Qubadlı rayonu üzrə gənclər və idman sektoru

Qubadlı rayonu üzrə gənclər və idman sektoru Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi
Qubadlı rayonu üzrə gənclər və idman sektoru

02/06/2026
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

28/05/2026

28 May - Müstəqillik Gününüz mübarək! 🇦🇿

Qurban bayramınız mübarək!
27/05/2026

Qurban bayramınız mübarək!

“Şəhərsalma və Memarlıq İli“ çərçivəsində “Rəqəmsal dünyada təhlükəsiz addımlar”mövzusunda maarifləndirici tədbir təşkil...
23/05/2026

“Şəhərsalma və Memarlıq İli“ çərçivəsində “Rəqəmsal dünyada təhlükəsiz addımlar”
mövzusunda maarifləndirici tədbir təşkil edilib.

Tədbir Qubadlı Rayon İcra Hakimiyyəti, Şərqi Zəngəzur Regional Gənclər və İdman, Şərqi Zəngəzur Regional Təhsil İdarələrinin Qubadlı rayonu üzrə sektorları və Qubadlı şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbiri Qubadlı şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Aynur Şahmuradova açıq elan edib.

Məktəbin informatika müəllimi Lalə İsayeva rəqəmsal dünyada təhlükəsizlik qaydaları, zərərli informasiyalar, yeniyetmə və gənclərin psixologiyasına mənfi təsir edən virtual oyunlar barədə ətraflı məlumat verib.

Sonra məktəbin şagirdləri tərəfindən hazırlanmış informasiya texnologiyalarından təhlükəsiz, səmərəli istifadəni təşviq edən səhnəcik və müxtəlif video çarxlar nümayiş etdirilib.

Çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aytən Məmmədova, Qubadlı rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Pərvin Rəsulov müasir dövrdə gənclərin informasiya texnologiyalarından təhlükəsiz və səmərəli istifadəsi məsələsinin aktuallığını qeyd ediblər.

22/05/2026
Qubadlı rayon gənclərinin iştirakı ilə "İnsan Hüquqları Aylığı" çərçivəsində "Şüurlu cəmiyyət, sağlam ailə: Erkən nikah ...
22/05/2026

Qubadlı rayon gənclərinin iştirakı ilə "İnsan Hüquqları Aylığı" çərçivəsində "Şüurlu cəmiyyət, sağlam ailə: Erkən nikah və məişət zorakılığına qarşı maariflənək" başlıqlı tədbir təşkil edilib.

Tədbir mayın 21-də, Qubadlı Rayon İcra Hakimiyyəti, Şərqi Zəngəzur Regional Gənclər və İdman və Şərqi Zəngəzur Regional Təhsil İdarələrinin Qubadlı rayonu üzrə sektorları, Rayon Polis Şöbəsi və Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə rayonun Çaytumas kənd texniki fənlər təmayüllü məktəb-liseyində keçirilib.

Tədbiri açıq elan edən Qubadlı rayonu üzrə gənclər və idman sektorunun müdiri İslam Allahverdiyev tədbirin gənclərin təhsildən yayınmasının qarşısını almaq, erkən və qohumlar arasında nikah, məişət zorakılığına qarşı maarifləndirilməsi məqsədilə keçirildiyini bildirib.

Sonra mövzu ilə əlaqədar video çarx nümayiş etdirilib.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aytən Məmmədova, Qubadlı rayonu üzrə təhsil sektorunun müdiri Müşfiq Hüseynov, Rayon Polis Şöbəsinin İTB-nin rəisi, polis polkovnik-leytenantı Vahid Kərimov, Şöbənin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Rauf Qələndərli, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Mahruzlu həkim məntəqəsinin müdiri Vaqif İsmayılov mövzu üzrə ətraflı çıxış ediblər. Bildirilib ki, hər kəs öz hüquqlarını qorumalı, hüquqlarını məhdudlaşdıran neqativ hallara qarşı susmamalı, erkən nikaha və məişət zorakılığına qarşı mübarizədə ictimai fəallıq göstərməlidir.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U17 Avropa Çempionatında yunan-Roma güləşi üzrə Qubadlı rayon sakin...
21/05/2026

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U17 Avropa Çempionatında yunan-Roma güləşi üzrə Qubadlı rayon sakini Qurban Məcnunov 55 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.

Qurban Məcnunovu təbrik edir və gələcək yarışlarda uğurlar arzulayırıq.




“Gənclik və mənəvi dəyərlər: Özümüzü radikal təsirlərdən necə qoruyaq?" başlıqlı maarifləndirici tədbir təşkil edilib.Tə...
15/05/2026

“Gənclik və mənəvi dəyərlər: Özümüzü radikal təsirlərdən necə qoruyaq?" başlıqlı maarifləndirici tədbir təşkil edilib.

Tədbir mayın 15-də Sumqayıt şəhərində yerləşən Qubadlı şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində Qubadlı Rayon İcra Hakimiyyəti, Şərqi Zəngəzur Regional Gənclər və İdman, Şərqi Zəngəzur Regional Təhsil İdarələrinin Qubadlı rayonu üzrə sektorları və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin birgə təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən Qubadlı rayonu üzrə gənclər və idman sektorunun müdiri İslam Allahverdiyev bildirib ki, tədbirin keçirilməsində məqsəd gənclər arasında milli mənəvi dəyərlərin təbliği, dini radikalizm və ekstremizmlə mübarizədə ictimai fəallığının artırılmasından ibarətdir.

Sonra mövzu üzrə film nümayiş etdirilib.
Qubadlı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Cabir Rzayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, Qubadlı rayonu üzrə təhsil sektorunun müdiri Müşfiq Hüseynov, H.Z.Tağıyev qəsəbəsi, Hacı Bəyverdi məscidinin imamı Behcət Əfəndiyev Azərbaycanda olan tolerantlıq, dini müxtəliflik, din və dövlət siyasəti, radikalizm və ekstremizm mövzuları üzrə ətraflı çıxış ediblər.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.




Address

Inshaatcilar Qesebesi
Sumqayıt
5003

Alerts

Be the first to know and let us send you an email when Qubadlı rayonu üzrə gənclər və idman sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qubadlı rayonu üzrə gənclər və idman sektoru:

Share