Şamaxı Rayon Mədəniyyət Mərkəzi

Şamaxı Rayon Mədəniyyət Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Şamaxı Rayon Mədəniyyət Mərkəzi, Government Organization, Nəriman, . Nərimanov 80, Shamakhy.

26 may 2026-cı il tarixdə Şamaxı rayon Mədəniyyət Mərkəzində 28 May-Müstəqillik Günü münasibətilə Bakı Media Mərkəzinin ...
26/05/2026

26 may 2026-cı il tarixdə Şamaxı rayon Mədəniyyət Mərkəzində 28 May-Müstəqillik Günü münasibətilə Bakı Media Mərkəzinin istehsalı olan "Son İclas"bədii-sənədli filmi təqdim olunub.

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı barədə.Kənd təsərrüfatı sahəsinə d...
26/05/2026

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı barədə.

Kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir.

Hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk təşəbbüslərimdən biri regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi.
2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi.

Bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi.
Bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi;
Azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir.
Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirməliyəm ki, bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir.

Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir.
Məsələn, əgər pambıqçılığı götürsək, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Həm məhsuldarlıq çox aşağı səviyyədə idi, təqribən hektardan maksimum bir ton, köhnə dillə desək 10 sentner. Azərbaycanda pambıq istehsalı 20 min tona düşmüşdü. Görülmüş tədbirlər, ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb. Bu gün son nəticələrə görə 360 min tondan çox pambıq istehsal edilmişdi və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur.

Baramaçılıq faktiki olaraq əldən getmişdi. Görülmüş tədbirlər və dövlət dəstəyi nəticəsində biz baramaçılığı da bərpa etdik. Bununla bağlı olan ipəkçilik də inkişaf etməyə başlamışdı. Belə misallar çoxdur, yəni çox vaxt itirmək istəmirəm. Sadəcolaraq, bildirməliyəm ki, bizim bir çox istiqamətlər üzrə nəzərdə tutduğumuz vəzifələr icra edildi.

Ancaq buna baxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun. Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir.

Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın.
İkinci vacib amil, - bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müzakirələrində də bu öz əksini tapmışdır, - genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axın. Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Qeyd etdiyim Regional İnkişaf Proqramının və proqramlarının, - dediyim kimi, bir neçə proqram qəbul edilmişdir, - məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır.

Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələrini də uğurla icra etmişik.
Bizim bütün rayon mərkəzlərində, şəhərlərdə müasir xəstəxanalar var, məktəb tikintisi geniş vüsət almışdır. Düzdür, hələ yararsız vəziyyətdə məktəblər var, amma onların sayı ildən-ilə azalır. Bizim 4 mindən çox məktəbimiz var, bəlkə də bir az az, bir az çox. Onların təqribən deyə bilərəm ki, 80-85, bəlkə də 90 faizi təmir edilib, nə qədər məktəb tikilib. Ona görə bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı etmək üçün biz kənd təsərrüfatının inkişafına yeni təkan verməliyik.
Biz xarici investorları da həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik.

Çünki bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər. Biz, əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq, eyni zamanda, biz xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik. Ona görə burada səsləndirəcəyim rəqəmlər həm yerli, həm xarici investorlara bir mesajdır.

Beləliklə, bizim istehsalımızla bağlı özümüzü təminetmə əmsalı və bəzi rəqəmlər səsləndiriləcək. Buğda istehsalı. Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır.
Digər dənlilər üzrə vəziyyət prinsip etibarilə müsbətdir, özümüzü 95 faiz təmin edirik və idxal da çox cüzidir.

