Bərgüşad kənd 2saylı tam orta məktəb

Bərgüşad kənd 2saylı tam orta məktəb Ucar rayonu Bərgüşad kənd 2 Nli tam orta məktəb

Həyat bilgisi-təbiət aylığı çərçivəsində məktəbin müəllimləri tərəfindən dərslər təşkil edilmişdir.
26/05/2026

Həyat bilgisi-təbiət aylığı çərçivəsində məktəbin müəllimləri tərəfindən dərslər təşkil edilmişdir.

25 may 2026-cı il tarixində məktəbimizin qabaqcıl Azərbaycan dili və ədəbiyyat müəllimlərindən olan Aydın Seyidov tərəfi...
25/05/2026

25 may 2026-cı il tarixində məktəbimizin qabaqcıl Azərbaycan dili və ədəbiyyat müəllimlərindən olan Aydın Seyidov tərəfindən 8-ci sinifdə "Qurban Səidin gizli qalmış ömrü " mövzusu üzrə ustad dərsi təşkil olunmuşdur.

Dərsdə məktəb rəhbərliyi, komissiya üzvləri, digər məktəblərdən Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak ediblər.

“Ustad dərs” — təcrübəli və peşəkar bir şəxsin öz bilik və bacarıqlarını başqalarına öyrətdiyi xüsusi təlim və ya məşğələdir. Bu dərslərdə iştirakçılar həm nəzəri məlumat alır, həm də praktik nümunələrlə öyrənirlər.

Ustad dərslərinin əsas məqsədi:
yeni bilik və bacarıqlar öyrətmək;
təcrübə paylaşmaq;
yaradıcı və peşəkar inkişafı dəstəkləməkdir.

21.05.2026-cı il tarixində Ucar rayon Bərgüşad kənd  2 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlər arasında zərərli...
22/05/2026

21.05.2026-cı il tarixində Ucar rayon Bərgüşad kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlər arasında zərərli sosial şəbəkələrin, internet oyunlarının və radikal çağırışların mənfi təsirləri ilə bağlı maarifləndirici tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru Şəbnəm Zeyniyeva psixoloq Elvin Muradov , təşkilatçı müavin Növrəstə Əliyeva , tədris işləri üzrə direktor müavini Raqib Abdullayev çıxış edərək şagirdlərə təhlükəsiz internet istifadəsi, sosial şəbəkələrin düzgün yönləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və sağlam psixoloji inkişaf barədə ətraflı məlumat verdilər. Tədbirdə valideynlər və şagirdlər iştirak etdilər, mövzu ilə bağlı maarifləndirici söhbətlər aparıldı.

09/05/2026
08.04.2026cı il tarixdə Ucar rayonu Bərgüşad kənd 2nömrəli tam orta ümumtəhsil məktəbi Azərbaycan xalqının ümummilli lid...
09/05/2026

08.04.2026cı il tarixdə Ucar rayonu Bərgüşad kənd 2nömrəli tam orta ümumtəhsil məktəbi Azərbaycan xalqının ümummilli lideri, müasir dövlətçiliyimizin banisi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü böyük ehtiramla qeyd etdi.

Heydər Əliyev Azərbaycan tarixində misilsiz xidmətləri olan dahi şəxsiyyətdir. Onun uzaqgörən siyasəti nəticəsində ölkəmiz inkişaf yoluna çıxmış, sabitlik və dövlətçilik ənənələri möhkəmlənmişdir. O, Azərbaycanı beynəlxalq arenada tanıtmış, iqtisadi, siyasi və mədəni sahələrdə mühüm islahatlara imza atmışdır.

Məktəbimizdə H.Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbirdə V sinif Hüseynova Zeynəb və Vl sinif şagirdləri hazırladıqları şeirlər maraqla dinlənilmişdir.

01 may tarixində Ucar rayonu Bərgüşad kənd 2nömrəli tam ortaümumtəhsil məktəbinin məktəbliləri Ucar rayon" Heydər Əliyev...
09/05/2026

01 may tarixində Ucar rayonu Bərgüşad kənd 2nömrəli tam orta
ümumtəhsil məktəbinin məktəbliləri Ucar rayon
" Heydər Əliyev Mərkəzinə ekskursiya
ediblər.Məktəblilər-mərkəzin ekspozisiya zalı ilə
tanis olub;Ulu Öndər Heydər Əliyevin həyat və
siyasi fəaliyyətini əks etdirən eksponatlar barədə
ətraflı məlumatlandırılıblar. Ekskursiya zamanı
şagirdlərə Ümummilli Liderin Azərbaycan
dövlətçiliyinin möhkəmləndirilməsi,ökəmizin
inkişaf1 və gənclərə göstərdiyi diqqət və qayğı
haqqında geniş məlumat verilib. Şagirdlər
ekskursiyanı böyük maragla izləyib,nümayiş
olunan eksponatlar və tarixi materiallarla
yaxından tanış olublar.

Məktəbin psixoloqu Muradov Elvin "Erkən nikahların və qızların təhsildən yayınması hallarının qarşısının alınması " mövz...
04/05/2026

Məktəbin psixoloqu Muradov Elvin "Erkən nikahların və qızların təhsildən yayınması hallarının qarşısının alınması " mövzusunda maarifləndirici tədbir təşkil edib.

29.04.2026-cı ildə Bərgüşad kənd 2nömrəli tam orta ümumtəhsil məktəbində Fizika fənn aylığı çərçivəsində 8ci siniflər ar...
29/04/2026

29.04.2026-cı ildə Bərgüşad kənd 2nömrəli tam orta ümumtəhsil məktəbində Fizika fənn aylığı çərçivəsində 8ci siniflər arasında bilik yarışı keçrildi.

Məktəbin psixoloqu Elvin Muradov 4 cü sinif şagirdləri ilə "Orta qrupa kecidlə" bağlı psixoloji söhbət etdi. 4-cü sinifd...
29/04/2026

Məktəbin psixoloqu Elvin Muradov 4 cü sinif şagirdləri ilə "Orta qrupa kecidlə" bağlı psixoloji söhbət etdi. 4-cü sinifdən 5-ci sinfə keçid şagird həyatında mühüm mərhələlərdən biridir. Bu dövr uşaqların həm bilik səviyyəsinin artması, həm də məsuliyyətlərinin çoxalması ilə xarakterizə olunur.
Şagirdlərlə orta qrupa kecidlə bağlı sorğu kecirildi və tövsiyələr verildi.

Address

Ucar

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994202159260

Website

Alerts

Be the first to know and let us send you an email when Bərgüşad kənd 2saylı tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bərgüşad kənd 2saylı tam orta məktəb:

Share