Saatlı rayon F. Şıxalıyev adına Kamallı kənd ümumi orta məktəb

Saatlı rayon F. Şıxalıyev adına Kamallı kənd  ümumi orta məktəb Təhsil millətin gələcəyidir! Ümumi orta məktəb.

15 may 2026-cı il tarixdə Saatlı rayon Faiq Şıxalıyev adına Kamallı kənd ümumi orta ümumtəhsil məktəbinin ibtidai sinif ...
18/05/2026

15 may 2026-cı il tarixdə Saatlı rayon Faiq Şıxalıyev adına Kamallı kənd ümumi orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Günay Talıbova riyaziyyat fənnindən "Zaman vahidləri" mövzusunda ustad dərsi keçmişdir.
Müəllim dərs prosesində yeni mövzunu ətraflı izah etmiş, müxtəlif üsullarla uşaqların mövzunu mənimsəməsini təmin etmişdir. Dərsin sonunda şagirdlərlə əks-əlaqə qurmuşdur.




24/04/2026
01/04/2026
3 mart 2026-cı il tarixdə Saatlı rayonu Faiq Şıxalıyev adına Kamallı kənd ümumi orta ümumtəhsil məktəbində İdman həftəsi...
03/03/2026

3 mart 2026-cı il tarixdə Saatlı rayonu Faiq Şıxalıyev adına Kamallı kənd ümumi orta ümumtəhsil məktəbində İdman həftəsi çərçivəsində fiziki tərbiyə fənni üzrə diaqnostik nəticələri zəif olan şagirdlərin sinif rəhbərləri ilə dəyirmi masa keçirilmişdir. Fiziki tərbiyə müəllimi Elnur Abbasov şagirdlərin fiziki hazırlığı və normativlərin yerinə yetirilməsi istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasından danışaraq məsələnin vacibliyini vurğuladı.
. Dəyirmi masada məktəbin direktoru, fiziki tərbiyə müəllimi və sinif rəhbərləri iştirak etmişdir.




27/02/2026

Saatlı rayon F.Şıxalıyev adına Kamallı kənd ümumi orta ümumtəhsil məktəbində 26 fevral 2026-cı il tarixdə Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.

23 yanvar 2026-cı il tarixdə Saatlı rayon F. Şıxalıyev adına Kamallı kənd ümumi orta ümumtəhsil məktəbində 2025-2026-cı ...
16/02/2026

23 yanvar 2026-cı il tarixdə Saatlı rayon F. Şıxalıyev adına Kamallı kənd ümumi orta ümumtəhsil məktəbində 2025-2026-cı tədris ilinin I yarımili ərzində məktəbin fəaliyyətinin səmərəliliyinin artırılması, tədris keyfiyyətinin yüksəldilməsi və görülmüş işlərin nəticələrinin qiymətləndirilməsi məqsədilə məktəbdaxili monitorinqlər aparılmış, əldə olunan nəticələr ümumiləşdirilmişdir.
Monitorinq çərçivəsində şagird nailiyyətləri, dərs prosesinin təşkili, qiymətləndirmə mexanizmləri, müəllim fəaliyyəti, dərsdənkənar məşğələlərin keçirilməsi və məktəbin ümumi idarəetmə göstəriciləri təhlil olunmuşdur. Təhlillər göstərmişdir ki, məktəbdə dərslər təsdiq olunmuş cədvələ uyğun keçirilmiş, tədris planının icrası yerinə yetirilmişdir.





19 yanvar 2026-cı ildə F. Şıxalıyev adına Kamallı kənd ümumi orta ümumtəhsil məktəbində 20 Yanvar - Ümumxalq Hüzn Gününə...
20/01/2026

19 yanvar 2026-cı ildə F. Şıxalıyev adına Kamallı kənd ümumi orta ümumtəhsil məktəbində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə torpaqlarımızın toxunulmazlığı və dövlətimizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra şagirdlərə 36 il əvvəl baş vermiş bu qanlı hadisənin mahiyyəti, tarixi səbəbləri və xalqımızın milli azadlıq mübarizəsinin ən şərəfli səhifələrindən biri olması barədə məlumat verilmiş, tarixin dərslərindən nəticə çıxarmaq, şəhidlərimizin xatirəsini hər zaman uca tutmaq, onların amallarına sadiq qalmaq tövsiyə olunmuşdur.

Address

Saatlı Rayon Kamallı Kəndi
Saotly
049

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+994552627789

Website

Alerts

Be the first to know and let us send you an email when Saatlı rayon F. Şıxalıyev adına Kamallı kənd ümumi orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Saatlı rayon F. Şıxalıyev adına Kamallı kənd ümumi orta məktəb:

Share