YAP Tovuz Rayon Təşkilatı

YAP Tovuz Rayon Təşkilatı Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır! YAP Tovuz Rayon Təşkilatı 25 iyul 1993-cü ildə təsis edilib

Qətiyyətli addımlar, parlaq gələcəkSentyabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının XI konfrans...
14/09/2026

Qətiyyətli addımlar, parlaq gələcək
Sentyabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının XI konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan mühüm tarixi nailiyyətlər qazanıb. Qeyd olunub ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ildə keçirilən birgünlük lokal xarakterli antiterror tədbirlərində əldə olunan şanlı qələbələr nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir.

Təşkilat sədri vurğulayıb ki, hesabat dövründə rayon təşkilatı partiyanın ideya və prinsiplərinin təbliği, ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, partiya üzvləri ilə əlaqələrin genişləndirilməsi, gənclərin və qadınların ictimai-siyasi fəallığının artırılması istiqamətində ardıcıl iş aparıb.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişaf proqramının uğurla reallaşdırılması bölgələrin hərtərəfli inkişafını təmin edib. O, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvə olduğunu, YAP Tovuz rayon təşkilatının da hesabat dövründə rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini və qarşıya qoyulan vəzifələrin icrasına öz töhfəsini verdiyini qeyd edib.

YAP Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Nizami Səfərov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı tarixi nailiyyətlərdən bəhs edib. O, rayon təşkilatının hesabat dövründə fəaliyyətini müsbət qiymətləndirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatı qarşıya qoyulan vəzifələrin səmərəli icrası istiqamətində məqsədyönlü iş aparır.

Tədbirdə, həmçinin “Fariz Ələkbərov küçəsi” ərazi partiya təşkilatının sədri Aysel Quliyeva, Hacıalılı kənd ərazi partiya təşkilatının sədri Sahib Quliyev, Vətən müharibəsi iştirakçısı Eyvaz Süleymanov və Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktor müavini Lamiyə Namazova çıxış ediblər.

Konfransda YAP Tovuz rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

YAP Tovuz rayon təşkilatı "Azaflı kənd" Ərazi Partiya Təşkilatının sədri Əhliman Hüseynov26 Avqust – Laçın Şəhəri Günü i...
27/08/2026

YAP Tovuz rayon təşkilatı "Azaflı kənd" Ərazi Partiya Təşkilatının sədri
Əhliman Hüseynov

26 Avqust – Laçın Şəhəri Günü işğaldan azad edilmiş şəhərin Zəfər tarixi, həm də insanların doğma yurda qayıdışının və yeni həyatın başlanmasının təcəssümü kimi yadda qalıb. Bu gün Laçına nəzər saldıqda, uzun illər ərzində həsrətlə gözlənilən qayıdışın artıq real həyatın bir hissəsinə çevrildiyini görmək mümkündür.

Laçının dirçəlişi ilk növbədə insan amili ilə ölçülür. Yeni evlərin tikilməsi, məktəblərin açılması, iş yerlərinin yaradılması, kəndlərin yenidən salınması və sosial infrastrukturun qurulması bütünlüklə bir məqsədə – insanların öz doğma torpaqlarında təhlükəsiz, rahat və layiqli həyat şəraitinin təmin edilməsinə xidmət edir. Bu baxımdan Laçın Böyük Qayıdış prosesinin ən mühüm ünvanlarından biridir.

1992-ci il mayın 18-də Laçının işğal olunması rayon sakinlərinin həyatında ağır və uzunmüddətli məcburi köçkünlük dövrünün başlanmasına səbəb oldu. Minlərlə insan öz evindən, həyətindən, məktəbindən, kəndindən və doğma şəhərindən ayrı düşdü. İşğal illərində laçınlıların ən böyük arzusu doğma torpaqlarına qayıtmaq idi. 2020-ci ildə Azərbaycanın qazandığı tarixi Zəfər bu arzunun reallaşmasına yol açdı. 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, uzun illər davam edən həsrətin ardınca qayıdış mərhələsi başladı.

2023-cü il mayın 28-i Laçının yeni tarixində xüsusi yer tutur. Məhz həmin tarixdən laçınlıların şəhərə qayıdışına başlanılıb. İllərlə başqa ərazilərdə yaşayan insanlar doğma şəhərlərinə geri dönərək burada yeni həyat qurmağa başladılar. 2026-cı ilin iyuluna qədər Laçın şəhərinə 614 ailənin, yəni 2264 nəfərin daimi məskunlaşması təmin edilib. Hər bir ailə Laçının küçələrinə, evlərinə və gündəlik həyatına yeni nəfəs gətirir. Bir vaxtlar yalnız xatirələrdə yaşayan küçələrdə bu gün uşaqların səsi eşidilir, məktəblər fəaliyyət göstərir, yeni ailələr həyatlarını qururlar.

