli Xalxal kənd kitabxana filialında 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması və memar Əcəmi Naxçıvaninin 900 illik yubileyi münasibətilə “Xəyalımdakı şəhər” adlı rəsm müsabiqəsi keçirilib.
Tədbirdə Xalxal kənd tam orta məktəbinin VII sinif şagirdləri iştirak ediblər. Əvvəlcə iştirakçılara “Şəhərsalma və Memarlıq ili”nin əhəmiyyəti, həmçinin Əcəmi Naxçıvaninin həyatı və zəngin memarlıq irsi haqqında ətraflı məlumat verilib.
Müsabiqə zamanı şagirdlərin çəkdikləri rəsmlər və hazırladıqları maketlər nümayiş olunub. İştirakçılar öz yaradıcılıq nümunələrində gələcəyin şəhərləri ilə bağlı maraqlı və rəngarəng ideyalarını əks etdiriblər.
Tədbirin sonunda şagirdləri həvəsləndirmək məqsədilə onlara diplom və hədiyyələr təqdim olunub. Daha sonra kitabxananın oxucuları təşkil edilən sərgi ilə tanış olublar.

Oğuz rayonunda 28 May Müstəqillik Günü ilə əlaqədar  tədbir keçirilib  Mayın 25- də Oğuz rayon MKS-nin 6 nömrəli Bayan k...
25/05/2026

Oğuz rayonunda 28 May Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib

Mayın 25- də Oğuz rayon MKS-nin 6 nömrəli Bayan kənd kitabxana filialı Bayan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi və Bayan kənd Körpələr evi-uşaq bağçasının kollektivi ilə birgə 28 May Müstəqillik Günü ilə əlaqədar " Müstəqilliyimiz dönməz və əbədidir " başlıqlı dəyirmi masa keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda öz canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabxanaçı tədbir haqqında məlumat verib, "28 May Müstəqillik Günüdür " başlıqlı məruzə ilə çıxış edib.
Çıxışda qeyd edilib ki, şanlı tariximizə qızıl hərflərlə yazılmış 28 May - Müstəqillik Günü xalqımız üçün müqəddəs gün olmaqla yanaşı hər bir Azərbaycan vətəndaşının qürur günüdür. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olmasına baxmayaraq, milli dövlətçilik tariximizdə silinməz izlər qoymaqla sübut edib ki, Azərbaycan xalqı müstəqillik yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə və yaşatmağa qadirdir. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da, onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonunda müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı.

Tədbir iştirakçıları mövzu ilə əlaqədar çıxışlar edib, kitabxanada daimi təşkil olunmuş "Müstəqilliyimiz dönməz və əbədidir" başlıqli sərgidəki kitablarla tanış olublar.

Oğuz rayonunda Əcəmi Naxçıvanin 900 illik yubileyi ilə bağlı tədbir keçirilib Mayın 22-də Oğuz rayon MKS-nin 23 nömrəli ...
22/05/2026

Oğuz rayonunda Əcəmi Naxçıvanin 900 illik yubileyi ilə bağlı tədbir keçirilib

Mayın 22-də Oğuz rayon MKS-nin 23 nömrəli Xaçmaz kənd kitabxana filialında Əcəmi Naxçıvaninin 900 illik yubileyi ilə əlaqədar “Azərbaycan memarlığının dahisi” başlıqlı dəyirmi masa keçirilib. Kitabxanaçı əvvəlcə Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını iştirakçıların diqqətinə çatdırıb. Sonra Əcəmi Naxçıvani haqqında məlumat dinlənilib.
Tədbir iştirakçıları Memar Əcəmi yaradıcılığı haqqında öz fikirlərini bölüşüblər. Əcəmi Naxçıvaninin yaratdığı memarlıq məktəbi Şərq memarlığında özünəməxsus naxışları, həndəsi ornamentləri və möhtəşəm abidələri ilə seçilərək Azərbaycan memarlıq sənətinin inkişafında mühüm rol oynayıb.
Tədbirdə Oğuz rayon Xaçmaz kənd Vüqar İbrahimov adına 2 nömrəli tam orta məktəbin şagirdləri iştirak edib.

