Şamaxı RİH başçısının Göylər kənd İƏD üzrə nümayəndəliyi

Şamaxı RİH başçısının Göylər kənd İƏD üzrə nümayəndəliyi Şamaxı rayonunun rayon mərkəzindən sonra ən böyük yaşayış məntəqəsi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bə...
23/01/2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, Prezident İlham Əliyevin milli maraqlarla bağlı qətiyyətli mövqeyi, müstəqil siyasət yürütməsi beynəlxalq münasibətlər sistemində yeni reallıqlar yaradıb. Azərbaycanla Gürcüstanın qarşılıqlı faydalılıq prinsipinə söykənən strateji tərəfdaşlığı, mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətləri hər iki ölkəni Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və inkişafın sarsılmaz nümunəsinə çevirib.
Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışında Gürcüstanın Baş naziri ilə müntəzəm xarakter alan görüşlərindən məmnunluğunu qeyd edib və Bakıda keçirilən COP29 konfransında iştirak etdiyinə görə ona bir daha təşəkkürünü bildirib.
Dövlət başçısı dost ölkənin Baş nazirinin 10 ay ərzində Azərbaycana üçüncü səfərini özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunun göstəricisi kimi dəyərləndirib. Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra onun ilk xarici səfərini ölkəmizə etməsini xüsusi qeyd edən Prezident İlham Əliyev “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Baş nazir İrakli Kobaxidzeyə təbriklərini çatdırıb.
Bəyanatlarda qeyd olunub ki, hər iki xalqı əsrlərin sınağından çıxmış dostluq, mehriban qonşuluq, qardaşlıq bağları birləşdirir. Bu ənənələrin bu gün də yaşaması, ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə uğurla inkişaf etməsi dostluq münasibətlərinin sarsılmazlığının əyani sübutudur.
Prezident İlham Əliyev çıxışında ikitərəfli əlaqələr sistemində iqtisadi sahədə qazanılan uğurlara diqqət çəkib, yaxşı nəticələrə nümunə olaraq bildirib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Qonşu ölkənin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, ölkədə çox müsbət sərmayə iqliminin yaradılması bütün investorları həvəsləndirir.

20/01/2025
18/01/2025

Address

Şamaxı Rayon Göylər Kəndi
Shamakhy
5615

Website

Alerts

Be the first to know and let us send you an email when Şamaxı RİH başçısının Göylər kənd İƏD üzrə nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share