Zəngilan rayon İHB-nın Yenikənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

Zəngilan rayon İHB-nın Yenikənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zəngilan rayon İHB-nın Yenikənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, Government Organization, Sumqayıt şəhəri, Sumqayıt şəhəri.

Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən b...
09/01/2026

Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir
Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında keçirilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi Azərbaycan dövlətinin son illər formalaşdırdığı dayanıqlı inkişaf modelinin parlaq təzahürü oldu. Səudiyyə Ərəbistanı Krallığının aparıcı enerji şirkətlərindən olan “ACWA Power” tərəfindən inşa edilmiş 240 MVt gücündə bu stansiya təkcə energetika sahəsində texniki nailiyyət deyil, eyni zamanda siyasi uzaqgörənliyin, iqtisadi rasionalizmin və diplomatik etimadın real nəticəsidir. Cənab Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan artıq ayrı-ayrı layihələr icra edən ölkə deyil, enerji təhlükəsizliyi, yaşıl transformasiya və regional liderlik anlayışlarını vahid strateji xəttə çevirən dövlətdir. Dövlət başçısının sözləri ilə desək: “Bu gün ölkəmizin həyatında əlamətdar bir gündür. 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəkdir.”
2022-ci ilin yanvarında təməli qoyulan bu layihənin bu gün uğurla istismara verilməsi Azərbaycanda strateji qərarların kağız üzərində qalmadığını, ardıcıl icra mexanizmi ilə reallaşdırıldığını sübut edir. Cənab Prezidentin vurğuladığı kimi, bu illər ərzində aparılan fəal işlər nəticə etibarilə konkret məhsula – enerji gücünə çevrilib. Burada xüsusilə diqqətçəkən məqam odur ki, “ACWA Power”in bu layihəsi Azərbaycanda ilk bərpaolunan enerji stansiyası olsa da, sonuncu deyil. Bu isə artıq sabit və uzunmüddətli tərəfdaşlığın formalaşdığını göstərir. Cənab Prezident İlham Əliyevin açıq mesajı son dərəcə aydındır. Azərbaycan bu şirkətin planlarını dəstəkləyir, çünki bu planlar ölkənin milli maraqları ilə üst-üstə düşür. “Xızı-Abşeron” layihəsi həm də çoxtərəfli beynəlxalq əməkdaşlığın uğurlu nümunəsidir. İnvestor kimi Səudiyyə Ərəbistanının, baş podratçı kimi isə Çinin “Power China” şirkətinin iştirakı göstərir ki, Azərbaycan qlobal iqtisadi və texnoloji şəbəkələrə tam inteqrasiya olunmuş etibarlı platformadır. Cənab Prezidentin “Power China” ilə bağlı səsləndirdiyi fikirlər gələcək perspektivlərə işarədir. Bu şirkət təkcə podratçı yox, gələcəkdə investor kimi də Azərbaycan bazarında yer alacaq. Bu isə artıq Azərbaycana olan inamın institusional səviyyəyə qalxdığını təsdiqləyir. Cənab Prezident İlham Əliyevin çıxışının əsas ideya xəttlərindən biri ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel inkişafı idi. Dövlət başçısının Mingəçevirdə istismara verilmiş 2000 MVt gücündə ənənəvi stansiyanı xatırlatması təsadüfi deyil. Mesaj aydındır: Azərbaycan romantik “yaşıl keçid” xülyaları ilə yox, hesablanmış və balanslaşdırılmış enerji siyasəti ilə irəliləyir. Bu gün 10 min MVt-a yaxın generasiya gücünə malik olmaq tarixi rekorddur. Amma bu, son hədd deyil. Cənab Prezidentin dediyi kimi, növbəti illərdə bərpaolunan enerji güclərinin artması həm daxili tələbatı tam ödəməyə, həm də elektrik enerjisi ixracını genişləndirməyə imkan verəcək. Azərbaycanın bərpaolunan enerji potensialı təkcə quru ərazilərlə məhdudlaşmır. Cənab Prezidentin Xəzər dənizinin 157 giqavatlıq külək potensialını xatırlatması göstərir ki, ölkə artıq enerji xəritəsini qlobal miqyasda düşünür. Bu potensial reallaşdıqca Azərbaycan regionun deyil, Avrasiyanın əsas enerji qovşaqlarından birinə çevrilə bilər. Cənab Prezident İlham Əliyevin çıxışında maliyyə göstəricilərinə xüsusi yer ayırması təsadüfi deyil. 300 milyard dollardan artıq cəlb edilmiş sərmayə, ÜDM-in cəmi 6 faizi səviyyəsində olan xarici borc və borcu 16–17 dəfə üstələyən valyuta ehtiyatları Azərbaycana makroiqtisadi təhlükəsizlik zonası yaradır. Dövlət başçısının “Sözümüz imzamız qədər dəyərlidir” fikri isə bu tədbirin ideoloji kulminasiyası idi. Bu, təkcə siyasi bəyanat deyil, beynəlxalq investorlara verilmiş hüquqi və mənəvi zəmanətdir. Bərpaolunan enerjinin inkişafı yeni çağırışlar yaradır və Prezident İlham Əliyev bu çağırışlara cavab olaraq Batareya Enerji Saxlanc Sistemlərinin yaradıldığını elan edir. Tarixdə ilk dəfə 250 MVt-lıq bu sistemin qurulması Azərbaycanın artıq enerji istehsalından idarəetməyə keçdiyini göstərir. Eyni zamanda süni intellekt, data mərkəzləri və enerji tutumlu sahələrə ünvanlanan çağırış onu deməyə əsas verir ki, Azərbaycan enerjidən texnologiyaya, resursdan innovasiyaya keçid mərhələsinə daxil olub.
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı bir daha sübut etdi ki, Azərbaycan üçün enerji siyasəti sadəcə iqtisadi sektor deyil, milli təhlükəsizlik, beynəlxalq nüfuz və gələcək nəsillər üçün məsuliyyət məsələsidir.
Fahirə Qasımova


Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir2026-cı il yanvarın 8-də Prezident İlham Əli...
09/01/2026

Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir
2026-cı il yanvarın 8-də Prezident İlham Əliyevin iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Bu hadisə Azərbaycanın enerji tarixində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. 240 meqavat gücündə olan stansiya ölkənin enerji potensialını gücləndirməklə yanaşı, bərpaolunan enerji sahəsində yeni mərhələnin başlanğıcını simvolizə edir.
Stansiyanın təməli 2022-ci ilin yanvarında qoyulmuş, illər boyu aparılan gərgin işlər nəticəsində 2026-cı ildə istifadəyə verilmişdir. Layihənin əsas investoru “ACWA Power” şirkətidir. Bu, şirkətin Azərbaycanda inşa etdiyi ilk bərpaolunan enerji stansiyasıdır, lakin sonuncu olmayacaq. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, “ACWA Power” həm külək, həm də Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsində investor kimi iştirak edəcək. Bu, Azərbaycanın enerji və su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
Tikintidə baş podratçı kimi “Power China” şirkəti iştirak etmişdir. Bu şirkət gələcəkdə Azərbaycanda investor qismində də fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev energetiklərin əməyini xüsusi vurğulayaraq bildirdi ki, bərpaolunan enerji növlərinin milli enerji sisteminə inteqrasiyası yüksək peşəkarlıq və böyük maliyyə resursları tələb edir. Azərbaycanın enerji sektorunda xarici investorlarla əməkdaşlıq nümunəsi uğurlu model kimi təqdim olundu. Son 20 ildə Azərbaycanın enerji sistemi tamamilə yenilənmişdir: yeni generasiya gücləri, yarımstansiyalar və ötürücü xətlər qurulmuşdur.
Generasiya gücü əvvəlki dövrlə müqayisədə üç dəfə artaraq təxminən 10 min meqavata çatmışdır. Bu, tarixi rekord hesab olunur.
Ənənəvi və bərpaolunan enerji güclərinin paralel inkişafı ölkənin enerji təhlükəsizliyini təmin edir.
Yeni stansiyaların açılışı Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur.
Azərbaycanın coğrafi mövqeyi bərpaolunan enerji istehsalı üçün əlverişlidir – istənilən bölgədə külək və günəş enerjisi potensialı mövcuddur.
Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə 157 giqavat səviyyəsindədir. Bu, ölkəni regionun enerji liderinə çevirə biləcək strateji üstünlükdür.
Prezident İlham Əliyev çıxışında xarici və yerli investorları bərpaolunan enerji sahəsinə, həmçinin yüksək enerji gücü tələb edən sahələrə – süni intellekt, data mərkəzləri və texnoloji infrastruktura investisiya qoymağa dəvət etdi. Bu, Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də rəqəmsal iqtisadiyyatın regional mərkəzi olmasına imkan yaradacaq.
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji strategiyasında yeni səhifədir. Bu stansiya: Enerji təhlükəsizliyini möhkəmləndirir, Bərpaolunan enerji sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir, Azərbaycanın iqtisadi inkişafına və ekoloji dayanıqlığına töhfə verir.
Azərbaycan artıq yalnız neft və qaz ölkəsi deyil, həm də bərpaolunan enerji gücünə malik regional lider kimi formalaşır. Bu, gələcək nəsillər üçün daha təmiz, daha güclü və daha dayanıqlı enerji gələcəyinin təminatıdır.
Fuad Hüseynov


İşğaldan azad edilmiş rayonlarımız beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib  Yanvar ayının 5-də Prezident İlh...
07/01/2026