Daxili istehsal 23 min ton, idxal 15 min ton. Yəni özümüzü təminetmə indeksi 63 faizdir. Kartof. Özümüzü 91 faiz təmin edirik, 160 min ton idxal edirik. Ancaq onu da bildirməliyəm ki, 71 min ton da ixrac edirik. Ona görə burada, yəni kəsir o qədər də böyük deyil. Kartof istehsalının artırılması üçün də imkanlar var və biz idxalı tamamilə aradan götürməliyik və həm özümüzü təmin etməliyik, eyni zamanda, daha böyük həcmdə ixrac etməliyik;

Özümüzü mal əti ilə 84 faiz təmin edirik, 30 min ton idxal edilir, 150 min ton daxili istehsaldır.
Quş əti. 82 faiz, 147 min ton istehsal, 32 min ton idxaldır. Qoyun-keçi əti. 94 faiz, istehsal 88, idxal 5 min ton. Yumurta. 2 milyard 340 min ədəd istehsal olunur, idxal yoxdur, ehtiyac yoxdur. İxrac isə 90 milyon ədəddir. Balıq və balıq məhsulları. 81 faiz təminatdır, 23 min ton idxaldır, ixrac 7 min ton. Bitki yağları. Özümüzü 52 faiz təmin edirik, idxal 62 min ton, istehsal 56 min ton. Kərə yağı. 62 faiz, istehsal 26 min ton, idxal 20 min ton, ixrac 4 min ton. Çay. 86 faiz, istehsal 11 min ton, idxal 2,5 min ton, ixrac min tona yaxın. Duz. Özümüzü təmin edirik, ixrac edirik 20 min ton, daxili istehsal 80 min ton. Un. 95 faiz, daxili istehsal 1 milyon 364 min ton, idxal 95 min ton, ixrac 28 min ton. Makaron məmulatları. Daxili istehsal 34 min ton, idxal 18 min ton, ixrac 14 min ton, ümumi təminat 89 faiz. Şəkər. Özümüzü 102 faiz təmin edirik və 96 min ton ixracımız var. Bu rəqəmləri mən qeyd etdiyim kimi, investorlar üçün səsləndirirəm və onları dəvət edirəm ki, bizdə bu gün idxal olunan məhsulların istehsalına onlar töhfə versinlər.

Bəzi vəzifələrlə əlaqədar aşağıdakıları deyə bilərəm, ərzaq təhlükəsizliyi ilə əlaqədar artıq bildirildi. Burada təkcə müharibələr və nəqliyyat zəncirlərinin qırılması deyil, iqlim dəyişikliyi də rol oynayır. Bütün bunları biz də müşahidə edirik. May ayında Bakıda hər halda belə yağışın yağmasını mən xatırlamıram. Məndən yaşlı olan insanlar da yəqin ki, xatırlamır. Artıq bu, əfsuslar olsun ki, bəzən fəsadlar törədir. Amma digər tərəfdən, bizim su ehtiyatlarımızı da böyük dərəcədə artırır və bu gün anbarlarda yığılan su bizə imkan verəcək ki, kənd təsərrüfatı üçün bu il su problemi olmasın.

Hər bir əkin üçün yararlı torpaq sahəsinin, necə deyərlər, öz pasportu olmalıdır.
Orada hansı məhsul yetişdirilərsə fermer daha çox qazanc götürəcək, bu, birincisi. İkincisi, bizim ümumi kənd təsərrüfatının inkişafı və ixracı strategiyamızın əsasında bu olmalıdır. İxrac təbii ki, bazarlara bağlıdır. Bazarlar var ənənəvi, var yeni. Ona görə ənənəvi bazarlarda bizim məhsul nə vaxta qədər lazım olacaq? Bu təhlil də aparılmalıdır. Prinsipcə müvafiq göstərişlər verildi ki, tərəfdaş ölkələrlə bu məsələlər də müzakirə edilsin ki, biz tutaq ki, meyvə, tərəvəz, bostan məhsullarını böyük həcmdə ixrac edirik. Nə vaxta qədər buna tələbat olacaq bizim üçün ənənəvi sayılan bazarlarda? Çünki indi bir çox ölkələr ərzaq təhlükəsizliyi ilə məşğuldurlar. Düzdür, bəzi ölkələrdə iqlim imkan vermir ki, müxtəlif meyvələr yetişdirilsin. Ancaq hər halda bizim ixracımız bazarlara bağlı olmalıdır. Ona görə subsidiyalar veriləndə, əlbəttə, bu amillər nəzərə alınmalıdır - daxili tələbatın bağlanması və ixrac imkanlarının genişləndirilməsi. Yəni ona görə subsidiyalar da çox çevik olmalıdır. Bəlkə də hər il yenidən baxılmalıdır - həm rayonlar üzrə, həm yetişdirilən məhsul üzrə. Yəni bir dəfə bu məhsula bu qədər subsidiya veririk və 10 il bu davam edir, belə olmaz. Yəni bu, çox çevik mexanizm olmalıdır. Bu da təbii ki, bütün aidiyyəti qurumlar tərəfindən nəzərə alınmalıdır.

