26/02/2025
Sertifikasiya ilə bağlı növbəti görüş keçirilib
_____________
Şəmkir şəhəri M.Füzuli adına məktəb-liseydə 2025-cü ildə sertifikasiyası keçiriləcək fənn müəllimlərinin təlimatlandırılması üçün ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirilib.
Görüşdə çıxış edənlər sertifikasiya prosesinə hazırlıq və onun əhəmiyyəti, həmçinin bununla əlaqəli digər məsələlər haqqında geniş məlumat veriblər.
Sonda məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.