Şamaxı RİH başçısının Adnalı kənd İƏD üzrə nümayəndəliyi

Şamaxı RİH başçısının Adnalı kənd İƏD üzrə nümayəndəliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Şamaxı RİH başçısının Adnalı kənd İƏD üzrə nümayəndəliyi, Government Organization, Adnalı, Shamakhy.

Qaranlığa nur saçan alim15 aprel Akademik Zərifə Əziz qızı Əliyevanın anım günüdür.O, qaranlığa nur saçırdı. İşığı oftal...
14/04/2025

Qaranlığa nur saçan alim

15 aprel Akademik Zərifə Əziz qızı Əliyevanın anım günüdür.

O, qaranlığa nur saçırdı. İşığı oftalmologiya elminin ən çətin sahələrində, yüksək mənəviyyatını qoruyub saxlayan neçə-neçə şirin xatirələrdə bu gün də görünür. Daim böyük minnətdarlıqla xatırlanır və insanlarımızın sağlamlığı keşiyində göstərdiyi fədakarlıqlar heç zaman unudulmur.
Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində- dövrünün görkəmli dövlət və ictimai-siyasi xadimi, elm fədaisi, böyük şəxsiyyət Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdı. Hələ kiçik yaşlarından xarakterindəki oxuyub-öyrənmək həvəsi, daxili nizam-intizam, çalışqanlıq kimi müsbət keyfiyyətlər özünü büruzə vermişdi. Orta təhsil illərində yiyələnəcəyi peşəni özü seçmişdi. Gələcək taleyini tibb elminə həsr etmək idi.
Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Həmin dövrdə oftalmologiya elmi qarşısında ən mühüm vəzifə respublika əhalisi arasında geniş yayılmış və çiddi sağlamlıq fəsadlarına yol açan traxoma infeksion xəstəliyi ilə mübarizə üçün effektiv müalicə üsullarının tapılması idi. Bu, gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan xəstəlik idi.
O, nursuz gözlərə işıq paylamaq, təbiətin əsrarəngiz gözəlliyinə həsrət qalan insanlara həyat eşqi qaytarmaq arzusu ilə Moskva şəhərinə gedir, orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. Daha sonra Vətənə qayıdıb, 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. Zərifə xanımın elmi fəaliyyətinin ilk mərhələsi, onu dərindən düşündürən traxoma infeksion xəstəliyinin müalicəsi ilə bağlı olur. 1960-1967-ci illərdə Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. O, traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda bu xəstəliyin daha geniş yayıldığı rayonlarda maarifləndirici işlər aparır. Uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda göstərdiyi xüsusi xidmət, həm də onun xeyirxah, nəcib, mərhəmətli qəlibinin genişliyindən xəbər verirdi.
Z.Əliyeva 1960-cı ildə «Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi» mövzusunda namizədlik dissertasiyanı müdafiə edir. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verir.
Zərifə xanım Əliyevanın taleyinə yazılan qəribəliklərdən, bəlkə də daha çox qürurverici məqamlardan biri də bu olur ki, o, 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Onun üçün çox duyğusal hal o idi ki, həmin ali təhsil ocağı ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin- Zərifə xanımın atasının adını daşıyırdı.
Həmin dövr Zərifə xanımın bir həkim kimi, eyni zamanda elmi tədqiqatçı kimi fəaliyyətinin ən məhsuldar illərini əhatə edir. Onun oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi- görmə orqanının patologiyası, diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi kimi məsələlərə həsr etdiyi elmi araşdırmaları mütəxəssislər tərəfindən böyük marala qarşılanır və yüksək qiymətləndirilir.
«Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində- H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda böyük müvəffəqiyyətlə müdafiə edir və 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülür. Bu, oftalmologiyanın həmin sahəsində ilk elmi işlərdən biri idi.
Bir qədər sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçiləndə də, istərsə 1983-cü ildə həmin kafedranın müdiri olanda da ətrafına topladığı istedadlı gənc həmkarları ilə elmi-tədqiqat işini davam etdirir. Zərifə xanım elmi araşdırmalarını sistemləşdirib dərs vəsaitləri şəklində (məsələn, “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və s.) həkim-oftalmoloqlara çatırır. Bunun davamı olaraq Zərifə xanım bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdir. Daktriologiyadan bəhs edən “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edir. Zərifə xanım Əliyevanın müəlliflərindən biri olduğu fundamental “Terapevtik oftalmologiya” kitabı bu gün də hər bir oftalmoloqun ən çox müracət etdiyi stolüstü kitabdır. 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə­ri­nin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl­lifi olması, bu görkəmli alimin elmi təfəkkürünün dərinliyindən xəbər verir. Zərifə xanımın “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə alimin dəyərli töhfəsi idi.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata- SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülür. 1983-cü ildə isə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilir. “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülür.
Zərifə xanımın həkimlik sənəti ilə bağlı söylədiyi “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır” fikrini daim qəlbində gəzdirdi, ondan şəfa diləyənlərdən səmimiyyətini əsirgəmədi. Bütün bilik və bacarığı ilə onların ümidlərini doğrultmağa çalışdı. Ən qiymətli vaxtını onlara həsr etməkdən usanmadı.
Görkəmli alim doğma ocağını, ailəsini də nuru ilə işıqlandırmağı, isitməyi bacarırdı. Xalqımızın dahi oğlu, Ümummilli ider Heydər Əliyev yazırdı ki, Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam.
Dəyərli akademik Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında- 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişmişdir. 1994-cü ildə cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.
Prezident İlham Əliyev xatırlayır ki, Zərifə xanım ömrünün son günlərində də ürəyinin işığını itirmədi. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi.
Xalqımız qaranlıqlara nur saçmış fədakar alimimiz akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini daim uca tutur, onu sonsuz sevgilər, minnətdarlıq duyğuları ilə anır.