Gübrə istehsalının artırılması.
Biz indi Karbamid zavodunun fəaliyyəti nəticəsində nəinki özümüzü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edirik. Ancaq bu, cəmi bir növ gübrədir. Bizə bir çox növ gübrələr lazımdır. Ona görə bəzi xarici şirkətlərlə indi bu məsələlər müzakirə edilir, Azərbaycanda qarışıq gübrə istehsalının yaradılması və gübrələrin fasiləsiz ölkəmizə idxal edilməsi. Çünki bu məsələlərdə də dünyada indi vəziyyət qeyri-müəyyəndir. Bəzi gübrə zavodları bağlanıb, çünki qazın qiyməti kəskin artanda gübrə istehsalı iqtisadi cəhətdən səmərəli olmur, müəyyən qıtlıq yaradılır. Ona görə, əlbəttə, praqmatizm nöqteyi-nəzərindən biz başa düşməliyik ki, biz bütün növ gübrələri istehsal edə bilməyəcəyik, ancaq hər halda onların çeşidlərini genişləndirməliyik.
Kənd təsərrüfatı ilə məşğul olanlar üçün metodik tövsiyələr, treninqlər, bu, artıq uzun illərdir davam edir. Maarifləndirmə prosesi və sığorta məsələləri. Yəni bütün bunları biz daha da təkmil şəkildə həyata keçirməliyik.

Son illər ərzində Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb.
Biz kənd təsərrüfatının inkişafı ilə əlaqədar birinci proqramı qəbul edəndə soyuducu anbarların yaradılması məsələsi çox kəskin dayanmışdı. Çünki bu olmadan məhsulu saxlamaq mümkün deyil. Deyə bilərəm ki, son illər ərzində Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb. İndi təsəvvür edin ki, bu olmasaydı. Burada da onların mütləq əksəriyyəti güzəştli, azfaizli kreditlər hesabına yaradılıb. Ancaq soyuducu anbarların tutumu bizdə 500 min ton olmalıdır. Ona görə 100 min ton tutumlu soyuducu anbar infrastrukturu yaradılmalıdır.

Şirvan kanalı.
Bunun tikintisinə biz beton kanal olaraq başlamışıq və yəqin ki, gələn il artıq istifadəyə veriləcək. Bu da böyük həcmdə torpaq sahələrini su ilə təmin edəcək. Bu barədə bu gün məruzə ediləcək.

Biz Qarabağ kanalının bərpasına, yenidən qurulmasına başlamışıq.
Vaxtilə bunlar Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalları adlandırılırdı. Amma Aşağı Şirvan, Aşağı Qarabağ kanalları olmadığı üçün biz qərara gəldik ki, bunları elə Şirvan və Qarabağ kanalları adlandıraq. Yəni bu kanallar işə düşəndən sonra bəlkə də 200-300 min hektar torpağa su veriləcək. Ancaq bu torpaqlarda müasir şəbəkə qurulmalıdır və bu da Dövlət Proqramında nəzərdə tutulur. Müasir suvarma sistemləri hazırda, - bu da dövlətin dəstəyi ilə mümkün olub, - 130 min hektarda tətbiq olunur. Məqsəd bunu 300 min hektara çatdırmaqdır. Əgər bizim 300 min hektarda müasir suvarma sistemləri qurularsa, baxın, nə qədər məhsuldarlıq arta bilər.