İşğaldan azad edilmiş rayonlarımız beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib

Yanvar ayının 5-də Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibələr ictimai rəyin formalaşmasında və siyasi gündəmin şərhində xüsusi əhəmiyyət kəsb edir.
Ölkə başçısı müsahibəsində görüşlərinin ənənəvi xarakter daşıdığını vurğulayıb. Hər ilin əvvəlində görüşərək Azərbaycan ictimaiyyətinə sizin vasitənizlə ilin yekunları ilə bağlı həm məlumat verilir, həm də ki, öz fikirlərimi bir də bölüşmək üçün imkan yaranır.
Keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Siz də bunu yaxşı xatırlayırsınız. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq.
Uzun illər Azərbaycana qarşı böyük ədalətsizlik olmuşdur. Çünki 907-ci düzəliş 1992-ci ilin oktyabrında qəbul edildi. O vaxt bizim torpaqlarımız artıq işğal altında idi, Şuşa, Laçın işğal altında idi. Ermənistan dövləti tərəfindən Xocalı soyqırımı törədilmişdi, xalqımıza qarşı hərbi cinayət törədilmişdi və Azərbaycanın torpaqlarının işğal altında olması, təbii ki, Ermənistanı blokadaya almaq imkanlarını da sıfra endirirdi. Yəni ki, hansı blokadadan söhbət gedə bilərdi?! Nəzərə alsaq ki, Ermənistanın Gürcüstanla, İranla sərhədləri açıq idi, hətta Türkiyə-Ermənistan sərhədi 1993-cü ildə bağlanmışdır. Ona görə hər hansı bir blokadadan söhbət gedə bilməzdi. Ancaq erməni lobbisi və onun əhatə dairəsində olan senator və konqresmenlər belə bir ədalətsiz düzəlişi qəbul etdilər. 907-ci düzəlişi ləğv etdirmək üçün uzün illər çalışdıq. Ancaq bu, çox çətin proses idi və sadəcə olaraq, 11 sentyabr 2001-ci il hadisələrindən sonra Amerika Prezidenti bu düzəlişi öz imzası ilə aradan qaldırdı və bu, 2024-cü ilə qədər davam edirdi. Tramp administrasiyası hakimiyyətə gəldi və vəziyyət tamamilə dəyişdi. Qeyd etdiyim kimi, indi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxmışdır və əlbəttə, biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq. Çünki nə o vaxt blokada var idi, nə bu gün blokada var. Əksinə, bu gün Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklər gedir, yollar açıldı və hətta Azərbaycanın neft məhsulları Ermənistana ixrac edilir. Hansı blokadadan söhbət gedə bilər?! Əgər 907-ci düzəlişin formal səbəbi blokada idisə, bu yoxdur bu gün. Ona görə əlbəttə, biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır və buna ümid etmək üçün bizim kifayət qədər səbəblərimiz var. Bu gün bu, yenə də simvolik xarakter daşısa da, necə deyərlər, masanı tamamilə keçmişin bu qalıqlarından təmizləmək üçün Konqres bunu birdəfəlik ləğv etməlidir.
Ölkə başçısı müsahibəsində bildirib ki, Azərbaycan-Amerika münasibətlərinin kontekstində 2025-ci il tarixi il sayıla bilər. Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş, necə deyərlər, fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdi - Amerikadakı anti-Azərbaycan qüvvələrin fəaliyyəti, erməni lobbisinin fəaliyyəti nəticəsində. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir. Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir. Bizim üçün də. Ona görə bu nöqteyi-nəzərdən keçən il də dönüş ili sayıla bilər. Ağ Evdə Prezident Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı. Halbuki hələ Konqres bunu rəsmən aradan qaldırmalıdır. Amma xüsusilə mənim iştirakımla Prezident tərəfindən atılan bu addım, təbii ki, rəmzi məna daşıyır.
Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir. Cənab prezident əminliklə qeyd edib ki, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir. Beləliklə, bizə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı. Əlbəttə, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişinin əhəmiyyəti, imzaladığımız birgə Bəyannamə təbii ki, göz önündədir. Prezident Tramp şahid qismində bu Bəyannaməyə öz imzasını atdı. Bütün bunlar və digər önəmli hadisələr dediyiniz məsələyə bəlkə də daha geniş prizmadan aydınlıq gətirir. “Zəngəzur dəhlizinin açılması ilə bağlı artıq heç bir şübhə yoxdur” deyən dövlət başçısı Azərbaycanın Mərkəzi Asiya ilə Qərb arasında yeganə etibarlı halqa olduğunu, ölkədən yan keçən alternativ marşrutların isə səmərəsiz və maraq doğurmadığını qeyd edib.
Dövlət başçısı müsahibəsində işğaldan azad edilmiş rayonlarımız bu gün beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrildiyini vurğulayıb. Bir çox xarici dövlət, hökumət başçıları Azərbaycana gəlmişlər. Ölkəmizdə beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında təbii ki, Xankəndidə keçirilən ECO Zirvə Görüşünü qeyd etməliyəm. Əsas tədbir orada - Xankəndidə keçirilmişdir, amma işğaldan azad edilmiş digər şəhərlərdə - Şuşada, Laçında, Ağdamda bizim təşəbbüsümüzlə üç forum keçirilmişdir: Biznes Forum, Gənclər Forumu, Qadınlar Forumu. Yəni biz istəyirdik ki, gələn qonaqlar azad edilmiş torpaqların bütün olmasa da, böyük hissəsini görsünlər və biz buna hazır idik. Doqquz dövlət və hökumət başçısını biz Xankəndidə, Ağdamda, Şuşada qəbul etməyə hazır idik. Mövcud olan infrastruktur, konfrans zalları, hotellər və digər lazım olan amillər bu imkanı bizə yaratmışdır.
Azərbaycanın böyüklüyünün, müdrikliyinin, məsuliyyətinin göz önündə olduğunu da ölkəmizin başçısı diqqət mərkəzinə çatdırıb. Biz həm 2020-ci ildə, həm 2023-cü ildə, həm də bu illər arasındakı olan hadisələr zamanı güc tətbiq edərək Ermənistana, yəni onlara layiq olan cavabı verə bilərdik. Necə ki, bizim xalqımız əzab-əziyyət içində yaşayıb, necə ki, bizim ərazilərimiz viran olunub, necə ki, bizə qarşı hərbi cinayətlər törədilib, biz də onların şəhərlərini Ağdamın vəziyyətinə qoya bilərdik. Tam rahatlıqla və əminliklə deyə bilərəm ki, heç kim bizi dayandıra bilməzdi. Biz bunu etmədik. Çünki birincisi, bu, nahaq iş olardı. İkincisi, mən tam əmin idim və bilirdim ki, gec-tez müharibə, hərbi qarşıdurma dayanmalıdır və bunu biz dayandırmasaq, bu dayanmayacaq. Bunu güclü tərəf dayandırmalıydı və hətta bu artıq mətbuata da getmişdir, Prezident Trampın müşaviri cənab Vitkof müsahibəsinin birində demişdi ki, Ağ Evdə Prezident Tramp da məndən də soruşdu “Niyə siz dayandınız? Siz güclüydünüz”. Mənim cavabımı da yəqin ki, eşitmisiniz. Ona görə, buna baxmayaraq, hərbi gücün olmalıdır ki, heç kim sənə xor baxmasın, heç kim sənə ziyan vurmasın. Hətta heç kim düşünməsin ki, sənə ziyan vura bilər və bunun cavabını ödəməyəcək.
Cənab prezident müsahibəsində bir çox vacib və əhəmiyyətli məsələlərə toxunub. Sonda bildirib ki, biz hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, həm də xalqın xalqın birliyi var. Güclü Azərbaycan dövləti var.

