Qəbələ Rayon İcra Hakimiyyəti

Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ şəhəri, Heydər Əliyev Prospekti 226, Qabala, Azerbaijan

Qəbələdə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd edilib.Qəbələ şəhərinin mərkəzində yerləşən Heydər Əliyev par...
01/06/2026

Qəbələdə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd edilib.

Qəbələ şəhərinin mərkəzində yerləşən Heydər Əliyev parkında “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş tədbir keçirilmişdir. Rayon icra hakimiyyətinin, təhsil sektorunun nümayəndələrinin, rayon ictimaiyyətinin, şəhid və qazi uşaqlarının iştirak etdiyi tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, bu gün isə ölkə rəhbəri cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısını qeyd edərək, uşaq hüquqlarından, dövlətimiz tərəfindən uşaqların sosial müdafiəsinin gücləndirilməsi və sağlam böyüməsi üçün görülmüş işlərdən danışmışlar. Qəbələ Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin, incəsənət məktəbinin şagirdlərinin və uşaq bağçalarında təhsil alan uşaqların bir-birindən maraqlı çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Vətən müharibəsi şəhidlərinin ailələri və  müharibə əlilləri Qurban bayramı münasibətilə evlərində ziyarət edilmişdir.27...
27/05/2026

Vətən müharibəsi şəhidlərinin ailələri və müharibə əlilləri Qurban bayramı münasibətilə evlərində ziyarət edilmişdir.

27 may 2026-cı il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Vətən müharibəsində şəhadətə yüksəlmiş şəhidlərin ailələri və müharibə əlilləri Qurban bayramı münasibətilə evlərində ziyarət edilmişdir. Ziyarətçilər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğunu, şəhid ailələrinin və müharibə əlillərinin daim dövlətimizin diqqət mərkəzində saxlanıldığını qeyd edərək, bayram münasibətilə onları təbrik etmiş və bayram sovqatı çatdırmışlar. Şəhidlərin ailə üzvləri və müharibə əlilləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

28 May – Müstəqillik Gününə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Qəbələ rayon məktəbli liqasının...
27/05/2026

28 May – Müstəqillik Gününə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Qəbələ rayon məktəbli liqasının final mərhələsi keçirilmişdir.
26 may 2026-cı il tarixində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, rayon Təhsil sektoru, Mədəniyyət Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan nümayəndəliyinin Qəbələ bölməsinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon məktəbli liqasının final mərhələsi keçirilmişdir. Yarışın keçirilməsində məqsəd məktəblilər arasında intellektual biliklərin artırılması, onların dünyagörüşünün genişləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, komandalararası dostluq münasibətlərinin möhkəmləndirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması olmuşdur. Final mərhələsinə vəsiqə qazanmış 12 komanda gərgin mübarizə şəraitində bilik və bacarıqlarını nümayiş etdirmişdir. I yer – Qəbələ şəhər 5 nömrəli tam orta məktəb, II yer – Qəbələ şəhər 4 nömrəli tam orta məktəb, III yer – Vəndam Qəsəbə 1 nömrəli tam orta məktəb tutmuşdur. Qalib komandalar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin kubok, medal, diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.

Qəbələdə keçirilmiş əmək yarmarkasında 13 işəgötürən 120 vakansiya təqdim edib.26 may 2026-ci il tarixdə Qəbələ Dövlət P...
27/05/2026

Qəbələdə keçirilmiş əmək yarmarkasında 13 işəgötürən 120 vakansiya təqdim edib.
26 may 2026-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının Qəbələ Xidmət şöbəsinin dəstəyi ilə əmək yarmarkası keçirilmişdir. Qəbələ rayonundan olan sakinlərin iştirak etdiyi yarmarkada 13 müəssisə tərəfindən 120-dən çox vakansiya əmək yarmarkasına çıxarılmışdır.

Hörmətli həmvətənlər!Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı mün...
27/05/2026

Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Qəbələ şəhərində təmizlik aksiyası keçirilmişdir.26 may 2026-cı il tarixdə “Şə...
26/05/2026

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Qəbələ şəhərində təmizlik aksiyası keçirilmişdir.
26 may 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Qəbələ şəhərində təmizlik aksiyası keçirilmişdir. İməcilik zamanı Qəbələ şəhər ərazisində təmizlik işləri aparılmış, məişət tullantıları təmizlənərək daşınmışdır. Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları və rayon könüllüləri iştirak etmişlər.

