Tərtər Rayon İcra Hakimiyyəti

Tərtər Rayon İcra Hakimiyyəti Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tərtər Rayon İcra Hakimiyyəti, Government Organization, Tərtər şəhəri, Heydər Əliyev prospekti 41, Terter.
(1)

Tərtərdə kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunubTərtərdə Azərbaycan Respublikasın...
05/06/2026

Tərtərdə kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub

Tərtərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may tarixində kənd təsərrüfatının inkişafı ilə bağlı keçirdiyi müşavirədə verilən tapşırıqların icrasına, aqrar və su təsərrüfatı sahəsində aparılan yeniliklərə, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda təmin edilməsinə həsr olunmuş müşavirə keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlər və sahibkarlar iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sahənin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Qeyd olunub ki, son illər kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi, meliorasiya və irriqasiya sistemlərinin təkmilləşdirilməsi, fermerlərə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində mühüm işlər görülüb.

İcra başçısı Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikir və tapşırıqların əhəmiyyətindən danışaraq vurğulayıb ki, kənd təsərrüfatında məhsuldarlığın artırılması, əkin sahələrinin su təminatının yaxşılaşdırılması, torpaqlardan səmərəli istifadə olunması, müasir texnologiyaların tətbiqi və fermerlərin qarşılaşdığı problemlərin operativ həlli daim diqqət mərkəzində saxlanılmalıdır. Bildirilib ki, aidiyyəti qurumlar qarşıya qoyulan vəzifələrin icrası istiqamətində fəaliyyətlərini daha da gücləndirməli, bu sahədə koordinasiyalı iş təmin edilməlidir.

Sonra Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev çıxış edərək rayonda kənd təsərrüfatının mövcud vəziyyəti, əkin sahələrinin strukturu, fermerlərə göstərilən xidmətlər və dövlət dəstəyi mexanizmlərinin tətbiqi barədə məlumat verib. O, aqrar sahədə məhsuldarlığın artırılması üçün həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Tərtər Su Meliorasiya Sistemləri İdarəsinin rəisi Murad Zeynalov və Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin baş mühəndisi Hafiz Səfərov suvarma mövsümünə hazırlıq, mövcud su ehtiyatlarından səmərəli istifadə, əkin sahələrinin su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib, su təsərrüfatı obyektlərinin fasiləsiz fəaliyyəti üçün zəruri tədbirlərin davam etdirildiyini diqqətə çatdırıblar.

Aqrolizinq ASC-nin Tərtər filialının müdiri İlkin Quluzadə kənd təsərrüfatı texnikalarının fermerlərə əlçatanlığının artırılması, texnika təminatının yaxşılaşdırılması və lizinq xidmətlərinin genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Daha sonra “TƏRTƏR AQRO” MMC-nin rəhbəri Habil İbrahimov və “Aqropat” MMC-nin əməkdaşı Fərahim Ələsgərov çıxış edərək rayonda aqrar sektorun inkişafı, müasir texnoloji üsulların tətbiqi ilə məhsuldarlığın artırılması, yeni iş yerlərinin yaradılması və regionun iqtisadi potensialının gücləndirilməsi istiqamətində özəl sektor tərəfindən görülən işlər və gələcək layihələr barədə məlumat veriblər.

Müşavirədə çıxış edənlər Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı müəyyən etdiyi strateji hədəflərin ölkənin aqrar sektorunun davamlı inkişafında mühüm rol oynadığını qeyd edərək, qarşıya qoyulmuş tapşırıqların vaxtında və yüksek səviyyədə yerinə yetirilməsi üçün bütün imkanların səfərbər olunacağını bildiriblər.

Sonda müşavirədə qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb, aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib və qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Rayon rəhbəri Qarabağ müharibəsi əlilinin anasının yas mərasimində iştirak edibTərtər Rayon İcra Hakimiyyətinin başçısı ...
05/06/2026

Rayon rəhbəri Qarabağ müharibəsi əlilinin anasının yas mərasimində iştirak edib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə İrəvanlı kəndində Birinci Qarabağ müharibəsinin ikinci qrup əlili Məmmədov Rəsul Məhərrəm oğlunun anası Məmmədova Şəfiqə Budaq qızının yas mərasimində iştrak edib. O, mərhumənin yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, Rəsul Məmmədov 1970-ci ildə Tərtər Rayonunun İrəvanlı kəndində anadan olub. Ağdərə polisinin əməkdaşı kimi döyüşlərdə iştirak edib. 1993-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanıb. İkinci qrup Qarabağ müharibəsi əlilidir.

