Şəki MKS-nin 9 N-li kitabxana filialı

Şəki MKS-nin 9 N-li kitabxana filialı Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 N-li kitabxana filialı

12/12/2025
03/12/2025
26/11/2025
26/11/2025
08/11/2025

Azərbaycanın mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

“Azərbaycan torpaqlarının azadlığı, ərazi bütövlüyü və suverenliyinin bərpa olunması, ədalətin bərqərar olması uğrunda xalqımızın apardığı tarixi mübarizənin simvoluna çevrilmiş 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Sizi təbrik edir, Azərbaycan xalqına bəxş etdiyiniz bu Qələbə üçün Sizə sonsuz ehtiram və minnətdarlığımızı bildiririk.

Memarı olduğunuz bu şanlı Zəfər xalqımızın əsrlər boyu daşıdığı ədalət idealının gerçəkliyə çevrilməsi, apardığı haqq mübarizəsinin ali zirvəsi və milli iradənin tarix qarşısında təntənəsidir. Vətən müharibəsi Azərbaycan üçün, sadəcə, hərbi, siyasi, diplomatik qarşıdurma deyil, mənəvi arxetiplərin toqquşması - ədalət və haqsızlığın, mərhəmət və zorakılığın, həqiqət və yalanın qarşılaşdığı sınaq meydanı idi.

Sizin rəhbərliyinizlə işğaldan azad edilmiş torpaqlara “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və bərpa işləri, xalqımızın qurub-yaratmaq əzmini nümayiş etdirir. Qısa zaman ərzində inşa edilən hava limanları, yollar, yaşayış məntəqələri və sosial layihələr müstəqil Azərbaycanın öz gücünə arxalanan inkişaf modelinin göstəricisidir. Bu, həm də müharibədən qalib çıxmış dövlətin sülh, tərəqqi və mədəni dirçəlişə yönəlmiş niyyətinin əksidir.

İşğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni irsin bərpa edilməsi, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri və digər mədəni tədbirlərin bərpası bir daha sübut edir ki, Azərbaycanın Qələbəsi həm də yüksək mədəniyyətin, sarsılmaz ruhun və mənəviyyatın Zəfəridir. Bütün bunlar mühüm mədəniyyət hadisəsi olmaqla yanaşı, həm də milli kimliyin ifadəsi, dövlətçilik ideyalarının mədəni kodda təcəssümü, o cümlədən dövlətin milli-mənəvi, mədəni dəyərlərə verdiyi böyük önəmin təzahürüdür.

Azərbaycan xalqının milli-mədəni irsinin yaşadılması, dünya miqyasında tanıdılması və beynəlxalq mədəni münasibətlər sistemində yüksək səviyyədə təmsil olunması istiqamətində həyata keçirilən işlərə verdiyiniz dəstəyə, göstərdiyiniz qayğı və diqqətə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Möhtərəm cənab Prezident,

Bu əlamətdar və tarixi gündə Sizi ölkəmizin mədəniyyət ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edir, Uca Tanrıdan Sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın firavanlığı və rifahı, dövlətimizin möhkəmlənməsi və intibahı naminə ali və şərəfli fəaliyyətinizdə uğurlar diləyirik”.

08/11/2025

8 Noyabr - Zəfər Günü

Address

Heydər Əliyev Prospekti 216
Sheki
5500

Website

Alerts

Be the first to know and let us send you an email when Şəki MKS-nin 9 N-li kitabxana filialı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category