Qəbələ rayonu ümumtəhsil müəssisələrində Müstəqillik Günü ilə əlaqədar  müxtəlif səpgili tədbirlər keçirilib.           ...
26/05/2026

Qəbələ rayonu ümumtəhsil müəssisələrində Müstəqillik Günü ilə əlaqədar müxtəlif səpgili tədbirlər keçirilib.

Qəbələ rayonu ümumtəhsil müəssisələrində Müstəqillik Günü ilə əlaqədar mühazirələr, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər, fotostendlər təşkil edilib.Tədbirlərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, keçdiyi inkişaf yolu, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələr barədə şagirdlərə geniş məlumat verilmiş, ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edilmiş və bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılmış, şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr olunmuş şeirlər, ədəbi-bədii kompozisiyalar söyləmiş, mahnılar oxumuş, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və dövlətçilik tariximizdəki rolundan bəhs edən videoçarx nümayiş etdirilmişdir.

28 May-Müstəqillik Gününə həsr olunmuş “İstiqlaldan Qələbəyə Gedən Yol” mövzusunda tədbir keçirilib. Yeni Azərbaycan Par...
26/05/2026

28 May-Müstəqillik Gününə həsr olunmuş “İstiqlaldan Qələbəyə Gedən Yol” mövzusunda tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ Rayon Təşkilatı tərəfindən 28 May-Müstəqillik Gününə həsr olunmuş “İstiqlaldan Qələbəyə Gedən Yol” mövzusunda tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən YAP Qəbələ Rayon Təşkilatının sədri Abil Ağasəfov Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki mühüm yerindən danışaraq bildirdi ki, xalqımızın müstəqillik arzuları Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində əbədi və dönməz xarakter almışdır. O vurğuladı ki, bugün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənir, beynəlxalq arenada nüfuzu artır və müstəqil siyasətini uğurla davam etdirir. Digər çıxış edənlər Azərbaycanın keçdiyi çətin və şərəfli mübarizə yolundan bəhs etmiş, ölkəmizin əldə etdiyi uğurların xalq-iqtidar birliyinin nəticəsi olduğunu, Azərbaycanın bundan sonra da Ulu Öndərin ideyaları əsasında inkişafını davam etdirəcəyini bildirmiş, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini, müstəqilliyimizin qorunmasının hər bir azərbaycanlının müqəddəs borcu olduğunu qeyd etmişlər. Sonda 28 May-Müstəqillik gününə həsr olunmuş videoçarx nümayiş olunmuş, Yeni Azərbaycan Partiyasının Himni səsləndirilmişdir.

28 May – Müstəqillik Günü münasibətilə "İstiqlalın sədası" adlı tədbir keçirilibMayın 26-da Qəbələ rayon Heydər Əliyev M...
26/05/2026

28 May – Müstəqillik Günü münasibətilə "İstiqlalın sədası" adlı tədbir keçirilib
Mayın 26-da Qəbələ rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü münasibətilə "İstiqlalın sədası" adlı tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, xalqımızın müstəqillik uğrunda apardığı mübarizə, dövlətçilik ənənələrinin qorunub saxlanılması və müstəqil Azərbaycanın inkişaf yolu barədə ətraflı məlumat verilib. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyev tərəfindən müstəqil dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, bu siyasi kursun İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs olunub. Tədbir çərçivəsində vətənə, müstəqilliyə və dövlətçiliyə həsr olunmuş şeirlər səsləndirilib, videoçarx nümayiş olunub, müstəqillik tariximizi, dövlət rəmzlərimizi və Azərbaycanın inkişaf yolunu əks etdirən sərgi nümayiş olunub.

Address

Qəbələ Rayon İcra Hakimiyyəti Ünvan: AZ 3600, Qəbələ şəhəri, Heydər Əliyev Prospekti 2
Qabala
AZ3600

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994242051955

Alerts

Be the first to know and let us send you an email when Qəbələ Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qəbələ Rayon İcra Hakimiyyəti:

Share