YAP Şəmkir rayon təşkilatı

YAP Şəmkir rayon təşkilatı YAP Şəmkir rayon təşkilatı

Şəmkir rayon Gigeyna və Epidomologiya mərkəzi Ərazi Partiya təşkilatının sədri Nailə Məmmədova:Neft siyasətinin məntiqi ...
03/06/2026

Şəmkir rayon Gigeyna və Epidomologiya mərkəzi Ərazi Partiya təşkilatının sədri Nailə Məmmədova:

Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı dövlətimizin iqtisadi siyasətinin əsas tərkib hissəsidir. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi dayanıqlı iqtisadi inkişafı şərtləndirir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verməsi bu günümüzə və gələcəyimizə xidmət edən mühüm addım oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ilk gündən bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyi önə çəkildi və ilk Dövlət Proqramı təsdiqləndi.

Şəmkir SES Ərazi Partiya təşkilatının sədri Ziyəddin Cəlilov:Kənd təsərrüfatının inkişafında subsidiyaların böyük əhəmiy...
03/06/2026

Şəmkir SES Ərazi Partiya təşkilatının sədri Ziyəddin Cəlilov:

Kənd təsərrüfatının inkişafında subsidiyaların böyük əhəmiyyəti vardı. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bu məsələyə xüsusi diqqət yönəltdi. Qeyd etdi ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir, o cümlədən güzəştli kreditlər verilir. Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir.

Şəmkir rayonu Aşağı Seyfəli kənd Ərazi Partiya təşkilatının sədri Oruc Qarayev:Müşavirədə ölkəmizdə bu günədək görülən v...
03/06/2026

Şəmkir rayonu Aşağı Seyfəli kənd Ərazi Partiya təşkilatının sədri Oruc Qarayev:

Müşavirədə ölkəmizdə bu günədək görülən və qarşıdakı dövrdə görüləcək işlərə diqqət yönəldildi. Onu da qeyd edək ki, azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində də diqqətdə saxlanılan əsas məsələlərdən biri əhalinin məşğulluğunun təmin edilməsidir ki, bunun üçün həmin ərazilərin malik olduğu iqtisadi potensial nəzərə alınır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əsas hədəflər və onların icra mexanizmləri öz əksini tapıb”.

Şəmkir rayon Statistika, Dövlət Əmək Müfəttişliyi Ərazi Partiya təşkilatının sədri Şikar Həsənov:Əlbəttə ki, rayonlaşma ...
03/06/2026

Şəmkir rayon Statistika, Dövlət Əmək Müfəttişliyi Ərazi Partiya təşkilatının sədri Şikar Həsənov:

Əlbəttə ki, rayonlaşma məsələləri çox önəmlidir. Bəzi hallarda bir rayonda fərqli torpaq sahələrində torpağın keyfiyyəti də fərqlidir. “Ona görə demək ki, filan rayonda ancaq bu məhsul yetişdirilsin, başqa məhsul yetişdirilməsin, düzgün olmaz” söyləyən cənab İlham Əliyev əlavə etdi ki, hər bir sahə üzrə dəqiq analiz aparılarkən onun elektron versiyası, müxtəlif dəqiqləşdirmə üsulları, yeni texnologiyalardan istifadə edilməlidir. İxrac imkanlarının genişləndirilməsi də əsas çağırışlar sırasında oldu.

Şəmkir rayon Könüllü kənd Ərazi Partiya təşkilatının sədri Məhəmməd Salahov:Cənab İlham Əliyev müşavirədə qarşıdakı dövr...
03/06/2026

Şəmkir rayon Könüllü kənd Ərazi Partiya təşkilatının sədri Məhəmməd Salahov:

Cənab İlham Əliyev müşavirədə qarşıdakı dövrün hədəflərini diqqətə çatdırdı. Bildirdi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar. Torpaqlardan səmərəli istifadə məsələsi əsasdır. Məqsəd məhsuldarlığı maksimum artırmaq və torpaqların dəqiq analizini aparmaqdır ki, hansı ərazidə hansı torpaq sahəsində hansı məhsulun yetişdirilməsi daha məqsədəuyğun ola bilər.

Şəmkir rayon Xuluf kənd Ərazi Partiya təşkilatının sədri Könül Həsənova:Dövlət Proqramının icrası nəticəsində aqrar sahə...
03/06/2026

Şəmkir rayon Xuluf kənd Ərazi Partiya təşkilatının sədri Könül Həsənova:

Dövlət Proqramının icrası nəticəsində aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixrac potensialının yüksəldilməsi, müasir və intensiv istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsi, kənd yerlərində dayanıqlı məşğulluq və gəlir imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin və ekoloji dayanıqlılığın möhkəmləndirilməsi, eləcə də kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin innovativ, yüksək məhsuldarlığa əsaslanan və rəqabətqabiliyyətli inkişaf modelinə keçidin təmin edilməsi nəzərdə tutulur.

Şəmkir rayon Keçili  kənd Ərazi  Partiya təşkilatının sədri Mansur Quliyev:Bu sənəd 2026-2030-cu illərdə aqrar sahədə da...
03/06/2026

Şəmkir rayon Keçili kənd Ərazi Partiya təşkilatının sədri Mansur Quliyev:

Bu sənəd 2026-2030-cu illərdə aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsini, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur.

Şəmkir rayon Sabirkənd kənd Ərazi Partiya təşkilatının sədri İdris Əbdürrəhmanov:Kənd təsərrüfatı məhsullarının istehsal...
03/06/2026

Şəmkir rayon Sabirkənd kənd Ərazi Partiya təşkilatının sədri İdris Əbdürrəhmanov:

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması və yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi tədbirləri hesabına Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar hazırlanıb.

Şəmkir rayon Zəyəm-Qəsəbə Ərazi Partiya təşkilatının sədri Natiq Əliyev:Görülən və görüləcək tədbirlər kənd təsərrüfatın...
03/06/2026

Şəmkir rayon Zəyəm-Qəsəbə Ərazi Partiya təşkilatının sədri Natiq Əliyev:

Görülən və görüləcək tədbirlər kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunmasına və qeyri-neft sektorunun iqtisadiyyatda rolunun daha da gücləndirilməsinə xidmət edir: “Dövlət başçısı İlham Əliyevin 25 may 2026-cı il tarixli “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncamı da özündə mühüm məqamları ehtiva edir.

Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsi Ərazi  Partiya təşkilatının sədri Nuranə Əmiraslanova:Prez...
03/06/2026

Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsi Ərazi Partiya təşkilatının sədri Nuranə Əmiraslanova:

Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş son müşavirə ölkəmizin aqrar sektorunun gələcək inkişaf xəritəsini cızan tarixi bir hadisə oldu. Dövlət başçısının çıxışında səsləndirdiyi dərin təhlillər, konkret rəqəmlər və qarşıya qoyulan strateji hədəflər birmənalı olaraq təsdiqləyir ki, Azərbaycanın iqtisadi müstəqilliyi və ərzaq təhlükəsizliyi dövlət siyasətinin ən ali prioritetidir. Bu müşavirə sadəcə növbəti bir hesabat deyil, Azərbaycan kəndinin və regionlarımızın yeni intibah dövrünün anonsudur.

Address

Nizami Küçəsi/110
Shamkhor
AZ5700

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994502958299

Alerts

Be the first to know and let us send you an email when YAP Şəmkir rayon təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share