Məhsuldarlığa gəldikdə, son illər ərzində burada artım var və biz bunu yüksək qiymətləndiririk.
Misal üçün taxılçılıqda, bizdə bu gün hər hektardan 3,2 ton məhsul yığılır. Əvvəlki illərdə bu, təqribən 2 ton, bəlkə də bir qədər çox idi. Məqsəd bunu 5 tona çatdırmaqdır.
Pambıqçılıq. Qeyd etdiyim kimi, bizdə hektardan məhsuldarlıq cəmi 1 ton idi, görülmüş işlər nəticəsində 3,6 tona çatıb. Bu da bütün dövrləri, hətta sovet dövrünü götürsək, ən yüksək nəticədir. Amma məqsəd hər hektardan ən azı 5 ton götürməkdir. Belə olan halda bizdə 100 min hektarda ki, pambıq əkilir, 500 min ton pambıq istehsal olunacaq. Əlbəttə ki, bunun ondan sonrakı emalı məsələlərinə də biz baxırıq. İplik, ondan sonra hazır məhsul - qarşıya məqsəd qoyulmalıdır ki, biz mahlıc ixrac etməyək, hazır məhsul istehsal edək, ixrac edək. Bu istiqamətdə artıq işlər görülür. Yeni fabriklər qurulmalıdır və mən investorları buna dəvət edirəm.

İntensiv bağçılıq.
Biz bunun da müsbət nəticəsini görürük, o cümlədən azad edilmiş torpaqlarda. Ağalı kəndinin yaxınlığında salınmış meyvə bağı. Mən bu yaxınlarda Zəngilanda olarkən məlumat verildi ki, artıq oradan ixrac da olunur. Yəni intensiv bağçılıq, xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır və burada qarşıya məqsəd qoyulur ki, 20 min yeni hektarda intensiv bağçılıq səviyyəsində bağlar qurulsun;
İstixana kompleksləri.
Bu gün bizim 1500 hektarı əhatə edən istixanalarımız var, 500 hektar əlavə olunmalıdır. Əlbəttə ki, biz burada da ilk növbədə, özəl sektorun fəaliyyətinə arxalanırıq.

Ət, süd, quş əti ilə 100 faiz özümüzü təmin etməliyik.

Mən rəqəmləri qeyd etdim, təqribən 80-90 faiz səviyyəsindədir. Bunu 100 faizə çatdırmaq üçün mən hesab edirəm ki, imkanlar var və bu proqram qeyd etdiyim kimi, qısamüddətli olmalıdır, 2026-2030-cu illəri əhatə edəcək. Nəzərə alsaq ki, 2026-cı ilin demək olar ki, yarısı artıq arxada qalır, bu proqramın icrası üçün cəmi dörd il yarım qalır. Buna görə dövlət xətti ilə proqramın maliyyələşdirilməsi üçün vəsait bu il ayrılmalıdır.
Hökumətə tapşırıram ki, vəsait tapılsın və özəl sektorla da müxtəlif qurumlar, təbii ki, Kənd Təsərrüfatı Nazirliyi, Hökumət, ondan sonra Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, digər qurumlar fəal işləməlidirlər. Təxmini hesablamalar aparılıb. Əlbəttə ki, indidən bunu demək çox çətindir. Amma təxmini hesablamalar göstərir ki, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait lazım olacaq, özəl sektorun payı isə təqribən 3 milyard manatdan çox olacaq. Çox böyük rəqəmdir. Xüsusilə nəzərə alsaq ki, cəmi dörd il yarım ərzində bunu biz həyata keçirməliyik, ona görə proqram qəbul ediləndən dərhal sonra biz işlərə başlamalıyıq.

Pərvin Şirəliyeva
Mədəni təşkilatçı

Azərbaycan-Şərqdə və müsəlman dünyasında ilk demokratik dövlətdir,Azərbaycan Xalq Cümhuriyyətinin varisidir!1918-ci il m...
25/05/2026

Azərbaycan-Şərqdə və müsəlman dünyasında ilk demokratik dövlətdir,Azərbaycan Xalq Cümhuriyyətinin varisidir!