Rayonun kəndləri də yenidən qurulur və sakinlərinə qovuşur. Zabux kəndində yeni yaşayış evləri ilə yanaşı, uşaq bağçası, inzibati bina və tibb məntəqəsi yaradılıb. Kəndin küçələrinin və sosial obyektlərinin işıqlandırılmasında yaşıl enerjidən istifadə olunur. Sus kəndi də tamamilə yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Burada yaşayış evləri, məktəb, uşaq bağçası, park və uşaq meydançaları yaradılıb. Bəylik kəndində də genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Burada fərdi evlərlə yanaşı, klub-icma mərkəzi, sosial və iqtisadi obyektlər yaradılır.

Laçının kəndlərində aparılan quruculuq işləri müasir kənd yaşayış modelinin formalaşdırılmasına yönəlib. Yeni yaşayış məntəqələrində elektrik, qaz, su, rabitə və yol infrastrukturu qurulur. Sosial obyektlər yaşayış məhəllələrinin yaxınlığında yerləşdirilir. Bu yanaşma sakinlərin gündəlik ehtiyaclarının rahat şəkildə qarşılanmasına imkan verir. Eyni zamanda, yaşıl enerji texnologiyalarının tətbiqi kəndlərin ekoloji baxımdan dayanıqlı inkişafına şərait yaradır. Beləliklə, yenidən qurulan kəndlər yalnız keçmiş yaşayış məntəqələrinin bərpası deyil, yeni nəsil yaşayış məkanlarının yaradılması nümunəsinə çevrilir.

Dayanıqlı qayıdış üçün insanların işlə təmin olunması əsas şərtlərdən biridir. Bu məqsədlə Laçında müxtəlif istehsal və xidmət müəssisələri yaradılır. Mebel fabriki, ayaqqabı və tikiş müəssisələri, prefabrik modul ev istehsalı sahələri, balıqçılıq və digər layihələr yeni iş imkanları yaradır. Laçın Aqro-Sənaye Parkının fəaliyyəti genişləndikcə iqtisadi fəallığın daha da artacağı gözlənilir. Müəssisələrdə əsasən rayon sakinlərinin işlə təmin edilməsinə üstünlük verilməsi isə Böyük Qayıdışın sosial-iqtisadi əsaslarını möhkəmləndirir.

İnsan doğma evinə qayıdır, burada işləyir, gəlir əldə edir və ailəsinin gələcəyini həmin torpaqda qurur. Qayıdışın davamlılığını təmin edən əsas amillərdən biri məhz budur. Laçının təbii şəraiti kənd təsərrüfatının müxtəlif istiqamətlərinin inkişafına geniş imkan verir. Heyvandarlıq, arıçılıq və balıqçılıq rayonun ənənəvi təsərrüfat sahələri sırasında mühüm yer tutur. Laçında arıçılığın inkişafı üçün əlverişli təbii şərait mövcuddur. Dağ çəmənlikləri və zəngin bitki örtüyü arıçılığın inkişafına imkan verir.

Laçında sakinlərin asudə vaxtının səmərəli təşkili üçün də müxtəlif layihələr həyata keçirilir. Həkəri çayı ətrafında yaradılan bulvar, göl, asma körpü və yaşıllıq zolaqları şəhərin yeni ictimai məkanlarını formalaşdırır. Gələcəkdə Laçın kanat yolunun istifadəyə verilməsi şəhərin istirahət və turizm imkanlarını daha da genişləndirəcək. Bu layihələr Laçında yalnız yaşayış deyil, tam şəhər həyatının formalaşmasına xidmət edir.

Laçının yeni həyat modelində ekoloji dayanıqlılıq xüsusi yer tutur. Su elektrik stansiyalarının tikintisi və günəş enerjisindən istifadə imkanlarının genişləndirilməsi rayonun enerji təminatında bərpa olunan enerji mənbələrinin rolunu artırır. 2026-cı il iyulun 11-də yeni su elektrik stansiyalarının istifadəyə verilməsi Laçının yaşıl enerji potensialını daha da artırıb. Rayonun elektrik tələbatının yaşıl enerji hesabına qarşılanması Laçının gələcək inkişafında ekoloji prinsiplərin əsas götürüldüyünü nümayiş etdirir.

“Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” da bu kompleks yanaşmanın ifadəsidir. Burada məqsəd müasir şəhər infrastrukturu ilə yanaşı, insanların rahatlığına, təhlükəsizliyinə və sosial rifahına əsaslanan yaşayış mühiti yaratmaqdır. Laçının bugünkü inkişafını iki sözlə ifadə etmək mümkündür: qayıdış və dirçəliş. Qayıdış insanları doğma torpağa gətirir. Dirçəliş isə həmin torpaqda yeni həyatın qurulmasını təmin edir.

