Şamaxı RİH başçısının Dədəgünəş kənd İƏD üzrə nümayəndəliyi

Şamaxı RİH başçısının Dədəgünəş kənd İƏD üzrə nümayəndəliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Şamaxı RİH başçısının Dədəgünəş kənd İƏD üzrə nümayəndəliyi, Government Website, Dədəgünəş, Shamakhy.

https://shirvanqazeti.az/samaxi-ih/1293-2-fevral-azrbaycan-gnclri-gndr.html
03/02/2025

https://shirvanqazeti.az/samaxi-ih/1293-2-fevral-azrbaycan-gnclri-gndr.html

“Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır.” - Ulu Öndər Heydə...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bə...
22/01/2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, Prezident İlham Əliyevin milli maraqlarla bağlı qətiyyətli mövqeyi, müstəqil siyasət yürütməsi beynəlxalq münasibətlər sistemində yeni reallıqlar yaradıb. Azərbaycanla Gürcüstanın qarşılıqlı faydalılıq prinsipinə söykənən strateji tərəfdaşlığı, mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətləri hər iki ölkəni Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və inkişafın sarsılmaz nümunəsinə çevirib.
Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışında Gürcüstanın Baş naziri ilə müntəzəm xarakter alan görüşlərindən məmnunluğunu qeyd edib və Bakıda keçirilən COP29 konfransında iştirak etdiyinə görə ona bir daha təşəkkürünü bildirib.
Dövlət başçısı dost ölkənin Baş nazirinin 10 ay ərzində Azərbaycana üçüncü səfərini özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunun göstəricisi kimi dəyərləndirib. Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra onun ilk xarici səfərini ölkəmizə etməsini xüsusi qeyd edən Prezident İlham Əliyev “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Baş nazir İrakli Kobaxidzeyə təbriklərini çatdırıb.
Bəyanatlarda qeyd olunub ki, hər iki xalqı əsrlərin sınağından çıxmış dostluq, mehriban qonşuluq, qardaşlıq bağları birləşdirir. Bu ənənələrin bu gün də yaşaması, ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə uğurla inkişaf etməsi dostluq münasibətlərinin sarsılmazlığının əyani sübutudur.
Prezident İlham Əliyev çıxışında ikitərəfli əlaqələr sistemində iqtisadi sahədə qazanılan uğurlara diqqət çəkib, yaxşı nəticələrə nümunə olaraq bildirib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Qonşu ölkənin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, ölkədə çox müsbət sərmayə iqliminin yaradılması bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.
Dövlət başçısı İlham Əliyev çıxışında iki ölkə arasındakı energetika sahəsindəki əməkdaşlığı həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir və bu, beynəlxalq əhəmiyyətli mühüm faktdır. Bu gün Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi- ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür.
Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqların mövcudluğu getdikcə təbii qazın ixracının artması perspektivini şərtləndirir və bu, hər iki ölkə üçün yeni iqtisadi artımlar vəd edir. İki ölkənin birlikdə həyata keçirdikləri yaşıl enerji layihələri də uğurla icra edilir.
Orta Dəhliz layihəsində də Azərbaycan və Gürcüstan yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. İki dost ölkə Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.
Bəyanatlarda qeyd olunub ki, dünyada cərəyan edən proseslərin və qlobal hadisələrin ölkələrimizə təsiri var. Bu səbəbdən də Azərbaycan və Gürcüstan hər bir çağırışla bağlı birlikdə çalışmalıdır. Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik müstəsna əhəmiyyətə malikdir. Bu sabitliyi təmin etmək üçün maksimum birgə səy göstərilməlidir.
Dövlətimizin başçısı çıxışında ikitərəfli əlaqələr sistemində daha bir sahəyə diqqət çəkib. Nəqliyyat infrastrukturunun hər iki ölkədə genişləndirilməsi, nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihələrinin paralel reallaşdırılması ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər deməkdir.
Azərbaycanla Gürcüstanın nümayiş etdirdikləri birlik, bərabərlik, həmrəylik hər iki dövlətin müstəqil inkişaf və milli təhlükəsizlik konsepsiyasından çıxış etməsi, bölgəni öz geosiyasi maraqlarının döyüş meydanına çevirmək istəyən qüvvələrin növbəti dəfə məğlubiyyətə düçar olması kimi də qiymətləndirilə bilər.

https://shirvanqazeti.az/samaxi-ih/1289-20-yanvar-facisinin-35-ci-ildnmdr.html
21/01/2025

https://shirvanqazeti.az/samaxi-ih/1289-20-yanvar-facisinin-35-ci-ildnmdr.html

1990-cı ilin Yanvar faciəsinə aparan yol azərbaycanlıların ötən əsrin 80-ci illərinin sonlarında Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyaya məruz qaldıqları vaxtdan başladı. Elə həmin illərdə də Qarabağın Ermənistana birləşdirilməsi cəhdlər...

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şamaxı şəhərində anım mərasimi keçirilib.Şamaxı Şəhidlər Xiyabanında 20...
21/01/2025

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şamaxı şəhərində anım mərasimi keçirilib.

Şamaxı Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak edib.
Öncə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının ruhlarına dualar oxunub, rayon rəhbərliyi tərəfindən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub, məzarlar üzərinə tər çiçəklər düzülüb.
Daha sonra Qanlı Yanvar faciəsində şəhid olmuş rayon sakinləri Məmmədov Vidadi Üzeyir oğlu və İsrayılov Ağanəzər Araz oğlunun Şamaxı şəhərinin Yeddi Günbəz və Laləzar qəbiristanlıqlarındakı məzarları ziyarət edilib və ailələrinə başsağlığı verilib.
Anım gününə həsr olunmuş dəyirmi masada çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Ağarza Bayramov, şəhid anası Güllü Babaşova, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazısı Hacı Mərəhməd Mustafayev, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, rayon Ağsaqqallar Şurasının sədri Mail Alıcanov və YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilmiş 20 Yanvar faciəsinin bəşəriyyət tarixində ən faciəli günlərdən biri olduğunu vurğulayaraq Azərbaycan xalqına, dinc, silahsız insanlara qarşı həyata keçirilən hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildiriblər. Natiqlər həmçinin xalqımızın hər il 20 Yanvar şəhidlərinin əziz xatirəsini dərin ehtiramla yad etdiyini, bu qanlı tarix barədə həqiqətlərin, eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığının bütün dünyaya çatdırıldığını vurğulayıblar.
Saat 12:00-da respublikanın hər yerində olduğu kimi Şamaxı rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqəlik dayandırılıb, dövlət bayraqları endirilib.

Address

Dədəgünəş
Shamakhy

Website

Alerts

Be the first to know and let us send you an email when Şamaxı RİH başçısının Dədəgünəş kənd İƏD üzrə nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share