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini göstərərək Şərqin ilk demokratik,hüquqi ,dünyəvi parlament respublikasını yaratdı.Bu tarixdə qəbul edilən İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi,bununıa da xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirdi.

Cəmi 23 ay mövcud olmasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti ilk parlament hökumətini yaratdı,dövlət atributlarını təsis etmiş,dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirmişdir,parlamentin qəbul etdiyi qanunlar milli müstəqliiyin möhkəmləndirilməsində,ölkədə siyasi,iqtisadi,mədəni inkişafın təmin olunmasında ,habelə demokratik prinsiplərin təsbit edilməsində mühüm rol oynamışdır.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi,Milli hökumətin qarşısında duran əsas vəzifələrdən biri Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin tanınması,habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi,məhz bununla da dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekt olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısı alındı.
Müstəqilliyi qoruyub saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi -deyən Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı nəticəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi, 1991-ci ilin oktyabrın 18-də qəbul edilmiş Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilərək Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu elan etdi.

Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Dahi Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü,həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən ,daxili münaqişələr digər tərəfdən ölkəni çətin vəziyyətə salmışdı,Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu,yalnız bundan sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirilməsi başladı.

ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağımızı Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb,1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi məqsədilə Ümumilli Liderimiz müvafiq sərəncam imzalanmışdır,ilk Demokratik Cümhuriyyətinin yaranması günün əziz tutaraq onu Respublika Günü elan edilmişdir,Cümhuriyyətin üçrəngli Dövlət bayrağı 2018-ci ilin mayın 24-də yenidən öz Vətəninə qaytarılmışdır və hal-hazırda həmin bayraq Dövlət Bayrağı Muzeyinin əsas eksponatlarından biridir.

2021-ci il 15 oktyabr tarixində 28 may Müstəqillik Günü,oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilmişdir,

“Müstəqilliyimiz daimidir,əbədidir ,sarsılmazdır” deyən Cənab Prezident İlham Əliyev hər zaman Azərbaycan xalqının və dövlətinin Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutduğunu vurğulayır.

Yaşasın müstəqil,güclü və demokratik Azərbaycan!

Pərvin Şirəliyeva
Mədəni təşkilatçı

Azərbaycanın memarlıq üslubu Ümumdünya  Şəhərsalma Forumunun 13-cü Sessiyasında xüsusi diqqətdə oldu.Cənab Prezident  İl...
21/05/2026

Azərbaycanın memarlıq üslubu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında xüsusi diqqətdə oldu.

Cənab Prezident İlham Əliyev 202 6-cı il mayın 18-də Bakıda keçirilən 182 ölkədən 45 mindən artıq iştirakçının iştirak etdiyi ,COB29 –dan sonra ikinci ən böyük beynəlxalq tədbir olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında çıxış edərək bir sıra mühüm məqamlara toxunub.

Azərbaycan Avropa ilə Asiya arasında yerləşir,hər zaman Şərqlə Qərbin qovuşduğu məkan olub,beləki,hazırda Bakı bulvarı 15 kmdir,XIX sərə aid olan binalar vardır ,burda tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi arasında təbii vəhdət mövcuddur,hətda bu iş nəinki Bakıda ,o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir.

2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq” ili elan edilmişdir,məhz bu tədbirin bizə həvalə edilməsi təsadüfi deyildir,belə ki,2022-ci ildən bəri BMT-nin Məskunlaşma proqramı ilə Azərbaycanda uzun illər işğal altında olmuş şəhərlərdə -Ağdamda,Zəngilanda,Xankəndidə üç milli şəhərsalma forumları keçirmişik.