26 Avqust – Laçın Şəhəri Günü keçmişin ağrılarını xatırlamaqla yanaşı, Zəfərin yaratdığı yeni reallığı – insanların doğma torpaqlarına qayıtdığı, şəhərlərin və kəndlərin yenidən canlandığı, gələcəyin həmin torpaqlarda qurulduğu reallığı nümayiş etdirir. Laçında yeni həyat qurulur. Bu yeni həyat isə Zəfərin ən mühüm nəticələrindən birini – torpağın insanına, insanın isə öz doğma yurduna qovuşmasını təcəssüm etdirir.

YAP Tovuz rayon təşkilatı "Tovuz şəhər A.S.Puşkin adına tam orta ümumtəhsil məktəb" Ərazi Partiya Təşkilatının sədri Adi...
27/08/2026

YAP Tovuz rayon təşkilatı "Tovuz şəhər A.S.Puşkin adına tam orta ümumtəhsil məktəb" Ərazi Partiya Təşkilatının sədri
Adil Əsgərov
2026-cı il avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan - Özbəkistan münasibətlərinin hazırkı vəziyyətini və gələcək perspektivlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının çıxışında iki ölkəni birləşdirən tarixi, mənəvi və mədəni bağlarla yanaşı, son illərdə formalaşan güclü iqtisadi və siyasi əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulandı.

Prezident İlham Əliyev ilk növbədə Özbəkistanın son illərdə keçdiyi inkişaf yoluna diqqət çəkərək vurğuladı ki, bu gün Özbəkistan həm iqtisadi, həm də sosial baxımdan mühüm dəyişikliklər yaşayan ölkələrdən biridir. Sənayenin, kənd təsərrüfatının, energetikanın və nəqliyyat infrastrukturunun inkişafı, investisiyalar üçün əlverişli mühitin yaradılması ölkənin imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Prezident İlham Əliyev bu uğurları Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi islahatlarla əlaqələndirərək, Özbəkistanın inkişafının Azərbaycanla birgə layihələr üçün də möhkəm zəmin yaratdığını qeyd etdi.

Bəyanatın əsas məqamlarından biri iki ölkə arasında iqtisadi əməkdaşlığın artıq yeni səviyyəyə yüksəlməsidir. Bu gün Azərbaycan və Özbəkistan enerji, nəqliyyat, investisiya, kənd təsərrüfatı, avtomobil sənayesi, bankçılıq, turizm və digər sahələrdə birgə layihələr həyata keçirirlər. Ticarət dövriyyəsinin yaxın illərdə 1 milyard dollara çatdırılması ilə bağlı müəyyən edilmiş hədəf də əməkdaşlığın konkret nəticələrə istiqamətləndiyini göstərir. Eyni zamanda, investisiya layihələrinin genişlənməsi hər iki ölkənin iqtisadiyyatlarının bir-birini tamamlayan imkanlarından daha səmərəli istifadə etməyə şərait yaradır.

Prezident İlham Əliyevin çıxışında Qarabağ məsələsinə toxunması da xüsusi əhəmiyyət daşıyır. Özbəkistanın Qarabağın bərpası prosesində Azərbaycana verdiyi dəstək iki ölkə arasındakı münasibətlərin yalnız siyasi və iqtisadi maraqlara deyil, həm də qardaşlıq və qarşılıqlı etimada əsaslandığını göstərir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi və Xankəndidə həyata keçirilən investisiya layihələri bu münasibətin real nümunələridir.

Digər mühüm istiqamət isə Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin gücləndirilməsinə verdiyi töhfədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın genişlənməsi artıq daha böyük geosiyasi və geoiqtisadi əhəmiyyət daşıyır. Nəqliyyat dəhlizlərinin inkişafı, xüsusilə Trans-Xəzər marşrutunun imkanlarının artırılması ölkələr arasında ticarətin genişlənməsinə və regionun beynəlxalq logistika sistemində rolunun güclənməsinə xidmət edir.

Ümumilikdə, 23 avqust tarixli bəyanat Azərbaycan–Özbəkistan münasibətlərinin sadəcə dostluq əlaqələri ilə məhdudlaşmadığını, artıq real layihələr və uzunmüddətli strateji məqsədlər üzərində qurulduğunu göstərir. Səfər çərçivəsində imzalanan sənədlər, yeni layihələrin təməlinin qoyulması və Ali Dövlətlərarası Şuranın 3-cü iclasında qəbul olunan qərarlar əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə əsas verir.

Prezident İlham Əliyevin çıxışından belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan və Özbəkistan arasında münasibətlərin əsas gücü həm xalqların ortaq tarixi və mədəni yaxınlığından, həm də qarşılıqlı maraqlara əsaslanan praktik əməkdaşlıqdan qaynaqlanır. Bu münasibətlərin gələcəkdə də inkişaf etdirilməsi hər iki ölkənin iqtisadi imkanlarının genişlənməsinə, xalqların daha da yaxınlaşmasına və bütövlükdə regionda sabitlik və əməkdaşlıq mühitinin möhkəmlənməsinə mühüm töhfə verə bilər.

