Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran iqtisadi rayonlarını əhatə edir.

05/06/2026
05/06/2026

✔️ “3 İyun – Dünya Velosiped Günü” münasibətilə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə velosipedçilər arasında yarış təşkil olunub.

04/06/2026
04 iyun 2026-cı il tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin Qusar rayonu üzrə gənclər və idman sektoru...
04/06/2026

04 iyun 2026-cı il tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qusar Peşə Liseyində yeniyetmə və gənclər arasında “İnsan Hüquqları Aylığı” çərçivəsində “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici görüş keçirilmişdir.

Tədbirdə Qusar rayon Peşə Liseyinin direktoru Xatirə Nağıbəyova, Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Ramin Məcidov, “Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin həkimi Nərgiz Surxayeva və Qusar Peşə Liseyinin psixoloqu Elvira Mirzağayeva erkən nikahlar və onların fəsadları, bu sahədə gənclərin hüquqları mövzusunda gənclərə ətraflı məlumat vermişlər.

Tədbirdə 90-dan artıq yeniyetmə və gənc iştirak etmişdir.
Məruzələrdən sonra gəncləri maraqlandıran suallar cavablandırılmışdir.
̇i̇ ̇nsanhüquqlarıaylığı

Xaçmaz rayonunda veloyürüş keçirilmişdir.✅ 4 iyun 2026-cı il tarixində Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun tə...
04/06/2026

Xaçmaz rayonunda veloyürüş keçirilmişdir.

✅ 4 iyun 2026-cı il tarixində Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Xaçmaz Olimpiya İdman Kompleksində “3 iyun - Ümumdünya Velosiped Günü”nə həsr olunmuş veloyürüş keçirilmişdir.

✅ Kütləvi idman tədbirində Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, velosiped idmanı həvəskarları, rayon orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə fənni müəllimləri və şagirdlər olmaqla, ümumilikdə 50 nəfər iştirak etmişdir.

✅ Veloyürüşün keçirilməsində məqsəd Ümumdünya Velosiped Gününün qeyd olunması, sakinlərə yaşıl nəqliyyat adlandırılan velosipeddən daha çox istifadəni təşviq etmək və velosiped idmanının kütləviliyinin artırılmasına nail olmaqdan ibarət olmuşdur.

Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbininin növbəti uğuruQusar rayonu Yuxarı Zeyxur kənd tam orta ü...
04/06/2026

Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbininin növbəti uğuru

Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin “Zeyxur” komandası “Gənc xilasedicilər və yanğınsöndürənlər” yarışmasının Xaçmaz şəhərində keçirilən zona mərhələsində uğurla çıxış edərək I yerə layiq görülmüş, qalib kubokunu qazanaraq Respublika mərhələsinə vəsiqə əldə etmişdir.

Bu münasibətlə komandanın rəhbəri Məmmədtağı müəllimi və bütün komanda üzvlərini ürəkdən təbrik edir, onlara gələcək mərhələlərdə də uğurlar arzulayırıq.

Qələbəniz mübarək! Yeni uğurlara doğru! 🏆👏🎉

03/06/2026

Siyəzən şəhərində “3 İyun – Ümumdünya Velosiped Günü”nə həsr olunmuş veloyürüş keçirilib.

̇mi̇bi̇rli̇kdə

✔️ “3 İyun – Dünya Velosiped Günü” münasibətilə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Quba...
03/06/2026

✔️ “3 İyun – Dünya Velosiped Günü” münasibətilə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində velosipedçilər arasında yarış təşkil olunub.

Tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, məşqçilər və idmançılar iştirak ediblər. Yarışa 30-a yaxın həvəskar velosipedçi qatılıb.

Kütləvi idman tədbirinin keçirilməsində əsas məqsəd velosiped idman növünün əhali arasında təbliği, sağlam həyat tərzinin təşviqi və velosipeddən istifadənin ətraf mühitin qorunmasına töhfəsinin diqqətə çatdırılması olub.

Tədbirin sonunda iştirakçılarla birlikdə xatirə şəkli çəkdirilib.

03 iyun 2026-cı il tarixində Siyəzən şəhəri Samir Muradov küçəsində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siy...
03/06/2026

03 iyun 2026-cı il tarixində Siyəzən şəhəri Samir Muradov küçəsində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “3 İyun – Ümumdünya Velosiped Günü”nə həsr olunmuş veloyürüş keçirilmişdir.

Veloyürüşün keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında idmanın təbliğ və təşviq edilməsi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadənin təşviq edilməsi və idmanın kütləviliyinin artırılmasından ibarət olmuşdur.

İdman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüsal Alışov və sektorun əməkdaşları Nuran Nurullayev və Cavidan Hüseynov, Siyəzən rayon UGİŞM-nin direktoru Yavuz Əliyev, Əməkdar məşqçi Ağadədə Allahverdiyev, cüdo idman növü üzrə məşqçi-müəllim Zaur Həmzəyev və yeniyetmə və gənclər iştirak etmişdir.

̇mi̇bi̇rli̇kdə

Xaçmazlı döyüş ustasından növbəti nailiyyət.✅ 27-28 may 2026-cı il Gürcüstanın paytaxtı Tbilisi şəhərində MMA (Qarışıq D...
03/06/2026

Xaçmazlı döyüş ustasından növbəti nailiyyət.

✅ 27-28 may 2026-cı il Gürcüstanın paytaxtı Tbilisi şəhərində MMA (Qarışıq Döyüş Sənəti) üzrə CFL-in (Qafqaz Döyüş Liqası) qarşılaşmaları keçirilib.

✅ Daha yüksək liqaya vəsiqə uğrunda keçirilən qarşılaşmada “Qara canavar” ləğəbli Xaçmaz rayon idmançısı İntiqam Babayev gürcü rəqibi Sami Xabarovini məğlub etmişdir.

✅ Təbrik edirik, gələcək yarışlarda müvəffəqiyyətlər diləyirik!

Address

Quba-Bakı Magistralı, 4-cü Km
Quba
AZ4000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share