Memarlıq Azərbaycanda ta qədimdən mövcuddur,belə ki,bir çox qədim şəhərlərimiz öz memarlığı ilə fərəhlənə bilər,Azərbaycan şairi Nəsiminin doğulduğu yer Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri vardır,bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan Naxçıvanda dahi memar Əcəmi Naxçıvaninin tikdiyi XII əsrə aid Möminə xatun türbəsi vardır,XII əsr Azərbaycan şairi dahi Nizami Gəncəvinin vətəni Gəncə şəhəri bu gün Bakı kimi inkişaf edir,Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələ ,əsas şəhərlərdən biri olan Şəki çoxsaylı abidələri ilə məşhurdur,Şəki yaxınlığında Kİş kəndindəki kilsə bəlkə də dünyanın ən qədim kilsələrindən biridir,əcdadlarımızın istedadının daha bir bariz nümunəsi Lahıc kəndidir,on beş əsr bundan əvvəl orda kanalizasiya sistemi və su xəttini çəkmişdilər,bütün bunlar hamısı Azərbaycan memarlığının inciləridir.

Daha mühüm bir məqam Bakı Qran-Prisidir ki,bizim ölkədə keçirilir,burda cəsarətli və ehtiyatlı davranmalıyıq,həm tarixi irsimizi qoruyaq ,həm də müasir yarışlar üçün şərait yaradaq.
Hazırda hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qaarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır,30 il müddətində erməni işğalı altında qalmış torpaqlarımız tamamilə dağıdılmış,hətda beynəlxalq müşahidəçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər,çünki şəhər tamamilə yerlə yeksan edilmişdir,bu işğal dövründə tarixi binalar,evlər məhv edilmişdir.

İndi Böyük Qayıdış proqramı həyata keçirilir,şəhər və kəndlərin Baş planları hazırlanır,5 il ərzində çəkdiyimiz tunellər ,körpülər saysız hesabsızdır,elektrik stansiyaları,su təchizatı kəmərləri,su anbarları evlər,məktəblər,xəstəxanalar,üç beynəlxalq hava limanı,dəmir yolları çəkilib,hazırda 85 mindən artıq soydaşımız indi o ərazilərdə yaşayırlar,Bakı 1846-cı ildə dünyada ilk dəfə neft hasil edən şəhər olmuşdur,keçmişdə çirklənmədən Qara şəhər kimi tanınan indi Ağ şəhərdir,şəhərsalmanın digər təzahürü “Sea Breeze”istirahət məkanıdır.
Bu tədbir- bura gələn qonaqlarla bir –birimizdən öyrənmək üçün mühüm toplantıdır.

Azərbaycan dünyaya günəş kimi parlayır və hər zaman parlayacaqdır.

Pərvin Şirəliyeva
Mədəni təşkilatçı

Azərbaycan-İtaliya strateji tərəfdaşdır.İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin 2026-ci il mayın...
05/05/2026

Azərbaycan-İtaliya strateji tərəfdaşdır.

İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin 2026-ci il mayın 4-də Azərbaycana səfəri zamanı Cənab Prezident İlham Əliyev mətbuata bəyanatla çıxış edərək Azərbaycan-İtaliya strateji tərəfdaşlığı haqqında mühüm məqamlara toxunmuşdur.

Ölkə başçımız İtaliya-Azərbaycan tərəfdaşlığı haqqında 2014-2020-ci illərdə iki bəyannamənin imzalandığını qeyd edərək münasibətlərimizin əsasını bu sənədlərin təşkil etdiyini vurğuladı.
Xanım Meloninin ölkəmizə səfərini yüksək dəyərləndirən Prezidentimiz bu səfərin xüsusi rəmzi məna daşıdığını,eyni zamanda ölkəmizə göstərilən hörmətin və xoş münasibətin bariz təzahürü olduğunu qeyd etdi.

İtaliya ilə əlaqələrimiz həm siyasi ,həm ticarət əlaqələrimiz ən yüksək səviyyədədir,belə ki,ticarət dövriyyəmiz hazırda 12 milyadr dollardır,əlaqələrimizin əsas istiqaməti energetika sahəsində etibarlı tərəfdaşlıqdır,hazırda ölkəmiz İtaliyanın neft və qaz təchizatında ikinci yerdədir, qazın həcmini artırmaq üçün Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır.

