Varlı İcra Nümayəndəliyi

Varlı İcra Nümayəndəliyi Salyan Rayon İcra Hakimiyyəti

Salyan rayon Peyk kənd tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi Bağırova Aytən İnsaf qızı Respublika fənn olimp...
04/02/2026

Salyan rayon Peyk kənd tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi Bağırova Aytən İnsaf qızı
Respublika fənn olimpiadasının məktəb turunu 72 balla keçərək,rayon turuna vəsiqə qazanmışdır.Aytən rayon turunda da, müvəffəqiyyət qazanaraq 75 balla yarımfinal mərhələsinə yüksəlmişdir.

Bu münasibətlə şagirdimizi,onun müəlliməsini təbrik edirik.Gələcək təhsil həyatında uğurlar arzulayırıq.
Məktəbin direktoru Faiq Zerbaliyev müəllimə öz təşəkkürmüzü bildiririk.Həqiqətən Salyan rayon Peyk kənd tam orta məktəbində şagirdlərin dərsə olan davamiyyəti,nizam-intizam çox yüksək səviyyədədir.Faiq müəllimə gələcək iş həyatında uğurlar arzu edirik.Təhsil millətimizin gələcəyidir.Peyk kənd tam orta məktəbidə bu dövlətə,millətə,vətənimizə vətənpərvər ruhda ziyalı gənclər yetişdirir.

Böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalq...
02/02/2026

Böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır.
Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün həyatını xalqına və vətəninə həsr etmiş Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Ulu Öndərin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, yaxın illərdə ölkəmiz dünyanın inkişaf edən güclü dövlətlərindən birinə çevriləcək.

Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.

27/01/2026

Salyan rayon Varlı kənd icra nümayəndəliyi,Yolüstü bələdiyyəsi ərazisinə daxil olan İkinci Varlı kəndində kəndaxili yol qredil vasitəsi ilə hamarlanır.

Lider üçün ən böyük keyfiyyət vaxtında və düzgün qərar qəbul etmək bacarığıdır. İlham Əliyev məhz nəyi nə zaman və necə ...
22/01/2026

Lider üçün ən böyük keyfiyyət vaxtında və düzgün qərar qəbul etmək bacarığıdır.

İlham Əliyev məhz nəyi nə zaman və necə etməyi bilən, doğru və qətiyyətli qərarları ilə seçilən nadir dövlət başçılarındandır. Cənab İlham Əliyev "Qarabağ Ermənistandır" deyənlərə "Qarabağ Azərbaycandır" dedizdirən liderdir.

Bu gün Azərbaycan dünyada sülhün və sabitliyin tərəfdarı kimi tanınır. Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sülh planına uyğun olaraq, illərdir düşmən olan xalqlar arasında sülh körpüsü salınır. Azərbaycan Ermənistana gedən tranzit yollarını açaraq bu ölkəyə neft məhsulları ixrac edir. Sözsüz ki, bu, qalibin mərhəməti, güclünün məsuliyyətidir.

Xidmət Orucov
Salyan rayon Yolüstü bələdiyyəsinin sədri.

19/01/2026

Alla şəhidlərmizə rəhmət etsin.

Huner Abdullayev Dəyərli qardaş,Dövlət qulluğunda müsahibə mərhələsini uğurla keçdiyinə görə səni ürəkdən təbrik edirəm....
19/01/2026

Huner Abdullayev Dəyərli qardaş,Dövlət qulluğunda müsahibə mərhələsini uğurla keçdiyinə görə səni ürəkdən təbrik edirəm.Bu nailiyyət sənin bilik və bacarığının,eyni zamanda dövlətimizə və dövlətçiliyimizə sədaqətinin bariz göstəricisidir.Əminəm ki,gələcək fəaliyyətində Vətənimizə layiqincə xidmət edəcək,dövlətimizin inkişafına öz töhfəni verəcəksən.Sənə yeni yolunda uğurlar arzulayıram!

20 Yanvar – Ümumxalq Hüzn Günü Azərbaycan xalqının tarixində həm dərin faciə, həm də milli iradənin, azadlıq ruhunun və ...
17/01/2026

20 Yanvar – Ümumxalq Hüzn Günü Azərbaycan xalqının tarixində həm dərin faciə, həm də milli iradənin, azadlıq ruhunun və müstəqillik əzminin simvolu kimi xüsusi yer tutur. 1990-cı il yanvarın 20-də dinc əhaliyə qarşı törədilmiş qanlı hadisələr nəticəsində günahsız insanlar həyatını itirmiş, xalqımız ağır itkilər vermişdir.
Bu faciə bir daha sübut etdi ki, Azərbaycan xalqı azadlığından, suverenliyindən və milli ləyaqətindən heç vaxt vaz keçməyəcək. 20 Yanvar şəhidləri müstəqil Azərbaycan dövlətinin qurulması yolunda canlarından keçərək tariximizə qəhrəmanlıq nümunəsi yazmışlar.
Bu gün biz 20 Yanvar şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onların göstərdiyi fədakarlığı heç vaxt unutmayacağımızı bildiririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev hər zaman Azərbaycan xalqının və dövlətin milli maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək...
23/12/2025

Prezident İlham Əliyev hər zaman Azərbaycan xalqının və dövlətin milli maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri ilə beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Məhz cənab Prezidentin uğurlu siyasəti nəticəsində tarix boyu Azərbaycan heç zaman bu qədər güclü olmayıb.
Prezident İlham Əliyev müstəqilliyimizin simvolu, Azərbaycanın dünyadakı səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantıdır. O, hər zaman güclü və müstəqil Azərbaycan naminə çalışaraq, keçmiş ənənələr üzərində müasir ölkəmizin yeni reallıqlarını yaradıb.
Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun nüfuzlu, qətiyyətli, sözü imzası qədər dəyərli olan Prezidenti, Müzəffər Ali Baş Komandanı var.
Doğum gününüz mübarək, cənab Prezident

Hünər Abdullayev
Salyan rayon İcra Hakimiyyəti Başçısının Yolüstü ərazi dairəsi üzrə nümayəndəsi.