Mətanət Həsənova

Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də y...
07/01/2026

Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib.
Müsahibəsində dövlət başçısı bu görüşlərin ənənəvi xarakter daşıdığını qeyd edib. Ölkə başçısı bildirib ki, hər ilin əvvəlində görüşərək Azərbaycan ictimaiyyətinə sizin vasitənizlə ilin yekunları ilə bağlı həm məlumat verilir, həm də ki, öz fikirlərimi bir də bölüşmək üçün imkan yaranır.
Qeyd etdiyiniz kimi, keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik.
Ölkə başçısı bir daha bəyan etdi ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır. Əgər olmasa, onda heç bir ölkə uğur qazana bilməz, bu birincisi. İkincisi, həmişə çalışmışam və bu gün də çalışıram populizmdən uzaq olum və mümkün olmayan vədləri verməyim. Mümkün olan inkişafla bağlı Azərbaycan ictimaiyyətini müntəzəm olaraq məlumatlandırıram. Əgər son 20 ilin statistikasına baxsaq, təkcə onu demək kifayətdir ki, minimum əməkhaqqı Azərbaycanda 40 dəfədən çox artıb. Düzdür, ilkin baza çox aşağı idi, amma bu artım da əldə edilmiş vəsait hesabına mümkün olmuşdur. Yəni biz iqtisadi islahatları apararaq, neft-qaz layihələrini icra edərək, ilk növbədə əldə edilən gəlirləri sosial sahəyə yönəldirdik və bu gün də belədir. İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Yəni biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur. Yəni bu, niyyətimizi əyani şəkildə göstərir və bu gün insanların rifah halını yaxşılaşdırmaq üçün sosial siyasət daha dəqiq aparılır.
Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilmişdir.
Burada da Azərbaycan qədər bu sahəyə diqqət yetirən ikinci ölkə yoxdur.
Bərpa olunmuş rayonlarımızda bu gün artıq 70 min insan yaşayır.
Bu mobillik cəmiyyətə yeni bir mədəniyyət gətirəcək. Yəni xüsusilə bugünkü internet dövründə harada iş var gedirəm, orada işləyirəm, orada yaşayıram, orada şərait olmalıdır. Bakıdakı kimi olmasa da, heç olmasa, Bakıya yaxın olan şərait olmalıdır. Yəni məqsəd budur. Bu, deyə bilərəm ki, bir yan məqsəddir. Təbii ki, əsas məqsəd keçmiş köçkünləri oraya qaytarmaqdır. Bu gün artıq 70 min insan orada yaşayır. Təbii ki, onların hamısı köçkün deyil. Ancaq işləyənlər və əksəriyyət köçkün deyil. Otuz iki şəhər və kənddə. Bu il biz orada yaşayanların sayını bir neçə dəfə artıra bilərik. Amma hələ ki, heç bir rəqəm demək istəmirəm. Çünki ola bilir, bəzi hallarda işin icrası uzanır. Amma hesab edirəm ki, ən azı 30-50 kənddə biz insanları yerləşdirə bilərik və beləliklə, ola bilər 120, 130, 140 min əhali bu ilin sonuna qədər orada yaşayacaq, çalışacaq.
Azərbaycan bu gün və gələcək illərdə Avropa istehlakçıları üçün mühüm tərəfdaşdır.
Neft və qazla zəngin olan ölkələrin məsuliyyətinin olması Azərbaycan və digər ölkələr kimi misallarda görünür, çünki onlar, həmçinin yaşıl enerjiyə sərmayə yatırırlar. Beləliklə, düşünürəm ki, hazırda Avropa təsisatları anlayırlar ki, faydalı qazıntıya münasibətdə qorxu aradan qalxmalıdır və praqmatik, realist yanaşma əsas götürülməlidir.
Azərbaycan bu gün və gələcək illərdə Avropa istehlakçıları üçün mühüm tərəfdaşdır. Enerji təhlükəsizliyi baxımından etibarlı təchizatçı kimi rolumuz yalnız artacaq, azalmayacaq, artacaq. Elektrik enerjisini, yaşıl enerjini, hidrogeni, eləcə də yaşıl hidrogeni əlavə etsək, rolumuz daha da böyük olacaq.