İtaliya ilə yeni əməkdaşlıq hərbi-texniki sahədə də var,belə ki,,birgə istehsal,birgə layihələr,İtaliya texnologiyalarının ölkəmizdə tətbiqi,eyni zamanda İtaliya bazarına yatırdığımız sərmayələr və digər layihələrin genişləndirilməsi və artırılması müzakirə edilir.

Azərbaycanda İtaliyanın 130-a yaxın şirkəti fəaliyyət göstərir,o cümlədən Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib.

Azərbaycan-İtaliya münasibətlərində təhsil sahəsi də ən mühüm sahə sayılır,belə ki,2025-ci iləd İtaliya-Azərbaycan Universiteti açılmışdır,500-dən artıq tələbə hazırda burda təhsil alır.
Azərbaycan-İtaliya münasibətləri və dostluğu inamla davam edir və edəcəkdir.

Azərbaycan hər zaman dostluqda və əməkdaşlıqda etibarlı tərəfdaşdır.

Pərvin Şirəliyeva
Mədəni təşkilatçı

Azərbaycanın ərazi bütövlüyü dəyərlidir,Azərbaycan sülh gündəliyinə sadiqdir.Cənab Prezident İlham Əliyev 4 may 2026-cı ...
05/05/2026

Azərbaycanın ərazi bütövlüyü dəyərlidir,Azərbaycan sülh gündəliyinə sadiqdir.

Cənab Prezident İlham Əliyev 4 may 2026-cı ildə ” Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib.

Çıxış zamanı Prezident İlham Əliyev bu toplantının İrəvanda keçirilməsini dəstəkləmiş və bu toplantıda videoformatda iştirikanı öncədən bildirdiyini vurğuladı,eyni zamanda bu növbəti Zirvə toplantısının 2028-ci il üçün Azərbaycanda keçirilməsini təklif edib,təklifinin qəbul olunduğunu vurğulayan Ölkə başçımız da öz növbəsində “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət etdi.
Hazırda Ermənistanla doqquz aydır sülh şəraitində yaşayırıq və bu müddət ərzində Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb,buna səbəb məhz keçən il Ağ Evdə Ermənistan və Azərbaycan liderləri arasında Birgə Bəyannamənin imzalanması və razılığın əldə edilməsi oldu,sülhün əldə olunması faktı əsasında ölkəmiz 1990-ci ildən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı,ilk dəfə olaraq neft məhsullarımızı Ermənistana göndərdik.

Təəssüflər olsun ki,Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv mövqe sərgiləmir və ikili standartlar nümayiş etdirir.

“Tramp Beynəlxalq Sülh və Rifah Marşurutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək,burda göstərdiyi mövqeyə görə Avropa Komissiyasına təşəkkürünü bildirən İlham Əliyev heç də bütün Avropa təsisatlarının eyni mövqe göstərmədiyini vurğuladı,xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası bu işdə ikili standart göstərir,beləki,2001-ci ildən Avropa Şurasının üzvü olan Azərbaycana qarşı hazırda qərəzli mövqe nümayiş etdirilir buna səbəb 2023-cü ildən sentyabrından Azərbaycanın Qarabağda separatçılığa son qoyması və BMT-nin 30 il kağız üzərində qalan 4 qətnaməsini Azərbaycanın özü icra etməsi olub,Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir,bu məsələdə ikili standartlar qəbuledilməzdir.

Son olaraq Cənab Prezident Avropa Parlamentini ksenofobiya,islamofobiya,anti-semitizm,miqrasiya,rəqabətçilik,evsiz insanların problemlərini həəl etmək əvəzinə böhtan və yalanla Azərbaycanı hədəfə almağını ,sülh prosesinə dəstək verməməyini vurğulayaraq ,Avropa Parlamentini 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul etdiyini dedi,məhz buna cavab olaraq mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq ,Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyünün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib.

