Firudin Hüseynov adına Nursu kənd tam orta məktəbi

Firudin Hüseynov adına Nursu kənd tam orta məktəbi Nursu kənd tam orta məktəbi

26 may 2026 cı il tarixdə Nursu kənd tam orta məktəbində "28 May Müstəqillik Günü" ilə əlaqədar tədbir keçirildi.
26/05/2026

26 may 2026 cı il tarixdə Nursu kənd tam orta məktəbində "28 May Müstəqillik Günü" ilə əlaqədar tədbir keçirildi.

"2026-cı il — 'Şəhərsalma və memarlıq ili'.25 may 2025-ci il tarixində Nursu tam orta məktəbində şagirdlərimizlə birgə m...
25/05/2026

"2026-cı il — 'Şəhərsalma və memarlıq ili'.
25 may 2025-ci il tarixində Nursu tam orta məktəbində şagirdlərimizlə birgə memarlıq dünyasına maraqlı bir səyahət etdik. Şəhərsalma mədəniyyəti, gələcəyin yaşayış məkanları və memarlıq inciləri haqqında geniş müzakirələr apardıq. Tədbirimizin sonunda izlədiyimiz maarifləndirici videoçarx isə şagirdlərdə böyük maraq oyatdı və mövzunu daha əyani şəkildə dərk etmələrinə kömək etdi.
​ #2026 "

22 may 2026-cı il tarixdə Nursu kənd tam orta məktəbində IV-VI siniflərə monitorinq sınaq imtahanı keçirilmişdir.
23/05/2026

22 may 2026-cı il tarixdə Nursu kənd tam orta məktəbində IV-VI siniflərə monitorinq sınaq imtahanı keçirilmişdir.

20 may 2026-cı il tarixdə Nursu  kənd tam orta məktəbində “İnsan Hüquqları Aylığı” çərçivəsində"Hüquqlarımızı tanıyaq"ad...
21/05/2026

20 may 2026-cı il tarixdə Nursu kənd tam orta məktəbində “İnsan Hüquqları Aylığı” çərçivəsində"Hüquqlarımızı tanıyaq"adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə insan hüquq və azadlıqları, hüquqi maarifləndirmənin əhəmiyyəti barədə məlumat verilmiş, mövzu ilə bağlı müzakirələr təşkil olunmuşdur.

20/05/2026
20/05/2026

ℹ️ Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumat

🗓️ Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17–19 və 23–25 iyun 2026-cı il tarixlərində təşkil olunacaq. Test imtahanının vaxtı və keçirilmə yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

📢 Təhsilverənlər portal.edu.az platformasında qeydiyyatdan keçərək “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.

🎥 Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üzrə hazırlanmış təlimat videosunu aşağıdakı keçid vasitəsilə izləmək mümkündür:
https://youtu.be/lpLKFasQtm4

🔗 Qeyd edək ki, cari ildə təşkil olunacaq təhsilverənlərin sertifikatlaşdırılması prosesində təsviri incəsənət, musiqi, texnologiya, tarix, fiziki tərbiyə fənlərini tədris edən təhsilverənlər, eyni zamanda fizika, kimya, biologiya, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.

✨ ️Sertifikatlaşdırma prosesində iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!


20/05/2026
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə"Gənc istedadların dram dünyası" adlı teatr müs...
20/05/2026

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə"Gənc istedadların dram dünyası" adlı teatr müsabiqəsində l yer tutuğuna görə şagirdlərimizi təbrik edirik.

Məktəbimizin adını daşıyan Professor Firudin Hüseynovun   ailəsi ilə görüş keçirildi.Görüşdə Professorun həyat yoldaşı v...
19/05/2026

Məktəbimizin adını daşıyan Professor Firudin Hüseynovun ailəsi ilə görüş keçirildi.Görüşdə Professorun həyat yoldaşı və qızları iştirak etdi.
Professorun elmə,təhsilə və gənclərə bəxş etdiyi töhvələr bizim üçün örnəkdir.Onun əziz xatirəsini yaşatmaq və gələcək nəsillərə tanıtmaq bizim üçün böyük məsuliyyətdir.
Gəlişinizlə məktəb kollektivinə və şagirdlərə göstərdiyiniz diqqətə görə bir daha minnətdarlığımızı bildirir, sizə möhkəm cansağlığı arzulayırıq.

12/05/2026

ℹ️ Azərbaycan Respublikasının Təhsil İnstitutu 2026-cı ilin iyun ayında keçiriləcək 4-cü sinif şagirdlərinin oxu (tədris dili) və riyaziyyat, 6-cı sinifdə təhsil alan şagirdlərin oxu (tədris dili), riyaziyyat və təbiət fənləri üzrə səriştə əsaslı monitorinqinin çərçivə sənədini təqdim edir. Bu sənəd ARTİ və Avstraliya Təhsil Tədqiqatları Şurasının (ACER) əməkdaşlığı çərçivəsində beynəlxalq ekspertlər qrupunun dəstəyi ilə hazırlanıb.

📢 Çərçivə sənədi qiymətləndirmənin nəyi necə ölçdüyünü müəyyən edən əsas konseptual sənəddir. Bu sənəd qiymətləndirmənin hazırlanması, tətbiqi və nəticələrin hesabatlaşdırılması prosesində vahid yanaşmanı, ardıcıllığı və şəffaflığı təmin edir.

✅ ️Bu il yenilik olaraq 4-cü siniflər üzrə tədris dili fənnindən 2 mətni əhatə edən ümumilikdə 27 tapşırıq tərtib ediləcək. Bunlardan 2-si açıq yazılı tapşırıq olacaq (hər mətndən 1 açıq tapşırıq olmaqla), həmçinin şagirdlərin sözləri tanıma bacarıqlarının ölçülməsini hədəfləyən 3 ədəd şəkil əsaslı tapşırıq veriləcək. Riyaziyyat fənni üzrə isə ümumilikdə 5 açıq tapşırıq nəzərdə tutulur, bunlardan 3-ü həlli tələb olunmayan, 2-si isə həlli tələb olunan açıq tapşırıq olacaq.

🔷 ️6-cı siniflər üzrə tədris dili fənnindən 5 mətni əhatə edən ümumilikdə 25 tapşırıq tərtib ediləcək. Bunlardan 2-si açıq yazılı tapşırıq olacaq (seçilmiş 2 mətndən hər birində 1 açıq tapşırıq olmaqla), riyaziyyat fənni üzrə sualların strukturu isə 4-cü siniflərdə olduğu kimidir: 3-ü həlli tələb olunmayan, 2-si isə həlli tələb olunan açıq tapşırıq veriləcək.

❗️Aşağıdakı keçidə daxil olaraq 4-cü və 6-cı siniflər üzrə monitorinq qiymətləndirmə çərçivə sənədi ilə tanış ola bilərsiniz: ⤵️

https://arti.edu.az/wp-content/uploads/2026/05/Monitorinq-qiym%C9%99tl%C9%99ndirm%C9%99-c%C9%99rciv%C9%99-s%C9%99n%C9%99di_2026.pdf

Address

Nursu Kəndi
Sahbuz
AZ7100

Telephone

+994365432051

Website

Alerts

Be the first to know and let us send you an email when Firudin Hüseynov adına Nursu kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category