Qarabağ əlili onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Rayon rəhbəri Düyərli kənd ümumi orta məktəbində mövcud şəraitlə tanış olubTərtər Rayon İcra Hakimiyyətinin başçısı Müst...
05/06/2026

Rayon rəhbəri Düyərli kənd ümumi orta məktəbində mövcud şəraitlə tanış olub

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyev birlikdə 67 şagirdin təhsil aldığı Düyərli kənd ümumi orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Əvvəlcə icra başçısı şəhid adını daşıyan xatirə bulağının önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbdə tədris və təlim-tərbiyə prosesinin təşkili, maddi-texniki baza və yaradılmış şəraitlə bağlı rayon rəhbərinə məlumat verilib. İcra başçısı məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Rayon rəhbəri tədris prosesinin səmərəliliyinin artırılması məqsədilə müvafiq tövsiyələr verib, şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsinin, valideynlərlə əlaqələrin gücləndirilməsinin, valideyn komitələrinin bu işə cəlb olunmasının vacibliyini qeyd edib. Eyni zamanda gündəlik sanitar-gigiyenik qaydalara riayət olunmasının əhəmiyyəti vurğulanıb.

Görüş zamanı 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Qələbə və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi yad edilib. Şəhidlərin həyat və döyüş yolunun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığı bildirilib.

Məktəbin kollektivi təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

İcra başçısının Düyərli kəndində səyyar-qəbul görüşü olubAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapş...
05/06/2026

İcra başçısının Düyərli kəndində səyyar-qəbul görüşü olub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaş müraciətlərinə operativ baxılması, əhalini narahat edən məsələlərin yerində araşdırılması və həlli istiqamətində həyata keçirilən səyyar qəbul görüşləri davam etdirilir.
Yerlərdə keçirilən səyyar qəbullar vətəndaşların müraciətlərinin birbaşa dinlənilməsi, onların problemlərinin yerində öyrənilməsi və həlli baxımından xüsusi əhəmiyyət daşıyır. Bu görüşlər eyni zamanda dövlət orqanları ilə vətəndaşlar arasında açıq və səmərəli dialoqun qurulmasına, şəffaflığın təmin olunmasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Növbəti qəbul rayonun Düyərli kənd İƏD üzrə nümayəndəliyinin Düyərli kəndində keçirilib. Qəbulda icra başçısı ilə yanaşı, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyev, aparatın məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, xidmət sahələrinin nümayəndələri, həmçinin kənd sakinləri iştirak ediblər.

Sakinlərlə görüşdən əvvəl rayon rəhbəri Düyərli kəndində kəndin ümumi vəziyyəti ilə tanış olmuş, sosial infrastruktur obyektlərinin mövcud vəziyyəti və əhalinin məşğulluq imkanları ilə maraqlanmışdır.

Qəbulda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətləri barədə danışmış, vətəndaşların rifah halının yaxşılaşdırılması, onların müraciətlərinə həssas yanaşılması və mövcud problemlərin operativ həlli istiqamətində görülən işlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulamışdır. Bildirmişdir ki, dövlət başçısının rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində kənd və qəsəbələrdə mühüm infrastruktur layihələri icra olunur, əhalinin həyat şəraiti ildən-ilə yaxşılaşdırılır.

Qeyd olunub ki, Düyərli kəndinin 843 nəfər əhalisi var. Ərazidə 1 ümumi orta məktəb, 4 ticarət obyekti, 2 iaşə obyekti, 4 subartezian quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 370 baş iribuynuzlu, 560 baş xırdabuynuzlu heyvan, 1500 baş quş və 20 arı ailəsi saxlayırlar.