Azərbaycan öz ərazini bütövlüyünü bərpa edib,separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət məhkəməsinə cəlb edib.

Azərbaycan hər zaman sülhün tərəfdaşıdır,sülhün dəstəkçisidir və sülhə sadiqdir!
Heç bir kənar qüvvə sülhə mane ola bilməz.

Pərvin Şirəliyeva
Mədəni təşkilatçı

Azərbaycan güləşçiləri Avropanı fəth etdilər.Cənab Prezident İlham Əliyev Güləş üzrə milli komandamızı Tiranda keçirilən...
01/05/2026

Azərbaycan güləşçiləri Avropanı fəth etdilər.

Cənab Prezident İlham Əliyev Güləş üzrə milli komandamızı Tiranda keçirilən Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə qəbul etmiş və güləşçilərlə görüş keçirmişdir.

Bu qələbə münasibətilə həm güləşçiləri ,həm valideynləri,həm federasiyanı, həm də xalqımızı təbrik edən Ölkə başçımız Azərbaycanda güləş ənənəsinin qədimdən tarixi köklərinin olduğunu xüsusi vurğuladı.Bizim bayrağımız qaldırılanda,himnimiz səsləndiriləndə xalqımız qürur hissi keçirir,sevinir,bunun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində böyük önəmi vardır.

İdmançılarımız ,Olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar,məşqçilər arasında tanınmış idmançılarımızın olması məşq prosesinin,seleksiya prosesinin düzgün qurulması göstərir deyən Cənab Prezident idmançılarımıza azərkeşlik etdiyini xüsusi qeyd etdi,belə ki,30 ilə yaxın Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik etdiyi dönəmdə Prezident İlham Əliyevin idmanının inkişafına,uğurlarımıza,neçə -neçə gənc nəslin yetişməsinə və böyüməsinə şahidlik etməsi hazırki Azərbaycan idmanına öz töhfəsini verib.

Ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır,belə ki,Avropa Oyunları,İslam Həmrəyliyi Oyunları ,MDB Oyunları həm paytaxtımızda həm bölgələrdə idmanın inkişafına öz töhfəsini verdi. Azərbaycan idmanının ümumi inkişafı eyni zamanda bölgələrdə də davam edir,orada Olimpiya İdman komplekslərinin ,güləş zallarının olması gələcək uğurlarımızın əsasını təşkil edəcək,ölkəmizin idmançılarının qələbə əzmi çox güclüdür,qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz,xalqımız idman uğurları ilə də fəxr edir.

Tanınmış idmançıların daim cəmiyyətin diqqət mərkəzində olması,onların özlərini layiqincə aparmaları daha önəmlidir,onların cəmiyyətdə və çalışdıqları kollektivlərdə yüksək mənəvi keyfiyyət göstərməkləri nümunəvi və alqışalayiq haldır.

Azərbaycan idmançılarına qarşı Avropa yarışlarında Hakim səhvləri və ədalətsizlik görmüşük, belə hallar baş verdikdə ləyaqətli davranışı qorumaq lazımdır,əlbətdə Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə hətda bütün Avropaya qalib gəlməsinə sevinmir,məhz buna görə də harda olmağınızdan aslı olmayaraq xalça üzərində və xalçadan kənar layiqli davranış prinsiplərinə sadiq qalmaq çox önəmlidir.

Ölkə başçımız gələcəkdə qızıl medalların daha çox olacağını,qız idmançıların da daha çox medal qazanacağını əminliklə vurğulayaraq milli komandamızda olan ruh yüksəkliyinə görə, güləşimizin bütün istiqamətlərdə uğurlu inkişafına görə bir daha idmançılarımızı təbrik etdi.

Güləş hər zaman qürurlandırır.

Pərvin Şirəliyeva
Mədəni təşkilatçı

Address

Nəriman, . Nərimanov 80
Shamakhy

Telephone

+994202652841

Website

Alerts

Be the first to know and let us send you an email when Şamaxı Rayon Mədəniyyət Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şamaxı Rayon Mədəniyyət Mərkəzi:

Share