YAP Tovuz rayon təşkilatı "Tovuz şəhər E.Məmmədov adına tam orta ümumitəhsil məktəb" Ərazi Partiya Təşkilatının sədri Ni...
27/08/2026

YAP Tovuz rayon təşkilatı "Tovuz şəhər E.Məmmədov adına tam orta ümumitəhsil məktəb" Ərazi Partiya Təşkilatının sədri
Nizami Qasımov
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsində mühüm əhəmiyyət kəsb edir. Xüsusilə ticarət dövriyyəsinin həcmində müşahidə olunan dinamika və yaradılan birgə maliyyə institutları yaxın illər üçün qoyulan hədəflərin tam real olduğunu göstərir. Belə ki, Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müəyyənləşdirdikləri strateji kursa uyğun olaraq, iki ölkə arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollar səviyyəsinə çatdırılması nəzərdə tutulur. Statistik göstəricilər bu hədəfin reallığını təsdiqləyir. Məlumdur ki, 2025-ci il ikitərəfli ticarət dövriyyəsi təqribən 795 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 3 dəfədən çox artım deməkdir. Müsbət artım tempi cari ildə də davam edir. Bu ilin 5 ayında ticarət dövriyyəsi 144 milyon dollar olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artım qeydə alınıb. Qeydə alınan yüksək artım templəri göstərir ki, 1 milyard dollarlıq həddəfə daha tez çatmaq olacaq.

Hazırda ticarət və investisiya əlaqələrinin şaxələndirilməsinini lokomotivi mövcud Azərbaycan-Özbəkistan İnvestisiya Fondudur. Nizamnamə kapitalı 500 milyon dollar olan Fond səmərəli, operativ və nəticəyönümlü maliyyə mexanizmini özündə ehtiva edir. Fondun əsas məqsədləri sırasına həm Azərbaycanda, həm də Özbəkistanda birgə sənaye müəssisələrinin, montaj xətlərinin və emal zavodlarının qurulması, kənd təsərrüfatı məhsullarının emalı durur. Bu gün iki ölkəni birləşdirən mühüm layihələrdən biri Azərbaycanda Çevrolet avtomobillərinin istehsalıdır. Məlumata görə, 13 iyul 2026-cı il tarixinədək Azərbaycanda 10 720 Chevrolet avtomobili istehsal olunub. Həmçinin, Azərbaycanda Isuzu avtobuslarının istehsalı. 13 iyul 2026-cı il tarixinə qədər 275 belə avtobus istehsal olunub.

Maraqlı məqamlardan biri də Azərbaycanın özəl sektorunun Özbəkistanda həyata keçirdiyi iri layihələrdir. Prezident İlham Əliyevin sözlərinə görə, Daşkənddə PASHA Holding tərəfindən Ritz-Carlton brendi altında hotel və yaşayış kompleksi, həmçinin Daşkənd vilayətində «Sea Breeze Uzbekistan» böyük turizm və yaşayış kompleksi layihəsi həyata keçirilir.

Ən böyük strateji istiqamətlərdən biri Orta Dəhlizdir. Özbəkistan Mərkəzi Asiyanın mərkəzində, Azərbaycan isə Xəzərin qərb sahilində yerləşdiyindən iki ölkə Şərq-Qərb marşrutunda bir-birini tamamlayır. 2026-cı ilin yanvar-mart aylarında Özbəkistanla Azərbaycan arasında beynəlxalq yükdaşımaların həcmi 28,3 min tona çatıb və bir il ərzində 2,9 dəfə artıb. Perspektivdə olan layihələrdən biri Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizlə inteqrasiyasıdır. Bu, Özbəkistanın Çindən gələn yükləri Azərbaycan üzərindən Avropaya çıxarmasına imkan verə bilər. Azərbaycan bu layihənin Orta Dəhliz və TRIPP ilə əlaqələndirilməsini dəstəkləyir. Göründüyü kimi, Daşkənddə keçirilmiş görüşlər və dövlət başçılarının bəyanatları göstərdi ki, qarşıdakı mərhələdə əsas məqsəd iqtisadi əlaqələri daha da dərinləşdirmək, qarşılıqlı ticarəti artırmaq, investisiya layihələrinin sayını çoxaltmaqdır. Bu baxımdan Azərbaycan–Özbəkistan əməkdaşlığının gələcəyi olduqca nikbin görünür.