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mövqeyi güclənirAprelin 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhl...
07/04/2025

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mövqeyi güclənir

Aprelin 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib.

Prezident İlham Əliyev toplantıda çıxış edərək qeyd edib: “İndi Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP həmin bu dəhlizin 3 ayrılmaz hissəsidir.Onlar tam iş gücündə işləyir və biz onları genişləndirməliyik”,-deyən dövlətimizin başçısı əlavə edib ki, əlbəttə, bunun üçün bizə maliyyələşmə lazımdır. Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq. Biz dəfələrlə bunu qeyd etdik ki, beynəlxalq maliyyə təsisatları, o təsisatlar ki, məhz faydalı qazıntılar üçün layihələrin maliyyələrinin dayandırılması qərarına gəlmişdilər, bəlkə də bu siyasəti dayandırsınlar.
Prezident İlham Əliyev vurğulayıb ki, bu gün heç vaxt olmadığı qədər enerji təhlükəsizliyi milli təhlükəsizliyin, ölkələrin təhlükəsizliyinin ayrılmaz bir hissəsidir və bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik. “Çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır”, - Prezident İlham Əliyev qeyd edib.
Dövlət başçımızın sözlərinə görə, bu gün Azərbaycan təbii qazı 12 ölkəyə çatdırır. Onlardan 10-u Avropa ölkəsidir, səkkizi isə Avropa İttifaqının üzvləridir: “Bizim qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki biz artıq qazpaylama şəbəkəsinin yaradılmasında bəzi Avropa ölkələrində işləyirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir. Azərbaycan bunu etməyi planlaşdırır. Beləliklə, bizim qaz təchizatının coğrafiyası birmənalı olaraq genişlənəcək”.
Dövlət başçısının sözlərinə görə, “Azəri-Çıraq-Günəşli”, “Abşeron” və “Şahdəniz” bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir: “Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacaq. Beləliklə, müqavilələr artıq imzalanıb, işçi proqram təsdiqlənib. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənub Qaz Dəhlizi – bütün bu işlər qeyd etdiyim kimi, bütün iştirakçılarla əməkdaşlıq sayəsində görülmüşdür”.
Cənub Qaz Dəhlizi artıq 4 ildir ki, fəaliyyət göstərir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevirilməsinə imkan yaradıb. Cənub Qaz Dəhlizi qaz tədarükünü ikiqat artırmaq potensialına malikdir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, “Bu Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir”.Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı.
Prezident İlham Əliyev vurğulayıb ki, biz nəhəng hasisat və nəqletmə layihələrinin icrasını mümkün etmiş korporativ maliyyələşmə, o cümlədən borca götürülmüş pul vəsaitlərinin kombinasiyasında böyük təcrübəyə malikik. AÇG, “Şahdəniz” və “Abşeron”- bütün bunlar bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır.Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacaq. Beləlik lə,müqavilələr artıq imzalanıb, işçi proqramı təsdiqlənib. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənub Qaz Dəhlizi bütün iştirakçılarla əməkdaşlıq sayəsində görülmüşdür.