Son üç ildə Düyərli kəndində su arxları 1700 metr sahələrarası su arxları lildən təmizlənib, kəndarası yollar 1500 metr məsafədə çınqıl daşı ilə təmir edilib, kənd ərazisinə 370 ədəd müxtəlif növ ağac əkilib, kəndarası yolların kənarları və kənd qəbristanlığı alaq otlarından və məişət tullantılarından təmizlənib, məişət tullantılarının tökülməsi üçün quyu qazılıb.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açan rayon rəhbəri, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Görüş zamanı həmçinin düyərli kəndinin mövcud sosial-iqtisadi vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, kənddə mövcud potensialdan səmərəli istifadə olunması, kənd təsərrüfatının inkişafı, sahibkarlığın genişləndirilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlərin görülməsi vacibdir. Kənddə suvarma üçün 1 ədəd subartezian quyusunun qazılmasına, elektrik təsərrüfatının yenidən qurulmasına ehtiyac olduğu bildirilib.
Qəbul zamanı kənd sakinlərindən Rəfayıl Əhmədov kəndin giriş yolunun ətrafında olan kol-kosun təmizlənməsi, Mətləb Əliyev işlə təmin olunmasına köməklik, İldırım Əliyev həyatyani torpaq sahəsinin sənədləşdirilməsinə köməklik edilməsi, Sürayyə Əhmədova suvarma suyu ilə təmin olunması ilə bağlı müraciət ediblər.

Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunmuş, digər müraciətlər isə aidiyyəti üzrə qeydiyyata alınaraq onların icrası nəzarətə götürülmüşdür. Rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmiş, müraciətlərin vaxtında və keyfiyyətlə icrasının təmin olunması tapşırılmışdır.

Sakinlər çıxış edərək belə səyyar qəbulların keçirilməsini yüksək qiymətləndirmiş, onların problemlərinin birbaşa dinlənilməsinə və həllinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər. Onlar dövlət tərəfindən göstərilən qayğını hər zaman hiss etdiklərini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

📢 Vətəndaşların diqqətinə!Tərtər şəhərinin Babək, İlham Sarıyev, Nəsimi, Üzeyir Hacıbəyov, Cavanşir, Ədalət Paşayev, Qar...
05/06/2026

📢 Vətəndaşların diqqətinə!

Tərtər şəhərinin Babək, İlham Sarıyev, Nəsimi, Üzeyir Hacıbəyov, Cavanşir, Ədalət Paşayev, Qara Qarayev, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Mahir Əsədov və Heydər Əliyev küçələrini təbii qazla təmin edən daşıyıcı qaz xəttində aşkar edilmiş yeraltı qaz sızmasının aradan qaldırılması məqsədilə 08.06.2026-cı il tarixində saat 09:00-dan etibarən həmin ərazidə qaz təchizatı müvəqqəti olaraq dayandırılacaqdır.

Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcəkdir.

Ağdərə Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin işçiləri Tərtərdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib...
05/06/2026

Ağdərə Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin işçiləri Tərtərdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər

İyunun 5-də Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə Ağdərə Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin kollektivi Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Tərtər şəhərinin Mərkəzi Meydanında Ulu Öndər Heydər Əliyevin ucalan abidəsini ziyarət ediblər. Ziyarət zamanı dahi rəhbərin abidəsi önünə tər gül-çiçək dəstələri düzülərək, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad olunub.

Ziyarətdən sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ağdərə rayonunun su təsərrüfatı işçiləri ilə görüşərək onları peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edib. Rayon rəhbəri Ağdərə rayonunda su təminatının bərpası, meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması istiqamətində fədakar əmək göstərən işçilərə fəaliyyətlərində və dövlətimizin qarşıya qoyduğu məsuliyyətli tapşırıqların icrasında uğurlar arzulayıb.

Görüşdə vurğulanıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş su təsərrüfatının inkişafı və modernləşdirilməsi strategiyası bu gün Prezident cənab İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdərə rayonunda genişmiqyaslı layihələrlə uğurla davam etdirilir.

Tərtərdə Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunubİyunun 5-də Tərtərdə Su təsərrüfatı və melior...
05/06/2026

Tərtərdə Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub

İyunun 5-də Tərtərdə Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib.

Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçıları ilə birlikdə Ulu Öndərin Mərkəzi Meydanda ucalan abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz ehtiramlarını bildiriblər.

Tədbirdə çıxış edən rayon rəhbəri Meliorasiya İşçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanıldığını, təxirəsalınmaz layihələr həyata keçirildiyini bildirib.

Qeyd edib ki, 1996-cı ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi ilə əlaqədar olaraq “Meliorator günü” peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli sərəncam imzalamışdır.

Dövlət başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni sərəncam imzalayıb.