Xüsusi vurğulanmalıdır ki, bu gün iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin yüksəlməsində Prezident İlham Əliyevlə Prezident Şavkat Mirziyoyevin şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Qeyd edək ki, Özbəkistan Prezidentinin qətiyyəti və müdrikliyi sayəsində bu ölkə inkişafa doğru iri addımlarla irəliləyir. Hər iki ölkə liderinin Daşkənddə mətbuat birgə bəyanatları zamanı Prezident İlham Əliyev bu barədə demişdir: «Bu gün Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Bu isə mənim əziz qardaşım Şavkat Miromonoviçin Özbəkistanın potensialının gücləndirilməsinə, beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsinə və ən mühüm sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsidir.

Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməyə başlayanda vəziyyət tamamilə başqa cür idi. Özbəkistan vətəndaşları bunu yaxşı bilirlər, biz də bunu bilirik. Buna görə də ölkəni inkişaf yoluna çıxarmaq, əslində, dövlətin inkişafı üçün iqtisadi əsasları sıfırdan formalaşdırmaq, iqtisadiyyatı şaxələndirmək, sənayeni inkişaf etdirmək, kənd təsərrüfatını, yenə də şaxələndirilmiş şəkildə inkişaf etdirmək, iqtisadiyyatın böyük potensiala malik olan və potensialını qoruyub saxlayan sahələrinə investisiyalar cəlb etmək üçün o, böyük səylər göstərməli oldu. Bu gün isə biz tamamilə fərqli Özbəkistan görürük. Bu, dünya birliyinin böyük hörmət bəslədiyi, sənayenin inkişafı, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturu ilə bağlı məsələlərin operativ və səmərəli şəkildə həll olunduğu Özbəkistandır. Şavkat Miromonoviçin ikitərəfli münasibətlərimizlə bağlı söylədiyi bütün fikirlər ilk növbədə onun və komandasının Özbəkistan üçün gördüyü işlərə aiddir.»

YAP Tovuz rayon təşkilatı "Xatınlı kənd" Ərazi Partiya Təşkilatının sədri Nemət Həbibzadə26 Avqust – Laçın Şəhəri Günü A...
26/08/2026

YAP Tovuz rayon təşkilatı "Xatınlı kənd" Ərazi Partiya Təşkilatının sədri
Nemət Həbibzadə

26 Avqust – Laçın Şəhəri Günü Azərbaycanın Zəfər tarixinin mühüm səhifələrindən birini təşkil edir. Bu şanlı tarix Laçın şəhərinin azadlığa qovuşmasını, rayonun bütövlükdə yeni inkişaf mərhələsinə daxil olmasını və uzun illər doğma yurdlarından ayrı düşmüş insanların geri qayıdışını ifadə edir. Azad və abad Laçın rayonu gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi, nəqliyyat, enerji və turizm sistemində mühüm mövqeyə malik olacaq. Burada həyata keçirilən layihələr bir-birini tamamlayan vahid inkişaf modelinin tərkib hissəsidir. Yeni yollar və hava limanı nəqliyyat imkanlarını genişləndirir, su elektrik stansiyaları enerji potensialını artırır, sənaye və aqro-sənaye layihələri iqtisadi fəallıq yaradır, yaşayış məhəllələri isə Böyük Qayıdışın sosial əsaslarını formalaşdırır. Laçın Azərbaycanın qərb hissəsində, dağlıq ərazidə yerləşən və coğrafi mövqeyinə görə mühüm əhəmiyyət daşıyan rayonlardan biridir. Rayonun dağlıq relyefi, geniş meşə massivləri, yaylaqları və su ehtiyatları həm təbii sərvətlər, həm də iqtisadi inkişaf baxımından böyük imkanlar yaradır. Laçının coğrafi mövqeyi nəqliyyat və kommunikasiya layihələrində də mühüm rol oynamasına şərait yaradır. İşğaldan sonra bu potensialın yenidən reallaşdırılması regionun ümumi inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilib. Laçının inkişafının ən mühüm göstəricisi insanların öz doğma torpaqlarına qayıtmasıdır. 2026-cı ilin iyuluna qədər Laçın şəhərində 614 ailənin, 2264 nəfərin daimi məskunlaşması təmin edilib. Zabux, Sus və Bəylik kəndlərində də sakinlərin qayıdışı həyata keçirilib. Yeni yaşayış məhəllələri, məktəblər, uşaq bağçaları, tibb məntəqələri və digər sosial obyektlər insanların doğma yurdda rahat yaşaması üçün zəruri şərait yaradır. Bu prosesin əsas məqsədi yalnız insanları fiziki olaraq əraziyə qaytarmaq deyil, həmin ərazilərdə dayanıqlı həyat qurmaqdır. Bu gün Laçında həyata keçirilən layihələr bir neçə istiqamətdə rayonun gələcək rolunu müəyyənləşdirir. Nəqliyyat baxımından Laçın yeni yollar və hava limanı ilə regionun əlçatanlığını artırır. Enerji baxımından su elektrik stansiyaları rayonu yaşıl enerji istehsalçısına çevirir.