Hər bir ölkə üçün elm və təhsilin inkişafının əhəmiyyətindən bəhs edən ölkə başçısı vurğuladı ki, İnkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır və biz də artıq struktur dəyişiklikləri etdik, Elm və Təhsil Nazirliyi yaradıldı. Nə üçün? Çünki faktiki olaraq elm dövlət strukturlarından kənarda qalmışdı. Elmlər Akademiyası təbii ki, artıq uzun illərdir fəaliyyət göstərir və mən də yubiley tədbirlərində iştirak etmişəm. Amma, eyni zamanda, dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsil bir yerdə olmalıdır. Çünki inkişaf etmiş ölkələrin təcrübəsini bilirik. Orada elm daha çox ali məktəblərlə bərabər, yaxud da ki, onların nəzdində inkişaf edir və biz də bu modeli seçmişik. İndi struktur islahatları gedir. Bir çox elmi-tədqiqat institutları bir-biri ilə birləşdirilir. Struktur islahatları ilə paralel olaraq, kadr islahatları da gedir, daha müasir, daha gənc kadrlar önə çəkilir. Burada keyfiyyət əmsalını da tapmaq o qədər də çətin deyil. Bu, dünya təcrübəsində var. Sənin elmi əsərlərin hansı elmi jurnallarda, hansı dərgilərdə nə qədər çap olunub və sənin elmi potensialın bugünkü reallıqlara nə dərəcədə uyğundur. Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, elmi inkişaf etdirmək istəyiriksə, bu islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq. Çünki mən bunu dəfələrlə demişəm, bir daha deyirəm tam şüurlu şəkildə, inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, neftlə, qazla yox. Baxın, neftlə, qazla zəngin olan ölkələrin və inkişaf etmiş ölkələrin vəziyyətinə. Bəli, neftlə, qazla zəngin olan ölkələr arasında uğurlu ölkələr var, çox deyil, amma var. Onların texnologiyaları haradan gəlir? Onlar özləri onları icad edir? Yox, o, beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən gəlir. O da nəyə bağlıdır? Təhsilə, elmə. Sadə məsələdir. Ona görə də biz bu istiqamətdə fəal işləməliyik.
Bizim çoxlu istedadlı gənclərimiz var. İndi həm xaricdə, həm də Azərbaycanda təhsil almış çoxlu gənc mütəxəssisimiz var.
Müxtəlif dövlət proqramları tətbiq olunur. Onlardan biri də bu “Yüksəliş” proqramıdır. Bu da gəncləri daha çox həvəsləndirmək, təşviq etmək, sonra isə dövlət strukturlarına, özəl strukturlara cəlb etmək üçün çox vacibdir. Vaxtilə mənim göstərişimlə xaricdə təhsil alanlar artıq çoxdan qayıdıblar. Çoxları qayıdıb burada çalışır və görürük ki, məsələn, rəhbər vəzifəsinə müasir, bilikli kadr gələndən sonra vəziyyət tamamilə dəyişir. Mən 22 ildir bu kürsüdəyəm. Bütün bu hadisələr mənim gözümün qabağında baş verir və həm yaxşı, həm də p*s təcrübə, hamısı məndədir. Mən onun hamısını yaşamışam və bu da mənə bu gün bu sözləri deməyə imkan verir. Kadr islahatı, elm-təhsil, cəmiyyətin ümumi intellektual səviyyəsi - çünki bunlar olmasa, onda nadir hallarda hansısa istedadlı şəxs meydana gələ bilər. Cəmiyyətin ümumi intellektual səviyyəsi, bilik səviyyəsi yüksək olanda, orada, necə deyərlər, pleyadalar, belə istedadlı şəxsiyyətlər yaranır. Əlbəttə, hər birimiz ölkəmiz üçün ancaq yaxşı günlər arzulayırıq və verdiyiniz bu sual da çox vaxtında verilən sualdır. Bu da ayrıca bir danışığın, yəni söhbətin mövzusudur. Ancaq hesab edirəm ki, biz düzgün yoldayıq və islahatlar davam etdiriləcək.
Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər.
Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur. Hər halda azad edilmiş ərazilərdə özünü doğruldub, yəni gələcək göstərər.