Tədbirin sonunda rayon rəhbəri tərəfindən bir qrup su təsərrüfatı və meliorasiya işçisinə Fəxri Fərmanlar təqdim olunub.

Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Ağdam şəhərində Azərbaycan və Türkiyə şəhid ailələrinin iştirakı ilə “Qar...
05/06/2026

Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Ağdam şəhərində Azərbaycan və Türkiyə şəhid ailələrinin iştirakı ilə “Qardaşlıq körpüsü” adlı konfrans keçirib.

Konfrans Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi, Türk dünyası şəhidlərinin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.

Sonra Azərbaycan və Türkiyənin şəhid ailələri ilə işə dair videoçarx nümayiş etdirilib. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova konfransın əsas məqsədinin iki qardaş ölkənin şəhid ailələri arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və ortaq milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılması olduğunu diqqətə çatdırıb.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib. Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid və Qazi Ailələri ilə İş Agentliyinin şöbə müdiri Ayşənur Dinç Azərbaycan və Türkiyənin şəhid ailələri arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulayıb, bunun böyük mənəvi dəyəri olduğunu bildirib. Türkiyədən şəhid ailəsinin üzvü Aişə Kılıçarslan azadlığına qovuşan və yenidən qurulan Qarabağ barədə təəssüratlarını bölüşüb.

Ağdamın ictimaiyyət nümayəndələri - Çimnaz Əliyeva, Səbinə Gözəlova, Tünzalə Vəliməmmədova çıxışlarında şəhid ailələrinə mənəvi dəstək ifadə ediblər.

Konfransda Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllimi Səbinə Ərəbli və tələbələrinin iştirakı ilə musiqi proqramı təqdim olunub.

Səfər proqramı çərçivəsində nümayəndə heyəti Bakı, Xankəndi, Şuşa, Xocalı və Ağdam şəhərlərini ziyarət edib. Qonaqlar Şuşa qalası, Cıdır düzü, Gövhər Ağa Məscidi, Qarabağ Universiteti və Xankəndidə yerləşən Zəfər Parkı ilə tanış olublar.

Layihənin donoru Azərbaycanın QHT Agentliyidir.

Tərtərdə “Hüquqi dövlət və insan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilibTərtər Rayon İcra Hakimiyyəti, Qa...
04/06/2026

Tərtərdə “Hüquqi dövlət və insan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib

Tərtər Rayon İcra Hakimiyyəti, Qarabağ Gənclər və İdman İdarəsi, rayon polis şöbəsi, Tərtər 1 saylı Mediasiya Təşkilatı və Tərtər Təhsil Sektorunun təşkilatçılığı ilə “18 may –18 iyun İnsan Hüquqları Aylığı“ çərçivəsində şəhər 1 nömrəli tam orta məktəbdə “Hüquqi dövlət və insan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra rayon icra hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Sonaxanım Paşazadə insan hüquq və azadlıqlarının qorunması, hüquqi dövlət quruculuğu sahəsində ölkəmizdə həyata keçirilən islahatlar, vətəndaşların hüquqlarının etibarlı təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Tədbirdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Orxan Fəxrəddinov, Tərtər Rayon Polis Şöbəsinin inspektoru Sirac Əlizadə və Tərtər 1 saylı Mediasiya Təşkilatının direktoru Mirməmməd Əyyubov çıxış edərək insan hüquqlarının mahiyyəti, hüquqi maarifləndirmənin əhəmiyyəti, gənclərin hüquq mədəniyyətinin formalaşdırılması, mübahisələrin mediasiya yolu ilə həllinin üstünlükləri və qanunvericiliyin tələbləri barədə məlumat veriblər.

Çıxışlarda bildirilib ki, insan hüquq və azadlıqlarının qorunması demokratik cəmiyyətin əsas prinsiplərindən biridir. Bu sahədə aparılan maarifləndirmə işləri vətəndaşların hüquqi biliklərinin artırılmasına və hüquqi dövlət prinsiplərinin daha da möhkəmlənməsinə xidmət edir.

Tədbir iştirakçıları tərəfindən mövzu ilə bağlı suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb. Sonda insan hüquqlarının müdafiəsi sahəsində maarifləndirici tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Address

Tərtər şəhəri, Heydər Əliyev Prospekti 41
Terter
AZ5900

Alerts

Be the first to know and let us send you an email when Tərtər Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share