Artıq dörd ildir ki, gözəl,füsunkar təbiəti göz oxşayan, qədim Laçın şəhəri azadlığın bəxş etdiyi xoşbəxt günlərini yaşayır. Azərbaycanın işğaldan azad olunmuş əraziləri arasında Laçın rayonunun və xüsusilə Laçın şəhərinin strateji mövqeyi, tarixi taleyi və bu gün qazandığı yeni inkişaf nəfəsi xüsusi yer tutur. 26 avqust Azərbaycan xalqının yaddaşında xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Laçın şəhərinin işğaldan azad olunmasının rəmzi olmaqla yanaşı, doğma torpaqlara qayıdışın,milli iradənin, dövlət gücünün və Böyük Qayıdış prosesinin təntənəsini ifadə edir.Azərbaycan Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqust Laçın Şəhəri Günü kimi təsis edilib. Laçının bərpası təkcə daxili yox, həm də beynəlxalq miqyasda mühüm əhəmiyyət daşıyır. 2025-ci ilin mayında istifadəyə verilmiş Laçın Beynəlxalq Hava Limanı bölgənin həm strateji təhlükəsizlik, həm də iqtisadi və turizm inkişafı baxımından imkanlarını qat-qat artırıb. Azərbaycanın ən yüksəkdə yerləşən hava limanı təkcə Laçını deyil, Şuşa və Kəlbəcəri də dünyaya bağlayır.

Laçının işğaldan azad edilməsi təkcə coğrafi bütövlüyün bərpası deyil, həm də xalqımızın milli iradəsinin qələbəsi idi. Bu gün Laçın Azərbaycanın ən müasir şəhərlərindən birinə çevrilməklə, orada həm ekoloji, həm də sosial baxımdan müasir həyat standartları yaradılır. Yeni evlər, məktəblər, xəstəxanalar, turizm və mədəniyyət obyektləri ilə Laçın təkcə yerli sakinlər üçün deyil, həm də beynəlxalq qonaqlar üçün cazibə mərkəzinə çevrilir.

YAP Tovuz rayon təşkilatı "Alakol kənd" Ərazi Partiya Təşkilatının sədri Akif Əsgərov Azərbaycan Respublikası ilə Özbəki...
25/08/2026

YAP Tovuz rayon təşkilatı "Alakol kənd" Ərazi Partiya Təşkilatının sədri Akif Əsgərov

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında formalaşan dövlətlərarası münasibətlər keyfiyyətcə tamamilə yeni, analoqu olmayan bir mərhələyə qədəm qoymuşdur. Tarixi, mənəvi və mədəni köklərə söykənən iki qardaş ölkənin əlaqələri bu gün strateji müttəfiqlik zirvəsindədir. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı mətbuata verdiyi bəyanat həm ikitərəfli münasibətlərin dərinliyini, həm də Özbəkistanda həyata keçirilən nəhəng islahatların miqyasını bir daha nümayiş etdirmişdir. Dövlətimizin başçısının vurğuladığı kimi, bu gün Daşkənd və bütövlükdə Özbəkistan həqiqi mənada böyük yüksəliş dövrünü yaşayır.
Prezident İlham Əliyev bəyanatında iki xalq arasında mövcud olan dərin qarşılıqlı hörmət və qardaşlıq hissələrinin dövlətlərarası münasibətlərin ana xəttini təşkil etdiyini bildirmişdir. Azərbaycan xalqı Özbəkistana və onun qardaş xalqına hər zaman eyni səmimi, xoş və doğma hissələrlə yanaşır. Ali səviyyəli dövlət səfərinin zəngin gündəliyi, imzalanan mühüm sənədlər və əldə olunan razılaşmalar bu sarsılmaz birliyin növbəti əyani təsdiqidir. İki ölkə arasında qurulan bu möhkəm tərəfdaşlıq təkcə siyasi dialoqla məhdudlaşmır, həm də iqtisadi, mədəni və regional inteqrasiya sahələrində real nəticələrlə özünü göstərir.
Mətbuata bəyanatında Özbəkistanın paytaxtı Daşkəndin və digər bölgələrinin dinamik inkişafına xüsusi diqqət çəkən Azərbaycan Prezidenti, bu ölkəyə səfərləri zamanı şahidi olduğu müsbət dəyişiklikləri yüksək qiymətləndirmişdir. Daşkəndə ilk dəfə səfər etmədiyini xatırladan ölkə rəhbəri, hər gəlişində şəhərin sürətli inkişafının şahidi olduğunu bildirmişdir. Bu inkişaf təkcə irimiqyaslı sənaye və infrastruktur layihələrində deyil, şəhərsalmanın ən kiçik detallarında, əhalinin həyat səviyyəsinin yüksəlməsində və müasir sosial mühitin formalaşmasında aydın nəzərə çarpır.
Özbəkistanın əldə etdiyi bu möhtəşəm nailiyyətlər və sürətli yüksəliş təsadüfi xarakter daşımır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu uğurların arxasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin uzaqgörən dövlətçilik siyasəti, yorulmaz fəaliyyəti və qətiyyətli liderliyi dayanır. Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanın daxili potensialının gücləndirilməsi, beynəlxalq arenada mövqelərinin möhkəmləndirilməsi və ən vacib sosial-iqtisadi məsələlərin operativ həlli istiqamətində həyata keçirilən islahatlar ölkəyə böyük nüfuz qazandırmışdır.
Bütün bunlarla yanaşı, Azərbaycan və Özbəkistan liderlərinin nümayiş etdirdiyi birgə siyasi iradə bütövlükdə Türk dünyasının birliyinə və regional sabitliyə mühüm töhfə verir. İki qardaş ölkənin iqtisadiyyat, nəqliyyat-logistika, energetika və sənaye sahələrində həyata keçirdiyi birgə layihələr Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarını strateji baxımdan daha da yaxınlaşdırır. İşğaldan azad edilmiş Azərbaycan torpaqlarının bərpasında Özbəkistanın gösterdiyi qardaşlıq dəstəyi iki dövlət arasındakı həmrəyliyin ən parlaq rəmzlərindən biridir.