Oğuz rayonunda Səməd Vurğunun 120 illik yubileyi ilə baglı tədbir keçirilibMayın 22- də  Oğuz rayon MKS-nin 13 nömrəli K...
22/05/2026

Oğuz rayonunda Səməd Vurğunun 120 illik yubileyi ilə baglı tədbir keçirilib

Mayın 22- də Oğuz rayon MKS-nin 13 nömrəli Kərimli kənd kitabxana filialı Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi ilə bağlı “Misraların sehrində ” adlı poeziya gecəsi keçirilib.
Filialın müdiri çıxışında bildirib ki, Xalq şairi Səməd Vurğun Azərbaycan poeziyasını yeni zirvələrə qaldırıb, milli ədəbiyyatımızda silinməz iz qoyub. Səməd Vurğunun şeirləri illər keçsə də öz dəyərini itirməyib. Onun misralarında vətənə sevgi, xalqa bağlılıq, təbiət gözəllikləri və insan qəlbinin ən saf hissləri yaşayır. Şairin əsərləri bu gün də oxuculara ruh yüksəkliyi və mənəvi güc verir.
Tədbirdə şairin şeirləri səsləndirilib, şeirlərinə bəstələnmiş mahnılar ifa olunub.
Tədbir "Vətən və poeziya nəğməkarı Səməd Vurğun " başlıqlı sərgiyə baxışla yekunlaşıb.

22/05/2026
Xalxal kənd kitabxanasında "Açıq kitabxana" təşkil edilib  Mayın 21- də Oğuz rayon MKS-nin 7 nömrəli Xalxal kənd kitabxa...
21/05/2026

Xalxal kənd kitabxanasında "Açıq kitabxana" təşkil edilib

Mayın 21- də Oğuz rayon MKS-nin 7 nömrəli Xalxal kənd kitabxana filialında Səməd Vurğunun 120 illik yubileyi və Xaqani Şirvaninin 900 illik yubileyi ilə əlaqədar "Açıq kitabxana" təşkil edilib.
Açıq kitabxanada hər iki şairin latın və kiril qrafikalı əlifba ilə olan kitabları nümayiş olunub.
Oxuculara sərgidəki kitablar haqqında məlumat verilib.
Açıq kitabxananın məqsədi oxucuları kitabxanaya daha çox cəlb etmək, onları kitabxana ilə əlaqələrini möhkəmləmdirməkdir.

"Şəhərsalma və Memarlıq: Keçmişdən  Gələcəyə" layihəsi çərçivəsində M. F.Axundzadə adına Oğuz rayon Mədəniyyət Mərkəzini...
21/05/2026

"Şəhərsalma və Memarlıq: Keçmişdən Gələcəyə" layihəsi çərçivəsində

M. F.Axundzadə adına Oğuz rayon Mədəniyyət Mərkəzinin binası 1975 - ci ildə “Azərbaycan” kinoteatrı kimi tikilib istifadəyə verilib. 2008 -ci ildə yenidən əsaslı təmir olunaraq M.F.Axundzadə adına Oğuz rayon Mədəniyyət evinin istifadəsinə verilib.

2018 - ci ildə Oğuz rayon Mədəniyyət evinin adı dəyişdirilərək M.F.Axundzadə adına Oğuz rayon Mədəniyyət Mərkəzi olaraq fəaliyyətini davam etdirib.

Binanın sahəsi 574 kv metrdir. Bina 3 mərtəbədən ibarətdir ki, burada 1 zal, 1 foye, 13 otaq, 1 zirzəmi və əlavə olaraq, 1 qazanxana mövcuddur. Binanın həyətyanı sahəsi sahəsi 1276 kv metrdir. Mədəniyyət Mərkəzinin zalında oturacaq yerlərin sayı 260 yerlikdir. Hazırda binada Oğuz rayon Heydər Əliyev Mərkəzi, MİQBMİ - nin Oğuz rayon üzrə Tarixi abidələrin mütəxəssis və mühafizəçilərin iş otağı, ŞZRMİ- nin Oğuz rayonu üzrə nümayəndəliyin (mühasibin )iş otağı binada yerləşir. Oğuzda təşkil olunan tədbirlərin bir çoxu , Oğuz rayon mədəniyyət Mərkəzinin zalında təşkil olunur. Oğuz rayon Mədəniyyət Mərkəzində hazırda 3 dərnək -Poeziya , Rəqs, mahnı dərnəyi və 1 folklor xalq kollektivi “Oğuz ailə folklor xalq kollektivi" fəaliyyət göstərir.
M. F. Axundzadə adına Oğuz rayon Mədəniyyət Mərkəzi Oğuz şəhər H.Əliyev prospekti 65 ünvanında yerləşir.
Mədəniyyət Mərkəzinin ayrıca telefon xətti və internet xətti mövcuddur. Mərkəzin Oğuz rayonunda digər filialı yoxdur. Bina Şəki Zaqatala Regional Mədəniyyət İdarəsinin balansındadır. Bina qış mövsümündə dizel yanacağı ilə isidilir.
Layihənin rəhbəri :Alagöz Zeynalova


Address

Vartashen

Alerts

Be the first to know and let us send you an email when Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share