Şəhla İmanzadə

Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanırİlin əvvəlində Prezident İlham Əliyevin yerli televiziya kanalların...
07/01/2026

Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır
İlin əvvəlində Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibələr ictimai rəyin formalaşmasında və siyasi gündəmin şərhində xüsusi əhəmiyyət kəsb edir. Bu format ötən dövrün nəticələrinə ümumiləşdirilmiş baxış təqdim etməklə yanaşı, qarşıdakı mərhələdə əsas götürüləcək strateji istiqamətlərin, prioritetlərin və hədəflərin cəmiyyətə aydın şəkildə çatdırılmasına xidmət edir. Dövlətimizin başçısının 2025-ci ilin yekunlarına həsr olunmuş müsahibəsi bu baxımdan aktual siyasi proseslərin məzmununu əks etdirən mühüm analitik mənbə rolunu oynayır.
Prezident İlham Əliyev çıxışında 2025-ci ilin Azərbaycan tarixində xüsusi yer tutduğunu vurğuladı. Ermənistan-Azərbaycan münaqişəsinin siyasi müstəvidə başa çatması, ölkənin sülh şəraitinə qədəm qoyması və təhlükəsizlik mühitinin möhkəmlənməsi dövlət üçün yeni imkanlar açan əsas amillər kimi təqdim olundu. Dövlət başçısı qeyd etdi ki, müharibədən sülh mərhələsinə keçid yalnız hərbi və siyasi deyil, həm də ictimai-psixoloji və iqtisadi sahələrdə müsbət nəticələr doğurdu. Cəmiyyətdə sabitliyin artması, gələcəyə inamın güclənməsi və sosial əhvali-ruhiyyənin yüksəlməsi bu keçidin real göstəriciləri kimi dəyərləndirildi.
Müsahibənin diqqət çəkən cəhətlərindən biri Prezidentin dövlətçilik məsələlərinə konseptual yanaşması idi. O, siyasi sabitlik və iqtisadi inkişafla yanaşı, milli kimliyin qorunmasının da strateji əhəmiyyət daşıdığını xüsusi vurğuladı. Bu kontekstdə Azərbaycan dili məsələsi müsahibənin ideoloji xəttində önəmli yer tutdu.
Prezidentin fikrincə, Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi deyil, milli kimliyin, dövlətçilik ənənələrinin və tarixi yaddaşın əsas dayağıdır. Dilin xalqı millətə çevirən amil olduğunu, bayraq, gerb və himn kimi dövlət atributları sırasında xüsusi mövqeyə malik olduğunu qeyd etdi. Azərbaycanın əsrlər boyu müxtəlif imperiyaların tərkibində yaşamasına baxmayaraq, ana dilini qoruyub saxlaması xalqın milli iradəsinin gücünü göstərən tarixi nailiyyət kimi qiymətləndirildi.
Prezident İlham Əliyev müstəmləkə dövrlərinin xalqın psixologiyasına müəyyən təsirlər buraxdığını, lakin dilin bu təsirlərə qarşı əsas müqavimət vasitəsi olduğunu bildirdi. O, müasir Azərbaycan dilinin ulu babalarımızın danışdığı dildən mahiyyətcə fərqlənməməsini böyük tarixi uğur kimi dəyərləndirdi və bunu milli özünüdərkin güclü olmasının nəticəsi kimi təqdim etdi.
Müsahibədə qloballaşma şəraitində dilə yönələn risklərə də diqqət çəkildi. Prezident qeyd etdi ki, xarici sözlərin düşünülmədən gündəlik danışıqda və mediada istifadəsi dilin zənginləşməsi deyil, əksinə, onun tədricən zəifləməsinə səbəb olur. Xarici dilləri bilmək müsbət haldır, lakin bu, ana dilinin hesabına olmamalıdır. Dövlət başçısının fikrincə, dilin pozulması milli kimliyin zəifləməsinə, nəticədə isə dövlətçilik düşüncəsinə zərbə vurur.
Prezident İlham Əliyev Azərbaycan dilinin qorunmasında dövlətin məsuliyyətini xüsusi vurğuladı. O, dilin ilk növbədə dövlətin himayəsində olmalı olduğunu bildirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının ana dilini bilməsinin vacibliyi qeyd edildi, xüsusilə xaricdə yaşayan yeni nəsillər üçün bu məsələ prioritet kimi təqdim olundu. Bu məqsədlə onlayn Azərbaycan dili məktəblərinin yaradılması təşəbbüsü gələcəyə yönəlmiş mühüm addım kimi dəyərləndirildi.
Eyni zamanda, medianın, ziyalıların, jurnalistlərin və ictimai rəy formalaşdıran şəxslərin məsuliyyəti ön plana çəkildi. Prezident efir məkanında dilin saflığının qorunmasının vacibliyini vurğulayaraq, yaradıcı insanları bu məsələdə daha həssas olmağa çağırdı. Onun fikrincə, dilin qorunması yalnız qanunvericilik və inzibati tədbirlərlə deyil, ictimai məsuliyyət və milli şüur vasitəsilə mümkündür.
Beləliklə, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə həm ötən dövrün yekunlarının təqdimatı, həm də gələcək inkişaf mərhələsinin ideoloji çərçivəsinin müəyyənləşdirilməsi baxımından siyasi sənəd xarakteri daşıyır. Azərbaycan dili ilə bağlı verilən mesajlar isə dövlətin milli kimlik siyasətinin əsas istiqamətlərindən biri kimi çıxış edir. Dilin qorunması Prezident tərəfindən yalnız mədəni məsələ deyil, milli təhlükəsizlik və dövlətçilik məsələsi kimi təqdim olunur ki, bu da müsahibənin strateji məzmununu daha da gücləndirir.
Yeganə Nəcəfova