YAP Tovuz rayon təşkilatı "Qaraxanlı kənd" Ərazi Partiya Təşkilatının sədri Mətləb CəfərovAzərbaycan Respublikasının Pre...
25/08/2026

YAP Tovuz rayon təşkilatı "Qaraxanlı kənd" Ərazi Partiya Təşkilatının sədri
Mətləb Cəfərov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana 23–24 avqust 2026-cı il tarixlərində baş tutan dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi tarixə düşdü. Səfərin geniş proqramı, yüksək səviyyədə keçirilən görüşlər, imzalanan mühüm sənədlər, yeni layihələrin açılışı və təməlqoyma mərasimləri Azərbaycan–Özbəkistan əlaqələrinin artıq ənənəvi dostluq münasibətlərindən daha yüksək səviyyəyə yüksəldiyini nümayiş etdirdi. Səfərin ən mühüm siyasi nəticələrindən biri Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması oldu. Səfərin diqqətçəkən məqamlarından biri Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılışı və yeni layihələrin təməlinin qoyulması oldu. Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı iki ölkə arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın rəmzinə çevrildi. Azərbaycan xalqının böyük şairi Nizami Gəncəvinin adını daşıyan ali təhsil müəssisəsinin Özbəkistanda fəaliyyətə başlaması iki xalqın ədəbi-mədəni bağlarının nə qədər dərin olduğunu göstərir.

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməlinin qoyulması isə səfərin ən yaddaqalan və rəmzi hadisələrindən biri oldu. Qardaş Özbəkistanın yeni şəhərsalma məkanında Azərbaycan adını daşıyan parkın yaradılması iki xalqın dostluğunun yalnız sənədlərdə deyil, şəhərlərin simasında, insanların gündəlik həyatında da yaşadılacağının göstəricisidir. Belə məkanlar gələcək nəsillərə iki xalqın bir-birinə olan hörmətini və sevgisini çatdıran canlı dostluq abidələrinə çevrilir.

Azərbaycan və Özbəkistanın münasibətləri bu gün tarixi qardaşlıqdan strateji müttəfiqliyə, strateji müttəfiqlikdən isə əbədi dostluğa doğru inamla inkişaf edir. Daşkənd səfəri bir daha göstərdi ki, Bakı ilə Daşkənd arasında qurulan dostluq körpüsü yalnız iki paytaxtı deyil, iki qardaş xalqı, iki böyük coğrafiyanı və gələcəyə dair ortaq məqsədləri birləşdirir. Əbədi dostluq haqqında Müqavilə isə bu qardaşlığın tarixdəki növbəti mühüm möhürü kimi uzun illər boyu öz siyasi və mənəvi əhəmiyyətini qoruyacaq.

YAP Tovuz rayon təşkilatı "Dönük Qırıqlı kənd" Ərazi Partiya Təşkilatının sədri Nürəddin Nağıyev26 Avqust – Laçın Şəhəri...
25/08/2026

YAP Tovuz rayon təşkilatı "Dönük Qırıqlı kənd" Ərazi Partiya Təşkilatının sədri Nürəddin Nağıyev