Bu gün  24 dekabr cənab  Prezident İlham Əliyevin doğum günüdür. 64 yaşını qeyd edən dövlət başçımız ötən illərdə hər kə...
23/12/2025

Bu gün 24 dekabr cənab Prezident İlham Əliyevin doğum günüdür. 64 yaşını qeyd edən dövlət başçımız ötən illərdə hər kəsə örnək ola biləcək olduqca zəngin və mənalı bir həyat yolu keçmişdir. Dövlət başçısını ad günü münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayırıq.

2003-cü ilin 12 dekabrı Azərbaycan xalqının tarixində hüznlə anılan günlərdən biridir. Həmin gün xalqımız ümummilli lide...
11/12/2025

2003-cü ilin 12 dekabrı Azərbaycan xalqının tarixində hüznlə anılan günlərdən biridir. Həmin gün xalqımız ümummilli liderimiz Heydər Əliyevi itirmişdir. Heydər Əliyev böyük tarixi şəxsiyyət, müstəqil Azərbaycanın banisi və qurucusudur. 1991-ci ildə dövlət müstəqilliyinə qovuşmuş Azərbaycan böyük çətinliklərlə üzləşmişdir. Həm siyasi, həm iqtisadi sahədəki problemlər müstəqilliyimiz üçün böyük təhlükə yaradırdı. Ancaq 1993-cü ilin iyununda respublikamız üçün ağır bir məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Odur ki, xalqımız Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin qurucusu və memarı kimi dəyərləndirir. Heydər Əliyev ən ağır məqamlarda xalqının yanında olmağı bacarırdı. 20 yanvar 1990-cı ildə də, 1993-cü ilin iyununda da belə olmuşdur. Hələ birinci dəfə ölkə rəhbərliyində olanda da Azərbaycanı inkişaf etdirmək, güclü bir respublikaya çevirmək üçün əlindən gələni etmişdir. O, Azərbaycan üçün həmişə öz haqq səsini qaldırırdı. İstər sovetlər dönəmində, istərsə də sonralar Heydər Əliyev əsl lider, əsl öndər idi. Onun birinci dəfə Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamız bütün sahəhələrdə sürətlə inkişaf edərək ölkənin ən qabaqcıl respublikalarından birinə çevrilmişdir. Ümummilli liderin həmin illərdə və ikinci dəfə hakimiyyətdə olduğu 10 il-1993-2003-cü illərdə yeritdiyi uzaqgörən siyasət, Azərbaycanın sürətli inkişafı sahəsində həyata keçirdiyi misilsiz tədbirlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoymuş, beynəlxalq aləmdə tanınmağa başlamışdır. Heydər Əliyevin hakimiyyəti dövründə görülən işlər müstəqilliyimizin əbədiliyinin təmin olunmasında və Azərbaycanın dünyada öz layiqli yerini tutmasında həlledici rol oynamışdır. Ulu öndərin müstəqillik illərində apardığı və cəmiyyətin bütün sahələrini əhatə edən islahatlar sonrakı dövrlərdə Azərbaycanın daha da inkişafına, iqtisadi gücünün artmasına gətirib çıxarmışdır. Heydər Əliyev xalqımızın və dövlətimizin maraqlarını hər şeydən üstün tutardı. Onun zəhməti ilə qazanılan uğurlarda xalqın ona olan sevgi və inamı böyük rol oynayırdı. 2003-cü ilin dekabrın 12-də Heydər Əliyev vəfat etmişdir. Lakin Heydər Əliyevin ideyaları, siyasəti yaşamış, davam etdirilmişdir. Azərbaycan sonrakı illər ərzində dünyanın ən sürətli inkişaf edən ölkələrindən biri kimi tanınmışdır. Həyata keçirilən böyük layihələr ölkəmizin inkişafına təkan vermişdir. İndi Azərbaycan hərtərəfli inkişaf etməkdə olan ölkələr sırasındadır. Bu inkişafın təməli isə Ulu öndər tərəfindən qoyulmuşdur. Onun siyasəti davam etdirilməklə Azərbaycan tam müstəqil, suveren, inkişaf etməkdə olan dövlətə çevrilmişdir. Hər il dekabrın 12-də xalqımız ümummilli lideri böyük sevgi ilə anır, onu yad edir. Heydər Əliyev öz müdrikliyi, gördüyü misilsiz işlər və əvəzsiz xidmətləri ilə qazanmışdır Azərbaycan xalqının bu sevgisini. Onun uyuduğu məzarlıq, ziyarətgaha çevrilmişdir. Xalqımız hər il məhz həmin gün bu ziyarətgaha, respublikamızın müxtəlif yerlərində ucaldılmış abidələrinin önünə gələrək Ulu öndərin xatirəsini yad etməyi özünə mənəvi borc bilir.

Salyan Rayon İcra Hakimiyyəti
27/11/2025

Salyan Rayon İcra Hakimiyyəti

Address

Salyan Rayon Birinci Varlı K
Salyan
5231

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Varlı İcra Nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share