2025-ci ilin tarixi dönüşləriAzərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi ənənəvi müsahibə ...
07/01/2026

2025-ci ilin tarixi dönüşləri
Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi ənənəvi müsahibə 2025-ci ilin siyasi və tarixi hadisələrinə geniş işıq saldı. Hər ilin əvvəlində keçirilən bu görüşlər həm ictimaiyyətə ötən ilin yekunları barədə məlumat vermək, həm də dövlət başçısının düşüncələrini paylaşmaq üçün mühüm platforma rolunu oynayır.
Cənab Prezident İlham Əliyev 2025-ci ili Azərbaycan üçün tarixi il kimi qiymətləndirdi. Çünki məhz həmin il Ermənistan-Azərbaycan münaqişəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu. Avqust ayında baş verən dönüşlə Azərbaycan döyüş meydanında qazandığı qələbəni siyasi müstəvidə təsdiqlədi. Bu hadisə müstəqillik tariximizin ən yaddaqalan səhifələrindən biri kimi dəyərləndirilir.
Sülh şəraitində yaşamağın yeni mərhələsi artıq cəmiyyətin siyasi və iqtisadi həyatında öz müsbət təsirlərini göstərməkdədir. Sabitlik, təhlükəsizlik və xoş əhvali-ruhiyyə ölkənin inkişafına güclü stimul verir. Beləliklə, müharibədən sülhə keçid yalnız hərbi qələbə ilə deyil, həm də daxili sabitlik və iqtisadi dirçəlişlə möhkəmləndi.
Müsahibədə xüsusi vurğulanan məqamlardan biri Azərbaycan-Amerika əlaqələrinin yeni mərhələyə qədəm qoyması oldu. Uzun illər iki ölkə münasibətlərinə mənfi təsir göstərən 907-ci düzəlişin ləğvi tarixi hadisə kimi qiymətləndirildi. Prezident İlham Əliyev Ağ Evdə keçirilən mərasimdə ABŞ Prezidenti Donald Trampın bu düzəlişi aradan qaldırmasını rəmzi məna daşıyan mühüm addım kimi təqdim etdi.
Bu addım təkcə siyasi məhdudiyyətlərin aradan qaldırılması ilə kifayətlənmədi, həm də iki ölkə arasında strateji əməkdaşlığın yeni istiqamətlərini açdı. Azərbaycan və ABŞ arasında strateji işçi qrupunun yaradılması, tərəfdaşlıq xartiyasının hazırlanması və Zəngəzur dəhlizinin açılmasının təsdiqlənməsi münasibətlərdə dönüş nöqtəsi oldu.
2025-ci ilin son aylarından etibarən Azərbaycan tərəfindən ABŞ-a bir neçə rəsmi heyət göndərildi. Bu heyətlər strateji xartiyanın hazırlanması, qarşılıqlı sərmayə qoyuluşu, iqtisadiyyat, ticarət, nəqliyyat və hərbi-sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr apardılar. Prezidentin sözlərinə görə, bu proseslər nəticəyə hesablanmış və praktik xarakter daşıyır. Beləliklə, Azərbaycan-Amerika münasibətləri yalnız siyasi müstəvidə deyil, həm də iqtisadi və təhlükəsizlik sahələrində konkret nəticələrə yönəldi.
Müsahibədə 907-ci düzəlişin qəbul olunması ilə bağlı tarixi kontekstə də toxunuldu. 1992-ci ildə qəbul edilən bu düzəliş Azərbaycanın torpaqları işğal altında olduğu, Xocalı soyqırımı baş verdiyi bir dövrdə həyata keçirilmişdi. Prezident İlham Əliyev bunu böyük ədalətsizlik kimi qiymətləndirərək, həmin dövrdəki Azərbaycan hakimiyyətinin səriştəsizliyini xüsusi vurğuladı.
O, həmçinin ovaxtkı ABŞ senatoru, sonradan vitse-prezident və prezident olmuş Co Baydenin bu düzəlişin qəbul edilməsində fəal iştirakını qeyd etdi. Bu faktın Azərbaycan-ABŞ münasibətlərinə uzun illər mənfi təsir göstərdiyi də müsahibədə diqqətə çatdırıldı. Beləliklə, 2025-ci ildə düzəlişin aradan qaldırılması həm tarixi ədalətin bərpası, həm də yeni əməkdaşlıq dövrünün başlanğıcı kimi dəyərləndirildi.
Prezident İlham Əliyevin çıxışlarında torpaq anlayışı sadəcə coğrafi məkan deyil, milli kimliyin, müstəqilliyin və şəhidlərin xatirəsinin simvolu kimi təqdim olunur. Vətən müharibəsi dövründə hər azad edilmiş kənd, hər sancılan bayraq Azərbaycan torpağının bərpası demək idi. Bu yanaşma müharibədən sonrakı dövrdə də öz aktuallığını qoruyur.
Müharibə dövründə torpaq "yaralı" və "zədəli" məna daşıyırdı. Lakin sülh dövründə bu anlayış dəyişdi. Artıq torpaq məhsuldarlığı ilə, əkinçilik imkanları ilə, quruculuq perspektivləri ilə dəyərləndirilir. Qarabağın münbit qara torpaqları ölkənin iqtisadi inkişafı üçün yeni ümidlər yaradır.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, sülh dövrü bizi arxayınlaşdırmamalıdır. "Hər an ayıq olmalıyıq, güclü olmalıyıq" fikri dövlətin müdafiə konsepsiyasının əsasını təşkil edir. Çünki güclü ordu, güclü dövlət və xalqın birliyi Azərbaycanın gələcək təhlükəsizliyinin qarantıdır. Bu yanaşma göstərir ki, sülh dövründə belə ayıqlıq və hazırlıq milli siyasətin ayrılmaz hissəsidir.
Müharibədən sülhə keçid, ABŞ-la münasibətlərdə yeni səhifənin açılması, strateji əməkdaşlıq mexanizmlərinin qurulması və ədalətsiz 907-ci düzəlişin aradan qaldırılması 2025-ci ili Azərbaycan üçün tarixi dönüş ili etdi. Torpaq anlayışının dəyişən məzmunu isə müstəqillik tariximizin yeni mərhələsini simvolizə edir.
Prezidentin sözləri bir daha təsdiqləyir ki, bundan sonra heç vaxt bir qarış torpaq düşmən tapdağı altında qalmayacaq, çünki güclü Azərbaycan dövləti var.
Tutu Kamal qızı


Address

Sumqayıt şəhəri
Sumqayıt Şəhəri
AZ1116

Opening Hours

Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+994777512585

Website

Alerts

Be the first to know and let us send you an email when Zəngilan rayon İHB-nın Yenikənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Zəngilan rayon İHB-nın Yenikənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi:

Share