26 Avqust – Laçın Şəhəri Günü Azərbaycanın tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu gün Laçının zəngin tarixi, strateji mövqeyi, işğal dövründə üzləşdiyi faciələr və Vətən müharibəsindən sonra şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin ictimaiyyətə çatdırılması baxımından xüsusi məna daşıyır. Laçın bu gün yalnız azad edilmiş şəhər kimi deyil, həm də Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi yeni inkişaf strategiyasının mühüm mərkəzlərindən biri kimi diqqət çəkir.
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayonun yaşayış məntəqələri dağıdılmış, tarixi və mədəni irsə ciddi ziyan vurulmuş, laçınlıların doğma yurdlarından məcburi köçkün düşməsi ilə nəticələnmişdir. Uzun illər ərzində Laçının işğal altında qalması Azərbaycan xalqının yaddaşında ağır bir faciə kimi qalmış, rayonun azad edilməsi əsas milli məqsədlərdən birinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə həyata keçirilən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında tarixi mərhələ olmuşdur. Laçın rayonunun müəyyən hissəsinin döyüş meydanında, Laçın şəhəri və rayonun digər ərazilərinin isə üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycanın nəzarətinə qaytarılması tarixi ədalətin bərpasının mühüm nəticələrindən biri olmuşdur. Bununla da uzun illər doğma torpaqlarından ayrı düşmüş laçınlıların öz yurdlarına qayıdışı üçün real imkan yaranmışdır.
Laçının azad olunması Azərbaycanın təhlükəsizlik və geosiyasi baxımdan mühüm strateji məqsədlərindən birinin reallaşması deməkdir. Rayonun coğrafi mövqeyi onu həm Qarabağ, həm də Şərqi Zəngəzur regionları arasında mühüm əlaqələndirici məkana çevirir. Bu baxımdan Laçının inkişafı yalnız rayonun sosial-iqtisadi dirçəlişi ilə məhdudlaşmır, eyni zamanda regionda nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi və iqtisadi potensialın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
İşğaldan azad edilmiş ərazilərdə olduğu kimi, Laçında da genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Şəhərin müasir infrastrukturu yenidən qurulur, yaşayış binaları, fərdi evlər, sosial obyektlər və inzibati binalar inşa edilir. Eyni zamanda yolların, mühəndis-kommunikasiya sistemlərinin və digər infrastruktur obyektlərinin yaradılması Laçının dayanıqlı inkişafı üçün möhkəm zəmin formalaşdırır. Görülən işlərin əsas məqsədi əhalinin rahat və təhlükəsiz yaşayışını təmin etməklə yanaşı, Laçını müasir və abad şəhərə çevirməkdir.
Laçının yenidən canlandırılmasında Böyük Qayıdış proqramının xüsusi rolu vardır. Doğma torpaqlarından uzun illər ayrı qalmış insanların mərhələli şəkildə öz yurdlarına qayıtması yalnız sosial hadisə deyil, həm də tarixi ədalətin bərpasının mühüm göstəricisidir. Laçına qayıdan ailələrin rahat yaşayışı üçün müasir məktəblərin, tibb müəssisələrinin, sosial və mədəni obyektlərin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Laçının yeni inkişaf dövrü iqtisadi potensialın səmərəli istifadəsi ilə də səciyyələnir. Rayonun təbii ehtiyatları, əlverişli coğrafi mövqeyi, turizm imkanları və kənd təsərrüfatı potensialı gələcək iqtisadi inkişaf üçün geniş perspektivlər yaradır. Xüsusilə Laçının təbiəti və dağlıq relyefi turizmin müxtəlif istiqamətlərinin inkişafı üçün əlverişli imkanlar təqdim edir. Bu potensialdan məqsədyönlü istifadə şəhərin və rayonun iqtisadi həyatının canlanmasına, yeni iş yerlərinin yaradılmasına və əhalinin məşğulluğunun artırılmasına xidmət edəcəkdir.
Bu gün Laçında aparılan bərpa və quruculuq işləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərə münasibətdə həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir. Burada müasir şəhərsalma prinsipləri, ekoloji yanaşmalar və dayanıqlı inkişaf meyarları nəzərə alınır. Laçının “ağıllı şəhər” konsepsiyası əsasında yenidən qurulması onun gələcəkdə müasir texnologiyaların tətbiq olunduğu, rahat və təhlükəsiz yaşayış məkanlarından birinə çevrilməsinə imkan verir.
26 Avqust – Laçın Şəhəri Günü həm keçmişin xatırlanması, həm də gələcəyə inamın ifadəsidir. İşğal illərinin ağır nəticələrindən sonra bu gün Laçın sürətlə dirçələn, insanların qayıtdığı və yeni həyatın qurulduğu məkana çevrilir. Laçının azadlığı Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının simvolu olduğu kimi, burada həyata keçirilən genişmiqyaslı quruculuq işləri də ölkəmizin gücünün, inkişaf imkanlarının və Böyük Qayıdış siyasətinin əyani göstəricisidir. Laçının yeni inkişaf dövrü onun Azərbaycanın ən gözəl, müasir və dinamik inkişaf edən şəhərlərindən birinə çevrilməsi istiqamətində mühüm perspektivlər açır.

Address

Tovuz
Tovuz
AZ6000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994223150090

Website

Alerts

Be the first to know and let us send you an email when YAP Tovuz Rayon Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share