Qax rayon MKS-nin Qaxbaş kənd kitabxana filialı

Qax rayon MKS-nin Qaxbaş kənd kitabxana filialı Qax rayon MKS-nin Qaxbaş kitabxana filialı

02/06/2026

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

02/06/2026
19/05/2026

Mayın 19-da Qax rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Kitabın sehrinə qovuşaq!” adlı Kitab bayramı keçirilib. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qax rayon C.Cabbarlı adına Mər...

21/04/2026

“Mənim qəhrəmanım” Milli Komiks Kitabı Müsabiqəsi:
Azərbaycan şagirdləri yeni dövrün qəhrəmanını vizuallaşdıracaqlar


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Ədibin Evi” 14-17 yaşlı gənclər arasında “Mənim Qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsi elan edir.
Şərtlərə əsasən təqdim edilən işlər Azərbaycan dilində, emosional təsirə malik, animasiya üçün potensialı olan, minimum 8 – maksimum 20 səhifə həcmində, yeni, orijinal və yaradıcı qəhrəman obrazını ifadə edən qrafik hekayə olmalıdır.
Məktəblilər müsabiqədə fərdi və ya iki nəfərlik heyət (ssenari müəllifi + rəssam) kimi qatıla bilərlər.
2026-cı ilin 1 may-1 sentyabr tarixlərində davam edəcək işlərin qəbulu zamanı müəlliflər hekayələrini ad, soyad, əlaqə məlumatı ilə birgə PDF fayl şəklində [email protected] ünvanına göndərməlidilər.
Müsabiqənin münsiflər heyətinə AR Mədəniyyət Nazirliyi və “Ədibin Evi”nin ekspertləri daxildir.

Qalibləri mükafatlar və işlərdən birinin qısa animasiya filminə çevriləmsi imkanı gözləyir.

Bu il dövlət başçısı tərəfindən imzalanan “Azərbaycan Mədəniyyəti – 2040”
Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının tətbiqi tədbirləri çərçivəsində elan edilən müsabiqədə gənclər komiks və qrafik hekayəçilik üslubunda mədəni məzmun yaratmağa təşviq edilir. Mətn və təsvirin sintezi bədii təfəkkürü və vizual savadlılığı inkişaf etdirir. Bu kimi müasir ifadə vasitələrilə formalaşan qəhrəman obrazları milli ruhu gücləndirir, Azərbaycanın müasir, dinamik və yaradıcı kimliyini gələcək nəsillərə ötürməyə dəstək olur.
“Mənim qəhrəmanım” Milli Komiks Kitabı Müsabiqəsi gənclərə öz həyatlarında, tarixdə, ailədə və ya xəyallarında gördükləri qəhrəman obrazını yaradıcı şəkildə təqdim etmək imkanı verir. Onlar istər tarixi şəxsiyyət və ya milli obraz, peşə sahibi (müəllim, həkim, valideyn, könüllü və s.), istərsə də uydurma və ya fantastik qəhrəman, dəyərləri təcəssüm etdirən obraz yarada bilərlər. Hekayə müəllifin şəxsi baxışını və yaradıcılığını əks etdirməlidir.

🔗https://youtu.be/rEeS1dy-nMc?si=kZrO2Gs6mTu9Ev6t

21/04/2026
21/04/2026

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı davam edir.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri aprelin 20-də (saat 16:00-da) Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

Konsertdə Tofiq Quliyev, Arif Məlikov, Oqtay Kazımi, Rauf Hacıyev və digər görkəmli bəstəkarların əsərləri səsləndiriləcək.

Address

Qax
3400

Website

Alerts

Be the first to know and let us send you an email when Qax rayon MKS-nin Qaxbaş kənd kitabxana filialı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category