Bu gün “Azəri-Çıraq-Günəşli” və “Abşeron”, “Şahdəniz” bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir. “Şahdəniz” təhlükəsiz və səmərəli şəkildə qaz hasilatını davam etdirir ki, bununlada Azərbaycanın Avropa və regional bazarlar qarşısındakı öhdəliyinin yerinə yetirilməsinə dəstək verir.
Avropada istifadəyə verilmiş interkonnekktor layihələrinin təməlində, ilk növbədə Cənub Qaz Dəhlizi layihələrinin təməlində, Cənub Qaz Dəhlizi dayanır.İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcək. Azərbaycan etibarlı tərəfdaş artıq sübut edir.
Dövlətimizin başçısının siyasi iradəsi nəticəsində mümkün olan Cənub Qaz Dəhlizinin Avropa üçün ən vacib təşəbbüslərdən biridir. Sirr deyil ki, qaz axını Avropaya Cənub Qaz Dəhlizindən gedir. “Azəri-Çıraq-Günəşli”, “Abşeron”, “Şahdəniz” bir çox ölkələrin energi təhlükəsizliyinə töhfə verir.
Prezident İlham Əliyev qarşıda duran vəzifələrə də toxunub: “Biz əmin olmalıyıq ki, bunun üçün hələ bir neçə il bazar olacaq... Əgər bizdə belə bir təminat olmasa, onda investorlar və ölkələr sərmayə yatırmayacaqlar. Beləliklə, təbii qazın böyük qıtlığı yaranacaq. Bizim ehtiyatlar isə məlumdur.Biz bu il yeni yataqlarda, əsasən “Azəri-Çıraq-Günəşli” Dərin Qaz Strukturunda yeni hasilatın başlamasını gözləyirik.”
Hazırda Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir.Lakin zaman onun genişləndirilməsi zərurətini gündəmə gətirir və bizim üçün maliyyələşmə lazımdır. Odur ki, dövlət başçımız qeyd edib: “Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq. Biz dəfələrlə bunu qeyd etdik ki, beynəlxalq maliyyə təsisatları ki, məhz faydalı qazıntılar üçün layihələrin maliyyələrinin dayandırılması qərarına gəlmişdilər, bəlkə də bu siyasəti dayandırsınlar”.
Prezident İlham Əliyevin strateji baxışı çərçivəsində Azərbaycan yalnız qaz ixracatçısı kimi deyil, həm də “yaşıl enerji” potensialı var və “yaşıl gündəliyi”miz artıq hamıya bəllidir. Qarabaq və Şərqi Zəngəzur, eləcə də Naxçıvan MR “yaşıl enerji” zonaları elan edilib. “Yaşıl enerji” layihələri bu regionlarla yanaşı, digər şəhər və bölgələrimizə də addımlamaqdadır. Bu sahədə son dövrlər bir sıra yeni müqavilələr imzalanıb.
Dövlət başçısı İlham Əliyevin enerji siyasəti davamlı inkişafın təmin edilməsində, xarici investisiyaların cəlb olunmasında, dövlətimizin regionda və onun hüdudlarından kənarda enerji əməkdaşlığının aparıcı qovşağı kimi mövqeyinin möhkəmləndirilməsində mühüm rol oynayır. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti uzaqgörən və davamlı inkişaf prinsiplərinə əsaslanır. Məhz bunun nəticəsidir ki, bu gün Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib, ölkəmiz beynəlxalq enerji bazarında etibarlı tərəfdaş mövqeyini daha da göcləndirir.
Tədbir çərçivəsində Azərbaycan lideri ölkəmizin qaz təczihatının Avropa coğrafiyasında genişləyəcəyindən, qazpaylama şəbəkəsinin yaradılması istiqamətində bəzi Avropa ölkələrində işlərin aparıldığından bəhs edib. Prezident İlham Əliyev investorlarla müqavilələrin imzalandığını da vurğulayıb: “Bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd etdiyim kimi, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldəcəyik. Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, biz artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq”- deyə dövlətimizin başçısı bildirib.

Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər.
Toplantı açılış sessiyasından sonra işini nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam etdirib.
Həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa keçirilib. Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq üzrə sənədlər imzalanıb.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bə...
22/01/2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, Prezident İlham Əliyevin milli maraqlarla bağlı qətiyyətli mövqeyi, müstəqil siyasət yürütməsi beynəlxalq münasibətlər sistemində yeni reallıqlar yaradıb. Azərbaycanla Gürcüstanın qarşılıqlı faydalılıq prinsipinə söykənən strateji tərəfdaşlığı, mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətləri hər iki ölkəni Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və inkişafın sarsılmaz nümunəsinə çevirib.
Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışında Gürcüstanın Baş naziri ilə müntəzəm xarakter alan görüşlərindən məmnunluğunu qeyd edib və Bakıda keçirilən COP29 konfransında iştirak etdiyinə görə ona bir daha təşəkkürünü bildirib.
Dövlət başçısı dost ölkənin Baş nazirinin 10 ay ərzində Azərbaycana üçüncü səfərini özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunun göstəricisi kimi dəyərləndirib. Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra onun ilk xarici səfərini ölkəmizə etməsini xüsusi qeyd edən Prezident İlham Əliyev “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Baş nazir İrakli Kobaxidzeyə təbriklərini çatdırıb.
Bəyanatlarda qeyd olunub ki, hər iki xalqı əsrlərin sınağından çıxmış dostluq, mehriban qonşuluq, qardaşlıq bağları birləşdirir. Bu ənənələrin bu gün də yaşaması, ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə uğurla inkişaf etməsi dostluq münasibətlərinin sarsılmazlığının əyani sübutudur.
Prezident İlham Əliyev çıxışında ikitərəfli əlaqələr sistemində iqtisadi sahədə qazanılan uğurlara diqqət çəkib, yaxşı nəticələrə nümunə olaraq bildirib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Qonşu ölkənin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, ölkədə çox müsbət sərmayə iqliminin yaradılması bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.
Dövlət başçısı İlham Əliyev çıxışında iki ölkə arasındakı energetika sahəsindəki əməkdaşlığı həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir və bu, beynəlxalq əhəmiyyətli mühüm faktdır. Bu gün Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi- ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür.
Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqların mövcudluğu getdikcə təbii qazın ixracının artması perspektivini şərtləndirir və bu, hər iki ölkə üçün yeni iqtisadi artımlar vəd edir. İki ölkənin birlikdə həyata keçirdikləri yaşıl enerji layihələri də uğurla icra edilir.
Orta Dəhliz layihəsində də Azərbaycan və Gürcüstan yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. İki dost ölkə Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.
Bəyanatlarda qeyd olunub ki, dünyada cərəyan edən proseslərin və qlobal hadisələrin ölkələrimizə təsiri var. Bu səbəbdən də Azərbaycan və Gürcüstan hər bir çağırışla bağlı birlikdə çalışmalıdır. Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik müstəsna əhəmiyyətə malikdir. Bu sabitliyi təmin etmək üçün maksimum birgə səy göstərilməlidir.
Dövlətimizin başçısı çıxışında ikitərəfli əlaqələr sistemində daha bir sahəyə diqqət çəkib. Nəqliyyat infrastrukturunun hər iki ölkədə genişləndirilməsi, nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihələrinin paralel reallaşdırılması ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər deməkdir.
Azərbaycanla Gürcüstanın nümayiş etdirdikləri birlik, bərabərlik, həmrəylik hər iki dövlətin müstəqil inkişaf və milli təhlükəsizlik konsepsiyasından çıxış etməsi, bölgəni öz geosiyasi maraqlarının döyüş meydanına çevirmək istəyən qüvvələrin növbəti dəfə məğlubiyyətə düçar olması kimi də qiymətləndirilə bilər.

21/01/2025

1990-cı ilin Yanvar faciəsinə aparan yol azərbaycanlıların ötən əsrin 80-ci illərinin sonlarında Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyaya məruz qaldıqları vaxtdan başladı. Elə həmin illərdə də Qarabağın Ermənistana birləşdirilməsi cəhdlər...

20/01/2025
20/01/2025
19/01/2025

Address

Adnalı
Shamakhy
5600

Website

Alerts

Be the first to know and let us send you an email when Şamaxı RİH başçısının Adnalı kənd İƏD üzrə nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share